Məhkəmə qərarları › İş №2-1(120)-75/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-75/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-75/2024 09.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********3 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Beyləqan rayonunun Qaralılar kəndinin ərazisində xüsusi mülkiyyətinə verilən 0,012 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə uyğun olaraq yeni plan və ölçü sənədinin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********3 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Beyləqan rayonunun Qaralılar kəndinin ərazisində xüsusi mülkiyyətinə verilən 0,012 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə uyğun olaraq yeni plan və ölçü sənədinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(120)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********3 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Beyləqan rayonunun Qaralılar kəndinin ərazisində xüsusi mülkiyyətinə verilən 0,012 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə uyğun olaraq yeni plan və ölçü sənədinin verilməsi” barədə iddia tələbi üzrə X28, X21 və X29 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonunun Qaralılar kəndində qeydiyyatdadır və həmin kəndə də yaşayır. X1 məxsus olan Beyləqan rayonun Qaralılar kəndinin ərazisində yerləşən 0,012 ha. torpaq sahəsini 09 aprel 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən ona bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi AA 605611 nömrəli xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsünə əsasən Beyləqan rayonun Qaralılar kəndinin ərazisində yerləşən 0,012 ha. torpaq sahəsini onun xüsusi mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29 aprel 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışına əsasən ona Beyləqan rayonun Qaralılar kəndinin ərazisində 0,012 ha. torpaq sahəsi **********3 nömrəsi ilə daşınmaz əmlakın reyestri ilə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq xüsusi mülkiyyətinə verilmişdir. O, torpaq sahəsinin ərazisini tam və dəqiq sərhədlərini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları ilə müəyyən etmək istəyərkən məlum olmuşdur ki, AA 605611 nömrəli xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsünə əsasən ona ayrılan torpaq sahəsinin kordinatları onunla qonşu ərazidə yerləşən "Oskar" adlı yanacaq doldurma məntəqəsinin torpaq sahəsinin ərazisinin bir hissəsinə düşür. Bundan sonra onun xüsusi müıliyyətinə verilən torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə yenidən müraciət edərkən ona 26 may 2021-ci il tarixli **********28 saylı məktubla bildirmişlər ki. Ərazi idarəsinin mütəsəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmiş və müəyyən edilmişdir ki, müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq sözügedən torpaq sahəsinə dair Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********23 revest nömrəli “Torpaq sahəsinin plan və ölçüsü" sənədinin verilməsinə əsas olmuş ləğv edilmiş DT və XK-si tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən döngə nöqtələrinin koordinatları ona göstərilsə də, göstərilən torpaq sahəsi ilə razılaşmamışdır. Mülkiyyətində olan 0,12 lıa. torpaq sahəsinin plan ölçü sənədlərində yanlışlığa yol verilmişdir. Həmin torpaq sahəsinin döngə nöqtələrinin kordinatları düzgün göstərilməmişdir.Yuxarda qeyd etdiyi kimi ona ayrılan 0,012 ha. torpaq sahəsinin kordinatları onunla qonşu ərazidə yerləşən “Oskar" adlı yanacaq doldurma məntəqəsinin torpaq sahəsinin ərazisinin bir hissəsinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli reyestr nömrəsi **********3 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışına əsasən Beyləqan rayonun Qaralılar kəndinin ərazisində xüsusi mülkiyyətinə verilən 0,012 ha. torpaq sahəsinin faktiki yerləşdiyi yerə uyğun olaraq veni plan ölçü sənədi verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsin nümayəndəsi X22 iddia ərizəsinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir İddianın mümkünlülüyü: Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi hüququ var ki, cavabdeh inzibati orqanın hərəkətlərini və bu hərəkətlərin nəticələrini mübahisələndirsin. Bu mübahisənin mövcudluğu üçün iddiaçıların əlavə müraciəti zəruri deyil, hazırkı iddianın mahiyyətinə görə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair onlara verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ilə razılaşmır. Yəni cavabdehin mövcud olan hərəkətlərini mübahisələndirir. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılaraq mübahisəyə mahiyyəti üzrə qiymət verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.29-cü bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlər bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədi müstəqil şəkildə heç bir hüquqi nəticə yaratmadığından, inzibati akt kimi qəbul oluna bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddia “mübahisələndirmə haqqında” iddia kimi deyil, “müəyyən hərəkətləri etməkdən çəkinmə haqqında” iddia kimi qəbul edilməlidir və məhkəmə plan-ölçülərin verilməsi məsələsinə baxarkən cavabdeh inzibati orqanının həmin planların verilməsi ilə hərəkətlərinə qiymət verməlidir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, Beyləqan rayonunun Qaralılar kəndinin ərazisində xüsusi mülkiyyətinə verilən 0,012 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə uyğun olaraq yeni plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********97 nömrəli məktubda qeyd edilmişdir ki, Beyləqan rayonu, Qaralılar kəndində yerləşən 0.012 ha torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən döngə nöqtələrinin koordinatlarının düzgün göstərilməməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Beyləqan rayonu, Qaralılar kəndində yerləşən 0.012 ha torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən döngə nöqtələrinin koordinatları həmin torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş **********0033 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və bu kimi mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - İşdə olan daşınmaz əmlakın bağışlanması haqqında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, X2 rayonu, Qaralar kənd ünvanında yerləşən xx.xx.2014-cü il tarixli, **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0.012 ha torpaq sahəsini İddiaçı hədiyyə vermişdir. - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, ünvan 2ində yerləşən 0.012 ha torpaq sahəsi İddiaçı adına **********23 reyestr nömrə ilə qeydiyyata alınmışdır. - AA№ 605611 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən, ünvan 2ində yerləşən 0.012 ha torpaq sahəsi İddiaçı adına **********23 reyestr nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, ünvan 2ində yerləşən 0.31 ha torpaq sahəsi X15 adına **********98-12301 reyestr nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, ünvan 4ində yerləşən 2.1796 ha torpaq sahəsinin 0.87184 ha hissəsi X16, 0.43592 ha hissəsi X28, 0.43592 ha hissəsi X25 və 0.43592 ha hissəsi X17 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, ünvan 4ində yerləşən 0.12 ha torpaq sahəsi X15 adına **********50 reyestr nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, Beyləqan rayonu, Qarallar kəndində yerləşən 0.012 ha torpaq sahəsi X12 adına **********23 reyestr nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-7182/2024 nömrəli məktubda göstərilmişdir ki, X15 adına Beyləqan rayonu ərazisində yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın və müvafiq sənədlərin surətinin təqdim edilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır.Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsində mövcud arxiv materiallarına əsasən X15 adına:ünvan 4ində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 2,1796 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;ünvan 4ində yerləşən 0,12 ha torpaq sahəsi;Beyləqan rayonu, Qarallar kəndində yerləşən əmlak kompleksi kimi müəssisə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********41 nömrəli məktubda göstərilmişdir ki, Beyləqan rayonu, Qaralılar kəndində yerləşən 0.012 ha torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən döngə nöqtələrinin koordinatlarının düzgün göstərilməməsi barədə vətəndaş İddiaçı müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsində baxılmışdır. Beyləqan rayonu, Qaralılar kəndində yerləşən 0.012 ha torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən döngə nöqtələrinin koordinatları həmin torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş **********0033 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və bu kimi mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlarla bağlı ərizəçiyə **********97 nömrəli xx.xx.2021-ci il tarixli məktubla məlumat verilmişdir. Beləliklə də iddianın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə aid hissəsinə etiraz edərək vətəndaş müraciətinə imtina edilməməsini nəzərə alınmasını, cavabdehlik məsələsini dəqiqləşdirməklə iddianın mümkünsüzlüyünə dair qərardad qəbul etməyi xahiş etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********30 nömrəli məktubda göstərilmişdir ki, daxil olmuş müraciətdə qeyd edilən, ********** nömrəli çıxarışın, verilməsinə əsas olan sənədlərin və müraciətinin təsdiq edilmiş surətləri təqdim edilir. - Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvaladığı xx.xx.2024-cü il tarixli, 3-9/2-183/24 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-278/2024 saylı qətnaməsi hal-hazırda qanuni qüvvəsini almamışdır. Qətnamə qanuni qüvvəyə mindikdə məlumat veriləcəkdir. Həmin məhkəmə aktının təsdiq olunmuş surəti göndərilir. - Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-278/2024 saylı qətnaməsi ilə, iddiaçı X18 cavabdehlər X33, X30, İddiaçı və X31 qarşı torpaq sahəsindən çıxartma və həmin yerə tökülmüş daşın çıxarılması, maneəçiliyin aradan qaldırılması tələbinə dair mülki iş üzrə cavabdeh X26 nümayəndəsi və vəkili Quliyev Vəkil Yelmar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)394/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi (iddia qismən təmin edilmiş, cavabdehlər X33, X30, İddiaçı və X26 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan çıxarış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi Beyləqan Ərazi İdarəsinin eyni nömrəli texniki pasportu ilə X18 mülkiyyətinə qeyri-yaşayış üçün ayrılmış 0.1024 ha torpaq sahəsinin 82.91 kv.m hissəsindən çxarılması və cavabdehlər tərəfindən həmin əraziyə tökülmüş mişar daşlarının ərazidən çıxarılması, cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması qət edilmişdir) mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2-2158/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-75/2024 nömrəli X19 adına Beyləqan rayonu ərazisində yerləşən Qaşınmaz əmlakların təsdiqləyən sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Sözügedən müraciətdə qeyd edilən X15 adına ünvan 4i ünvanında yerləşən 012 ha həyətyanı (**********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli) və həmin ünvanda yerləşən 2,1796 ha k/t təyinatlı (**********39 reyestr nömrəli, **********0 qeydiyyat nömrəli, ümumi birgə 4 nəfər, xx.xx.2021-ci ii qeydiyyat tarixli) həmçinin Beyləqan rayonu, Qarallar kəndində yerləşən əmlak kompleksi kimi müəssisə (**********98-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2021 -ci il qeydiyyat tarixli) daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən müraciətdə qeyd edilən X15 adma Beyləqan rayon ərazisində yerləşən daşınmaz əmlakların çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli, 3-21-3-45/2-3751/2024 nömrəli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Sözügedən müraciətdə qeyd edilən X15 adına Beyləqan rayonu ərazisində yerləşən daşınmaz əmlaklara dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli, 3-21-3-45/2-4233/2024 nömrəli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsində baxılmışdır. Sözügedən müraciətdə qeyd edilən X12 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********23 reyestr nömrəli çıxarış və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. Müraciətdə qeyd edilən X7, X8 və X9 adına verilmiş xx.xx.2013cü il tarixli, **********58-06301 reyestr nömrəli çıxarış və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2-4800/2024 nömrəli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsində baxılmışdır. Sözügedən müraciətdə qeyd edilən X12 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********23 reyestr nömrəli çıxarış və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. Müraciətdə qeyd edilən X7, X8 və X9 adına verilmiş xx.xx.2013cü il tarixli, **********58-06301 reyestr nömrəli çıxarış və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. -xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X3 vərəsəsi: Beyləqan, Aşqallar kənd„ ünvanında qeydiyyatda olan oğlu X23r (AZE00335850, xx.xx.2015 - Beyləqan, FİN:4YYHY5H, d/t:xx.xx.1990) və o miras əmlakdan tam hissədə pay almalıdır. Verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X5 verilmiş **********98-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130.6 kv/m olan əmlak kompleksi kimi müəssisədən və 0.310 ha torpaq sahəsindən ibarətdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-8294/2024 nömrəli məktubda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən sözügedən sənədlərin təsdiq olunmuş surətini təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5641 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixli 10/5641 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. Həmin ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.012 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddiaçı iddia etdiyi faktiki istifadəsində olan (həmin əraziyə iddiaçı tərəfindən mişar daşları tökülmüşdür) 0.012 ha torpaq sahəsinin də döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.012 ha torpaq sahəsinin və İddiaçı faktiki istifadəsində olan 0.012 ha torpaq sahəsinin yerləşdiyi ərazi DT və XK tərəfindən tərtib edilmiş kompleks yerquruluşu planında mülkiyyət növü qeydə alınmamışdır.Qeyd edilən torpaq sahələrinin yerləşdiyi ərazi torpaqların X38 Sistemində dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai tikinti altında olan torpaqlar olan ticarət obyekti kimi qeyd olunmuşdur.Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən koordinatları müəyyən edilmiş 0.012 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi faktiki istifadəsində olan 0.012 ha torpaq sahəsi üst-üstə düşədiyi müəyyən edilmişdir.Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021- ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən koordinatları müəyyən edilmiş 0.012 ha torpaq sahəsi faktiki olaraq X15 istifadəsində olduğu müəyyən edilmişdir.Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021- ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən müəyyən edilmiş koordinatları həmin sənədin verilməsinə əsas olmuş DT və XK tərəfindən tərtib edilmiş A№ 429853 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara uyğun düzgün tərtib olunmuşdur.Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən koordinatları müəyyən edilmiş 0.012 ha (120 kv.m) torpaq sahəsinin 81 kv.m hissəsi X15 qanuni istifadəsində olan 0.31 ha torpaq sahəsi (Yanacaq doldurma məntəqəsi) ilə üstüstə düşdüyü müəyyən edilmişdir. İddiaçı iddia etdiyi faktiki istifadəsində olan (iddiaçı tərəfindən mişar daşı tökülmüş) 0.012 ha (120 kv.m) torpaq sahəşimn ölçüsü və yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. - İşdə olan xx.xx.2013-cü il tarixli, AN–İ№ ******* nömrəli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsindən görünür ki, ünvan 2ində yaşayan X4 rayonu, Qaralar kəndində yerləşən Beyləqan rayonu, Qaralar bələdiyyəsinə məxsus 0.012 torpaq sahəsini X12 mülkiyyətinə vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İPM-in 2.2.1-ci madəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın tikinti pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Həmin qaydaların 1.4-cü bəndinə əsasən ünvan reyestri daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi olmaqla, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Həmin Qaydaların 1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2015-ci il tarixli 630 nömrəli Fərmanı ilə qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 5-ci bəndinə görə isə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Beləliklə, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı aydın olur ki, iddiaçıya X24 tərəfindən ünvan 2 ünvanında yerləşən xx.xx.2014-cü il tarixli, **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0.012 ha torpaq sahəsi hədiyyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışla ünvan 2ində yerləşən 0.012 ha torpaq sahəsi İddiaçı adına **********23 reyestr nömrə ilə qeydiyyata alınmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bundan sonra iddiaçı torpaq sahəsinin ərazisini tam və dəqiq sərhədlərini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları ilə müəyyən etmək istəmiş və məlum olmuşdur ki, AA 605611 nömrəli xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsünə əsasən ona ayrılan torpaq sahəsinin kordinatları onunla qonşu ərazidə yerləşən "Oskar" adlı yanacaq doldurma məntəqəsinin torpaq sahəsinin ərazisinin bir hissəsinə düşür. Bundan sonra onun xüsusi müıliyyətinə verilən torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə yenidən müraciət edərkən ona 26 may 2021-ci il tarixli **********28 saylı məktubla bildirmişlər ki, Ərazi idarəsinin mütəsəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmiş və müəyyən edilmişdir ki, müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq sözügedən torpaq sahəsinə dair Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********23 revest nömrəli “Torpaq sahəsinin plan və ölçüsü" sənədinin verilməsinə əsas olmuş ləğv edilmiş DT və XK-si tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən döngə nöqtələrinin koordinatları ona göstərilsə də, göstərilən torpaq sahəsi ilə razılaşmamışdır. Mülkiyyətində olan 0,12 lıa. torpaq sahəsinin plan ölçü sənədlərində yanlışlığa yol verilmişdir. Həmin torpaq sahəsinin döngə nöqtələrinin kordinatları düzgün göstərilməmişdir. Bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının plan-ölçü sənədinin düzgün tərtib edilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığı üçün cavabdehin həmin sənədlərin hazırlanması zamanı heç bir qanunsuzluğa və ya səhvə yol vermədiyi aydın olur. Qeyd olunan halın araşdırılması üçün məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizası nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5641 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixli 10/5641 №-li ekspert rəyində qeyd edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.012 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və İddiaçı iddia etdiyi faktiki istifadəsində olan (həmin əraziyə iddiaçı tərəfindən mişar daşları tökülmüşdür) 0.012 ha torpaq sahəsinin də döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.012 ha torpaq sahəsinin və İddiaçı faktiki istifadəsində olan 0.012 ha torpaq sahəsinin yerləşdiyi ərazi DT və XK tərəfindən tərtib edilmiş kompleks yerquruluşu planında mülkiyyət növü qeydə alınmamışdır. Qeyd edilən torpaq sahələrinin yerləşdiyi ərazi torpaqların X38 Sistemində dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai tikinti altında olan torpaqlar olan ticarət obyekti kimi qeyd olunmuşdur. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən koordinatları müəyyən edilmiş 0.012 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi faktiki istifadəsində olan 0.012 ha torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən koordinatları müəyyən edilmiş 0.012 ha torpaq sahəsi faktiki olaraq X15 istifadəsində olduğu müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən müəyyən edilmiş koordinatları həmin sənədin verilməsinə əsas olmuş DT və XK tərəfindən tərtib edilmiş A№ 429853 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara uyğun düzgün tərtib olunmuşdur. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən koordinatları müəyyən edilmiş 0.012 ha (120 kv.m) torpaq sahəsinin 81 kv.m hissəsi X15 qanuni istifadəsində olan 0.31 ha torpaq sahəsi (Yanacaq doldurma məntəqəsi) ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçı iddia etdiyi faktiki istifadəsində olan (iddiaçı tərəfindən mişar daşı tökülmüş) 0.012 ha (120 kv.m) torpaq sahəşimn ölçüsü və yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Beləliklə, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən koordinatları müəyyən edilmiş 0.012 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi faktiki istifadəsində olan 0.012 ha torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********3 reyestr nömrəli çıxarışa və onun əlavəsi olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən müəyyən edilmiş koordinatları həmin sənədin verilməsinə əsas olmuş DT və XK tərəfindən tərtib edilmiş A№ 429853 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara uyğun düzgün tərtib olunmuşdur. AA№ 605611 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən koordinatları müəyyən edilmiş 0.012 ha (120 kv.m) torpaq sahəsinin 81 kv.m hissəsi X15 qanuni istifadəsində olan 0.31 ha torpaq sahəsi (Yanacaq doldurma məntəqəsi) ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda, üçüncü şəxslər X18, X11 adına tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olaraq verilmiş plan və ölçü sənədləri, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, üçüncü şəxs X18 mülkiyyətində olan torpaq sahəsinə plan-ölçü sənədləri hazırlanarkən cavabdeh inzibati orqan tərəfindən səhvə yol verilmiş, plan-ölçü sənədləri ilkin sənədlərə uyğun tərtib olunmamışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin normanın tələbi nəzərə alındıqda və iddiaçının plan-ölçü sənədlərinin düzgün tərtib edilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığı üçün cavabdehin həmin sənədlərin hazırlanması zamanı səhvə yol verdiyi təsdiq olunmur. "İnsan Hüquqlarının və X13 Haqqında" Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və buna görə Azərbaycan Respublikası Konstitusiyasının 12, 148, 151 -ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq olaraq tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair protokollarla üzərinə götürüdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi barədə məsələləri həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X13 Haqqında" Avropa Konvensiyası lüddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 Mart 2006-cı il tarixli 5 saylı qərarının ikinci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 Yanvar 2000-ci il tarixli qərarında göstərmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət Mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1810/2021 nömrəli nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********3 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Beyləqan rayonunun Qaralılar kəndinin ərazisində xüsusi mülkiyyətinə verilən 0,012 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə uyğun olaraq yeni plan və ölçü sənədinin verilməsi” barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar