Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-746/2025 31.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «Masallı rayon Mərkəzi Xəstəxanası» X4rşı «cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya ödənilməmiş (2021-ci ilin dekabr ayı-2022-ci ilin yanvar-may ayları)” 1463,60 manat pensiyanın dərs saatına əlavə 1636,25 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, cəmi 3399,85 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh «Masallı rayon Mərkəzi Xəstəxanası» X4rşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2-1(120)2459/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh «Masallı rayon Mərkəzi Xəstəxanası» X4rşı «vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi» barədə iddia tələbi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 2-1(120)2459/2024 nömrəli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh «Masallı rayon Mərkəzi Xəstəxanası» X4rşı “cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya ödənilməmiş (2021-ci ilin dekabr ayı-2022-ci ilin yanvar-may ayları)” 1463,60 manat pensiyanın dərs saatına əlavə 1636,25 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, cəmi 3399,85 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müvafiq qərarı ilə ona 2-ci qrup əlillik təyin edilmişdir. Növbəti tibbi müayinədən 2021-ci ilin dekabr ayında keçməsi müəyyən edilmişdir. Növbəti dəfə ötən ilin fevral ayının 15-də tibbi müayinədən keçmiş, lakin sənədlər TSEK-na may ayının 23-də, yəni müayinə olunduğu tarixdən 3 ay 10 gün sonra göndərilmişdir. Ona TSEK-nin xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən əlillik təyin edilmişdir. 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayından iyun ayınadək, cəmi 6 ay pensiya almamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, əvvəlki dövrü ala bilməməyinin səbəbi əlilliyi ilə bağlı bildirişin TSEK-nin vaxtında göndərilməməsi olmuşdur. Bu isə Masallı RMX-nın səhlənkarlığı olmaqla o 6 ay ərzində 1818 manat (6x303) pensiyasından məhrum olmuşdur. Həmin vəsaitin ona ödənilməsi barədə müraciəti isə cavabdeh tərəfindən təmin edilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Ərnək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 12.1 -ci maddəsinin xx.xx.2020-ci il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq sizə həmin tarixdən !! dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir.Sözügedən Qanunun 41 -ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlilliyinizin müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyanızın ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik’' altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixindən təkrar müayinə nəticəsində əlillik müəyyən edildiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən 248,16 manat məbləğində (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) olmaqla bərpa edilib, 01.01 2023-cü il tarixdən 303,75 manata çatdırılmaqla ödənişi davam etdirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1 ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əliiiik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Əlilliyin müddətinin bitdiyi tarixdən 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli tibbi rəyində göstərilmişdir ki, 1989-cu il təvəllüdlü İddiaçı Nəsimi oğlu müayinə olunmaq üçün Masallı rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Müayinə nəticəsində “H54.1 Binokulyar, ağır görmə pozğunluğu; H50.0-Müştərək daxili çəpgözlük; H52.2-Astiqmatizm;H47.2-Görmə sinirinin atrofiyası diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 25.01 2024-cü il tarixli, 3-17-1/2-17474/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş 08.01,2024-cü il tarixli 2-1(120)-2459/2024 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən İddiaçı xx.xx.2006-ci il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə sosial müavinət təyin edilmiş və əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdə sosial müavinətin ödənişi dayandırılmışdır. İddiaçının əlilliyinin bərpa olunduğu xx.xx.2022ci il tarixdən sosial müavinətin ödənişi bərpa edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında sosial müavinətinin ödənişi dayandırılaraq ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək əlillik müddətinə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2022-ci il tarixindən İddiaçı təkrar müayinə nəticəsində əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən bərpa edilmişdir. Hazırda əmək pensiyasının ödənişi davam etdirilir. İddiaçının əlilliyə görə pensiya işinin və müavinət işinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid olduğundan məktub aidiyyəti üzrə baxılmaq üçün göndərilmişdir. Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-21785/2024 nömrəli məktubunda göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 2-1 (120)-2459/2024 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Müraciətə əsasən vətəndaş İddiaçı (Masallı, №036418, №950335) pensiya və müavinət ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti təqdim olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-F-280241/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə İİ dərəcə əlillik təyin edilmiş, yenidən hesablanmış əmək pensiyasının məbləğı 303,75 manat təşkil edir. Yenidən hesablanmanın ödəniş tarixi xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədəkdir. Eləcə də qeyd edilmişdir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ödənilməyən pensiya aylarının məbləği ötən dövr olaraq ödənilir. Əlillik müddəti xx.xx.2021-ci il tarixində bitmiş, xx.xx.2022-ci il tarixində yenidən bərpa edilmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-F-237956/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə İİ dərəcə əlillik təyin edilmiş, əmək pensiyasının məbləğı 303,75 manat təşkil edir. Əmək pensiyasının ödəniş tarixi xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədəkdir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Masallı rayon sakini İddiaçı əlillik vəziyyəti barədə 08.01,2024-cü il tarixli, 2-1(120)-2459/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AA45H nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən beş il müddətinə (xx.xx.2027-ci ilədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-114015/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)-2459/2024 nömrəli sorğuya baxılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Sosial ödənişlər” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən İİ qrup əlilliyə görə müavinət təyin edilmişdir. Vətəndaşın əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığı üçün xx.xx.2021-ci il tarixdən müavinətin ödənişi dayandırılmışdır. MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixdən təkrar müayinə nəticəsində adıçəkilən şəxsin əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə müavinətin ödənişi həmin tarixdən bərpa edilmiş və xx.xx.2023-cü il tarixədək ödənilmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı İİ dərəcə əlilliyə görə (xx.xx.2023-cü il tarixdən üç il əvvələ) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq 200 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 222,80 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq 248,16 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək aylıq 303,75 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasından əlilliyə görə ödənilmiş müavinətin fərq məbləği çıxılmaqla qalan məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Masallı rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)-2459/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0286003AA45H nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən beş il müddətinə (xx.xx.2027-ci il tarixədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Vətəndaşa dair əvvəlki göndərişlərin (Forma 088) tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə keçilən dövrdən əvvəlki tarixlərə təsadüf etdiyindən həmin dövrdə göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. xx.xx.2022-ci il tarixindən sonra Əlillik” altsisteminə İddiaçı dair yeni göndəriş daxil olmamışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. İşdə olan Lənkəran - Astara Regional Təhsil İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsi tərəfindən aparılan araşdırma üçün zəruri olan ünvan 7 müəllimi İddiaçı 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayı daxil olmaqla orqanizmin funksiyasının 61-100 % pozulmasına görə təriflənmiş dərs saatına əlavə 25% məbləğinin ödənilməməsinin səbəbləri barədə məlumatın və həmin melumatı təsdiqləyən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin verilməsi haqqında müraciətinizə aidiyyəti üzrə Lənkəran - Astara Regional Təhsil İdarəsində baxıldı. İddiaçı iddiasının araşdırması üçün zəruri olan, tələb etdiyi müvafiq sənəd göndərilir. Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı xx.xx.2006-ci il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə sosial müavinət təyin edilmişdir və əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdə sosial müavinətin ödənişi dayandırılmışdır. İddiaçının əlilliyinin bərpa olunduğu xx.xx.2022-ci il tarixdən sosial müavinətin ödənişi bərpa edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında sosial müavinətinin ödənişi dayandırılaraq ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlillik müddətinə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdən İddiaçı təkrar müayinə nəticəsində əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən bərpa edilmişdir. Hazırda İddiaçı Masallı rayon X3 Hüquqi Şəxsə (xx.xx.2023-cü il tarixli, xx.xx.2024cü il tarixli məktublarla) müraciət edərək, 2021-ci ilin dekabr ayı-2022-ci ilin yanvar-may ayları üzrə-1463,60 manat pensiyanın dərs saatına əlavə 1636,25 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, cəmi 3399,85 manat pulun iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən müraciətə münasibət bildirilməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq qeyd edilir ki, məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-114015/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən İİ qrup əlilliyə görə müavinət təyin edilmişdir, əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığı üçün xx.xx.2021-ci il tarixdən müavinətin ödənişi dayandırılmışdır. MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixdən təkrar müayinə nəticəsində adıçəkilən şəxsin əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə müavinətin ödənişi həmin tarixdən bərpa edilmiş və xx.xx.2023-cü il tarixədək ödənilmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı İİ dərəcə əlilliyə görə (xx.xx.2023-cü il tarixdən üç il əvvələ) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq 200 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 222,80 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq 248,16 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq 303,75 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasından əlilliyə görə ödənilmiş müavinətin fərq məbləği çıxılmaqla qalan məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı tərəfindın məhkəməyə təqdim edilmiş 99844 saylı Masallı rayon X3 Hüquqi Şəxsində tərtib edilmiş ambulator kartadan görünür ki, xx.xx.2021-ci il tarixdən müavinətin ödənişi dayandırıldıqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə həkim müayinələrində olmuş, iddiaçının xəstəliyi barədə müvafiq qeydlər aparılmış, əlillik müddəti bitdiyi üçün təkrar göndərilməsi, xx.xx.2022-ci il tarixdə tibbi rəy alması, XBT kodları və s. məlumatlar öz əksini tapmışdır. Məhkəmə yuxarıda qeyd edilən sübutlara münasibətdə bildirir ki, 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayları üzrə iddiaçıya əlilliyin təyin edilməməsi və buna görə pensiyadan məhrum edilməsi cavabdeh inzibati orqanın təqsiri nəticəsində yaranmışdır. Və iddiaçını onun konstitusion hüququ olan- sosial təminat hüququndan məhrum etmişdir. Məhkəmə hesab edir ki, tutulacaq məbləğ 2021-ci ilə münasibətdə ikinci dərəcə əlilliyə görə əmək pensiyasının məbləği ilə, yəni 228 manat, 2022-ci ilə münasibətdə ikinci dərəcə əlilliyə görə əmək pensiyasının məbləği ilə, yəni 248.16 manat olaraq hesablanmalıdır. Məhkəmə tərəfindən həmçinin nəzərə çatdırlır ki, İddiaçı ünvan 7 müəllimi işlədiyi üçün orqanizmin funksiyasının 61-100 % pozulmasına görə təriflənmiş dərs saatına əlavə 25% məbləğinin ödənilir. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq Lənkəran - Astara Regional Təhsil İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla ünvan 7 müəllimi İddiaçı 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayı daxil olmaqla orqanizmin funksiyasının 61-100 % pozulmasına görə təriflənmiş dərs saatına əlavə 25% məbləğinin ödənilməməsinin səbəbləri barədə məlumat və həmin məlumatı təsdiqləyən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın təqsiri nəticəsində iddiaçı 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayları üzrə orqanizmin funksiyasının 61-100 % pozulmasına görə təriflənmiş dərs saatına əlavə (6545x25:100=1636.25) 25% məbləğindən məhrum olmuşdur. Hüquqi yardım göstərilməsi haqqında 24 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Vəkilla hüquqi yardım göstərilməsi məqsədi ilə müqavilə bağlamış və xidmət haqqı 300 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, hüquqi yardıma görə ödənilmiş 300 manat pul məbləği cavabdeh orqandan tutulmalıdır. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 12.1 -ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1 -ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyasının 71 -ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. "Əmək pensiyaları haqqında” Qanun: Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”: Maddə 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Maddə 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. "İnzibati icraat haqqında” Qanunun 89.1 -ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1 -ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1 -ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradanqaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Belə ki, cavabdeh orqanın iddiaçınya 6 ay sonra, yəni 2022-ci ilin iyun ayında əlilliyə görə pensiya almasına dair iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmiş, sübut təqdim edilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununmüəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1 -ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı xeyrinə (2021-ci ilin dekabr ayı, 2022-ci ilin yanvar-may ayları) 1463,60 manat, pensiyanın dərs saatına əlavə 1636,25 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, cəmi 3399,85 (üç min üç yüz doxsan doqquz manat, səksən beş qəpik) manat pul məbləği «Masallı rayon Mərkəzi Xəstəxanası» X6 tutularaq ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-746/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-746/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver