Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-74/2024 14.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “X6 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın 1.5990 ha hissəsinin və X33 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın 0,61 ha hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən X6 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın 1.5990 ha hissəsinin və X33 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın 0,61 ha hissəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X14 və X47 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində 5,39 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara 04 noyabr 1998-ci il tarixli, JN-0035 KOD 90804018 saylı Dövlət aktı da verilmişdir. Bildirir ki, mülkiyyətlərinə verilmiş 5,39 ha torpaq sahəsi üç müxtəlif hissədən ibarətdir. Onlardan birinci hissə üzrə mülkün nömrəsi 0035, sahəsi 3403,95 kv.m, ikinci mülkün nömrəsi 35A, sahəsi 28482,70 kv.m və üçüncü mülkün nömrəsi isə 35L, sahəsi 22036,00 kv.m-dir. Həmin torpaqdan 1998-ci ildən 2016-cı ilə kimi heç bir mübahisə olmadan istifadə etmişlər, 2016-cı ildə isə X47 onlara bildirmişdir ki, torpaq sahələrinin üçüncü hissəsi, yəni mülkün nömrəsi 35L, sahəsi 22036,00 kv.m olan torpaq sahəsi onun mülkiyyətindədir. Bundan sonra o, həmin 22036,00 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün 04 noyabr 1998-ci il tarixli, JN-0035 nömrəli, KOD 90804018 saylı Dövlət aktının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təqdim edərək həmin idarədən RX seriyalı ******* nömrəli çıxarış və torpaq sahəsinin plan və ölçüsü barədə sənəd almışdır. Həmin vaxt ona məlum oldu ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisində verilmiş 5.39 ha torpaq sahəsinin üçüncü hissəsinin, yəni mülkün nömrəsi 35L, sahəsi 22036,00 kv.m olan torpaq sahəsinin koordinatları dəyişdirilmişdir. O, bu barədə uzun müddət araşdırma apardıqdan sonra öyrənmişdir ki, guya Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarına əsasən sözügedən torpaq sahəsi ilə bağlı təkrar islahat keçirilmiş və yeri dəyişdirilmişdir. Təkrar islahat keçirilən zaman ona və ailə üzvlərinə verilmiş 04 noyabr 1998-ci il tarixli, JN-0035, KOD 90804018 saylı dövlət aktı üçün hissəsinin, yəni mülkün nömrəsinin 35L, sahəsi 22036,00 kv.m olan torpaq sahəsinin koordinatlarında dəyişlik edilmiş və bu barədə 2004-cü ilin iyun ayında yeni Dövlət aktı (hansıki həmin aktdan onların yaxın günlərdə qədər heç bir məlumatları olmamışdır) tərtib edilmişdir. Təkrar islahat keçiriləndən sonra 22036,00 kv.m olan torpağın l,5990 ha hissəsi həmkəndlisi X14 və 2 nəfər ailə üzvünün, yerdə qalan 0.61 ha hissəsi isə X22 və 6 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. 4.77 ha torpaq sahəsinin 3.0575 ha hissəsi (mübahisəli 22036.00 kv.m torpağın 0.61 ha hissəsi əraziyə düşür) 13 noyabr 2003-cü il tarixdə Yaqubova (Qəhramanova) Təranə Dilavər qızına satılmışdır. Yaqubova (Qəhramanova) Təranə Dilavər qızı isə 3.0575 ha torpaq sahəsini xx.xx.2015-ci il tarixdə X2. X47 da mübahisəli torpaq sahəsi də daxil olmaqla 3.9573 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixdə RX seriyalı ******* nömrəli və ********** qeydiyyat nömrəli çıxarışla rəsmləşdirmişdir. Hazırda 04 noyabr 1998-ci il tarixli, JN 0035 KOD 90804018 saylı dövlət aktı ilə mülkiyyətlərinə verilmiş mülkün nömrəsi 35L sahəsi 22036,00 kv.m olan torpaq sahələrinin 1.5990 ha hissəsi RX seriyalı ******* nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən X6, yerdə qalan 0.61 ha hissəsi RX seriyalı ******* nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasən X33 istifadəsindədir. Əvvəla bildirir ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının 23 fevral 2021-ci il tarixli, 03/472 saylı məktubunda Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə Məzrəli kəndində yalnız bir dəfə torpaq islahatı aparılaraq kolxoz və sovxozların özəlləşdirilmiş torpaqlarından pay almaq hüququ olan subyektlərə torpaq sahəsi verilməsi qeyd olunur. Buda onu göstərir ki, kəndlərində torpaq sahəsi yalnız bir dəfə 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarla aparılmışdır. Həmçinin bildirir ki, hər iki dövlət aktında, yəni ona və ailə üzvlərinə verilmiş 04 noyabr 1998-ci il tarixli, JN-0035 KOD 90804018 saylı dövlət Aktında da və həmçinin guya təkrar keçirilmiş islahatdan sonra tərtib olunmuş 2004-cü il tarixli, JN- 0035 KOD 90804018 saylı Dövlət aktında da eyni qərarla Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarına istinad olunur. Belə olan halda sual olunur ki, təkrar torpaq islahatı keçirilibsə, bəs nəyə görə təkrar keçirilmiş islahatdan sonra tərtib edilmiş 2004-cü il tarixli, JN-0035, KOD 90804018 saylı Dövlət aktında yeni qərara deyil, əvvəlki 10 iyun 1998-ci il tarixli, 06 saylı qərara istinad olunur. Həmçinin ikinci dəfə guya keçirilmiş yerli islahat komissiyasının iclasının protokolunun mövcudluğu barədə də heç kimdə məlumat yoxdur. Bundan başqa bildirmək istəyir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi X47 tərəfindən alınanda təkrar keçirilmiş torpaq islahatı barəsində heç bir kənd sakininin məlumatı olmamışdır. Hamıya məlumdur ki, təkrar islahatın keçirilməsi üçün zərurət yaranmalı və islahat keçirilməlidir. Lakin mübahisəli ərazi ilə bağlı heç kimin mübahisəsi olmamış və təkrar islahatın da həmin ərazi üzrə keçirilməsinə zərurət yaranmamışdır. Bundan əlavə keçirilən təkrar islahatla edilmiş dəyişlik barəsində heç bir kənd sakininə məlumat verilməmiş və dəyişdirilmiş yerlər tanıldılmamışdır. Əgər yuxarıda adlarını qeyd etdiyi kənd sakinlərinin bu dəyişiklikdən məlumatları olsaydı, çox güman ki, 20 ilə yaxın müddətdə X20 onlar da ona qarşı mübahisə yaradar və mübahisəli torpaq sahəsindən çıxmağını tələb edərdilər. Lakin belə bir mübahisə və tələb ona qarşı heç vaxt olmamışdır. O, çox çalışsa da bu günə kimi nə təkrar keçirilmiş torpaq islahatının ikinci dəfə qəbul etdiyi qərarla, nə də keçirilmiş iclasın protokolu ilə tanış ola bilməmişdir. Ona bildirirlər ki, nə ikinci islahatın qərarı var, nə də iclasın protokolu. Ona görə ki, ikinci islahat olmayıb. Təəssüfləndirici hal odur ki, təkrar keçirilmiş torpaq islahatını Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsi də təsdiq edir, lakin onlar da təkrar islahatın nə qərarını, nə də iclasın protokolunu təqdim edə bilmirlər. Bütün bu qeyd etdiklərinə diqqətlə nəzər yetirdikdə görmək olar ki, təkrar keçirilmiş islahatın yalnız bir şəxsə X41 xeyri vardır. Ona görə ki, hazırda mübahisəli ərazidə olan bütün torpaqlar faktiki olaraq Valehin istifadəsindədir. Hazırda ona məlumdur ki, bu işdə maraqlı olan şəxslər onun xəbəri və məlumatı olmayan 2004-cü il tarixli, JN-0035, KOD 90804018 saylı dövlət aktını tərtib etdirərək həmin aktın Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsinin elektron kadastr məlumat bazasına yerləşdirilməsinə nail olmuşlar. Bu səbəbdən də ona və ailə üzvlərinə verilmiş 04 noyabr 1998-ci il tarixli, JN-0035, KOD 90804018 saylı dövlət aktının üçüncü hissəsinin, yəni mülkün nömrəsi 35L, sahəsi 22036,00 kv.m olan torpaq sahəsinin koordinatları elektron baza koordinatlarına uyğun gəlmir. Bu hal isə onun hüquqlarını pozur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüququnun toxunulmazlığı və düzgünlüyü prinsipini nəzərə alsaq bu zaman ona və ailəsinə məxsus torpaq sahəsinin yerinin dəyişdirilməsi və yaxud həmin torpaq sahəsinə aid sənədlərdə düzəlişin edilməsində onun və ailə üzvlərinin bilavasitə razılığının olması vacib şərtdir. Ona görə də qeyd edilən xüsusatların işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların (2004-cü ildə torpaq sahəsinin koordinatlarının təkrar dəyişdirilməsi onun və ailə üzvlərinin bu dəyişkliyə razılığının olub-olmaması) hərtərəfli tam və obyektiv araşdırılması zərurəti vardır. Şirvan İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(120)-94/2021 saylı qərarında məhkəmə belə qənaətə gəlmişdir ki 04 noyabr 1998-ci il tarixli, JN-0035, KOD 90804018 saylı Dövlət aktının üçüncü hissəsinin, yəni mülkün nömrəsi 35L, sahəsi 22036,00 kv.m olan torpaq sahəsinə üçüncü şəxslərin ( X14 və X33) mülkiyyət hüquqları qeydiyyata alındığından və qeydiyyat ləğv edilmədiyindəın həmin torpaq sahəsinə onun və ailə üzvlərinin mülkiyyət hüquqları qeydiyyata alına və torpaq sahəsinin plan və ölçüsü verilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı Saatlı rayon Hacıqasımlı kəndində yerləşən X6 mülkiyyətində olan RX seriyalı, ******* nömrəli çıxarışın 1.5990 ha hissəsinin və X33 mülkiyyətində olan RX seriyalı, ******* nömrəli çıxarışın 0.61 ha hissəsinin ləğv edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətlə əlaqədar bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Odur ki, ərizənin icrasından imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edllir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqlarm dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada huquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçusü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz və müvafiq şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Torpaq sahələrinə dair sənədlərin ləğv edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Odur ki, müraciətinizdə qeyd etdiyiniz sənədlərin ləğvi üçün məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0035 saylı, kod 90804018 olan, 04 noyabr 1998-ci il tarixli Dövlət Aktından (Dövlət aktı qeydiyyat kitabında 3792 nömrə ilə qeydiyyata alınıb) görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X28, X23, X15, X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətinə 5,39 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0035 saylı, kod 90804018 olan, 23 iyun 2004-cü il tarixli Dövlət Aktından (Dövlət aktı qeydiyyat kitabında 2907 nömrə ilə qeydiyyata alınıb) görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X28, X23, X15, X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətinə 5,39 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən 2.2036 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X34, X29, X16, X17, X30, X7, X28 və X23 adına daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, A 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, hüquq sahibi kimi İddiaçı adına 2.2036 hektar torpaq sahəsi qeydiyyata alınmış və həmin plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd JN-35L, xx.xx.1998-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktıdır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli Dövlət Aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X6, X5 və X11 ümumi birgə mülkiyyətinə 2,33 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində yerləşən 1.599 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X6, X5 və X11 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində yerləşən 3.9573 hektar torpaq sahəsi mülkiyyət hüququ üzrə X33 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********97 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: təkrar islahat keçiriləndən sonra ərizədə qeyd olunan torpaq sahəsinin 1.5990 ha hissəsi X12 və 2 nəfər ailə üzvünün (90804018; JN- 141) mülkiyyətinə, yerdə qalan hissəsi isə X22 və 6 nəfər ailə üzvünün (90804018; JN- 140) mülkiyyətinə verilmişdir. Hər iki mülkiyyətçi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatını Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz amlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. X12 və 2 nəfər ailə üzvü JN-141, kod 90804018 saylı dövlət aktının 1.5590 hisssəsini xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xx.xx.2017-ci il tarixli, 4Ə-671 reyestr nömrəli alqı-satqı müqaviləsilə X1. Alıcı reyestrdən çıxarış almaq üçün Ərazi İdarəsinə müraciət etməmişdir. X22 və 6 nəfər ailə üzvü JN-141, kod 90804018 saylı dövlət aktında olan 4.77 ha (mübahisəli torpaq sahəsinin yerləşdiyi 140-cı hissə 3.0575 ha, 140 L hissə 1.7139 ha) torpaq sahəsini xx.xx.2003-ci il tarixli, 4Ə-671 reyestr nömrəli alqı-satqı müqaviləsilə Yaqubova (Qəhrəmanova) Təranə Dilavər qızına satmışlar. Yaqubova (Qəhrəmanova) Təranə Dilavər qızı mübahisəli torpaq sahəsinin yerləşdiyi 140-cı hissə 3.0575 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirmişdir. Yaqubova (Qəhrəmanova) Təranə Dilavər qızı qeyd olunan torpaq sahəsini xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı 4Ə-129 reyestr nömrəli alqı-satqı müqaviləsilə X3. X47 mübahisəli torpaq sahəsi də daxil olmaqla 3.9573 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Saatlı Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 03/472 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə Məzrəli kəndində yalnız bir dəfə torpaq islahatı aparılaraq kolxoz və sovxozların özəlləşdirilmiş torpaqlarında pay almaq hüququ olan subyektlerə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 oktyabr 2019-cu il tarixli **********09 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinin nəticə hissəsində aşağdakılar qeyd edilmişdir: - Qərardadın birinci sualı üzrə: - İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2.2036 hektar torpaq sahəsi, Saatlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərari ilə 11 iyun 2004-cü il tarixdə, tərtib edilmiş JN-0035 (kod ********) nömrəli Dövlət Aktında 35 L plan cizgisi nəzərə alınmaqla İddiaçı yə onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 5.39 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsi ilə xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2,2036 hektar torpaq sahəsi heç bir halda üst-üstə düşmür və 1348.48 metr məsafədə yerləşir. (Sxematik planda əks olunmuşdur). - Qərardadın ikinci sualı üzrə: - Birinci sualın cavabında qeyd edilənlər, hər iki suala uyğun aydın və geniş şəkildə qeyd edilmişdir. Həmçinin digər şəxslərin mülkiyyət hüquqlarının pozulub-pozulmaması mühəndisin səlahiyyətinə aid deyildir. Qeyd: İddiaçı Hüseyn qızının adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan, Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə Tədqiqat X39 Məlumat bazasına və ləğv edilmiş DT və XK tərəfindəni DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmiş JN-0035 nömrəli Dövlət Aktının arxiv nüsxəsinə uyğun hazırlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2019-cu il tarixli, 23414 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: - Qərardadın birinci-ikinci sualları üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı,1383281 nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2,2036 hektar torpaq sahəsi Saatlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 11 iyun 2004-cü il tarixdə, tərtib edilmiş JN-0035 (kod ********) nömrəli Dövlət Aktına 35L plan/cizgi nəzərə alınmaqla İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 5,39 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin İddiaçı Hüseyn qızının iddia etdiyi mübahisəli torpaq sahəsi xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2.2036 hektar torpaq sahəsi heç bir halda üst-üstə düşmür və 1348.48 metr məsafədə yerləşir. Həmçinin qeyd olunur ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə Tədqiqat X40 Məlumat bazasına və ləğv edilmiş DT və XK tərəfindən DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmiş JN-0035 nömrəli Dövlət Aktının arxiv nüsxəsinə uyğun hazırlanmışdır. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - JN-0035 saylı, kod 90804018 olan, 04 noyabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən (Dövlət aktı qeydiyyat kitabında 3792 nömrə ilə qeydiyyata alınıb) X28, X23, X15, X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətində olan 5,39 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-0035 saylı, kod 90804018 olan, 23 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən (Dövlət aktı qeydiyyat kitabında 2907 nömrə ilə qeydiyyata alınıb) X28, X23, X15, X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətində olan 5,39 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa və onun əlavəsi olan plan və ölçü sənədinə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X34, X29, X16, X17, X30, X7, X28 və X23 ümumi birgə mülkiyyətində olan Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən 2.2036 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan JN-0035 saylı, kod 90804018 olan, 04 noyabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən (Dövlət aktı qeydiyyat kitabında 3792 nömrə ilə qeydiyyata alınıb) X35, X31, X24, X36, X25, X19, İddiaçı, X37 və X13 ayrılmış 5,39 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Yəni həmin sənədə uyğun tərtib edilmişdirmi? - JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan 2,33 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa və onun əlavəsi olan plan və ölçü sənədinə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan 1.599 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan 2,33 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Yəni həmin sənədə uyğun tərtib edilmişdirmi? - JN-0140 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4,77 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa və onun əlavəsi olan plan və ölçü sənədinə əsasən mülkiyyət hüququ üzrə X33 mülkiyyətində olan Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində yerləşən 3.9573 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan JN-0140 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4,77 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Yəni həmin sənədə uyğun tərtib edilmişdirmi? - JN-0035 saylı, kod 90804018 olan, 04 noyabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən (Dövlət aktı qeydiyyat kitabında 3792 nömrə ilə qeydiyyata alınıb) İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 5,39 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan 2,33 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Əgər düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - JN-0035 saylı, kod 90804018 olan, 04 noyabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən (Dövlət aktı qeydiyyat kitabında 3792 nömrə ilə qeydiyyata alınıb) İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 5,39 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa və onun əlavəsi olan plan və ölçü sənədinə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan 1.599 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Əgər düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - JN-0035 saylı, kod 90804018 olan, 04 noyabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən (Dövlət aktı qeydiyyat kitabında 3792 nömrə ilə qeydiyyata alınıb) İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 5,39 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-0140 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4,77 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Əgər düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - JN-0035 saylı, kod 90804018 olan, 04 noyabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən (Dövlət aktı qeydiyyat kitabında 3792 nömrə ilə qeydiyyata alınıb) İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 5,39 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX Seriyalı ******* nömrəli çıxarışa və onun əlavəsi olan plan və ölçü sənədinə əsasən mülkiyyət hüququ üzrə X33 mülkiyyətində olan Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində yerləşən 3.9573 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Əgər düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - JN-0035 saylı, kod 90804018 olan, 23 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən (Dövlət aktı qeydiyyat kitabında 2907 nömrə ilə qeydiyyata alınıb) X28, X23, X15, X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətində olan 5,39 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4,77 ha torpaq sahəsinin koordinat göstəriciləri, eləcə də JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,33 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Əgər düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9457 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: - JN-0035 saylı, Kod 90804018 olan, 04 noyabr 1998-ci il tarixdə tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ( Dövlət Aktı qeydiyyat kitabında 3792 nömrə ilə qeydiyyata alınıb) X28, X26, X15, X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 5.39 ha torpaq sahəsinin koordinatları və digər texniki göstəriciləri Elektron Kadastr məlumat bazasında mövcud olmadığından naturada və sənəd üzrə yeri koordinatları müəyyən etmək mümkün olmamışdır. - Qərardadın ikinci sualı üzrə: - JN-0035 saylı, KOD 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən (Dövlət Aktı qeydiyyat kitabında 2907 nömrə ilə qeydiyyata alınıb) X28, X26, X15, X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 5.39 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, koordinatları müəyyən ediləərk mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X42, X29, X16, X27, X30 və X7, X28, və X26 ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən 2.2036 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan JN-0035 saylı, KOD 90804018 olan, 11 iyun 2004-cü il tarixdə tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən (dövlət aktı qeydiyyat kitabında 2907 nömrə ilə qeydiyyata alınıb) X28, X26, X15 X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 5.39 ha torpaq sahəsinin 35L/2.20 nömrəsində (cizgisində) qeyd edilən 2.2036 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür. Yəni həmin sənədə uyğun tərtib edilmişdir. - Qərardadın dördüncü sualı üzrə: - JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan 2.33 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə X6, X5 və X11 ümumi birgə mülkiyyyətində olan 1.599 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə həmin torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədi olan JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan 2.33 ha torpaq sahəsinin 141/1.60 nömrəsində (cizgisində) qeyd edilən 1.60 ha torpaq sahəsinin koordinat göstəriciləri üst- üstə düşür. Yəni həmin sənədə uyğun tərtib edilmişdir. - Qərardadın altıncı sualı üzrə: - JN-0140 saylı, kod 90804018 olan, 11 iyun 2004cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4.77 ha torpaq sahəsinin 140/3.06 nömrəsində (cizgisində) qeyd edilən 3.06 ha torpaq sahəsi müəyyən edilmiş müvafiq alqısatqı müqaviləsi əsasında X4 və Seriya RX ******* olan **********2 Reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin və 140L/1.71 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. - Qərardadın yeddinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11.02.2^7~ıeph4arixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X33 mülkiyyətində olan Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində yerləşən 3.9573 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə həmin torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədi olan JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə nömrəsində (cizgisində) qeyd edilən 3.06 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür. Yəni həmin sənədə uyğun tərtib edilmişdir (qeydə bax). - Qərardadın səkkizinci sualı üzrə: - JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6, X5 və X11 ümumi birgə mülkiyyətinə verilmiş 2.33 ha torpaq sahəsinin koordinat göstəriciləri digər mülkiyyətçilərin torpaq sahəsinin koordinat göstəriciləri heç bir halda üst- üstə düşmür. - Qərardadın doqquzuncu sualı üzrə: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan 1.599 ha torpaq sahəsinin koordinat göstəriciləri digər mülkiyyətçilərin torpaq sahəsinin koordinat göstəriciləri heç bir halda üst-üstə düşmür. - Qərardadın onuncu sualı üzrə: - JN-0140 saylı, KOD 90804018 olan, 11 iyun 2004-cü il tarixli, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 və onun ailə üzvllərinin ümumi birgə mülkiyyətinə verilmiş 4.77 ha torpaq sahəsinin (alqı-satqı müqaviləsi əsasında satılan 140/3.06 nömrəsində-cizgisində qeyd edilən 3.06 ha torpaq sahəsi çıxılmaq şərti ilə yəni, 4.77- 3.06=1.71) yerdə qalan 1.71 ha torpaq sahəsinin koordinat göstəriciləri digər mülkiyyətçilərin torpaq sahəsinin koordinat göstəriciləri heç bir halda üst-üstə düşmür. - Qərardadın on birinci sualı üzrə: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X33 mülkiyyətində olan Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində yerləşən 3.9573 ha torpaq sahəsinin koordinat göstəriciləri heç bir halda üst-üstə düşmür. - Qərardadın on ikinci sualı üzrə: - JN-0035 saylı, Kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən X28, X26, X15 X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 5.39 ha torpaq sahəsinin koordinat göstəriciləri digər mülkiyyətçilərin torpaq sahəsinin koordinat göstəriciləri heç bir halda üst-üstə düşmür. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddəsinin 1-ci bəndi ilə müəyyən edilmişdir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). MPM-in 207.1-ci maddəsinə görə zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. MPM-in 207.2-ci maddəsinə görə mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahələrinin yerləşmə vəziyyəti ilə ona hüquqmüəyyənedici sənədlər üzrə verilmiş torpaq sahələrinin yerləşmə vəziyyəti arasında uyğunsuzluqlar mövcuddur və iddia edilən torpaq sahələrinin faktiki yerləşdiyi koordinatlara uyğun çıxarışların verilməsi digər fiziki və hüquqi şəxslərin hüquqlarına müdaxilə olunmasına səbəb olardı. Beləliklə, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 oktyabr 2019-cu il tarixli **********09 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2019-cu il tarixli, 23414 saylı ekspert rəyinə əsasən İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı,1383281 nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2,2036 hektar torpaq sahəsi Saatlı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 11 iyun 2004-cü il tarixdə tərtib edilmiş JN-0035 (kod ********) nömrəli Dövlət Aktına əsasən 35L plan/cizgi nəzərə alınmaqla X35 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 5,39 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir və İddiaçı iddia etdiyi mübahisələndirilən torpaq sahələri xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2.2036 hektar torpaq sahəsi ilə heç bir halda üst-üstə düşmür və 1348.48 metr məsafədə yerləşir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2- 2954/2023 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9457 nömrəli ekspert rəyinə əsasən JN-0035 saylı, Kod 90804018 olan, 04 noyabr 1998-ci il tarixdə tərtib edilmiş, qeydiyyat kitabında 3792 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X28, X26, X15, X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 5.39 ha torpaq sahəsinin koordinatları və digər texniki göstəriciləri Elektron Kadastr məlumat bazasında mövcud olmadığından naturada və sənəd üzrə yerinin koordinatlarını müəyyən etmək mümkün olmamış, qeydiyyat kitabında 2907 nömrə ilə qeydiyyata alınmış JN-0035 saylı, KOD 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X28, X26, X15, X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 5.39 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, koordinatları müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa və ona əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X42, X29, X16, X27, X30 və X7, X28 və X26 ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən 2.2036 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə 5.39 ha torpaq sahəsinin 35L/2.20 nömrəsində (cizgisində) qeyd edilən 2.2036 ha torpaq sahəsinin koordinat göstəricilərinin üst-üstə düşdüyü, yəni həmin torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, JN-0035 saylı, Kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən X28, X26, X15 X29, X16, X10, İddiaçı, X30 və X8 ümumi birgə mülkiyyətinə verilmiş 5.39 ha torpaq sahəsinin, JN-0141 saylı, kod 90804018 olan, 11 iyun 2004-cü il tarixli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan və iddiaçının mübahisələndirdiyi 1.599 ha torpaq sahəsinin də daxil olduğu 2.33 ha torpaq sahəsinin, habelə JN-0140 saylı, kod 90804018 olan, 11 iyun 2004cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4.77 ha torpaq sahəsinin 140/3.06 nömrəsində (cizgisində) qeyd edilən, müvafiq alqı-satqı müqaviləsi əsasında X4 və Seriya RX ******* olan **********2 Reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, iddiaçının mübahisələndirdiyi 0,61 ha torpaq sahəsinin də daxil olduğu 3.06 ha torpaq sahəsinin koordinat göstəricilərinin digər mülkiyyətçilərin torpaq sahələrinin koordinat göstəriciləri heç bir halda üst-üstə düşmədiyi müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, X6, X5 və X11 ümumi birgə mülkiyyətində olan 2.33 ha torpaq sahəsinin iddiaçının mübahisələndirdiyi 1.599 ha hissəsi, həmçinin X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 4.77 ha torpaq sahəsinin müvafiq alqı-satqı müqaviləsi əsasında X4 və Seriya RX ******* olan **********2 Reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, 3.06 ha torpaq sahəsinin iddiaçının mübahisələndirdiyi 0,61 ha hissəsi üzərində həmin şəxslərin hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsindən imtina etməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna uyğundur və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “X6 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın 1.5990 ha hissəsinin və X33 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın 0,61 ha hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 100 (bir yüz) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “X6 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın 1.5990 ha hissəsinin və X33 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın 0,61 ha hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X21, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-74/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-74/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver