Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-750/2025 10.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 13 saylı qərarın (protokoldan çıxarış) İddiaçı aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixli, 13 saylı qərarın ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(120)-750/2025 nömrəli qərardadı ilə, İddia tələbinə İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 13 saylı qərarın İddiaçı aid hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, kənd təsərrüfatı bitkilərinin əkinbiçini ilə məşğul olur. Bu məqsədlə 2003-cü ildə keçmiş Garıs-əyribənd bələdiyyəsinə müraciət edərək 20 ha torpaq sahəsi icarəyə verilməsini xahiş etmişdir. Onun xahişi əsasında Garıs-əyribənd bələdiyyəsi ilə onun arasında xx.xx.2003-cü il tarixli 17 saylı qərarı ilə ona 20 ha torpaq sahəsi verilmişdir. Garıs-əyribənd bələdiyyəsi ilə onun arasında 05.01,2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti 25 il müəyyən edilmişdir. Həmin tarixdən torpaq sahəsini təyinatı üzrə istifadə etməyə davam etmişdir. İllər üzrə nəzərdə tutulmuş vergi borclarını vaxtında ödəmişdir. Heç vaxt vergiyə görə borcu olmayıb. Bu yaxınlarda torpaq sahəsinin təyinatı üzrə əkmək istəmişdir. Lakin bələdiyyə tərəfindən ona bildirilmişdir ki, onun torpaq sahəsinin icarə müqaviləsi ləğv olunub. Ləğv olunma səbəbini soruşduqda bildirmişlər ki, həmin ərazi bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. O, bildirmişdir ki, torpaq sahəsinin icarə müqaviləsinin vaxt bitməmişdir. Həmçinin icarə müqaviləsi üzrə tələbləri vaxtında yerinə yetirmişdir. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı ona heç bir xəbərdarlıq olunmayıb. Halbu ki, əvvəlcədən ona xəbərdarlıq olunmalı idi. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı qərar ona ümumiyyətlə təqdim olunmayıb. Yalnız bu qərarı güclə əldə etmişdir. Hesab edir ki, bələdiyyə tərəfindən qanunuverciliyin tələbləri kobud şəkildə pozulmuş, onun hüquqları onlar tərəfindən tapdalanmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, Cavabdeh nümayəndəsi gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü: İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-44/2023 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 2-1(120)-2471/2024 saylı sorğuya əsasən bildirilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı icarə müqaviləsi, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddiası xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2(041)- 44/2023 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Qeyd edilən mülki işə əlavə edilmiş sənədlərdə Cavabdeh xx.xx.2022-ci il tarixli 13 saylı qərarının İddiaçı çatdırılması barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17 sentyabr 2024-cü il tarixli, 3-16-24/2-329/2024 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 13 saylı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işin olması ilə əlaqədar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş sorğuya baxılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 13 saylı qərarı xx.xx.2022-ci il tarixdə idarənin icraatına daxil olmuş, 3407-K nömrə ilə qeydiyyatdan keçmişdir. Odur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 13 saylı qərarının surəti aidiyəti üzrə göndərilmişdir. Lakin cavabdeh orqan və ya digər orqan tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya rəsmi qaydada çatdırılması barədə məlumat daxil olmamışdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir rayonunun Karrar Bələdiyyəsinin 19 noyabr 2022-ci il tarixli 13 saylıiclasının 13 №-li protokolundan çıxarışdan görünür ki, Kürdəmir rayonu Garıs-Əyribənd kəndində yaşayan X8 ilə Garıs-Əyribənd(indiki Karrar) bələdiyyəsinin xx.xx.2003 cü il tarixli 17 saylı qərarı ilə bağlanılmış icarə müqaviləsi ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə Garıs-əyribənd bələdiyyəsi arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 05 yanvar 2003-cü il tarixli müqavilədən görünür ki, Garıs-Əyribənd(indiki Karrar) bələdiyyəsinin xx.xx.2003 cü il tarixli 17 saylı qərarı əsasında 20 hektar torpaq sahəsi 25 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Kürdəmir rayonunun Garıs-Əyribənd(indiki Karrar) Bələdiyyəsinin xx.xx.2003 cü il tarixli 17 saylı iclas protokolundan çıxarışdan görünür ki, Garıs-Əyribənd kəndinin qəbiristanlığının yanındakı 20 hektar bələdiyyə torpağı İddiaçı şəxsi təsərrüfatını inkişaf etdirmək üçün 25 müddəinə icarəyə verilmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 06 fevral 2024-cü il tarixli, 3-4-25RA/3-14/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 30.0.1995-ci il tarixli, 211 nömrəli qərarı ilə X2 yaşadığı 2 otaqlı yaşayış sahəsi 34,0 kv.m olan İ.Məmmədov Küçəsi 21№-li evin 2-ci mənzili əvəzsiz olaraq şəxsi mülkiyyət hüququ əsasında ona verilmişdir. İş materiallarında olan Kürdəmir rayonunun Karrar Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 01 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Kürdəmir rayonu Garıs-Əyribənd (indiki Karrar) Bələdiyyəsi ilə cavabdeh X3 arasında Garıs-Əyribənd(indiki Karrar) Bələdiyyəsinin xx.xx.2003 cü il tarixli 17 saylı qərarı ilə bağlanılmış icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə Karrar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən müvvəqəti olaraq 25 illiyə 20 hektar torpaq verilmişdir. Kürdəmir rayonu Karrar Bələdiyyəsinin 19 noyabr 2022-ci il tarixli 13 saylı iclas sərarı ilə həmin icarə müqaviləsi ləğv edilmişdir. X8 barədə Kürdəmir rayonu Karrar bələdiyyəsinin iddia tələbinin təmin və ya rədd edilməsini Şirvan İnzibati Məhkəməsinin mülahizəsinə buraxırılmışdır. İş materiallarında olan Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şırvan İnzibati Məhkəməsinin icraatında iddiaçı X4 Cavabdehnə qarşı “19 11 2022-cı il tarixli, 13 saylı qərarın ləğv edilməsi" barədə iddia tələbinə dair iddiası üzrə inzibatı işin olduğu daxıl olmuş məktubda qeyd edilmişdir. Qeyd olunan inzibatı işə baxılması ilə əlaqədar Cavabdeh 19 11 2022-cı il tarixli. 13 saylı qərarının X6 rəsmi qaydada təqdim edilməsni və ya çatdırılmasını (poçt və ya elektron üsulla) təsdiq edən sübutların (gun ay ıl dəqiq göstərilməklə) 10 gun müddətinə məhkəməyə təqdim edilməsi barədə Ədliyyə Nazirliyinə ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə regional idarənin icraatına daxil olmuşdur. Cavabdeh 19.11 2022-ci il tarixli, 13 saylı qərarı bələdiyyə tərəfindən X6 rəsmi qaydada təqdim olunması barədə idarəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ktubunda göstərilmişdir ki, İddiaçı Cavabdeh hesabına 400 manat pul köçürmüşdür. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Republikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin: 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqaviləəsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 2-ci bəndinə əsasən, icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 3-cü bəndinə əsasən, icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 4-cü bəndinə əsasən, icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 7-ci bəndinə əsasən, icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, -75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; -75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 1-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isətorpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtında əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Digər tərəfdən, hazırkı işə münasibətdə nəzərə alınmamışdır ki, Torpaq Məcəlləsinin XİV və XV fəsilləri torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını vəəsaslarını tənzimləyən xüsusi normaları təsbit edir. Həmin normaların və oxşar münasibətləri tənzimləyən digər qanunvericilik müddəalarının bununla bağlı birbaşa göstərişlərini nəzərə almadan Qanunun 48-ci maddəsinin 4-cü bəndinə mücərrəd istinad isə son nəticədə həmin normanın real məzmununun təhrifinə səbəb olmuşdur. Göründüyü kimi, qanunvericiliklə torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırkı işin hallarından məlum olur ki, iddiaçı tərəf torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Bununla bağlı cavabdeh məhkəməyə müraciət etmək əvəzinə bununla bağlı iddiaçıya münasibətdə qanunsuz qərar qəbul etmişdir. Belə olan halda Kürdəmir Rayonu Karrar Bələdiyyəsi müvafiq qərarı qəbul etməyə səlahiyyətli olmamışdır. Həmçinin bələdiyyə ilə İddiaçı arasında icarə müqaviləsi qüvvədədir, ləğv edilməmişdir, İddiaçı bu günədək torpaq sahəsindən istifadə edir. Hazırkı iddianın predmetini təşkil edən inzibati akt –xx.xx.2022-ci il tarixli, 13 saylı qərarın (protokoldan çıxarış) cavabdeh tərəfindən qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, həmin qərar qəbul olunan zaman cavabdeh inzibati icraat barədə, eləcə də inzibati akt qəbul edilməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş, bu barədə onların mülahizələrini dinləməmişdir. Kürdəmir Rayonu Karrar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı qərarın (protokoldan çıxarış) İddiaçı aid hissədə ləğv edilməsi “İnzibati İcraat haqqında” Qanunun tələblərinə uyğun olmamaqla iddiaçının hüquq və səlahiyyətlərinin pozulmasına yönəlmiş, bununla da - bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olmaması ilə bağlı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyinə də zidd olmuşdur. Belə ki, Mülki və Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan maddələrindən görünür ki, qeyd olunan halda icarə hüququna məhkəmə qaydasında xitam verilməli olması birmənalı olaraq təsbit edilmişdir. Həmin halda belə, icarə ilə bağlı hüquqlara xitam verilməsi haqqında qərarın, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra, tədbirlər görülmədikdə qəbul edilməsi müəyyən edilmişdir. Hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Kürdəmir Rayonu Karrar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı qərarın (protokoldan çıxarış) İddiaçı aid hissədə ləğv edilməsi iddiaçı tərəfin etimad hüququnu pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinəəsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinəəsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinəəsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki vəya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərəəsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Sadalanan maddi hüquq normalarının tələbinə görə fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından, artıq bağlanmış xx.xx.2003-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Kürdəmir rayonunun Garıs-Əyribənd (indiki Karrar) Bələdiyyəsinin xx.xx.2003 cü il tarixli 17 saylı iclas protokolundan çıxarışına əsasən, Garıs-Əyribənd kəndinin qəbiristanlığının yanındakı 20 hektar bələdiyyə torpağı İddiaçı şəxsi təsərrüfatını inkişaf etdirmək üçün 25 müddəinə icarəyə verilməsi nəzərdə tutulduğundan inzibati orqanın inzibati praktikasına əsasən iddiaçının etimadı qanunla qorunmalıdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati İcraat Haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuş və qanunvericilik tərəfindən müvafiq səlahiyyət verilmədiyi halda, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş inzibati akt qəbul edilmişdir. Məhkəmə hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Odur ki, məhkəmə Kürdəmir Rayonu Karrar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı qərarının (protokoldan çıxarış) İddiaçı aid hissədə qanunsuz və əlverişsiz inzibati akt olması qənaətinə gəlir. Cavabdeh Kürdəmir Rayonu Karrar Bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 13 saylı qərarını (protokoldan çıxarış) qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, İddiaçı inzibati icraatda iştirakını təmin etməmiş, onun mülahizələrini dinləməmiş, qəbul etdiyi sərəncamda mübahisəli torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Məhkəmə onu da qeyd edir ki, Kürdəmir rayonu Garıs-Əyribənd kəndində yaşayan İddiaçı barəsində kənd sakinlərinin dəfələrlə kütləvi şəkildə müraciət etməsi onun barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğvinə əsas ola bilməz. Tərəflər arasında bağlanmış müqavilə və inzibati aktdan görünür ki, iddiaçı 20 ha torpaq sahəsindən şəxsi təsərrüfatını inkişaf etdirmək üçün razılığa gəlmişlər. Göründüyü kimi mübahisələndirilən qərar (inzibati akt) inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edildiyindən “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbinə əsasən ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM- 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Kürdəmir Rayonu Karrar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı qərarı (protokoldan çıxarış) İddiaçı aid hissədə ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Kürdəmir Rayonu Karrar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı qərarı (protokoldan çıxarış) iddiaçı Nədirov (Nadirov) Namiq Mirələm oğluna aid hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-750/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-750/2025
10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver