Məhkəmə qərarları › İş №2-1(120)-740/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-740/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-740/2025 29.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ikinci dərəcəli Çernobil əlilliyinə görə təyin edilmiş pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü qərardadı ilə sübutların təqdim edilməsi "xxxx" ASC-yə tapşırılmışdır. Məhkəmənin xx.xx.2025-ci qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixli müayinə aktı əsasında Çernobil AES-də qəzanın ləğvinin aradan qaldırılmasında iştirak etdiyinə görə xx.xx.2003-cü il tarixli,15 nömrəli X6 Komissiyası tərəfindən 2.2 ikinci dərəcə əlillik 2.2.12. sinir sisteminin müxtəlif (travma,infeksiya xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetetiv əlamətlərlə keçən funksional pozğunluqları diaqnozu ilə əlillik qrupu almışdır. Əlilliklə bağlı onlara təyin edilmiş pensiyanın verilməməsi ilə əlaqədar olaraq rəsmi ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, müraciəti ilə bağlı onların mobil telefonlarına sms göndərilməklə belə bir qanunsuz cavab verilmişdir: “Məluat üçün bildirir ki, təqdim etdiyiniz sənədlərə əsasən pensiya işinizə baxış keçirildi. Mövcud qanunvericiliyə əsasən əmək pensiyalarının əmək haqqı ilə yenidən hesablanması mümkün deyildir.” Qeyd etməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 sayılır. İnzibati Orqan olaraq imtina barədə inzibati qərar qəbul etməyə borclu olduğu halda bunu təmin etmədən, adi və primitiv, şablon və qeyri-müəyyən mətnli smsdə (telefon vasitəsi ilə) müraciətinin təmin olunmasından məqsədli imtina etməklə ciddi qanun pozuntusuna yol verilib. Qeyd etdiyi kimi inzibati orqan olaraq, mətnində imtina etdiyi sms cavabında konkret olaraq hansısa müvafiq normaya əsaslanmamış və tələbinin hansı səbəndən təmin olunmaması barədə anlaşılan mövqe ifadə etməmişdir. Sözügedən cavab və ya imtina smsində onun etdiyi qanuni və əsaslı tələbinin icra edilməsindən imtina edilməsini yalnız onunla əsaslandırmağa çalışmış ki, guya “mövcud qanunvericiliyə əsasən əmək pensiyalarının əmək haqqı ilə yenidən hesablanması mümkün deyildir.” İnzibati orqan olaraq həmin məktubda məhz, bu əsasla tələbindən imtina olunmasına istinad etsə də həmin qısa sms-in mətnində bunun əsaslarını şərh etməmiş həmin imtina ilə bağlı hüquqi əsaslandırmanın nədən ibarət olduğunu hansı məzmunda və qanunun hansı normasına münasibətdə zərurliyini açıqlamamış və beləliklə, anlaşılmaz fikirlər ifadə etməklə, əsaslı və qanuni müraciətinə və ya qanuni tələbinə qanunsuz bir reaksiya nümayiş etdirmişdir. Beləliklə, inzibati orqan olaraq, yalnız, ümumi və çox qısa bir fikir üzərində qurulmuş imtina sms cavabında tələbinin təmin olunmasından imtina etməklə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə məıkəzi filialına müraciət etmiş, lakin Mərkəzi filialın 18 mart 2023-cü il tarixli 3-17-1/2-K-60062/2023 nömrəli məktubla bildirilmişdir ki, müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyası əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaraianma, zədələnmə və ya xəstələnmə, müddətli və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilirdi. Həmin Qanunun 80-ci maddəsinə uyğun olaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər iş stajından asılı olmayaraq pensiya almaq hüququna malik şəxslər hesab edilir. xx.xx.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən İddiaçı xx.xx.1993-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. 1988-ci ilin iyul və avqust ayı üzrə orta aylıq əmək haqqının məbləği (302 manat+315 manat)/2=308.50 rubl təşkil edirdi. 308.50 rubl x 0.68 (rublun manata konvertasiyası) x 515.90 (1988-ci il üzrə sığorta davamiyyət əmsalı) = 109903 manat. Eyni zamanda bildirir ki, sözügedən dövrün qanunvericiliyinə əsasəm pensiyanın məbləği 80% ilə hesablanırdı: 109903 manat x 80% = 87922 manat + (digər əlavələr də nəzərə alınmışdır). Əlavə olaraq bildirir ki, İddiaçı əmək pensiyasının məbləği xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Prezidentin müvafiq fərman və sərəncamlarına əsasən indeksləşdirilmişdir. Məlumat üçün bildirilir ki, xx.xx.2008-ci il tarixə orta aylıq əmək pensiyasının məbləği 155688 (155688 manat : 5000 (Azərbaycan manatının denominasiyası)=31.13 manat) təşkil edirdi. Bildirir ki, xx.xx.2008ci il tarixdə orta aylıq əməkhaqqına qoyulan məhdudiyyət məbləği 51 manat təşkil edirdi. İddiaçının orta aylıq əməkhaqqı xx.xx.2008-ci il tarixə 46.53 manat olmaqla 51 manatdan az olduğu üçün İddiaçı əmək pensiyasının iddia ərizəsində qeyd etdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü ilin yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal Əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiya məbləği xx.xx.2022-ci il tarixdən 268,62 manata çatdırılmışdır. Qanunun 26.4 və 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 327,21 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı əlilliyə görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən nzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təmirıat sahəsində münasibətlərin hüquqi ənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol erilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, İddiaçı isə gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 imtinanın əsaslı olduğunu bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Cəlilabad rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaifə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X10 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********1 mömrəli qərarından görünür ki, İddiaçı əlilliyə görə xx.xx.1993-cü il tarixdən pensiya təyin edilmiş, xx.xx.2023-cü il tarixdə yenidən hesablanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyası əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilirdi. Həmin Qanunun 80-ci maddəsinə uyğun olaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər iş stajından asılı olmayaraq oensiya almaq hüququna malik şəxslər hesab edilirdi. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən sizə xx.xx.1993-cü il tarixində aşağıdakı qaydada əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi davam etdirilir: 1988-ci ilin iyul və avqust ayı üzrə orta aylıq əmək haqqınızın məbləği (302 manat+315manat)/2=308,50 rubl təşkil edirdi. 308,50 rubl X 0,68 (rublun manata konvertasiyası) x 515,90 (1988-ci il üzrə sığorta davamiyyəti əmsalı) = 109903 manat. Eyni zamanda bildiririk ki, sözügedən dövrün qanunvericiliyinə əsasən pensiyanızın məbləği 80% ilə hesablanırdı: 109903 manat x 80 % = 87922 manat + (digər əlavələr də nəzərə alınmışdır). Əlavə olaraq bildiririk ki, əmək pensiyanızın məbləği xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək Prezidentin müvafiq fərman və sərəncamlarına əsasən indeksləşdirilmişdir. Məlumat üçün bildiririk ki, xx.xx.2008-ci il tarixinə orta aylıq əmək pensiyanızın məbləği 155688 manat (155688 manat: 5000 (Azərbaycan manatının denominasiyası) = 31,13 manat) təşkil edirdi. Bildiririk ki, xx.xx.2008-ci il tarixində orta aylıq əmək haqqına qoyulan məhdudiyyət məbləği 51 manat təşkil edirdi və orta aylıq əmək haqqınız xx.xx.2008-ci il tarixinə 46,53 manat olmaqla 51 manatdan az olduğu üçün əmək pensiyanızın ərizənizdə qeyd etdiyiniz əsaslarla yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 1322-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların emək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan 26.4 və 29.1-ci maddələrinin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 327,21 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan izibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İddiaçıya dair alt sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Çernobl AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 Sisteminin Pensiya altsistemində aşkar edilən məlumatlara əsasən İddiaçı xx.xx.1992-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənişi davam etdirilir. Eyni zamanda X1 Sisteminin Sosial Ödənişlər altsistemində aşkar edilən məlumatlara əsasən iddiaçıya xx.xx.2021-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində və xx.xx.2024-cü il tarixində Çernobıl əlili kimi proaktiv qaydada birdəfəlik maddi yardım ödənilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçının pensiya işinin təqdim edilməsi üçün məktub aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Çernobl AES-də xidmət etməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində heç bir məlumat yoxdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2025-ci il tarixli, 9/2320 saylı ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyası əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilirdi. Həmin Qanunun 80-ci maddəsinə uyğun olaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər iş stajından asılı olmayaraq pensiya almaq hüququna malik şəxslər hesab edilirdi. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçıya xx.xx.1993-cü il tarixində aşağıdakı qaydada əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 12.1 maddəsi tətbiq edilməklə əmək pensiyanın ödənişi davam etdirilir: 1988-ci ilin iyul və avqust ayı üzrə orta aylıq əmək haqqınının məbləği (302 manat+315 manat)/2=308,50 rubl təşkil edirdi. Eyni zamanda bildirir ki, sözügedən dövrün qanunvericiliyinə əsasən pensiyanın məbləği 80% ilə hesablanırdı (109903 manat x 80 %=87922 manat + (digər əlavələr də nəzərə alınmışdır). Əlavə olaraq bildirir ki, əmək pensiyanın məbləği xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixindən Prezidentin müvafiq fərman və sərəncamlarına əsasən indeksləşdirilmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2008-ci il tarixinə orta aylıq əmək pensiyanın məbləği 155688 manat (155688 manat: 5000 (Azərbaycan manatının denominasiyası)=31,13 manat) təşkil edirdi. Bildirir ki, xx.xx.2008-ci il tarixində orta aylıq əmək haqqına qoyulan mədudiyyət məbləği 51 manat təşkil edirdi və orta aylıq əmək haqqı xx.xx.2008-ci il tarixinə 46,53 manat olmaqla 51 manatdan az olduğu üçün əmək pensiyanın ərizədə iddiaçının qeyd etdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal aylıq əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan Qanunun 26.4 və 29.1-ci maddlələrinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 327,21 manata çatırılması müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan mövcud sənədlərə əsasən qeyd olunan 26.4 və 29.1-ci maddələrinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləğinin xx.xx.2023-cü il tarixindən 327.21 manata çatdırılması müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 25. Pensiyaların təyin edilməsi şərtləri Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Əgər müvafiq, yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır. Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir. Maddə 80. Pensiya almaq hüququ olan şəxslər

1. İş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. 11.3 Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfi dinləyərək, iddia və etiraz ərizəsini, işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının hüquqi marağı ikinci dərəcəli Çernobil əlilliyinə görə təyin edilmiş pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsindən ibarətdir ki, o, həmin tələblə cavabdeh inzibati orqana müraciət etmiş və müraciətinin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədlərdən müəyyən edir ki, İddiaçı əlilliyə görə xx.xx.1993-cü il tarixdən pensiya təyin edilmiş, xx.xx.2023-cü il tarixdə yenidən hesablanmış və ödənilən pensiya məbləği 327.21 təşkil edir. İş materiallarında olan və sübut əhəmiyyəti daşıyan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2025-ci il tarixli, 9/2320 saylı ekspert rəyində qeyd olunmuşdur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyası əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilirdi. Həmin Qanunun 80-ci maddəsinə uyğun olaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər iş stajından asılı olmayaraq pensiya almaq hüququna malik şəxslər hesab edilirdi. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçıya xx.xx.1993-cü il tarixində aşağıdakı qaydada əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 12.1 maddəsi tətbiq edilməklə əmək pensiyanın ödənişi davam etdirilir: 1988-ci ilin iyul və avqust ayı üzrə orta aylıq əmək haqqınının məbləği (302 manat+315 manat)/2=308,50 rubl təşkil edirdi. Eyni zamanda bildirir ki, sözügedən dövrün qanunvericiliyinə əsasən pensiyanın məbləği 80% ilə hesablanırdı (109903 manat x 80 %=87922 manat + (digər əlavələr də nəzərə alınmışdır). Əlavə olaraq bildirir ki, əmək pensiyanın məbləği xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixindən Prezidentin müvafiq fərman və sərəncamlarına əsasən indeksləşdirilmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2008-ci il tarixinə orta aylıq əmək pensiyanın məbləği 155688 manat (155688 manat: 5000 (Azərbaycan manatının denominasiyası)=31,13 manat) təşkil edirdi. Bildirir ki, xx.xx.2008ci il tarixində orta aylıq əmək haqqına qoyulan mədudiyyət məbləği 51 manat təşkil edirdi və orta aylıq əmək haqqı xx.xx.2008-ci il tarixinə 46,53 manat olmaqla 51 manatdan az olduğu üçün əmək pensiyanın ərizədə iddiaçının qeyd etdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal aylıq əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan Qanunun 26.4 və 29.1-ci maddlələrinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 327,21 manata çatırılması müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan mövcud sənədlərə əsasən, qeyd olunan 26.4 və 29.1-ci maddələrinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləğinin xx.xx.2023-cü il tarixindən 327.21 manata çatdırılması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər iş stajından asılı olmayaraq pensiya almaq hüququna malik şəxslər hesab edilir. Belə ki, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən İddiaçı xx.xx.1993-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1988-ci ilin iyul və avqust ayı üzrə orta aylıq əmək haqqının məbləği (302 manat+315 manat)/2=308.50 rubl təşkil edirdi. Belə ki, 308.50 rubl x 0.68 (rublun manata konvertasiyası) x 515.90 (1988-ci il üzrə sığorta davamiyyət əmsalı) = 109903 manat. Eyni zamanda sözügedən dövrün qanunvericiliyinə əsasən pensiyanın məbləği 80% ilə hesablanırdı. İddiaçı pensiya məbləği 109903 manat x 80% = 87922 manat + (digər əlavələr də nəzərə alınmışdır). Bundan başqa məhkəmə iş materiallarında olan sənədlərdən müəyyən edir ki, İddiaçı əmək pensiyasının məbləği xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Prezidentin müvafiq fərman və sərəncamlarına əsasən indeksləşdirilmişdir. Beləliklə, məhkəmə İddiaçı əmək pensiyasının xx.xx.1993-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuş pensiya məbləğinin qanunvericiliyə əsasən hesablandığını nəzərə alaraq hesab edir ki, xx.xx.2008-ci il tarixdə orta aylıq əməkhaqqına qoyulan məhdudiyyət məbləği 51 manat təşkil etdiyini və iddiaçının orta aylıq əməkhaqqı xx.xx.2008-ci il tarixə 46.53 manat olmaqla 51 manatdan az olduğu üçün İddiaçı əmək pensiyasının iddia ərizəsində qeyd etdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Belə olan halda məhkəmə işin hüquqi və faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmamış və imtina qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ikinci dərəcəli Çernobil əlilliyinə görə təyin edilmiş pensiyanın artırılması və pensiya təyin edilən zamandan hesablanaraq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar