Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-753/2023 06.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarının qismən, yəni iddiaçının istifadəsində olmaqla Masallı rayonu, Məmmədrzaküçə kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinin ailə üzvləri sırasında X6 və X7 adlarının qeyd edildiyi hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Masallı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 8 saylı ərazi idarəsinə, üçüncü şəxslər X9 və X8 qarşı torpağın mülkiyyətə verilməsinə dair JN-052A (kod ********) saylı şəhadətnamənin qismən, X6 və X7 adlarının daxil edildiyi hissədə ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-753/2023 saylı qərardadı ilə, iş üzrə cavabdeh qismində Masallı rayon İcra Hakimiyyəti tanınması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 8 saylı ərazi idarəsi cavabdeh siyahısından çıxarılması və iddia tələbinə İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarının qismən, yəni iddiaçının istifadəsində olmaqla Masallı rayonu, Məmmədrzaküçə kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinin ailə üzvləri sırasında X6 və X7 adlarının qeyd edildiyi hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Torpağın mülkiyyətə verilməsinə dair JN-052A Kod 80513038 saylı Şəhadətnamə ilə Masallı rayonu Məmmədrzaküçə kəndində olan 0,20 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Lakin həmin şəhadətnamədə onunla yanaşı qızı Zülfiyyə, oğlanları Pərviz və Cəmil, həmçinin gəlini Elladanın da adları qeyd edilmiş, oğlu Cəmilin soyadı da düzgün qeyd edilməmişdir, Əmilin soyadı Tahirov olduğu halda, Şəhadətnamədə Yusubov kimi qeyd edilmişdir. Şəhadətnamə 2002-ci ildə tərtib edlməklə, tərtibin əsası kimi Masallı rayon İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 saylı qərarına istinad edilmişdir. Halbuki oğlu Cəmil 1988-ci ildə kənddən çıxaraq Bakı şəhərində qeydiyyatda olmuş, xidməti işi ilə bağlı müxtəlif hərbi hissələrdə olmuş, arvadı Ellada da onunla birlikdə həmin yerlərdə yaşamışdır. Hazırda da onlar Bakı şəhərində yaşayırlar. Bu səbəbdən də onların adı sözügedən şəhadətnamədə ola bilməzdi. Lakin üçüncü şəxslərin adlarının həmin şəhadətnamədə əsassız olaraq qeyd edilməsi onun sözügedən torpaqdan sərbəst istifadəsinə imkan vermir. Bu da qeyd olunan həmin torpağa dair mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Göstərilənləri nəzərə alaraq torpağın mülkiyyətə verilməsinə dair JN-052A Kod 80513038 saylı Şəhadətnamənin qismən, X14 və X7 adlarının qeyd edildiyi hissədə ləğv edilməsi barədə cavabdehə müraciət etsə də, müraciətin təmin edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin onun müraciətinə məktubu poçt vasitəsi ilə gəlməmiş, o həmin məktubu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsindən 27 iyul 2022-ci il tarixdə əldə etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş və iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Masallı rayon İcra Hakimiyyətinə, üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin, üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci polis Bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 51-2/2-1798 saylı məktubunda göstərilmişdir ki, X14 və X15 yaşayış yeri üzrə qeyd olunan ünvan 2 ünvanında bir ilə yaxın olar ki, yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 18/2- 25824 nömrəli məktubunda göstərilmişdir ki, X16 13.11,2015-ci il tarixdən Masallı rayonu, Məmmədrzakücə kəndində, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 4, mənzil 49 ünvanında qeydiyyatdadır. X10 xx.xx.2007-ci il tarixdən Masallı rayonu, Məmmədrzakücə kəndində, xx.xx.2021 -ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 4, mənzil 49 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Masallı rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 31397/2- 32895/2023 nömrəli məktubunda göstərilmişdir ki, Masallı RPŞ-in kortetekasında saxlanılan məlumatlara əsasən X16 xx.xx.2015-ci ıl tarixdən 22.04 2021-cı ıl tarixədək, X10 isə xx.xx.2007 cı il tarixdən 02.11 2021-ci ıl tarixədək Masallı rayonu Məmmədrzaküçə kəndində qeydiyyatda olmuşlar Hər iki şəxs hal-hazırda Bakı şəhəri, Nizami rayonu, X12 küçəsi ev 4, mənzil 49 ünvanda qeydiyyatdadırlar. Əlavə hər hansı məlumatların əldə edilməsinə zərurət yaranarsa DİN-in MAPS şöbəsinə müraciət etmək tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-1410/2023 nömrəli məktubunda göstərilmişdir ki, Yaranmış zərurətlə əlaqədar, JN-052A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, torpaq sahəsinin ayrılması barədə Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 09 saylı qərarının, həmçinin Masallı rayonu, Məmmədrzaküçə kəndi ərazisində həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahısından X1, X2, X4, X7 və X6 adları qeyd olunmuş hissədən çıxarışın təqdim edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktublarınıza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, "xxxx" MMC-nin arxivində Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli qərarının nömrəsi 09 deyil, 06-dır.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilmiş sənədlərin surətini təqdim edirik. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********41 nömrəli məktubunda göstərilmişdir ki, 2-1 (120)- 2178/2022 nömrəli inzibati iş ilə əlaqədar Masallı rayonu, Məmmədrzaküçə kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X17 və X3 adları qeyd edilmiş hissədən çıxarışların, eləcə də Masallı rayon Aqrar İslahat Komissiyasınınxx.xx.1998-ci il tarixli, 09 saylı Qərarının təsdiq olunmuş surətinin verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hücuqi şəxsinə daxil olmuş məktuba 'Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır.Bildiririk ki, Mərkəzin arxivində Masallı rayon Aqrar İslahat Komissiyasınınxx.xx.1998-ci il tarixli, 09 saylı Qərarı, həmçinin Məmmədrzaküçə kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında X17 və X3 adları aşkar edilməmişdir.Bundan əvvəl daxil olmuş eyniməzmunlu müraciətə 11.11 2022ci il tarixli, **********98 nömrəli məktubla cavab verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-052A kod 80513038 nömrəli şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.20 hektar torpaq sahəsi İddiaçı Abdülhüseyn qızının və onun ailə üzvləri X2, X4, X7 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Qodman kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 08 dekabr 2022-ci il tarixli, 91 nömrəli məktubunda göstərilmişdir ki, 2010-cu ilə qədər olan Təsərrüfatbaşına Uçot kitabları Masallı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi “torpağın mülkiyyətə verilməsinə dair” JN-052A kod 80513038 nömrəli şəhadətnamədə hüquq sahibləri kimi İddiaçı Abdülhüseyn qızı, X5, X11, X15, X6 adları qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən şəhadətnamə Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı və Masallı rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair” JN-052A kod 80513038 nömrəli şəhadətnamənin tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Hazırda iddiaçı Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarının qismən, yəni iddiaçının istifadəsində olmaqla Masallı rayonu, Məmmədrzaküçə kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinin ailə üzvləri sırasında X6 və X7 adlarının qeyd edildiyi hissədə ləğv edilməsi cavabdeh inzibati orqandan tələb edir. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr tərtib edilmişdir. Hazırkı tələb üzrə İddiaçı Abdülhüseyn qızı, X5, X11, X15, X6 mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 052 A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı Abdülhüseyn qızı, X5, X11, X15, X6 adının JN 052 A saylı şəhadətnamədəki hüquq sahibləri sırasına daxil edilməsi rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilmiş məsələdir. Başqa sözlə İddiaçı Abdülhüseyn qızı, X5, X11, X15, X6 adının JN 052 A saylı, KOD 80513038 şəhadətnaməyə hüquq sahibləri kimi daxil edilməsi Aqrar İslahat Komissiyasının qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı razılaşmadığı yerli aqrar islahat komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin, iddiaçı həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuşdur. Göründüyü kimi mübahisələndirilən şəhadətnamənin əsasını təşkil edən akt hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmiş və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin qənaətinə görə, iddia olunan şəhadətnamənin ləğv olunduğu halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İddiaçı iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin hələ uşaqları doğulmamışdan istifadəsində olmuş, sonradan isə həmin torpağa dair müvafiq Şəhadətnamə verilmişdir. Gözləri çox zəif gördüyündən şəhadətnamənin mətnindən məlumatsız olub, şəhadətnamənin yalnız özünə aid olmasını hesab etmişdir. Lakin son vaxtlarda həmin torpağa dair hüquqlarını qeydiyyata aldırmaq istəyərkən sözügedən şəhadətnamədə oğlu Cəmillə, gəlni Elladanın da adlarının qeyd edilməsini bilmişdir. Bununla bağlı şəhadətnamənin qismən ləğvi barədə məhkəməyə müraciət etdikdən sonra məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 saylı Qərarında onların torpaq siyahısında Cəmillə Elladanın da adları qeyd edildiyindən şəhadətnamədə də həmin şəxslərin adları yazılmışdır. O, bu barədə İslahat Komissiyasının Qərarından həm məhkəmənin gedişində məlumatlı olduğundan, həm də görmə qabiliyyəti çox zəif olduğundan bu məsələni araşdıra bilmədiyindən, həm də oğlu Cəmillə Ellada hələ islahatdan əvvəl onlardan ayrılmaqla ayrı yaşadıqlarından onların adlarının İslahat Komissiyasının sözügedən Qərarında onların torpaq siyahıda yazılmasını bilməmişdir. Odur ki, buraxılmış prosessual müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə iştirak edən şəxsin izahatını dinləyib, iddiaçının nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. İddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarının qəbul olunmasından 23 ildən çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində mübahisəli torpağa dair Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarının olmasından məhkəmə araşdırması zamanı ona məlum olduğunu, ona görə də iddia müddətin axımının öz hüquqlarının pozulduğunu bildiyi tarixdən başlanmalı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarından xəbəri olmadığını bildirsə də, bu günədək məhz Masallı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında ona və ailə üzvlərinə ayrılmış 0.20 ha torpaq sahəsindən istifadə etdiyi, sahiblik etdiyi üçün, həmin torpaq sahəsinin onlara necə və hansı qaydada təhvil verilməsi və hansı sənədlərlə təqdim edilməsi barədə məlumatının olmaması məhkəməyə inandıcı gəlməmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi gözünü zəif olması, gözündən büllur götürülməsi və cərrahiyyə əməliyyatı edilməsi barədə xəstənin ambulator, stasionar tibbi kartasından çıxarış xx.xx.2023-cü ilə aid sənəddir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. qərara aldı: İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarının qismən, yəni iddiaçının istifadəsində olmaqla Masallı rayonu, Məmmədrzaküçə kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinin ailə üzvləri sırasında X6 və X7 adlarının qeyd edildiyi hissədə ləğv edilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 saylı qərarının qismən, yəni iddiaçının istifadəsində olmaqla Masallı rayonu, Məmmədrzaküçə kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinin ailə üzvləri sırasında X6 və X7 adlarının qeyd edildiyi hissədə ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-753/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-753/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver