Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-746/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır və N986-cı ildə Rusiyanın Kaluqa şəhərinə gedib orada radiotexnik ixtisası üzrə TPM-də oxumuş və oradan həqiqi hərbi xidmətə çağırılaraq N987-89-cu illərdə keçmiş SSRİ X4 şəhərində yerləşən N saylı hərbi hissəsində yanğınsöndürən kimi xidmət etdikdən sonra ehtiyatda olan hərbi qulluqçu kimi Salyan rayon Hərbi komissarlığında qeydiyyata düşmüşdür. N992-ci ilin sentyabr ayında Azərbaycan torpaqlarının azad edilməsində iştirak etmək üçün Salyan rayonunda yaranmış könüllülər dəstəsinin tərkibində Qarabağın azad edilməsində iştirak etmək üçün cəbhə bölgəsinə yollanmışdır. Həmin vaxt könüllülər yeni yaradılan Milli Ordu rəhbərliyi tərəfindən bir qayda olaraq düşmənlə təmas xəttində, yəni döyüşlər gedən bölgələrdə və ya ora yaxın ərazilərdə, o cümlədən Tərtər, Goranboy, Gəncə və s. yerlərdə qarşılanır, onlardan hərbi bölmələr tabor, rota, batayon və digər birləşmələr yaradılır, silah-sursatla təchiz edilir və bir neçə günlük hərbi və döyüş hazırlığından sonra döyüşə yola salınırdılar. Onlar Salyan könüllülərini də qərargahı Gəncədə yerləşən N saylı hərbi hissənin zabitləri qarşıladılar. Orada olarkən onlar öyrəndilər ki, bu hərbi hissə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı adlanır. Eyni zamanda onu da öyrəniblər ki, bu alay o vaxt hələ o qədər də tanınmayan Sürət Hüseynovun tabeçiliyindədir və daha çox Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınır. Onun heyətinə salındığı N saylı alayın bilavasitə komandiri həmin vaxt Mehman Şirinov adlı, mayor rütbəli şəxs idi. Bu alayın 5 batalyonu var idi. Onun bilavasitə xidmət etdiyi batalyon 3-cü batalyon adlanırdı və bu batalyona Azərbaycanın Gəncə və Gəncəə trafı bölgələrindən olmayan bölgələrdən - Bakı, Salyan, Neftçala, Kürdəmir, Quba, Xaçmaz, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllüləri yığmışdılar. Batalyon komandirləri ixtisas hazırlıqlı (kadr) zabit kapitan Hümbət Əliyev idi. Onların hərbi biletləri qərargahda dərhal yığdılar və bir neçə müddətdən sonra ona Müdafiə Nazirliyi blankında tərtib edilmiş vəsiqə verdilər. Cəbhə bölgəsinə yollanandan bir neçə gün sonra onları gecə ilə Gəncədəki dəmiryol stansiyasının yanında yerləşən hərbi hissədən 7-8 QAZ-66, Ural markalı avtomaşınlarla Kəlbəcər yolu ilə aparıb Laçın rayonunun Sarıbaba adlanan yerdəki mövqelərdəki səngərlərdə olan heyəti dəyişməyi əmr etdilər. O, əvvəl sıravi kimi xidmət etdiyi bir 250 nəfərlik bölməyə (vzvoda) təhkim olunmuş, orada hamı könüllü gəldiyi üçün kimin hansı rütbədə olduğu və kimin komandir olduğu da məlum deyildi, hətta güclü atışma getdiyindən biri-birlərini tanımağa da vaxt yox idi və ermənilərin güclü hücumu nəticəsində 250- dən artıq şəxsi heyətindən cəmi 80-ə yaxın adam sağ qala bilib və mövqelərindən Qozlu-N adlanan yerdə yerləşən qərargahın yerləşdiyi mövqeyə geri çəkilməyə məcbur olublar. Orada onları yenidən, tanımadığı, özlərini hərbi rəhbərliyin nümayəndələri kimi təqdim edən bir neçə nəfər adam qruplaşdırıb, onun əvvəllər serjant olduğu hərbi biletindən öyrəndiklərinə görə həmin 80 nəfəri tabeliyinə verərək, onu bölmə komandiri təyin ediblər və bir neçə gün sonra ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin blankında bölmə komandiri olduğunu təsdiq edən sənəd vəsiqə verdilər. Döyüş şəraitində olduqlarından və həmin döyüşlər yağışlı, qarlı, palçıqlı şəraitdə baş verdiyindən həmin vəsiqə istifadəyə yararsız hala düşmüşdü. Ona görə həmin vəsiqənin əvəzində N993-cü ilin mart ayının 9-da ona N №-li hərbi hissəsinin blankında bölmə komandiri olduğunu təsdiq edən yeni N43 №-li vəsiqə verdilər (Həmin vəsiqənin kserosurətini təqdim edir, əslini də təqdim edə bilər). Həmin hərbi hissənin (alayın) tərkibində N993-cü ilin məlum hadisələrinə qədər, yəni təxminən 20 sentyabr N992-ci il tarixdən N2 fevral N993-cü il tarixədək Laçın rayonu ərazisindəki Sarıbaba, Qozlu - N, Qozlu - 2, Ərdəşəvi, Təzəkənd, Fingə, Hoçaz, İkinci Tığik kimi mövqelərdə ağır döyüşlərdə iştirak etmişdir. Lakin ruslardan güclü kömək alan ermənilər onların Qozlu - N kəndini yenidən tutmağa müvəffəq oldular və onların həmin kənddə yerləşən qərargahı da ermənilər tərəfindən top atəşilə dağıdıldı və onların qərargahının bütün sənədləri, həmçinin şəxsi heyətin bütün sənədləri orada məhv oldu. Buna baxmayaq onlar müqavimət göstərməkdə davam ediblər və N993-cü ilin aprel ayında Gəncəyə geri çağırılıblar və burada öyrəniblər ki, Surət Hüseynovun öz yaxın ətrafı ilə prezident Əbülfəz Elçibəy hakimiyyəti arasında insident yaranmışıdr və nəticə etibarı ilə N №-li hərbi hissə ləğv edilib və şəxsi heyət müxtəlif hərbi hissələrə təhkim olunur. Bundan sonra N993-cü ilin aprelin N0-dan 23 iyun N993-cü il tarixədək qərargahı Tərtər şəhərində yerləşən Salyan batalyonu adlanan könüllülərdən təşkil olunmuş hərbi hissədə xidmət edərək Ağdərənin Tonaşen-N, Tonaşen-2, Tonaşen-3, Çaylı kimi ərazilərində döyüş mövqelərində xidmət etmiş və oradan tərxis olunmuşdur. Eyni zamanda N saylı hərbi hissənin qərargahının darmadağın edilməsi nəticəsində hərbi biletləri də it-bata düşdüyündən, o, tərxis olunan kimi Salyan RHK-na gəlib dərhal müraciət etmiş və xx.xx.N993-cü il tarixdə hərbi bileti əvəz edən ******* №-li müvəqqəti vəsiqə verilmişdir. Yəni hərbi xidmət dövrü xx.xx.N992-xx.xx.N993-cü illəri əhatə edib, başqa sözlə, o, düz 9 ay 3 gün müharibə şəraitində hərbi xidmətdə olmuşdur. Bu yaxınlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsassız olaraq ona müharibə veteranı adı verilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Əsasnaməyə uyğun olaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi müvafiq sənədlərlə əks edilməlidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, “Müharibə Veteram” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N3 iyul 2022-ci il tarixli 4/3-8N04 nömrəli arayışına əsasən İddiaçı xidmət etdiyi N23 nömrəli hərbi hissə barədə Mərkəzi Arxivində məlumat aşkar edilməmişdir. Bu isə qüvvədə olan Veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi birbaşa istisna edir. Azərbaycan Respublikası İPM-nin N2.N -ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübütlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübütlar tələb edə bilər. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının N23 nömrəli hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün onun hərbi xidməti hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarında istinad etmiş, lakin iş materialları ilə onun hərbi xidməti və hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təstiqini tapmamışdır. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli əmrin N -ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Müdafiə Nazirliyi istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaəyətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Odur ki, göstərilənləri nəzərə alıb, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın mümkünlüyü: İlk öncə məhkəmə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Salyan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyildir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-2/22 nömrəli arxiv arayışından qeyd edilmişdir ki, İddiaçı N65 №-li hərbi hissə komandirinin N may N993-cü il tarixli N №-li əmrində çavuş İddiaçı hərbi hissəyə daxıl edilməsi, bütün növ təminatlarla təmin edilərək qumbaraatan vəzifəsinə təyin olunması barədə məlumat vardır (əsas: səh. 4, sıra N68, əmrdə atasının adı yazılmayıb). N65 nömrəli hərbi hissə komandirinin N may- N iyun N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. Qeyd edirik ki, N65 nömrəli hərbi hissə komandirinin iyul N993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazir Katibliyi Mərkəzi Arxivə daxil olmadığı üçün xidmətiniz barədə araşadırma apara bilmirik. Qeyd edirik ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən barəni xx.xx.2022-ci il tarixli 4/2-2N22 №-li məktubla ünvanınıza və xx.xx.2022-ci il tarixli 4/2-2 №-!i məktubla SHXÇDX-nin Salyan rayon şöbəsinə cavab göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli,4/3-8/04 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Xidmət keçdiyiniz N23 nömrəli hərbi hissə barədə Mərkəzi Arxivdə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında N (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. xx.xx.N993-cü il tarixli N43 nömrəli N23 nömrəli hərbi hissənin şəxsi heyətinin üzvünə məxsus vəsiqənin surətindən görünür ki, İddiaçı N23 nömrəli hərbi hissənin şəxsi heyətində olmuşdur. N65 nömrəli hərbi hissənin arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N65 nömrəli hərbi hissədə xidmət edib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şəbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N969-cu il təvəllüdlü İddiaçı, xx.xx.N992-ci il tarixdə keçmiş Salyan RHK-ı tərəfindən səfərbərliklə hərbi xidmətə göndərilmişdir.(əsas səfərbərliklə göndərilənlərin 35 saylı əlifba kitabı sıra sayı 6.) İddiaçı X2 iştirak etməsi barədə Xidmətin Salyan rayon şöbəsində məlumat aşkar olunmadı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı (əmrdə atasının adı yazılmamışdır) aid N65 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrindən Arxiv çıxarışını ünvanınıza göndəririk. Qeyd edirik ki, N65 №-li hərbi hissə komandirinin xx.xx.N993xx.xx.N993-cü il tarixli əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N65 nömrəli hərbi hissənin xx.xx.N993-cü il tarixli, N nömrəli əmrindən görünür ki, İddiaçı N65 nömrəli hərbi hissənin şəxsi heyətinə yazılmış, müvafiq vəzifəyə təyin edilərək bütün təminatlarla ödənilərək tutduğu vəzifənin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, N953 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (əmrdə atasının adı yazılmamışdır) aid N65 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrindən Arxiv çıxarışını ünvanınıza göndəririk. Qeyd edirik ki, N65 №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Məktubunuzda qeyd edilmiş N65 №-li hhərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 98 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan may N993cü il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda, N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən 09.N992-ci il tarixədək, N65 №-li hərbi hissənin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli, 4/2-77N0 nömrəli məktubunda qeyd edilmişdir ki, N65 №-li hərbi hissə komandirinin N may-N iyun N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı N992-N993-cü illərdə N23 nömrəli hərbi hissədə xidmət etməsilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrinin siyahısı” qovluğunda N23 nömrəli hərbi hissənin N iyun N992-ci il tarixdən 09.N992-ci il tarixədək, N65 nömrəli hərbi hissənin N may N993-cü il tarixdən N iyun N993-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda, N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən 09.N992-ci il tarixədək, N65 №-li hərbi hissənin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şəbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N969-cu il təvəllüdlü İddiaçı, X2 iştirak etməsi barədə Xidmətin Salyan rayon şöbəsində məlumat aşkar olunmadı, lakin İddiaçı keçmiş Salyan RHK-dan səfərbərliklə hərbi xidmətə göndərilməsi barədə (əsas:səfərbərliklə göndərilənlərin 35 saylı qeydiyyat kitabı sıra sayı 6.) məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N65 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrində (əsas: səh-4, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “çavuş” yazılmışdır) çavuş İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına yazılması, bütün növ təminatların ödənilməsi və qumbaraatan vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N65 №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il və xx.xx.N993-xx.xx.N993-cü il tarixli əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş XN izahatında N993-cü ildə könüllü olaraq xidmətə gəldiyini, iddiaçının ondan 5 gün sonra gəldiyini, iddiaçı ilə N65 nömrəli hərbi hissədə döyüşdüklərini, döyüş qurtardıqdan sonra döyüş yoldaşlarını mühasirədən çıxardıqdan sonra evə qayıtdıqlarını bildirmişdir. Digər şahid X6 izahatında N993-cü ilin mart ayında N65 saylı hərbi hissəyə getdiyini, N993-cü ilin may ayına qədər birlikdə olduqlarını və iddiaçının yaralandıqdan sonra evə qayıtdığını bilrimişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir mötəbər subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.N-ci, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən N (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən N gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-746/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-746/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver