Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-747/2023 06.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 20 oktyabr 2021-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə informasiya sorğusuna cavab vermək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7487/2022 nömrəli qərardadı ilə iddia tələbinə dair işə baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7487/2022 nömrəli qərardadından narazı qalan İddiaçı qeyd olunan qərardaddan apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-2221/2022 nömrəli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı (Bundan sonra iddiaçı) “arqument.az” saytının baş redaktorudur. “arqument.az” 2014-cii ildən fəaliyyət göstərən, gündəlik ictimai-siyasi və sosial mövzularda xəbərlər, müsahibələr, analitik yazılar hazırlayan və yayan saytdır. İddiaçı 25 fevral 2022-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinə aşağıdakı informasiya sorğusu ilə müraciət etdi: Hazırda ölkədə nə qədər məhbus var? Hər məhbusun saxlanma xərci günlük və ya illik xərci nə qədər təşkil edir. 5 mart 2022-ci ildə Penitensiar Xidmət sorğuya belə cavab verdi: Penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslərin sayı barədə məlumatlar xidməti istifadə üçün nəzərdə tutulduğundan sizə təqdim olunması mümkün deyildir. Qeyd olunan şəxslərin saxlama xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə" 25 sentyabr 2001-ci il tarixli 154 nömrəli qərarına uyğun tənzimlənir. İddiaçının 25 fevral 2022-ci il tarixli informasiya sorğusunun məzmunu iki hissədən ibarətdir: Hazırda Azərbaycanda nə qədər məhbus xar; Hər məhbusun günlük və illik saxlanma xərci nə qədər təşkil edir. Cavabdehin 5 maıt 2022-ci il tarixli cavabında sorğunun birinci hissəsinə ümumiyyətlə cavab verilməyib. Pemitensiar Xidmət bunu tələb edilən informasiyanın xidməti istifadə üçün nəzərdə tutuımuş məlumatlar olması ilə əsaslandırıb. Sorğunun ikinci hisəsi ilə bağlı isə cavabda Nazirlər Kabinetinin 25 sentyabr 2001-ci il tarixli 154 nömrəli qərarına göndərmə edilib. Əvvəlcə, xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatlarla bağlı. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununün 35-ci maddəsində informasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinin əsasları göstərilib. Lakin ölkədə məhbusların sayı barədə məlumat bu əsaslardan heç birinə aid hesab edilə bilməz. Bundan başqa, Avropa Şurası hər il Azərbaycanda məhbusların sayı ilə bağlı məlumatları publik şəkildə açıqlayır. Həmin məlumatların nə dərəcədə reallığı əks etdirib-etdirməməsi məlum deyil, belə ki, ölkənin rəsmi qurumları bu açıqlamalara heç vaxt hər hansı münasibət bildirmir. Məsələn, Şura, quruma üzv ölkələrdə məhbusların sayı və durumuyla bağlı 2021-ci ilə dair illik hesabatında Azərbaycanda məhbusların sayını 21 min 12 nəfər göstərib. Başqa sözlə, sorğuda cavab verilməsi istənilən məlumatların Avropa Şurası tərəfindən hər il açıqlanması da bu məlumatların xidməti sitifadə üçün nəzərdə tutulmadığını söyləməyə bir daha əsas verir. 1 1. Sorğunun ikinci hissəsi ilə bağlı cavabdehin istinad etdiyi “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarında iddiaçının məlumat almaq istədiyi illik və ya günlük xərclər öz əksini tapmayıb. Qərar məhkumların gündəlik ərzaq normaları, mətbəx və ərzaq məhsulları anbarları üçün əşya və avadanlıqlar və s. barədədir. Bu da sorğuya cavab verməkdən imtina hesab edilir. Həmin qərarla bu linkdən tanış olmaq olar: İddiaçının sorğuda cavab verilməsini tələb etdiyi məlumatlar ictimai maraq testinə cavab verir. Çünki məhbusların sayı, onların saxlanma xərcləri ictimaiyyətin daima marağında olan məsələlər sırasındadır və bu haqda bilgi və təsəvvürə malik olmaq həmin maraqdan irəli gəlir. Cavabdeh qurumun informasiya sorğusuna cavab verməməsi, ölkədə məhbusların sayı və saxlanma xərci ilə bağlı iddiaçının məlumat ala bilməməsinə və nəticə etibarilə onun informasiya əldə etmək hüququnun pozulmasına səbəb olur. İnformasiya əldə etmək hüququ həm yerli, həm də beynəlxalq qanunvericiliklə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Azərbaycan Respublikasının yurisdiksiyası altında olduğu Avropa İnsan Hüquqları Konvensiyasının (Bundan sonra Konvensiya) 10-cu maddəsinin 1-ci hissəsinə görə, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa ... dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan... məlumat ... almaq və yaymaq azadlığı daxildir. Göstərilənlərə əsaslanaraq, cavabdehin üzərinə informasiya sorğusuna cavab vermək öhdəliyinin qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Cavabdehin nümayəndəsinin məhkəməyə iddiaya qarşı etirazdan və etiraza əlavədən göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı “hazırda ölkədə neçə məhkum olduğu və hər məhkumun saxlama xərci (gündəlik və ya illik) barədə” informasiya sorğusu xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cavabdehnə daxil olmuşdur. Həmin informasiya sorğusuna Penitensiar xidmət tərəfindən xx.xx.2022-ci il tarixli, 17/11 -3819-A-83 nömrəli məktubla cavab verilmişdir. İnformasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları, ictimai informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər və həmin informasiyanın digər qanunlarla tənzimlənməyən hissəsinin açıqlanma və təqdim edilmə qaydaları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası xx.xx.2005-ci il tarixli 1024-İİQ nömrəli Qanununda müəyyən edilmişdir. Həmin Qanunun 3.0.5-ci maddəsinə əsasən informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Belə ki, İnformasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq həmin Qanunun 20-ci maddəsində müəyyən edilmiş qərarlardan birini qəbul edir: sorğunun icrasından imtina edir; sorğunun icrasını təmin edir; sorğunu aidiyyəti informasiya sahibinə göndərir. İddia ərizəsində qeyd olunduğu kimi, İddiaçı “arqument.az” saytının baş redaktorudur. Göründüyü kimi, İddiaçı informasiya sorğusunda sorğu edilən məsələ (hazırda ölkədə neçə məhkum olduğu və hər məhkumun saxlama xərci (gündəlik və ya illik)) onun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunan məlumat deyil. Göstərilənlərə əsaslanaraq, iddianın rədd olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, iddiaçı teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaçının informasiya sorğusuna cavabdeh tərəfindən cavab verildiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “İnformasiya sorğusu”ndan görünür ki, iddiaçı “Arqument.az” saytının baş redaktoru İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə xx.xx.2022-ci il tarixli informasiya sorğusu göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli xx/xx-3919A83 nömrəli məktubundan görünür ki, iddiaçı “Arqument.az” saytının baş redaktoru İddiaçı məktubu cavablandırılmışdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. Həmin Qanunun 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Həmin Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin Qanunun 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı “Arqument.az” saytının baş redaktoru İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətinə həmin gün, yəni 25 mart 2022-ci il tarixdə xx/xx-3919A83 nömrəli məktubla cavab verilmişdir. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 25 mart 2022-ci il tarixli informasiya cavabı onu qane etmədiyi vəya imtina olunduğu barədə dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının sorğusunda qeyd edilən sualların müəyyən bir hissəsi, yəni penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslərin sayı barədə məlumatların xidməti istifadə üçün nəzərdə tutulduğundan və qeyd olunan şəxslərin saxlanma xərcləri Azərbaycan Respublikası Nazuiər Kabinetinin “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” 25 sentyabr 2001-ci il tarixli 154 nömrəli qərarına uyğun tənzimləndiyi üçün təqdim olunması mümkün olmamışdır. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və operativ şəkildə təmin etmək və çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu və yalnız bu Qanunun 29.1-ci maddəsində göstərilmiş informasiyaları açıqlamaq vəzifəsi daşıyır. Qyed edilən ictima informasiyalar qeyd edilən Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan - “İnformasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir” hallarından başqa, informasiya sorğusunun predmeti ola bilməz. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən informasiya sorğusuna cavab verilməsindən imtina edilməmiş, sorğunun bir hissəsi konfidensial informasiya hesab edildiyindən cavablandırılması mümkün olmamışdır. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-747/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-747/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver