Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-742/2025 11.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2016cı il tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq ona təyin edilmiş pensiyanın dövlət qulluğundan azad olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq əmlak məsələləri dövlət komitəsində 14 il, 7 ay, 10 gün stajı dövlət qulluğunda işlədiyi illər ərzində maaşı qədər mükafatların, müavinətlərin, 15 əlavə haqların, ixtisas dərəcələrini, işlədiyi yuxarı vəzifə üzrə maaşlar nəzərə alınmaqla dövlət qulluqçusu kimi yenidən hesablanmasının, aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2016cı il tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq ona təyin edilmiş pensiyanın dövlət qulluğundan azad olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq əmlak məsələləri dövlət komitəsində 14 il, 7 ay, 10 gün stajı dövlət qulluğunda işlədiyi illər ərzində maaşı qədər mükafatların, müavinətlərin, 15 əlavə haqların, ixtisas dərəcələrini, işlədiyi yuxarı vəzifə üzrə maaşlar nəzərə alınmaqla dövlət qulluqçusu kimi yenidən hesablanmasının, aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1953-cü il tarixdə anadan olmuş, xx.xx.1969cu il tarixdən xx.xx.1969-cu il tarixədək İmişli rayon İstehsal Cəmiyyətinin iaşə müəssisələri üzrə kalkulyator, xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İmişli rayon İstehlak Cəmiyyətində mühasib, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək İmişli rayon İstehlak Cəmiyyətinin çörəkxanasında texnoloq, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək mühasib, xx.xx.1975ci il tarixdən xx.xx.1982-ci il tarixədək Təsərrüfat hesablı avtoqarajın böyük mühasibi, xx.xx.1982ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kooperativ Ticarət Birliyində böyük mühasib, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İmişli rayon X9 Ticarət İdarəsində mühasib, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək İmişli rayon “Muğan” Tədarük kooperativində sədr müavini, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərittifaqın İmişli rayon X5 Ticarət Birliyinin direktoru, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İmişli rayon şöbəsinin müdiri, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək 20 saylı Ərazi Şöbəsinin müdiri, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 11 saylı Ərazi Şöbəsinin müdiri, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Ərazi şöbəsinin müdiri, xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 17 saylı Ərazi Şöbəsinin müdiri, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şirvan Ərazi Şöbəsinin müdiri, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Beyləqan Ərazi Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə 2-ci dərəcəli dövlət qulluqçusu, xx.xx.2014-cü il tarixdə İnzibati Vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcəli dövlət qulluqçusu, xx.xx.2017-ci il tarixdə İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə Dövlət Qulluğunun kiçik müşaviri ixtisas dərəcələri verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən, daha sonra Şirvan İnzibati Məhkəməsinin müvafiq qərarı ilə xx.xx.2016-cı il tarixdə ona əmək pensiyası təyin edilmişdir. Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun dövlət qulluğunda qulluq stajı 15 ildən az (14 il 28 gün (xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2020-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Cavabdeh onun dövlət qulluğu dövrünü dəfələrlə azaldıb, çünki təkcə Əmlak Məsələləri Dövlət Komitəsində faziləsiz 14 i, 7 ay, 10 gün işləmişdir. (xx.xx.2006-cı ildən xx.xx.2020-ci il tarixə kimi) Cavabdeh isə bi müddəti 14 il 28 gün kimi göstərib, müddəti fasilələrlə qeyd etmişdir. Digər tərəfdən isə yuxarıda qeyd edilən digər əsaslar ona pensiya yaşının tamam dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiyanın təyin edilməsinə əsasdır. Yəni pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdə dövlət qulluğundakı stajı 10 ildən (5 il kifayət edirdi) artıq olduğu üçün onun dövlət qulluqçusu kimi əmək pensiyası alımaq hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən hüququnun yarandığı xx.xx.2016-cı il tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq ona təyin edilmiş pensiyanın dövlət qulluğundan azad olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq əmlak məsələləri dövlət komitəsində 14 il, 7 ay, 10 gün stajı dövlət qulluğunda işlədiyi illər ərzində maaşı qədər mükafatların, müavinətlərin, 15 əlavə haqların, ixtisas dərəcələrini, işlədiyi yuxarı vəzifə üzrə maaşlar nəzərə alınmaqla dövlət qulluqçusu kimi yenidən hesablanmasının, aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iş materiallarına əsasən xx.xx.1953-cü il təvəllüdlü İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının Mərkəzi filiala daxil olmuş sonuncu müraciət ərizəsi və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q- 191021/2023 nömrəli məktubla iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğunda qulluq stajının müddəti 15 ildən az (14 il 28 gün (xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2020-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin keçmiş iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə tələblərini müdafiə etdiklərini bildirərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuş, İmişli şəhəri, Vidadi küçəsi, ev 12-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1969-cu il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdən-xx.xx.2020-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q- 191021/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21 avqust 2023-cü il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11,2-ci maddələrinə və “Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxan qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin dövlət qulluğunda qulluq stajınız 15 ildən az (14 il 28 gün (xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2020-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də sabiq dövlət qulluqçusu kimi yaşa görə emək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən məlum olur ki, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-118/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən və həmin tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmuşdur. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(106)-333/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-118/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçi hazırki iddia tələbində hüququnun yarandığı xx.xx.2016-cı il tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq ona təyin edilmiş pensiyanın dövlət qulluğundan azad olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq əmlak məsələləri dövlət komitəsində 14 il, 7 ay, 10 gün stajı dövlət qulluğunda işlədiyi illər ərzində maaşı qədər mükafatların, müavinətlərin, 15 əlavə haqların, ixtisas dərəcələrini, işlədiyi yuxarı vəzifə üzrə maaşlar nəzərə alınmaqla dövlət qulluqçusu kimi yenidən hesablanmasının, aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsini xahiş edir. Əvvəla Məhkəmə qeyd edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluğu stajına əlavələrinin müəyyən edilməsi üçün təkcə vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilib-ödənilməməsini yoxlamalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Əmək pensiyaları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7 Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1.Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2.Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1.Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsinin 06 mart 2018-ci il tarixədək və ondan sonrakı tələbləri aşağıdakı kimidir: - (dəyişiklikdən əvvəlki redaksiyada) Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. - (dəyişiklikdən sonrakı redaksiyada) Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Bəhs edilən və hal-hazırda qüvvədə olan qanunvericiliyin müddəalarından görünür ki, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 1 əsasa görə mümkündür: - Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; (1) Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının dövlət qulluğunda iş stajının 14 il 28 gün olması mübahisələndirilməyən haldır. Digər tərəfdən məhkəmə araşdırılması zamanı iddiaçının dövlət qulluğu stajına yalnız aşağıda göstərilən vəzifələr aiddir: - xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2020-cü il tarixləri arasındakı dövrlər; Göründüyü kimi iddiaçının dövlət qulluğu stajıa daxil edilən xx.xx.2006-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2020-cü illəri əhatə edir ki, bu dövrlər (14 il 28 gün) qanunvericilikdə müəyyən edilmiş norma üzrə qulluq stajı ilə bağlı şərti ödəmir. Bu səbəbdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması istisna olunur. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olub-olmamasına münasibət bildirilməsi zəruridir. Normanın məzmununa görə vətəndaşın 14 il 28 gün qulluq stajı (dövlət qulluğunda) əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yalnız 2 əsas olduğu halda yaranır: -dövlət qulluğuna xitam verilməsi bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmuşdursa; -15 il qulluq stajının toplanmasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda. Məhkəmə diqqətə çatdırır ki, dövlət qulluğuna xitam verildiyi tarixə iddiaçı 14 il 28 gün qulluq stajına malik olsa da, onun “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında pensiya hüququnun yaranması istisna olunur. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericilik dövlət qulluğçusu kimi yaşa görə əmək pensiyasının 14 il 28 gün qulluq stajı əsasında təyinatını konkret müddəa əsasında təsbit etmişdir ki, bu zaman dövlət qulluğuna xitam verilməsinin bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqəda olmasını şərtləndirmişdir. Hazırki mübahisə üzrə iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə bağlı olmadığından, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-1-ci maddələri ona münasibətdə tətbiq edilmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X3 məktubu əsasında mümkündür. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1053/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Həmin Qanun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş və həmin vaxtdan qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun xx.xx.2006cı il tarixə 60 yaşının tamam olması tələb olduğu halda, həmin vaxt 50 yaşı tamam olduğundan və həmin vaxtadək pensiya yaşına çatmadığı üçün qeyd edilən qanunun tələbləri ona münasibətdə tətbiq edilə bilməz.” Göründüyü kimi, bu növ iddialar üzrə dövlət qulluğunda iş stajının 5 il müddəti kimi nəzərə alınması üçün vətəndaşın həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında yaş stajı ilə bağlı şərti ödəmiş olsun. Digər tərəfdən məhkəmə hesab edir ki, ali məhkəmənin qeyd olunan qərarında göstərildiyi kimi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş normaların hazırkı münasibətdə tətbiqinin istisna olunması ilə yanaşı, eyni zamanda xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normalarının tətbiqi də mümkün deyildir. Başqa sözlə, istər xx.xx.2006-cı il tarixədək, istərsə də xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 5 il dövlət qulluğu stajına malik olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququndan o zaman bəhz edilə bilər ki, dövlət qulluqçusu 5 il dövlət qulluğu stajı toplanılması ilə yanaşı, həmçinin pensiya yaşına da çatmış olsun və ya əlil olmuş olsun. Göründüyü kimi təkcə 5 il dövlət qulluğu stajının toplanılması iddianın təmini əsası qismində çıxış etmir. İddiaçı həmçinin tələbində xx.xx.2016-cı il tarixdə hüququnun yarandığını və həmin dövrün qanunvericiliyinin tətbiq edilməsini istəyir. Həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə qüvvədə olan qanunvericiliyin tətbiq edilməsini istəməsinə baxmayaraq, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-118/2021 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilərək ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçıya xx.xx.2016-cı il tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq ona təyin edilmiş pensiyanın dövlət qulluğundan azad olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və ya pensiyanın yenidən hesablanması barədə cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab etmək olmaz. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsində isə qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarının 6.4-cü maddəsinə görə Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qüvvədə olan qanunvericiliyə əsasən Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Belə olan halda, iddiaçının tələbi üzrə hüququnun yaranmadığı müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin digər hissəsi ilk tələbindən asılı olduğundan və ilk tələb üzrə iddiası təmin edilmədiyindən digr hissələr üzrə də tələb təmin edilə bilməz. Eləcə də, iddiaçı dövlət qulluqçusu kimi 14 il 07 10 gün stajının olduğunu bildirə də, inzibati orqan 14 il 28 gün stajı dövlət qulluqçusu kimi qəbul etmişdir. Həmin hissədə də məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi üzrə hər iki hal üzrə 15 il staj toplanmadığından həmin hissə də əlavə araşdırılmanın aparılmasına ehtiyac yoxdur. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı xx.xx.2016-cı il tarixdə qüvvədə olan qanunvericiliyin tətbiqi ilə bağlı olduğundan iddia tələbi üzrə dəqiqləşdirmə aparılması ilə bağlı hüquqi yardım edilməsinə və tələbində dəqiqləşdirmələr aparılmasına zərurət yoxdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2016-cı il tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq ona təyin edilmiş pensiyanın dövlət qulluğundan azad olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq əmlak məsələləri dövlət komitəsində 14 il, 7 ay, 10 gün stajı dövlət qulluğunda işlədiyi illər ərzində maaşı qədər mükafatların, müavinətlərin, 15 əlavə haqların, ixtisas dərəcələrini, işlədiyi yuxarı vəzifə üzrə maaşlar nəzərə alınmaqla dövlət qulluqçusu kimi yenidən hesablanmasının, aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-742/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-742/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver