Məhkəmə qərarları › İş №2-1(120)-743/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-743/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-743/2022 05.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 оğlunun katibliyi ilə, İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində soyadının “İrzayev”dən “Rzayev” ə, doğum tarixinin isə “1937”-ci ildən “1938”-ci ilə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “doğum akt qeydində soyadının “İrzayev”dən “Rzayev” ə, doğum tarixinin isə “1937”-ci ildən “1938”-ci ilə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, doğum haqqında akt qeydində soyadı “İrzayev”, doğum tarixi “1937-ci il” olaraq qeyd edilmiş, lakin iddiaçı barəsində tərtib edilmiş bütün digər sənədlərdə soyadı “Rzayev” təvəllüdü “1938-ci il” kimi yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, doğum haqqında akt qeydində soyadının “İrzayev”dən “Rzayev” ə, doğum tarixinin isə “1937”-ci ildən “1938”-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Saatlı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - NZ № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1938-ci ildə doğulması barədə qeydiyyat aparılmışdır. - İ-NE № 492322 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1938-ci ildə doğulması barədə qeydiyyat aparılmışdır. - Torpağın mülkiyyətə verilməsinə dair JN-144A, Kod 90803038 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə 0.41 hektar torpaq sahəsi verilmişdir. - Torpağa mülkiyyət hüququna dair JN-0074, Kod 90803038 nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə 3.55 hektar torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə Tədqiqat X4 Cəmiyyətinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********51 nömrəli məktubuna əlavə olunmuş Telmankənd kəndində yaşayan torpaq payı almaq üçün vətəndaşların siyahısından və cədvəldən görünür ki, İddiaçı adı, həmçinin təvəllüdü 1938-ci il olaraq qeyd edilmişdir. - Saatlı rayon İcra Hakimiyyətinin Əhmədbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 01/05 nömrəli arayışından görünür ki, Saatlı rayon Əhmədbəyli kəndində 08 yanvar 1937-ci il təvəllüdlü İİddiaçı adlı şəxs yoxdur. Məktubda göstərilən şəxs həqiqətən İddiaçıdur. Həmin şəxs nümayəndəliyin 3 nömrəli təsərrüfatbaşına kitabının 97-ci səhifəsində 225 şəxsi hesab nömrəli təsərrüfatda qeydiyyatda olmaqla doğum tarixi xx xxxxxx 1938-ci il göstərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 178-10186 nömrəli məktubuna əlavə olunmuş şəxsiyyət vəsiqəsi barədə İAMAS-da müəyyən olunmuş məlumat üzrə çıxarışdan görünür ki, Soyadı qrafasında “Rzayev”, adı qrafasında “Xudaş”, ata adı qrafasında “Allahverdi”, doğum tarixi qrafasında “xx.xx.1938” qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********42 nömrəli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-144A, Kod 90803038 nömrəli şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair JN-0074, Kod 90803038 nömrəli dövlət aktında İddiaçı və onun ailə üzvlərinə torpaq sahəsi verilməsi barədə qeydlər vardır. - 14 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İİddiaçı xx.xx.1937-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası X3, anası X1 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində soyadının “İrzayev”, doğum tarixinin “xx.xx.1937-ci il” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə doğum tarixi “1938-ci il” qeyd edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsində, hərbi biletində, nikah haqqında şəhadətnaməsində və digər sənədlərdə soyadının “Rzayev” doğum tarixinin “1938-ci il” qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin, hərbi biletin, nikah haqqında şəhadətnamənin və digər sənədlərin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də iddiaçının soyadı “Rzayev”, təvəllüdü “1938-ci il kimi olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə soyadının “Rzayev”, təvəllüdünün “1938ci il” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində “soyadının “İrzayev”-dən “Rzayev”-ə, doğum tarixinin 1937-cı ildən 1938-ci ilə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Doğum haqqında akt qeydində iddiaçının (İddiaçı ilə bağlı) “soyadının “İrzayev”-dən “Rzayev”-ə, doğum tarixinin 1937-cı ildən 1938-ci ilə düzəliş edilməsi öhdəliyi cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar