Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-753/2024 10.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti vəzifələrin icrası zamanı aldığı travma ilə əlaqədar sağlamlığına dəymiş ziyanın əvəzi kimi üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xidməti vəzifələrin icrası zamanı aldığı travma ilə əlaqədar sağlamlığına dəymiş ziyanın əvəzi kimi üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. 15 noyabr 2016-cı il tarixindən N mart N2-ci il tarixinədək Azərbaycan Ordusunda hərbi xidmət keçmişdir. Vətən Müharibəsinin iştrakçısıdır. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Kəşfiyyat bölüyünün hərbi qulluqçusu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlər zamanı döyüş tapşırıqlarını icra edərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində travma alımışdır. Aldığı travmadan sonra aparılmış müayinə və müalicələrə baxmayaraq xidmətini davam etdirə bilməmiş və N mart N2-ci il tarixində ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Prezidenti, X6 Baş Komandanı cənab İlham Əliyevin sərəncamlarına əsasən, “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Cəsur döyüşçü”, “Xidmətdə fərqlənməyə görə” medalları ilə və Baş Nazirin qərarına əsasən “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. Qanunvericiliyə görə xidməti vəzifələrin icrası zamanı travma aldığına görə kəşfiyyat subyekti olaraq sağlamlığına dəymiş ziyanın əvəzi kimi üç illik pul təminatı məbləğində kompensasiya almaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək məqsədilə cavabdeh orqan olan Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin qurumdan daxil olmuş 3 noyabr N2-ci il tarixli 15/2649 nömrəli məktubda qeyd olunur ki, xidməti vəzifələrin icrası zamanı aldığınız xəsarət nəticəsində xidmətinizi davam etdirmək itisna olunduğu üçün sizə üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi mümkün deyil. Cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Kəşfiyyat bölüyünün hərbi qulluqçusu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparlmış döyüşlər zamanı döyüş tapşırıqlarını icra edərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində travma alımışdır. Deməli, kəşfiyyat subyekti kimi xidməti vəzifələrin icrası zamanı (döyüş əməliyyatları zamanı) travma aldığına görə sağlamlığına dəymiş ziyanın əvəzi olaraq üç illik pul təminatı məbləğində kompensasiya almaq hüququ vardır. Onun travma almağını Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.N2-ci il tarixli X5 və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 10 oktyabr N2-ci il tarixli 12003 nömrəli X2 də təsdiq edir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.N2-ci il tarixli X3 qeyd olunur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Partlayış zədələnməsi, Barotravma, sol qalça tini nahiyəsinin toxunub keçən güllə yaralanması xəsarətini almışdır.” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 10 oktyabr N2-ci il tarixli 12003№-li X1 isə qeyd olunur ki, “mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom, mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu depressiv epizod, sui-qəsd cəhdləri ilə, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonra sonrakı vegetativ damar distoniyası, sol qılça nahiyəsinin güllə yaralanmasından sonrakı dəri çapığı, vegetativ damar distoniyası” diaqnozu qoyularaq Hərbi Travmadir, Azərbaycan Respublikasinin Müdafiəsi Zamani Alinmişdir” Rəyi verilmişdir. Göründüyü kimi, o xidməti vəzifələrini icra edərək döyüş əməliyyatları zamanı travma alımışdır və bu fakt mötəbər sübutlarla təsdiq olunur. Cavabdehin imtinası isə absurddur. Cavabdeh imtina məktubunda qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarxili, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.2-ci bəndinə uyğun olaraq “xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirməsi istisna edilərsə ona üç illik pul təminatı məblğində kompensasiya ödənilir”. Cavabdeh orqan onun başqa maddə ilə ehtiyata buraxırlmağını bəhanə edərək qanunsuz şəkildə kompensasiaynın ödənişindən imtina edir. Bununla aşağıdakı zəruri faktları hörmətli məhkəmə kollegiyasının diqqətinə çatdırır: Nazirlər Kabinetinin adı çəkilən qərarında hərbi qulluqçunun (əməkdaşın) mütləq şəkildə xəstəliyə görə maddəsi ilə ehtiyata buraxıldığı halda kompensasiya ödənişinin həyata keçirilməsi qeyd olunmayıb. Həmin bənddə yalnız əməkdaşın xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətininn davam etdirilməsi istisna edilməsi qeyd olunmuşdur. Vətən Müharibəsi zamanı aldığı xəsarət və travmalar onu incitdiyindən müharibə bitəndən sonra xidmətini davam etdirə bilmirdi və bununla bağlı dəfələrlə komandanlığa məruzə etmişdir. Həmçinin, həmin zaman aldığım travmadan əziyyət çəkməyini xx.xx.N0-ci il tarixində N nömrəli hərbi hissədə (hərbi hospitalda) müalicədə olmağı da təsdiqləyir və bu fakt Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiaysının qərarında da qeyd olunmuşdur. O, hətta cavabdehin formal xarakterli imtinasında qeyd etdiyi mülahizəyə hüquqi don geyindirmək cəhdinə münasibət bildirsə qeyd etməlidir ki, qanun Azərbaycan Respublikasımın Konstitusiyasının 148-ci maddəsinə və “X7” haqqında qanunun 2-ci maddəsinin tələblərinə görə Nazirlər Kabinetinin qərarından üstün hüquqi qüvvəyə malikdir. Bir daha qeyd edir ki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasinin Qanununun 20.12-ci maddəsinə əsasən, xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Qanunda kompensasiyanın ödənişi üçün hərbi qulluqçunun (əməkdaşın) xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində xidmətinin davam etdirilməsi istisna edilməsi şərt kimi göstərilmədiyindən cavabdehin də imtinası qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, vətəndaş İddiaçı ərizəsinə Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır. Vətəndaş İddiaçı N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 83 nömrəli əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən “Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.” Göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalarına uyğun tələb etdiyiniz kompensasiyanın ödənilməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alıb, vətəndaş İddiaçı iddiasının təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından aydın olur ki, N nömrəli Hərbi Hissənin xx.xx.N2-ci il tarixli, 140 nömrəli Travma haqqında arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış zədələnməsi. Barotravma. Sol qalça tini nahivvəsinin toxunub keçən qüllə yaralanması’’ xəsarətini almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.N2-ci il tarixli, 15/2649 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 83 nömrəli əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmısız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyiniz kompensasiyanın ödənilməsi mümkün deyil. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4cü hissəsinə əsasən, hər kəs dövlət orqanının, siyasi partiyanın, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. xx.xx.N2-ci il tarixli, 12003 nömrəli Xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu depressiv epizod, sui-qəsd cəhdləri ilə. Partlayış travması keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Sol qalça nahiyəsinin güllə yaralanmasından sonrakı dəri çapığı. Vegetativ damar distoniyası”. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Diaqnoz: ”ikincili hissəvi adentiya 35,36,37,45,46-cı dişlərin olmaması". “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair arayışın surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək 3-cü dərəcəli əlil hesab olunmuşdur. AO№ ******* nömrəli, xx.xx.2009-cu il tarixli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 51 saylı, xx.xx.2011-ci il tarixli əmri əsasında hərbi qeydiyyata düşmək üçün Füzuli rayon hərbi komisarlığına göndərilmişdir. N mart N2-ci il tarixli 83 nömrəli əmrə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan təltif olunma barədə vəsiqələrin surətlərindən görünür ki, İddiaçı “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Cəsur döyüşçü”, “Xidmətdə fərqlənməyə görə” medalları ilə və Baş Nazirin qərarına əsasən “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə X8 Xidmətinin Füzuli Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N3-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.N2-ci il tarixdə SHXÇDX-nin Füzuli rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmış və xx.xx.N3-cü il tarixdə qeydiyyat ünvanını dəyişdiyinə görə SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsində hərbi qeydiyyata alınmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı barəsində əlavə məlumatların alınması həmçinin şəxsi işinin təsdiq olunmuş surətinin əldə olunması üçün SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinə müraciət etməyiniz məqsədə uyğundur. Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.N3-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar N0-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, A.X4-Əsəb Dispanserinin U00054950PDT nömrəli göndərişi və müraciəti əsasında Agentlikdə keçirilən əyani müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may N2-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq xx.xx.N2-ci ildən (Diaqnoz: Postkontuzion sindrom. Üzvi (barotravma) affektiv pozuntu, depressiv epizod, suiqəst cəhdləri və fikirləri ilə) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulması ilə 2 (iki) il müddətinə (xx.xx.N4-cü il tarixinədək) əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikasi Səfərbərlik Və Hərbi Xidmətə X8 Xidmətinin Baki Şəhəri Suraxanı Rayon İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.N3-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı xx.xx.N3-cü il tarixdə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki nümayəndəsi tərəfindən SHXÇDX-nin Füzuli rayon şöbəsindən hərbi qeydiyyatdan çıxarılıb SHXÇDX-nin Suraxanı rayon idarəsində hərbi qeydiyyata alınmışdır. İddiaçı məxsus xidməti dəftərçənin surətindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2016-cı il tarixli arayışından müəyyən edilir ki, İddiaçı məhkumluğu barədə məlumat yoxdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 348 nömrəli əmrində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə X8 Xidmətinin Füzuli Rayon Şöbəsindən gəlmiş İddiaçı şəxsi heyətin siyahısına daxil edilsin və bütün növ təminata qoyulsun və vəzifəsinin icrasına başlasın. 2-ci Ordu Korpusu komandirinin xx.xx.N2-ci il tarixli № 021 əç nömrəli Əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.N4-cü il tarixli, 740 nömrəli məktubunda qeyd edilmişdir ki, hərbi hissədə İddiaçı cinayət törədib törətməməsi və yaxud cinayət məsuliyyətinə cəlb olunması barədə heç bir məlumat yoxdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 11 nömrəli əmrində qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, 3-cü tabor qumbaraatan manqasının komandiri-qumbaraatanı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 21 nömrəli əmrində qeyd edilmişdir ki, 3-cü tabor qumbaraatan manqasının komandiri-qumbaraatanı İddiaçı xx.xx.N2-ci il tarixdən müalicə və müayinə məqsədilə N nömrəli hərbi hissəyə (Füzuli rayonu) göndərilmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 22 nömrəli əmrində qeyd edilmişdir ki, 13 yanvar N2-ci il tarixdə N nömrəli hərbi hissəyə müayinə və müalicə məqsədilə göndərilmiş hərbi hissənin 3-cü tabor qumbaraatan manqasının komandiriqumbaraatanı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı hərbi hissəyə geri qayıtmadığına görə hospitalda müalicə alanların siyahısından çıxarılıb hospitaldan gecikənlərin siyahısına salınsın və hərbi hissənin qazan təminatından çıxarılsın. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 25 nömrəli əmrində qeyd edilmişdir ki, 20 yanvar N2-ci il tarixdən hospitaldan gecikənlərin siyahısında olan hərbi issənin 3-cü tabor qumbaraatan manqasının komandiri-qumbaraatam vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı hərbi hissəyə geri qayıtdığına görə hospitaldan gecikənlərin siyahısından çıxarılsın və hərbi hissənin qazan təminatına qoyulsun. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 37 nömrəli əmrində qeyd edilmişdir ki, Hərbi hissənin 3-cü tabor qumbaraatan manqasının komandiri-qumbaraatanı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı oğlu, 04 fevral N2-ci il tarixdə xidməti yerini özbaşına tərk etdiyinə görə həmin tarixdən xidməti yerini özbaşına tərk edənlərin siyahısına salınsın və bütün növ təminatlardan çıxarılsın. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 60 nömrəli əmrində qeyd edilmişdir ki, 04 fevral N2-ci il tarixdə xidməti yerini özbaşına tərk etmiş hərbi hissənin 3-cü tabor qumbaraatan manqasının komandiri-qumbaraatanı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, 25 fevral N2-ci il tarixdə xidməti yerinə qayıtdığına görə, həmin tarixdən xidməti yerini özbaşına tərk edənlərin siyahısından çıxarılsın və bütün növ təminatlara qoyulsun. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 83 nömrəli əmrində qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, 3-cü tabor qumbaraatan manqasının komandiri-qumbaraatanı, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddənin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq N nömrəli hərbi hissə komandirinin N mart N2- ci il tarixli 021 əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, N mart N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə X8 Xidmətinin Füzuli rayon Şöbəsinə göndərilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı N2-ci ilin yanvar ayındakı xidmətinə görə Azərbaycan Respublikasının Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatından məhrum edilsin. N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.N4-ci il tarixli, 8/1885 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” tam məxfi olduğuna görə sizə təqdim edə bilmirik. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”ının 1.1-ci bəndinə əsaəsn, bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına( bundan sonra-əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İşin faktiki hallarından görünür ki, iddiaçı xidməti vəzifələrin icrası zamanı aldığı travma ilə əlaqədar sağlamlığına dəymiş ziyanın əvəzi kimi üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsini cavabdehdən tələb etmişdir. İddiaçı həmin tələblə cavabdeh orqanlara müraciət etmiş, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyiniz kompensasiyanın ödənilməsi mümkün deyil. Məhkəmə müəyyən edir ki, iddiaçı hərbi xidmətdə olduğu dövrdə (xx.xx.N2-ci il tarixli, 140 nömrəli Travma haqqında arayışa əsasən) yaralansa da, bu yaralanma onun xidmətini istisna etməmişdir, belə ki, yaralandıqdan sonra o, xidmətini davam etdirmiş və xx.xx.N2-ci il tarixli № 021 əç nömrəli Əmrdən çıxarışa əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır.Onun ehtiyata buraxılması xəstəliklə bağlı deyil, xidməti uyğunsuzluğa əsasən baş vermişdir. Və yaralanması halının onun xidmətini istisna etməsi faktı ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı şifahi izahatında qeyd etmişdir ki, xidmətdən ehtiyata buraxılma əsası komandirin göstərişi və əmri olmadan düşmən mövqeyini atəşə tutmaq olmuşdur.Bundan sonra o, ehtiyata buraxılmış və uzun müddət keçməyinə baxmayaraq həmin əmri mübahisələndirməmişdir.Və beləliklə də həmin əmrlə razı olduğunu göstərmişdir. Həmçinin məhkəmə diqqətə çatdırır ki, iddiaçının şəhadətləndirilməsi də 10 oktyabr N2-ci ildə, yəni ehtiyata buraxıldıqdan sonra( Xəstəlik haqqında xx.xx.N2-ci il tarixli 12003 nömrəli şəhadətnaməyə əsasən) olmuşdur. Məhkəmə işin bütün faktiki və hüquqi hallarını məcmu formada təhlil edərək belə qənaətə gəlir ki, iddiaçıya kompensasiyanın ödənilməsi Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə uyğun olmadığından mümkün olmamış və cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1,2, 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti vəzifələrin icrası zamanı aldığı travma ilə əlaqədar sağlamlığına dəymiş ziyanın əvəzi kimi üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-753/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-753/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver