Məhkəmə qərarları › İş №2-1(120)-745/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-745/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-745/2025 30.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şirvan şəhər Mərkəzi X1rşı “göndərişin verilməsi” tələbinə dair iddiası üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhər Mərkəzi X1rşı “göndərişin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Şirvan şəhər Mərkəzi X1rşı “əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə göndərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2438/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildən xx.xx.1984cü ilədək Sovet Ordusunun sıralarında həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdə Hacıqabul RHK tərəfindən Azərbaycan Respublikasının Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. X2 N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü ildə Horadiz qəsəbəsində gedən döyüş zonasında yaralanmışdır. xx.xx.1994-cü il tarixdən xx.xx.1994-ü il tarixədək Bakı şəhəri M.Nağıyev adına X15 Xəstəxanasında müalicə almışdır. Müayinə və müalicə olunduğu yaralanma-diazqnoz: “Sağ budun orta 1/3-nin, sağ baldırın aşağı 1/3-nin, sağ incik sümüyünün orta 1/3-nin, sağ qamış sümüyünün geniş yarası, sol çiynin yuxarı 1/3-nin dəlib keçən odlu qəlpə yaralanması Baş beyin silkələnməsi orta ağırlıqda” və xx.xx.1994cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Sağ baldırın aşağı 1/3-nin dəlib keçən odlu qəlpə yaralanması, qamış sümüyünün zədələnməsi funksiyanın pozulmaması ilə. Sol çiynin və sağ budun aşağı 1/3-nin bərkimiş çapıqları. Sağ baldırın yumşaq toxumalarında metal qəlpə” Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 657 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 570 nömrəli arayışı, Bakı şəhəri M.Nağıyev adına X15 Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış 7311 nömrəli arayış, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir. Qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 46 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin “a” yarımbəndinə əsasən “Hərbi tarvmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.” Qeyd etdikləri əsaslarla ona əliliyin təyin edilməsi üçün Şirvan şəhər X13 X11 Komissiyasına müraciət etmişdir. Lakin, cavabdeh orqan tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsindən imtina edilmişdir. İddiaçı əliliyin müəyyən edilməsi məqsədilə tibbi müəssisənin Həkim Məsləhət Komissiyasına müraciət etmiş və 16 noyabr 2023-cü il tarixində Şirvan Şəhər X4 Hüquqi Şəxsində keçirilmiş Həkim Məsləhət Komissiyasının iclası zamanı onun M17-Qəlpə yaralanmasından sonra sol bazunun və sag baldırın müxtəlif ölçülərdə əməliyyatdan sonrakı alt toxumalarla yapışma çapıqları, sol kürək nahiyəsində metal qəlpə, ağrı sindromu, sağtərəfli qonartroz, sol mil sümüyünün nevriti, sol əlin 1 barmağının yaxınlaşdırıcı, 11 barmağın bükücü (70 dərəcə) kontrakturası, ətrafın funksiyanın pozulması diaqnozunun və ya ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 12 nömrəli Qərarına əsasən şəxsin tibbi sənədlərinin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası tam əsasızdır. Cavabdeh orqanın imtinası onun sosial təminat hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qeyd olunanalara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Əsaslandırma hissəsi: İddianın mümkünlüyü. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçının nümayəndəsi eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Şirvan şəhər X4 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli Həkim Məsləhət Komissiyası tərəfindən X9 üçün Göndərişlərin verilməsindən imtina Aktında qeyd edilmişdir ki, xəstə İddiaçı FİN kod: xxxxxxx əlilliyin müəyyən edilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmiş və 16 noyabr 2023-cü il tarixində Şirvan Şəhər Mərkəzi X5 Şəxsində keçirilmiş Həkim Məsləhət Komissiyasının iclası zamanı onun M17-Qəlpə yaralanmasından sonra sol bazunun və sağ baldırın müxtəlif ölçülərdə əməliyyatdan sonrakı alt toxumalarla yapışma çapıqları, sol kürək nahiyəsində metal qəlpə, ağrı sindromu, sağtərəfli qonartroz, sol mil sümüyünün nevriti, sol əlin 1 barmağının yaxınlaşdırıcı. İİ barmağın bükücü (70 dərəcə) kontraktarası, ətrafın funksiyasının pozulması diaqnozunun və ya ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 12 nömrəli Qərarına əsasən şəxsin tibbi sənədlərinin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsinə imtina edilmişdir. İddiaçı müayinə aktında qeyd edilmişdir ki, 1994-cü ildən Füzuli rayonunda gedən döyüşlərdə odlu silahdan güllə yarası almışdır. Uzun müddət Nağıyev adına TTTYX-da müalicə almışdır. Aldığı çoxsaylı müalicələrə baxmayaraq, xəstənin vəziyyəti dəyişməz olaraq qalır. Travmatoloq “X3 və Ortopediya İnstitutu” PHŞ-xx.xx.2023-ci il tarixli Arayış- Qəlpə yaralanmasından sonra sol bazunun və sağ baldırın müxtəlif ölçülərdə o cümlədən, cərrahi əməliyyatdan sonrakı alt toxumalarla yapışma çapıqları, sol kürək nahiyəsində yumşaq toxumada metal qəlpə, ağrı sindromu, sağtərəfli qonartroz, sol mil sümüyünün nevriti, əlin İ barmağının yaxınlaşdırıcı, İİ barmağın bükücü (70 dərəcə) kontrakturası, ətrafın funksiyasının pozulması. Status localis- Xəstənin vəziyyəti orta-ağırdır. 1994-cü ildən Füzuli rayonunda gedən döyüşlərdə odlu silahdan güllə yarası almışdır. Uzun müddət M. Nağıyev adına TTTYX-da müalicə almışdır. Xəstənin sağ aşağı ətrafında deformasiyalar vardır, ətrafın əzələləri xeyli atrofiləşmişdir, alt toxumalarla yapışma çapıqları qeyd edilir. Sağ diz oynağı şişkindir, palpasiya zamanı ağrılıdır. Sol əlin İ barmağında yaxınlaşdırıcı, İİ barmağında bükücü kontraktura (70 dərəcə) və ətrafların funksiyasının pozulması nəzərə çarpır. 11,07.2023-cü il tarixdə ETT və Oİ-da müayinə olunmuş №********** (AB4891/2023), qəlpə yaralanmasından sonra sol bazunun və sağ baldırın müxtəlif ölçülərdə, o cümlədən, cərrahi əməliyyatdan sonrakı alt toxumalarla yapışma çapıqları, sol kürək nahiyəsində yumşaq toxumada metal qəlpə, ağrı sindromu, sağtərəfli qonartroz, sol mil sümüyünün nevriti, əlin İ barmağının yaxınlaşdırıcı, İİ barmağın bükücü (70 dərəcə) kontrakturası, ətrafın funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. XBT kodu- M17, M79.5, M24.5, R52.2, C56.3, F 98.8. Hacıqabul rayon Hərbi Komisarlığı tərəfindən verilmiş AV № 042145 nömrəli, xx.xx.2008-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Qeyd edək ki, Tibbi-sosial ekspert komissiyasına göndərişin (Forma-088) verilməsi, tərtibi, elektron sistemə daxil edilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin səlahiyyətinə daxildir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” ilə tənzimlənir. Bildiririk ki, İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat və ya göndəriş (Forma 088) aşkarlanmadı. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X12 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Xancanov dadi Əmirhüseyn oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şirvan Şəhər ərkəzi Xəstəxanası PHŞ tərəfindən vətəndaşa 16 noyabr 2024-cü il tarixdə “imtina akt”ı verilməmişdir və Əlillik dərəcəsinin qiymətləndirilməsi məqəsdilə şəxsin adına tibbi sənədlər toplanmamışdır. İddiaçı Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-də stasionar müraciəti qeydə alınmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 570 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə keçmiş Sovet ordusunda, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə sol bazu, sol çiyin nahiyyəsi və sağ baldırdan qəlpə yarası almışdır. xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Müharibə Veteranıdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 46 nömrəli qərarında qeyd edilmişdir ki, Hacıqabul RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994cü ildən xx.xx.1994-cü ilə kimi Bakı ş. M.Nağıyev adına X15 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ budun orta 1/3-nin, sağ baldırın aşağı 1/3-nin, sağ incik sümüyünün orta 1/3-nin, sağ qamış sümüyünün geniş yarası, sol çiynin yuxarı 1/3-nin dəlib keçən odlu qəlpə yaralanması. Baş beyin silkələnməsi orta ağırlıqda” və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Sağ baldırın aşağı 1/3-nin dəlib keçən odlu qəlpə yaralanması, qamış sümüyünün zədələnməsi funksiyanın pozulmaması ilə. Sol çiynin və sağ budun aşağı 1/3-nin bərkimiş çapıqları. Sağ baldırın yumşaq toxumalarında metal qəlpə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 657 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 570 nömrəli arayışı, Bakı ş. M.Nağıyev adına X15 Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli 7311 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2438/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat təxirə salınmışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T 593/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - İddiaçı adma “Hacıqabul rayon mərkəzi xəstəxanası”nın poliklinika şöbəsində tərtib edilmiş ambulator xəstənin fərdi vərəqəsində qeyd edilən “Əsas diaqnoz: M17-qəlpə yaralanmasından sonra sol bazunun və sağ baldırın müxtəlif ölçülərdə, o cümlədən, cərrahi əməliyyatdan sonrakı alt toxumalarla yapışma çapıqları, sol kürək nahiyəsində yumşaq toxumada metal qəlpə, ağrı sindromu, sağtərəfli qonartroz, sol mil sümüyünün nevriti, əlin İ barmağının yaxınlaşdırıcı, İİ barmağın bükücü (70 dərəcə) kontrakturası, ətrafın funksiyasının pozulması. Ağırlaşmalar: U79.5-sol kürək nahiyəsində yumşaq toxumada metal qəlpə, G56.3-sol mil sümüyünün nevriti, M24.5-sol əlin İ barmağının yaxınlaşdırıcı, İİ barmağın bükücü (70 dərəcə) kontrakturası, R26.8-ətrafın funksiyasının pozulması, R52.2- daimi ağrı sindromu” diaqnoz ona özünün əyani və stasionarda aparılmış müayinələri əsasında qoyulmuşdur. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, xəstəliklərin tam reabilitasiyası yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. … Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını, habelə göndəriş barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X8 Sistemi”nə ötürülməsini təmin edir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçının hüquqi marağı onun əlillik vəziyyətinin qiymətləndirilməsidir ki, bu məqsədlə o, Forma 88 göndərişinin tərtib edilməsi məqsədilə Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-yə müraciət etmiş və iddiaçıda mövcud olan xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmaması əsası ilə müraciətinin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə kifayət qədər araşdırma apararaq müəyyən edir ki, İddiaçı dair müayinə aktında qeyd edilmişdir ki, 1994-cü ildən Füzuli rayonunda gedən döyüşlərdə odlu silahdan güllə yarası almışdır. Uzun müddət Nağıyev adına TTTYX-da müalicə almışdır. Aldığı çoxsaylı müalicələrə baxmayaraq, xəstənin vəziyyəti dəyişməz olaraq qalır. Həmçinin Travmatoloq “X3 və Ortopediya İnstitutu” PHŞ-nin xx.xx.2023 arayışında qeyd edilmişdir ki, iddiaçıda Qəlpə yaralanmasından sonra sol bazunun və sağ baldırın müxtəlif ölçülərdə o cümlədən, cərrahi əməliyyatdan sonrakı alt toxumalarla yapışma çapıqları, sol kürək nahiyəsində yumşaq toxumada metal qəlpə, ağrı sindromu, sağtərəfli qonartroz, sol mil sümüyünün nevriti, əlin İ barmağının yaxınlaşdırıcı, İİ barmağın bükücü (70 dərəcə) kontrakturası, ətrafın funksiyasının pozulması. Status localis- Xəstənin vəziyyəti orta-ağırdır. 1994-cü ildən Füzuli rayonunda gedən döyüşlərdə odlu silahdan güllə yarası almışdır. Uzun müddət M. Nağıyev adına TTTYX-da müalicə almışdır. Xəstənin sağ aşağı ətrafında deformasiyalar vardır, ətrafın əzələləri xeyli atrofiləşmişdir, alt toxumalarla yapışma çapıqları qeyd edilir. Sağ diz oynağı şişkindir, palpasiya zamanı ağrılıdır. Sol əlin İ barmağında yaxınlaşdırıcı, İİ barmağında bükücü kontraktura (70 dərəcə) və ətrafların funksiyasının pozulması nəzərə çarpır. 11,07.2023-cü il tarixdə ETT və Oİ-da müayinə olunmuş №********** (AB4891/2023), qəlpə yaralanmasından sonra sol bazunun və sağ baldırın müxtəlif ölçülərdə, o cümlədən, cərrahi əməliyyatdan sonrakı alt toxumalarla yapışma çapıqları, sol kürək nahiyəsində yumşaq toxumada metal qəlpə, ağrı sindromu, sağtərəfli qonartroz, sol mil sümüyünün nevriti, əlin İ barmağının yaxınlaşdırıcı, İİ barmağın bükücü (70 dərəcə) kontrakturası, ətrafın funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. XBT kodu- M17, M79.5, M24.5, R52.2, C56.3, F 98.8. Hacıqabul rayon Hərbi Komisarlığı tərəfindən verilmiş AV № 042145 nömrəli, xx.xx.2008-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 570 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə keçmiş Sovet ordusunda, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə sol bazu, sol çiyin nahiyyəsi və sağ baldırdan qəlpə yarası almışdır. xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Müharibə Veteranıdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 46 nömrəli qərarında qeyd edilmişdir ki, Hacıqabul RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994cü ildən xx.xx.1994-cü ilə kimi Bakı ş. M.Nağıyev adına X15 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ budun orta 1/3-nin, sağ baldırın aşağı 1/3-nin, sağ incik sümüyünün orta 1/3-nin, sağ qamış sümüyünün geniş yarası, sol çiynin yuxarı 1/3-nin dəlib keçən odlu qəlpə yaralanması. Baş beyin silkələnməsi orta ağırlıqda” və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Sağ baldırın aşağı 1/3-nin dəlib keçən odlu qəlpə yaralanması, qamış sümüyünün zədələnməsi funksiyanın pozulmaması ilə. Sol çiynin və sağ budun aşağı 1/3-nin bərkimiş çapıqları. Sağ baldırın yumşaq toxumalarında metal qəlpə” (Azərbaycan Respublikalı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 657 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 570 nömrəli arayışı, Bakı ş. M.Nağıyev adına X15 Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli 7311 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T 593/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - İddiaçı adma “Hacıqabul rayon mərkəzi xəstəxanası”nın poliklinika şöbəsində tərtib edilmiş ambulator xəstənin fərdi vərəqəsində qeyd edilən “Əsas diaqnoz: M17-qəlpə yaralanmasından sonra sol bazunun və sağ baldırın müxtəlif ölçülərdə, o cümlədən, cərrahi əməliyyatdan sonrakı alt toxumalarla yapışma çapıqları, sol kürək nahiyəsində yumşaq toxumada metal qəlpə, ağrı sindromu, sağtərəfli qonartroz, sol mil sümüyünün nevriti, əlin İ barmağının yaxınlaşdırıcı, İİ barmağın bükücü (70 dərəcə) kontrakturası, ətrafın funksiyasının pozulması. Ağırlaşmalar: U79.5-sol kürək nahiyəsində yumşaq toxumada metal qəlpə, G56.3-sol mil sümüyünün nevriti, M24.5-sol əlin İ barmağının yaxınlaşdırıcı, İİ barmağın bükücü (70 dərəcə) kontrakturası, R26.8-ətrafın funksiyasının pozulması, R52.2- daimi ağrı sindromu” diaqnoz ona özünün əyani və stasionarda aparılmış müayinələri əsasında qoyulmuşdur. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, xəstəliklərin tam reabilitasiyası yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tibb müəssisəsi tərəfindən iddiaçıda iş materiallarında olan arayış və ekspert rəyləri ilə də təsdiq edilmiş xəstəliklərə və diaqnoza uyğun olaraq Forma 88 göndərişi tərtib edilməlidir ki, həmin göndəriş əsasında onun sağlamlıq və əlillik vəziyyəti TSERA tərəfindən şəffaf və obyektiv şəkildə qiymətləndirilsin. Əks halda bu hal iddiaçının konstitusion hüquqlarının, yəni sosial təminat, qanun qarşısında bərabərlik hüququnun pozulması ilə nəticələnmiş olar. Etimad hüququnun qorunması Konstitusiyadan və X14 Konvensiyasından irəli gəlir. Konstitusiyanın 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X14 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati Prosessual Məcəllə”nin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində tibbi göndərişin (Forma 88) tərtib edilməsi öhdəliyi cavabdeh Şirvan şəhər X4 Hüquqi Şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar