Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-742/2020 08.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində dəyişiklik edilərək “İddiaçı” adın və soyadından əvvəlki “Elçin Əliyev” adına və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində dəyişiklik edilərək “İddiaçı” adın və soyadından əvvəlki “Elçin Əliyev” adına və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixə məhkəməyə dəvət edilmişlər. İddiaçı və cavabdehin nümayəndəsi gəlmədiyindən şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təxirə salınmış, məhkəmə iclasına təkrarən gəlmədiyi halda iddianın geri götürülmüş hesab olunacağı barədə iddiaçıya məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq, iddiaçı təkrarən məhkəmə iclasına gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı:
1. İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində dəyişiklik edilərək “İddiaçı” adın və soyadından əvvəlki “Elçin Əliyev” adına və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası geri götürülmüş hesab edilsin.
2. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov