Məhkəmə qərarları › İş №2-1(120)-741/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-741/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-741/2024 13.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardım ödənişinin dayandırıldığı gündən yəni 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişin ləğv edilməsi və sosial yardımın ödənişin dayandırıldığı gündən 2023-cü ilin fevral ayından bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd edilməsini və iddia tələbinin dəyişdirilərək “sosial yardım ödənişinin dayandırıldığı gündən 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və ödənilməsmiş ayların ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “sosial yardım ödənişinin dayandırıldığı gündən, yəni 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və ödənilməmiş ayların ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” kimi göstərilmiş, iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, “sosial yardım ödənişinin dayandırıldığı gündən yəni 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və xx.xx.2023cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardım ödənişinin dayandırıldığı gündən, yəni 2023-cü ilin 14 mart ayından bərpa olunmasını və xx.xx.2023cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəsinə ünvanlı dövlət sosial yardım verilməsi üçün Azərbaycan Respublikasa Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun internet resuslarından isdifadə edərək xx.xx.2022-ci il tarixli, **********79503 nömrəli ərizə ilə elektron müraciət etmiş, etdiyi müraciət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçiləri ünvanına gəlib ailəsinin X2 aparılmışdır. Bir neçə gün sonra əks əlaqə vasitəsi olan telefon nömrəsinə “VEMTAS”dan sms gəldiyini və ailəsinə aylıq 446 (dörd yüz qırx altı) manat 75 (yetmiş beş) qəpik ünvanlı sosial yardım təyin edildiyi bildirilmişdir. Bu qayda ilə 2022-ci ilin noyabr, dekabr və 2023-cü ilin yanvar ayı üçün təyin olunmuş ÜDSY almışdır. Həmin vaxtlarda, yəni 2023-cü ilin yanvar ayında Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçiləri ünvanına təkrar maddi-məişət şəraitinin yoxlamalar aparmışlar. Həmin vaxt həyətlərində ailəsinə aid olmayan nəqliyyat vasitəsi olmuş və onunda qeydiyyatın apararaq şəkilini çəkmişdirlər. Bu nəqliyyat vasitəsi ona məxsus deyil, nəqliyyat vasitəsinin mülkiyyətçisi həyat yoldaşının atasıdır. Onlara qonaq gəlib nəqliyyat vasitəsində texniki nazazlıq olduğundan bir günlük onların həyətində saxlamışdır. Nəqliyyat vasitəsinin onun mülkiyyətində və ona dair etibarnamənin olmamasını sistemdən acıq-aşkar görmək mümkündür. Ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardım 2023-cü ilin fevral ayı üçün nəzərdə tutulmuş ödəniş olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “142” çağrı mərkəzinə zəng vurmuş, ödənişin olunmadığını bildirmiş, cavab olaraq sistemdə hər hansı bir məlumatın olmadığını və növbəti həftənin son günü onunla əlaqə saxlanılacağı bildirilmişdir. Sonra həmin qayda ilə 2023-cü il fevral ayında da Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçiləri ünvanında maddi-məişət şəraitinin yoxlanması aparmışdır. Həmin əməkdaşların da ünvanlı dövlət sosial yardımın kartına köçməməsini bildirmiş, əməkdaşlar isə, mart ayında fevral və mart ayının ödənişləri ikisi bir yerdə köçəçəyini bildirmişdilər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin internet resuslarından e-gov.az, sosial.gov.az saytından baxanda ona məlum olmuşdurdu ki, X2 zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi buna səbəb kimi ailənin isdifadəsində nəqliyyat vasitəsinin olması göstərilmişdir. xx.xx.2022-ci il tarixli, **********795-03 nömrəli ərizə ilə müraciət etmiş, ərizəsinə əlavə etdiyi elektron notariat informasiya sistemindən çıxarışdan xx.xx.2022-ci il tarixində etibarnamə ləğv edilmiş və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən məktubdan acıq-aşkar görünür ki, ailə üzvlərinin əmlakı, gəliri və ailə tərkibi İddiaçı xx.xx.1991-ci il təvəllüdlü, X12 xx.xx.1995-ci il təvəllüdlü, xx.xx.0000-ci il tarixindən əmək müqaviləsi ilə Hacıqabul rayon ələtli kəndində müəllimə işləyir və son bir il ərzində 5096 (beş min doxsan altı) manat 75 (yetmiş beş) qəpik əmək haqqı almışdır. X13 xx.xx.2015-ci il təvəllüdlü orta məktəbdə təhsil alır. X6 xx.xx.2018-ci il təvəllüdlü azyaşlıdır. X8 xx.xx.2020-ci il təvəllüdlü azyaşlıdır. Ailəsinə aid 2000 kv.m həyətyanı sahə, 4000 kv.m bağı və digər gəlir vasitəsi kimi 3 ədəd inək və 10 ədəd toyuq vardır. Bundan başqa ailəyə aid hər hansı bir pay torpaq, əmlak və ya nəqliyyat vasitəsi yoxdur. Bütün məlumaatları müraciət etdiyi zaman qeyd etmişdir. Bu baxımdan onun ailəsi aztəminatlı ailə meyarına uyğundur. Ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılınası tamamilə əsasız və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, ailəni təmsil edən şəxs qismində sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********9503 nömrəli müraciətinə əsasən Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə mərkəzi filialı tərəfindən aparılmış müayinə nəticəsində ailəyə xx.xx.2022-ci il tarixdən 446,75 manat məbləğində sosial yardım təyin olunmuşdur. İddiaçı 2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin isə yanvar aylarında Ünvanlı dövlət sosial yardımla bağlı ödənişlər həyata keçirilmişdir. Daha sonra ailəyə təyin olunmuş sosial yardım xx.xx.2023-cü il tarixdə ailənin ünvanında maddi X11 zamanı “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aşkar edilməsi və nəqliyyat vasitəsinin X9 adlı şəxsin mülkiyyətində olmasına baxmayaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təmsilçi İddiaçı etibarnamə əsasında istifadə hüququnun verildiyi müəyyən edilmişdir. Bu səbəblə də ona ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Həmçinin sözügedən qanunun ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 1 0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.2-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Sözügedən Qaydaların 4.3-cü bəndinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3 seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarfna əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı (ÜDSY) almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********79501 nömrəli müraciəti əsasında ərizə-bəyannamədə qeyd olunan ünvana xx.xx.2022-ci il tarixində ailənin X2 məqsədilə gedilmişdir. Ünvanda ailə üzvləri olmamış, ərizə-bəyannamədə qeyd olunan telefon nömrələri vasitəsilə təmsilçi ilə əlaqə saxlamağa çalışılsa da, zənglər cavabsız saxlanılmışdır. Bu səbəblə ailənin ÜDSY ilə bağlı müraciətinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na (bundan sonra - Qaydalar) uyğun olaraq X2 üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə imtina cavabı verilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı növbəti xx.xx.2022-ci il tarixli **********79502 nömrəli müraciəti ilə əlaqədar ərizə-bəyannamədə qeyd olunan ünvana xx.xx.2022-ci il tarixində X2 məqsədilə gedilmiş, təmsilçi müayinənin keçirilməsi üçün saatın gec olmasını səbəb gətirərək, baxış keçirilməsinə şərait yaratmamışdır. Ailənin ÜDSY ilə bağlı müraciətinə xx.xx.2022-ci il tarixdə Qaydalara əsasən X2 üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçı ÜDSY ilə bağlı xx.xx.2022-ci il tarixli **********79503 nömrəli müraciətinə əsasən ailənin ünvanında xx.xx.2022-ci il tarixində X2 keçirilmiş və aparılan müayinə zamanı ünvanda təmsilçinin anasına məxsus otaq və əşyalar aşkar edilmiş, təmsilçinin həyat yoldaşı X12 tərəfindən qayınanasının ayın bir neçə günü bu ünvana gəlməsi bildirilmişdir. Ailəyə xx.xx.2022-ci il tarixindən aylıq 446.75 manat məbləğində ÜDSY təyin edilmiş, eyni zamanda ÜDSY-nin alınması üçün müraciət etmiş ailələrin X2nin və sosial vardım təyinatından sonrakı monitoringlərin aparılmasına dair ‘‘Passporf ’ təlimatına əsasən ailə tərkibi şübhəsi ilə rüb üzrə təkrar müayinələrin keçirilməsi məqsədilə ÜDSY isi risk kateqoriyasına daxil edilmişdir. Fondun 1 saylı Şirvan-Salyan regional filialı tərəfindən 30.01 2023-cü il tarixdə ailənin ünvanında ÜDSY işinin monitorinqi həyata keçirilmişdir. Monitorinq zamanı ailənin yaşadığı ünvanın həyətyanı sahəsində “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Təmsilçinin həyat yoldaşı G.Rəhmanova nəqliyyat vasitəsinin atasına məxsus olduğunu bildirsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin uçot bazasından əldə edilmiş məlumata əsasən aşkar edilmiş nəqliyyat vasitəsinin X10 adlı şəxsin mülkiyyətində olması və 28.06 2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı təmsilçiyə etibarnamə əsasında istifadə hüququnun verilməsi müəyyən edilmişdir Bu səbəblə ailəyə təyin edilmiş ÜDSY Qaydalara əsasən 14.03 2023-cü il tarixində dayandırılmış və “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. İddiaçıya ünvanlanan 14 mart 2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, "Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ aşağıda qeyd olunan əsasa görə 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır: Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, eləcə də 28.06 2018-ci ıl tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı Ə, Rəhmanova etibarnamə əsasında istifadə hüququnun verilməsi müəyyən edilmişdir. Həmin əsasa münasibətdə iddiaçı tərəfindən ərizə-bəvannamədə ailənin istifadəsində “nəqliyyat vasitəsinin” olmaması qeyd edilsə də, monitorinq nəticəsində İddiaçı istifadəsində etibarnamə əsasında nəqliyyat vasitəsindən istifadə hüququnun verildiyi müəyyən edilmişdir. Bu da “Ünvanlı dövlət sosial yardımın alınması ücün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qavdaları”nın 4.3.6-cı bəndi ilə ziddiyyət təşkil edir (ailənin mülkiyyətində və va istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar). Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, Fondun X2 üzrə Mərkəzi Filialı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli müayinə aktına əsasən İddiaçı yaşadığı ünvanda keçirilən monitorinq zamanı o, anası X4 onlarla birgə yaşadığını etiraf etmişdir. Belə ki, İddiaçı sosial yardım təyinatı üçün müraciət etməzdən öncə də anasının onlarla birlikdə yaşadığını, lakin heç bir məşğuliyyətinin olmadığı üçün ailə tərkibində göstərmədiyini bildirmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı “ərizəbəvannamədə” Hacıqabul ravonu Ələtli kəndində həyat yoldaşı X12, oğlanları Rəhmanov Amil Əlihəsən oğlu, X21 oqlu və X7 ilə birlikdə yaşadığını qeyd etsə də, monitorinq nəticəsində müəyyən edilmişdir ki, faktiki olaraq qeyd edilən ünvanda anası da onlarla birgə yaşayır. Bu da "Ünvanlı dövlət sosial yardımın alınması ücün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nda göstərilən “Sosial vardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidirJ’ müddəası ilə ziddiyyət təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı “sosial yardım ödənişinin dayandırıldığı gündən, yəni 2023-cü ilin fevral ayından bərpa olunmasını və ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuş, Hacıqabul rayonu, Ələtli kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-16/-7/2-R-21xx/xx/2023 nömrəli məktubundan görünür ki, adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsinin qeydiyyatda olub-olmaması barədə məlumat verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinə bilavasitə tabe olan Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ünvanladığınız müraciətə baxılmışdır. DİN Baş X28 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompyüter uçot bazasının məlumatlarına əsasən Hacıqabul rayonu Ələtli kəndində qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İşdə olan Ünvanlı sosial yardımın alınması üçün müraciətə təyinat edilməsinə dair 6c329f689a174f28b479def6292a69da nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, **********79503 nömrəli müraciətinə aylıq 446,75 AZN ÜDSY təyin edilmişdir. İşdə olan Ünvanlı sosial yardımın alınması üçün müraciətə təyinat edilməsinə dair 19fa27863a5d4c59a5a9894f7cd1e135 nömrəli bildirişdən görünür ki, İddiaçı “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailəsinin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması, maddi X11 zamanı ərizə bəyənnamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasına görə imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16/2-8012/2024 nömrəli məktubundan görünür ki, DİN Baş X28 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “VAZ 21061” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2006-cı il tarixdən X5 adında qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur). Eyni zamanda “VAZ 21061” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X5 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına (18 yaşına) çatdıqda, valideynlərin bu şəxlərin üzərində olan bütün hüquq və vəzifələrinə xitam verilir və valideynlər keçmiş ailə üzvləri olmuş əmək qabiliyyətli övladlarını və onların ailəsini saxlamağa, onlara pul verməyə və ünvanlı dövlət sosial yardımı təyin etməyə və verməyə borclu deyillər. Çünki Qanun valideynlərin bu şəxslərin üzərində olan bütün hüquq vəzifələrinə xitam vermişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ünvanlı yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan bütün aztəminatlı ailələrə dövlət büdcəsinin vəsaiti hesabına yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edilən ayın 1-dən 1 il müddətinə təyin olunur. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Aztəminatlı ailələrin rahatçılığını və sosial müdafiəsini gücləndirilmək məqsədi ilə X23 və X26 (VEMTAS) yaradılması barədə 23 fevral 2015-ci il tarixli 477 nömrəli Fərmanında hörmətli Prezidentimiz cənab İlham Əliyev mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edilməsi barədə Ədliyyə Nazirliyinə Tapşırıq vermişdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Ailəni təmsil edən şəxs qismində sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********9503 nömrəli müraciətinə əsasən Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə mərkəzi filialı tərəfindən aparılmış müayinə nəticəsində ailəyə xx.xx.2022-ci il tarixdən 446,75 manat məbləğində sosial yardım təyin olunmuşdur. İddiaçı 2022-ci ilin noyabr, dekabr, 2023-cü ilin isə yanvar aylarında Ünvanlı dövlət sosial yardımla bağlı ödənişlər həyata keçirilmişdir. Daha sonra ailəyə təyin olunmuş sosial yardım xx.xx.2023-cü il tarixdə ailənin ünvanında maddi X11 zamanı “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aşkar edilməsi və nəqliyyat vasitəsinin X9 adlı şəxsin mülkiyyətində olmasına baxmayaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təmsilçi İddiaçı etibarnamə əsasında istifadə hüququnun verildiyi müəyyən edilmişdir. Bu səbəblə də ona ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müracit edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Qeyd olunan qaydaların 2-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən natariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum və ya patron olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.(2.1) Ailəni təmsil edən şəxs müraciəti elektron formada və ya kağız üzərində edə bilər.(2.2) Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi «komunikasiya vəsaitlərindən (kompyuterlərdən, mobil telefonlardan və.s) habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciəti qeydiyyata alınması məqsədi ilə “Elektron nökumət” və ya Nazirliyin “ Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “ərizə-bəyannamə”ni dolduraraq X23 və X27 (bundan sonra VEMTAS) göndərir. (2.3) Qaydaların 3-cü bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir (3.1) VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron Hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndidə göstərilən qurumlarının informasiya sistemləri və ehtiyatları ilə xüsuisi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.(3.2) Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi X11”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejmində VEMTAS -a ötürür. (3.4) VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə- Bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirir (3.4.1) məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. (3.4.2) Qaydaların 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir yə ya bildirilir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.2-ci maddəsində göstərilir ki, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. İddiaçının müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X2nin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin X2”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-8012/2024 nömrəli məktubundan görünür ki, DİN Baş X28 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “VAZ 21061” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2006-cı il tarixdən X5 adında qeydiyyatdadır. İş materiallarına əlavə dilən “Elektron notariat” X1 çıxarışa əsasən “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aşkar edilməsi və nəqliyyat vasitəsinin mülkiyyətçisi adova Arifə Məzəddın qızı tərəfindən iddiaçıya verilən etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilən ünvanlı sosial yardımın dayandırılmasına səbəb olan yeganə hal etibarnamə ilə verilən “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının isitfadəsində olmasıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən ünvanlı sosial yardım ərizəsi ilə bağlı inzibati orqana müraciət edilən zaman, ünvanlı sosial yardım təyin edilən zaman, eləcə də dayandırılan zaman qeyd edilən etibarnamənin qüvvədə olmadığı müəyyən edilir. Həmçinin “Vaz-2106” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olduğunu təsdiq edən sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən əsas sübuta yetirilmədiyindən təyin edilən ünvanlı sosial yardımın dayandırılması ilə bağlı inzibati orqanın hərəkətləri əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyə əsasən iddiaçıya təyin edilən ünvanlı sosial yardım xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin edildiyindən iddiaçı xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsini də tələb etməkdə haqlı olmuşdur. İddiaçıya izah olunur ki, xx.xx.2023-cü il tarixdən sonra sosial yardım almaq istəyəcəyi təqdirdə yeni müraciətlə müvafiq inzibati orqana müraciət etməlidir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı sosial yardım ödənişinin dayandırıldığı gündən yəni 2023-cü ilin 14 mart ayından bərpa olunması və xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddiaçı ödədiyi 10 (on) manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı sosial yardım ödənişinin dayandırıldığı gündən yəni 2023-cü ilin 14 mart ayından bərpa olunması və xx.xx.2023-cü il tarixə kimi ödənilməmiş ayların ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar