Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-749/2024 24.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı, İddiaçının vəkili Vəkil2, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Salyan rayon Bələdiyyəsinə qarşı “Cavabdeh tərəfindən X12 ayrılmış torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixli, 13 saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Salyan rayon Bələdiyyəsinə qarşı “Salyan rayon Bələdiyyəsinin xx.xx.2007ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X19, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X20 və X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Sonradan iddiaçının vəkili Vəkil2 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Cavabdeh tərəfindən X12 xx.xx.2007-ci il tarixli qərarına əsasən ayrılmış 1050 kv.m torpaq sahəsinin 950 kv.m olan hissədə qərarın ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının vəkili Vəkil2 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Cavabdeh tərəfindən X12 ayrılmış torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixli, 13 saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Alik Kərimov üçün torpaq sahəsinin ayrılması barədə Baş yanğından mühafizə və qəzaxilasetmə işləri idarəsinin X18 48 li, xx.xx.1998-ci il tarixli rəyində göstərilir ki, “Tikintisi nəzərdə tutulmuş sahədə, obyektin nümayəndəsinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən Salyan şəhəri 9 saylı SMD-nın yaxınlığında avtomobillərə texniki xidmət ikintisi üçün torpaq sahəsi Azərbaycan Respublikası ərazisində qüvvədə olan tiknti norma və qaydalarının tələblərinə layihələndirmə dövründə riayət edilmək şərti ilə yararlıdır, yəni, Salyan şəhəri, 9 saylı SMD-nın yeməkxana binasının şimal tərəfində avtomobillərə texniki xidmət və iaşə xidməti üçün 10 kv.m ölçüdə torpaq sahəsinin ayrılmasına etirazı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.10.92-ci il tarixli 572 saylı Qərarına əsasən layihə sənədlərinin TH və Q-nın təlbələrinə müvafiqliyi barədə yanğından mühafizə orqanlarından yazılı razılaşma olmadan, tikinti işlərinin aparılması qadağandır. Alik Kərimova tapşırılmışdır ki, tikinti işlərinə başlanmaqdan bir ay qabaq yazılı surətdə rayon yanğından mühafizə hissəsinə məlumat verilməsi bildirilmişdir. “Salyan şəhər sakini X13 avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamından çıxarışında göstərilir ki, “Salyan şəhərində, 9 №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması barədə mütəxəssis rəyi təsdiq edilsin. Arxitektura, tikinti və MKT şöbəsinə tapşırılsın ki, ayrılmış torpaq sahəsinin hüdudları yerində müəyyən edilsin. Sərəncamın surəti arxitektura, tikinti və MKT şöbəsinə, rayon vergi müfəttişliyinə və texniki inventarlaşdırma idarəsinə verilsin”. Bakı-Astara magistral yolunun avtomobillərin texniki təmir emalatxanası və iaşə xidməti obyekti üçün ayrılan torpaq sahəsinin plan sxemi Salyan rayon İcra Hakimiyyətinin Arxitektura və MKT Şöbəsi tərəfindən 2000-ci ilin iyul ayında təsdiq edilmişdir. Qeyd olunan sənədlərdən də göründüyü kimi, Salyan şəhər sakini X13 avtomobillərin texniki təmir emalatxanası və iaşə xidməti obyektin tikintisi torpaq sahəsinin ayrılması barədə sərəncam verilmişdir. Həmin sərəncam ləğv olunmamışdır. Sərəncam bu gündə qüvvədədir. Daha sonra Salyan şəhərində Bakı-Astara magistralı Akkuşa kanalı arasında yerləşən qeyri-yaşayış binası üzərində X14 mülkiyyət hüququ X29 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 14 iyul 2000-ci il tarixdə 6 №-li reyestr kitabında 41-ci səhifədə 145 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə X14 adına 145 №-li Qeydiyyat Vəsiqəsi verilmiş, həmçinin texniki pasport tərtib edilərək, X16 təqdim olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Texniki pasportdan görünür ki, həmin sənəddə əvvəl X8 adı qeyd olunmuş, daha sonra isə həmin adınnı üzərindən xətt çəkilərək (silinərək), X14 adı qeyd olunmuşdur. X23 tərəfindən İddiaçı əmlakın idarə edilməsi və ona dair sərəncam verilməsi ilə bağlı 5 il müddətinə etibarnamə verilmişdir. X23 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X14 vərəsəsi qismində İddiaçı Əliməmmədovıç sözügedən torpaq sahəsinə və onun üzərindəki obyektə çıxarış alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. DƏDKR-nin 13 saylı Şirvan Ərazi İdarəsi 24 may 2022-ci il tarixli, **********84 №-li məktubu ilə çıxarışın verilməsindən imtina etmişdir. İmtinada bildirilir ki, “sözügedən qeyri-yaşayış binası hal-hazırda mövcud deyil. Eyni zamanda, müraciət etdiyiniz ərazinin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası digər şəxsin mülkiyyətindədir. Bu səsbəbdən də müraciətinizin icrası qeyri-mümkündür”. Bundan sonra İddiaçı cavabdeh DƏDKR-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət edərək, Salyan şəhəri, Bakı-ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 30 x 60 kv.metr ölçüdə olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən qeyriyaşayış binasına dair adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə dair vahid dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən qanuni əsaslarla 1998-ci il tarixində iddiaçıya ayrılmış torpaq sahəsi üzərində xx.xx.2012-ci il tarixdə X9 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Çıxarışın verilməsi üçün əsas isə Cavabdeh xx.xx.2007-ci il tarixli qərarı, Cavabdeh və X19 arasında bağlanmış-xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, və müqaviləyə əlavə edilmiş sənədlər, o cümlədən də torpaq sahəsinin plan-sxemi çıxış etmişdir. Məhkəməyə təqdim olunan sənədləri (Cavabdeh xx.xx.2007-ci il tarixli qərarı və sair digər sənədlər) xx.xx.2023-cü il tarixdə vəkil sorğusuna əsasən əldə etmişdir. Göründüyü kimi Salyan Rayon Bələdiyyəsi artıq xx.xx.1998-ci il tarixindən Salyan rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılım torpaq sahəsini, ona məxsus ola-ola, hüquqları ilə yüklü ola-ola, torpaq sahəsinin cavabdeh X12 ayrılması barədə xx.xx.2007-ci il tarixli qanunsuz qərar qəbul etmişdir. Salyan şəhəri, Salyan şəhəri, Bakı-ünvan 2 ünvanda yerləşən dövlət fonduna aid torpaq sahəsi üzərində Cavabdeh tərəfindən 2007-ci il tarixdə qanunsuz sərəncam vermişdir. Belə ki, dövlət və bələdiyyə torpaqlarının satışı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarfna əsasən həyata keçirilir. Bu istiqamətdə hərrac və müsabiqələr Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilir. Komitə torpaq müsabiqəsi və ya hərraclarının keçiriləcəyi vaxtı müəyyən edir, alqı- satqı obyekti üzrə tələb olunan sənədləri hazırlayır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə mülkiyyətinaə olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi üzrə xidmətlər göstərilir. Müsabiqə və ya hərracın keçirilməsi haqqında elan komitə tərəfindən hazırlanır və mətbu orqanı olan “Mülkiyyət” qəzetində, rəsmi saytda (emdk.gov.az) və digər kütləvi informasiya vasitələrində yayımlanır. Müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl dərc edilən elanda torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat, müsabiqə və ya hərracın keçirilməsi şərtləri, yeri, vaxtı və tarixi qeyd edilir. Eyni zamanda elanda ilkin qiymət, müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlər və torpaq sahəsi ilə bağlı məlumatlar öz əksini tapır. Xidmətin həyata keçirilməsi ilə bağlı hüquqi və ya fiziki şəxslərdən ərizə və digər sənədlər tələb olunur. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə verildikdə qalibə komissiya tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqları üçün müvafiq bələdiyyə, dövlət torpaqları üçün isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X5 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq qanunvericiliyə uyğun olaraq müvafiq müqavilə bağlanır. Göründüyü kimi, Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi yalnız və yalnız Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarfna uyğun həyata keçirilir. X9 mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsinin hərrac vasitəsi satılması barədə sənədlər möcud deyil. Bu hal isə Cavabdeh tərəfindən (torpaq sahəsi Bələdiyyə fonduna aid olduğu halda) həmin torpaq sahəsi üzərində qeyri-qanuni yolla sərəncam vermişdir. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinə dair verilmiş “plan-sxem”də saxtalaşdırılmışdır. Belə ki, Cavabdeh tərəfindən təsdiq edilmiş sözügedən sənəddə (ay və tarixi olmayan plan) əvvəlcə başqa şəxsin adının yazıldığı, lakin sonradan həmin adın silinərək üzərindən “X19” sözlərinin yazıldığı açıq-aşkar görünür. Həmçinin torpağın ölçüsünü və yerləşmə koordinatlarını göstərən hissələrdə də sözügedən sənəddə dəyişiklik edilmişdir. Lakin bu dəyişiklilər, tələb olunduğu kimi, Cavabdeh və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Bütün bunlar mübahisəli torpaq sahəsinin qaunvericiliyin tələbləri pozulmaqla satılması, torpaq sahəsinə dair X9 adına olan çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərdə saxtakarlığa yol verilməsi şübhəsi yaradır. Salyan şəhəri, Bakı-ünvan 2 ünvanda yerşələn və ümumi sahəsi 30x60 kv.metr ölçüdə olan torpaq sahəsinin Cavabdeh mülkiyyətində olmamış, həmin torpaq sahəsinin satılması üçün Cavabdeh səlahiyyətli olmamışdır. Salyan şəhəri, Bakı-ünvan 2 ünvanda yerşələn ümumi sahəsi 30x60 kv.metr ölçüdə olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarfna da əməl olunmamışdır. Sözügedən hərracın nəticəsi olaraq torpaq sahəsinin X1 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə məlumat verilməmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin, Cavabdeh tərəfindən torpağı kimi 2007-ci il tarixində təkrar X1 barədə qəbul etdiyi qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X12 və X15 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs X9 və X10 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən iddiaçının vəkili Vəkil2 iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs X21 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır, eləcə də əsaslıdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarın etibarsız sayılmasını xahiş etmişdir. Belə ki, İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarı haqqında məhkəmədə digər mübahisə (ona ayrılan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi ilə bağlı) qaldırdıqdan sonra ona ayrılan torpaq sahəsi ilə bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinin üst-üstə düşdüyü barədə məlumatlı olmuşdur. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (qərarını) xx.xx.2007-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Məhkəmə iddia tələbindəki məlumatlara uyğun olaraq ümumi qaydada 2023-cü il tarixdə iddiaçının həmin qərardan məlumatlı olduğunu müəyyən edir ki, həmin vaxt qüvvədə olmuş AR İPM-nin 2.2.ci və 2.2.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati aktın etibarsız hesab edilməsinə dair iddialara münasibətdə iddia müddətinin şamil edilməsi qaydası nəzərdə tutulmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan “Salyan şəhər sakini X13 avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamından çıxarışında göstərilir ki, “Salyan şəhərində, 9 №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması barədə mütəxəssis rəyi təsdiq edilsin. Arxitektura, tikinti və MKT şöbəsinə tapşırılsın ki, ayrılmış torpaq sahəsinin hüdudları yerində müəyyən edilsin. Sərəncamın surəti arxitektura, tikinti və MKT şöbəsinə, rayon vergi müfəttişliyinə və texniki inventarlaşdırma idarəsinə verilsin” İş materiallarında olan xx.xx.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, Salyan şəhəri, Y.Qasımov küçəsi 4-də yaşayan X22 Bakı şəhəri, Naxçıvanski küçəsi 77/12-də yaşayan X23 arasında Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800, kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10,0 kv.m, əsas sahəsi 10,0 kv.m 1999-cu ildə tikilmiş, divar və dam örtüyü dəmirdən tikilmiş xidməti obyekti, bir otaqdan ibarət X2. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Salyan şəhərində Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən qeyri-yaşayış binası X14 adına xx.xx.2000-ci il tarixdə 6 nömrəli reyestr kitabında 41-ci səhifəsində 145 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 169C saylı sərəncamın surətindən görünür ki, Bakı şəhər sakini X16 balıq məhsullarının yetişdirilməsi və satışının təşkil olunması üçün Bakı-Astara yolunun sol tərəfində, “Babək” restoranın cənubunda o,2 ha, ikinci parça Akkuşa çayının sol tərəfində, su nasos stansiyası ilə 9 nömrəli SMD-nin aralığında olan boş və istifadəsiz ərazidən 1,0 ha. cəmi 1,2 ha. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Cavabdeh sədr müavini R.Cavadovun, Salyan RİH Memarlıq və Tikinti şöbəsinin müdiri T.Hüseynovun, Salyan rayon DT və XK-nın rayon şöbəsinin müdiri O.Quliyevin, Salyan rayon DT və XK-nın rayon şöbəsinin baş mütəxəssisi Y.Dadaşovun, Salyan SES-nın baş həkimi M.Ağayevin, Muğan Regional DYNİ-nin böyük inspektoru O.Məmmədyarovun, Salyan RİHnin şəhər üzrə nümayəndəsi Ə.Abdullayevin, Salyan şəhəri, C.Cabbarlı küçəsi 68 saylı evin sakini X9 iştirakı ilə tərtib etdikləri aktın surətindən görünür ki, G.S.Hüseynova Cavabdehnə ərizə ilə müraciət edərək Ələt-Astara magistral avtomobil yolunun 56,2-cı km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 metr kənar, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş edir. Bununla əlaqədar komissiya yerə baxış keçirmiş və Salyan şəhəri C.Cabbarlı küçəsi 68 saylı evin sakini X12 Ələt-Astara magistral avtomobil yolunun 56,2-cı km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 metr kənar, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqsədə müvafiqdir. Ayrılan ərazidə eiektrik, qaz, rabitə, mühəndiskommunikasiya xidmətinin mühafizə zolağının saxlanması G.Hüseynovaya tapşırılmışdır. İş materiallarında olan Cavabdeh 30 aprel 2007-ci il tarixli 13 saylı qərarından görünür ki, Salyan şəhəri, C.Cabbarlı küçəsi 68 saylı evin sakini X12 Ələt- Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsi satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini N X12 Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi DT və XK Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini X12 Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 217 saylı sərəncamın surətindən görünür ki, Salyan şəhər sakini X12 Ələt-Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında onun mülkiyyətinə ayrılan 1050 kv.m sahəsinin 800 kv.m sahəsində yeməkxana və 250 kv.m sahədə avtomobil yuma sexi tikintisi aparılmasına icazə verilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7125 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qərardadın birinci sualı üzrə: Salyan rayon TİB-in xx.xx.2000-ci il tarixli, 303 saylı arayışına və İHB-nin xx.xx.1998-ci il rixli sərəncamına əsasən X13 ayrılmış torpaq sahəsindən xx.xx.2000-ci tarixli müqavilə əsasında X16 verilmiş xx.xx.2000-ci il tarixli, 145 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkusa kanalı arasında yerləşən 1800 kv.m (30x60) faktiki isə 1615 kv.m olan torpaq sahəsinin naturada yeri, döngə nöqtələrinin koordinatları GPS aləti vastəsilə müəyyən edildi. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 1800 kv.m faktiki isə 1615 kv.m olan torpaq sahəsinin 950 kv.m-i Reyestr nömrəsi **********80-06301 olan çıxarışa əsasən X7 xüsusi mülkiyyətində olan qevri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi, yerdə qalan 665 kv.m-ı isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, Dövlət mülkiyyətində olan ugodiyası işə “Təhsil, Səhiyyə Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və ictimai Tikinti Altında” olan torpaq sahəsidir. Qərardadın ikinci sualı üzrə: iddia olunan 1800 kv.m, faktiki isə 1615 kv.m olan torpaq sahəsi əvvəlki kağız üzərində olan yerquruluşu planı əsasında ayrıldığı üçün elektron kadastr baza məlumatlarında qeyd unmamışdır. Torpaq sahəsi X17 istifadəsindədir və iaşə obyekti (restoran) istifadə olunur. Qərardadın üçüncü sualı üzrə: Salyan rayon, Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və AN 195184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X9 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi elektron kadastr baza məlumatları əsasında müəyyənləşdirildi və və torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid xususi mülkiyyətdə olan qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsidir. Qərardadın dördüncü sualı üzrə: X9 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi elektron kadastr baza məlumatlarında mövcuddur. Torpaq sahəsi X7 istifadəsindədir və iaşə obyekti (restoran) kimi istifadə olunur. Qərardadın beşinci sualı üzrə: İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yol ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60) olan torpaq sahəsi, ərazidə aparılan yeni inzibati bina tikilisi ilə əlaqədar faktiki 1615 kv.m-dir. Qərardadın altıncı sualı üzrə: Salyan rayonu, Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və AN 195184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X11 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi, ərazidə aparılan yeni inzibati bina tikilisi ilə əlaqədar olaraq faktiki 950 kv.m-dir. Qərardadın yeddinci sualı üzrə: Mübahisəli torpaq sahəsinin (və ya sahələrinin) döngə nöqtələrinin koordinatları faktiki istifadəyə görə uyğunluq təşkil edir. Digər üçüncü şəxslərlə mübahisə predmeti deyil. Qərardadın səkkizinci sualı üzrə: İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60), faktiki isə 1615 kv.m olan torpaq sahəsi və Salyan rayon Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və AN 195184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X9 mülkiyyətinə verilən 1050 kv.m toprpaq sahəsi, eyni ərazidir və torpaq sahələrinin koordinatları üst-üstə düşür. Ərazi faktiki olaraq X7 istifadəsindədir. Qərardadın doqquzuncu sualı üzrə: Mübahisəli torpaq sahəsinin (və ya sahələrinin) üzərində daşdan tikilmiş bir mərtəbəli qeyri-yaşayiş tikililəri mövcuddur. Tikililər faktiki olaraq X7 istifadəsindədir. Qərardadın onuncu sualı üzrə: Tikinti altında olan ümumi torpaq sahəsi 262.9 kv.m-dir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, eləcə də faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, o cümlədən qərar etibarsız hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 56.1 Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 33. Bələdiyyə mülkiyyəti
1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.
2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.
3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.
4. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər.
5. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur.
6. Bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər.
7. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun artmasına imkan yaradır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativhüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İddia ərizəsinə görə iddiaçı cavabdehin qərarlarının etibarsız hesab edilməsini xahiş edir. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan biri, yəni müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hazırkı işdə mövcud olduğundan qərarların etibarsızlığına dair tələb əsaslı hesab edilməlidir. İddiaçının etibarsızlığını tələb etdiyi bələdiyyə qərarı yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmamışdır. Bələdiyyə heç bir səlahiyyəti olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsini qərar əsasında 3-cü şəxsə satmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, “Salyan şəhər sakini X13 avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamından çıxarışdan Salyan şəhər sakini X13 Salyan şəhərində, 9 №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması məqsədilə torpaq sahəsinin ayrıldığı, Arxitektura, tikinti və MKT şöbəsinə tapşırılsın ki, ayrılmış torpaq sahəsinin hüdudlarının yerində tanıdıldığı müəyyən edilir. Daha sonra xx.xx.2000-ci il tarixli müqaviləyə əsasən Salyan şəhəri, Y.Qasımov küçəsi 4-də yaşayan X22 Bakı şəhəri, Naxçıvanski küçəsi 77/12-də yaşayan X23 arasında Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800, kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10,0 kv.m, əsas sahəsi 10,0 kv.m 1999-cu ildə tikilmiş, divar və dam örtüyü dəmirdən tikilmiş xidməti obyekti, bir otaqdan ibarət X4 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən torpaq sahəsi üzərində Salyan şəhərində Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən qeyri-yaşayış binası X14 adına xx.xx.2000-ci il tarixdə 6 nömrəli reyestr kitabında 41-ci səhifəsində 145 reyestr nömrəsi ilə qeydə alınaraq müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 169C saylı sərəncamın surətindən görünür ki, Bakı şəhər sakini X16 balıq məhsullarının yetişdirilməsi və satışının təşkil olunması üçün Bakı-Astara yolunun sol tərəfində, “Babək” restoranın cənubunda o,2 ha, ikinci parça Akkuşa çayının sol tərəfində, su nasos stansiyası ilə 9 nömrəli SMD-nin aralığında olan boş və istifadəsiz ərazidən 1,0 ha. cəmi 1,2 ha. torpaq sahəsi ayrılmışdır. Eləcə də, məhkəmə sorğusu nəticəsində qeyd edilən sənədlərin İcra hakimiyyətində və arxivdə mövcud olduğu, həmin qərarların qüvvədə olduğu müəyyən edilmiş və əsli ilə təsdiq edilmiş formaları məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəmədə qeyd edilən torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə iddia qaldırıldığı zaman həmin iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin təqdim etdiyi etiraza əsasən sözügedən qeyri yaşayış binasının söküldüyü, artıq mövcud olmadığı, müraciət etdiyi torpaq sahəsinin və üzərində yerləşən qeyri yaşayış binasının isə digər şəxsin mülkiyyətində olduğu müəyyən edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/7125 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Təqdim edilən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7125 nömrəli ekspert rəyinə əsasən Salyan rayon TİB-in xx.xx.2000-ci il tarixli, 303 saylı arayışına və İHB-nin xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X13 ayrılmış torpaq sahəsindən xx.xx.2000-ci tarixli müqavilə əsasında X16 verilmiş xx.xx.2000-ci il tarixli, 145 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkusa kanalı arasında yerləşən 1800 kv.m (30x60) faktiki isə 1615 kv.m olan torpaq sahəsinin naturada yeri, döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə müəyyən edildiyi, Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 1800 kv.m faktiki isə 1615 kv.m olan torpaq sahəsinin 950 kv.m-i Reyestr nömrəsi **********80-06301 olan çıxarışa əsasən X7 xüsusi mülkiyyətində olan qevri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi, yerdə qalan 665 kv.m-ı isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, Dövlət mülkiyyətində olan ugodiyası isə “Təhsil, Səhiyyə Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və ictimai Tikinti Altında” olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Eləcə də, İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yol ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60) olan torpaq sahəsi, ərazidə aparılan yeni inzibati bina tikilisi ilə əlaqədar faktiki 1615 kv.m olduğu, Salyan rayonu, Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və AN 195184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X11 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi, ərazidə aparılan yeni inzibati bina tikilisi ilə əlaqədar olaraq faktiki 950 kv.m olduğu müəyyən edilir. İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60), faktiki isə 1615 kv.m olan torpaq sahəsi və Salyan rayon Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və AN 195184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X9 mülkiyyətinə verilən 1050 kv.m toprpaq sahəsinin eyni ərazi olduğu və torpaq sahələrinin koordinatları üst-üstə düşdüyü müəyyən edilir. Ekspert rəyinə torpaq sahələrinin yerquruluş planı əlavə edilmişdir ki, həmin sənədə və digər sübutlara baxılan zaman aşağıdakı hallar müəyən edilir.
1. İddiaçınln anası X16 ayrılan torpaq sahəsi ilə bağlı inzibati aktların bu günə kimi qüvvədə olduğu müəyyən edilir.
2. Həmin torpaq sahəsi üzrəində iddiaçı anası X16 ayrılan zaman olan tikililərin söküldüyü və mövcud olmadığı müəyyən edilir.
3. İddiaçı anası X16 ayrılan və iddiaçının iddia etdiyi torpaq sahəsi Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 169C saylı sərəncamında qeyd edildiyi kimi Bakı- Astara yolunun sol tərəfində, “Babək” restoranın cənubunda, ikinci parça Akkuşa çayının sol tərəfində, su nasos stansiyası ilə 9 nömrəli SMD-nin aralığında yerləşir.
4. Mübahisəli torpaq sahəsinin 950 kv.m-i X7 xüsusi mülkiyyətində olan qevri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi olsa da, yerdə qalan 665 kv.m hissə, yəni 950 kv.m torpaq sahəsinin ön və arxa tərəfinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, Dövlət mülkiyyətində olan ugodiyası isə “Təhsil, Səhiyyə Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və ictimai Tikinti Altında” olan torpaq sahəsi olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh öz inzibati ərazi hüdudlarında yerləşməyən, özünün mülkiyyətində olmayan, dövlət mülkiyyətində olmuş və iddiaçı anası X3 ərazisində yerləşən torpaq sahəsini 3-cü şəxsə satmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı anası X16 şəhərin inzibati ərazi vahidinə daxil olan torpaq sahəsindən torpaq sahəsi ayırmış və qeyd edilən torpaq sahəsinin iddiaçı tərəfdən geri alınması və eləcə də bu barədə olan qərarının ləğv edilməsi müəyyən edilməmişdir. Yəni, sözügedən qərar ümumiyyətlə mübahisələndirilməmiş və hal hazırda da qüvvədədir. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisələndirilən qərarı ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır. Bələdiyyə tərəfindən sözügedən qərarının qəbul edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2007ci il tarixli, 13 saylı qərar Cavabdeh tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində Cavabdeh müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, mübahisələndirilən qərar etibarsız hesab edilməlidir. Eyni zamanda bələdiyyə tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilkin olaraq torpaq sahəsinin ayrıldığı şəxsin inzibati aktın məzmununa etimad hüququnun pozulması ilə nəticələnmişdir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Məhkəmə, belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin, məhkəmə praktikasının tələbləri və yuxarıda qeyd edilənlər əsasında iddiaçı barəsində qəbul edilmiş qərar əsassız sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X12 ayrılmış torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı etibarsız sayılmalıdır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh X12 ayrılmış torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı etibarsız sayılsın. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Hilal Nəcəfov