Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-754/2023 28.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququ yaranna vaxtdan, yəni xx.xx.2001-ci il tarixdən uzun xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki 3 il üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ilədək hesablanması” kimi baxılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı “xidmət illərinə görə pensiya almaq hüququnun yarandığı dövrdən başlayaraq qanunla müəyyən edilmiş əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-754/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının dəqiqləşmə barədə ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək “hüququ yaranna vaxtdan, yəni xx.xx.2001-ci il tarixdən uzun xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki 3 il üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ilədək hesablanması” kimi baxılması, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əvəz edilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, o, 1981-ci ildə pedaqoji fəaliyyətə başlamışdır. 1981-1992-ci illərdə Sabirabad rayonu Qaratuğay kəndində ibtidai sinif müəllimi, 1992- 2001-ci illər arasında isə Əli-Bayramlı şəhər “Telemexanika" İstehsalat birliyi nəzdində fəaliyyət göstərən "Cırtdan" uşaq baxçasında tərbiyəçi kimi ümimilikdə 20 il fasiləsiz işləmişdir. 2001-ci il avqust ayında uşaq baxçası mülkiyyətçinin dəyişməsi ilə əlaqədar öz fəaliyyətini dayandırmış və həmin vaxtdan o, işsiz qalmışdır. Bu yaxınlarda məlumatı olmuşdur ki, işsiz qaldığı dövrdə "Vətəndaşların pensiya təminatı haqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən pensiya təminatı hüququnu qazanmış. Amma bu hüququnu bilməmiş və bunu ona deyən şəxs, yaxud təşkilat olmamış, bu hüququndan vaxtında istifadə etməmişdir. Ötən dövr ərzində Şirvan şəhəri Təhsil Şöbəsində iş növbəsinə durmuş, vakant yer olmadığı üçün dövlətdən 6 ay müddətə müavinət almışdır. Halbuki, pensiya almaq hüququ olmuşdur. 2019-cu il iyulun 15-də 57 yaşı tamam olmuş və o, 3 uşaq böyüdən analara verilən sosial müavinət almağa başlamışdır. Pensiya hüququnun yaranmasını bu yaxınlarda öyrəndikdən dərhal sonra Azərbaycan Respublikasmın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şirvan şəhər Şöbəsinə müraciət etmişdir. Həmin şöbə xx.xx.2019cu il tarixli məktubu əsasında ona pensiya təyin edilməsindən və ödənilməsindən imtina etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 14 dekabr 2022-ci il tarixli **********3 nömrəli etirazında göstərilmişdir ki, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən xidmət illərinə görə pensiya almaq hüququnun yarandığı dövrdən başlayaraq qanunla müəyyən edilmiş əmək pensiyasınln təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırki işə dair münasibət bildirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə Fondun Şirvan şəhər şöbəsinə müraciət edərək, 20 illik pedaqoji stajına əsasən pensiya təyin edilməsini xahiş etmişdir. Şirvan şəhər şöbəsi tərəfindən iddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 61 yaş 6 ayı tamam olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bu barədə iddiaçıya 14 oktyabr 2019-cu il tarixli **********0 nömrəli məktub ünvanlanmışdır. Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən verilən imtina əsaslı və qanunidir. Belə ki, xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunu ilə tənzimlənir.‘‘Əmək pensiyaları haqqında” Qanunun 4.1 -ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində ğeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlər: sığorta stajına daxil edilir.Sözügedən Qanunun 2.2-1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək oian sığorta stajı bu Qanunun 22-1,2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanlara yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir ill azaldılmaqla hesablanır. Qeyd edilməlidir ki, Qanunun 7-ci maddəsinin tələblərinə əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan yaş həddi xx.xx.2027-ci ii tarixdə tamamlanır. Göründüyü kimi, inzibati orqana müraciət etdiyi tarixdə, həmçinin hazırki tarixdə də iddiaçı ona pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2001 -ci il tarixədək olmaqla ümumi sığorta stajı 20 il təşkil edir. Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən xidmət illərinə görə pensiya almaq hüququnun yaranması ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sözügedən Qanunun xidmət illərinə görə pensiya təminatının əsaslarını tənzimləyən 58-ci maddəsinə əsasən, xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan islərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün bu Qanunun 59-64-cü maddələrində müəyyən edilmiş şərtlərlə təyin edilir. Normanın məzmunundan göründüyü kimi, xidmət illərinə görə pensiyanın təyin edilməsi üçün şəxsin çalışdığı peşə əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olmalıdır. Lakin iş materiallarında iddiaçının əmək qabiliyyətinin tam və ya qismən itirilməsi barədə hər hansı sübut mövcud deyildir. Eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sözügedən 60-cı maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. İddiaçı işlədiyi müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələri olması barədə də hər hansı məlumat və ya dəlil təqdim edə bilməmişdir. Beləliklə, qeyd olunanların əlaqəli təhlilindən görünür ki, iddianın təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyil, buna görə də iddia tələbi təmin edilməməlidir.Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı X5 “xidmət illərinə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2- 1(120)-2179/2022 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasındakı izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2007-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” 1992-ci il tarixli qərara dəyişiklik və əlavələr edilən zamana qədər, yəni 2001-ci il tarixdə onun artıq 20 il iş stajı olduğu üçün ona əmək pensiyası təyin edilən zaman «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sözügedən 60-cı maddəsinin tələblərinə əsasən normalar tətbiq edilməli, həmin maddəyə əsasən 2001-ci il tarixdən ona xidmət illərinə görə pensiya təyin edilməlidir, əmək qabiliyyətini 2007-ci ilədək itirməmişdir, həmçinin onunla birgə işləmiş digər iş yoldaşları uzun illərdir ki, pensiya alırlar. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X9 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməmiş, həmçinin bildirmişdir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 58-ci maddəsinə əsasən, xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün bu Qanunun 59—64-cü maddələrində müəyyən edilmiş şərtlərlə təyin edildiyi üçün, İddiaçı əMək qabiliyyəti 2007-ci ilədək tam və ya qismən itirilmədiyi üçün iddiaçıya həmin Qanunun 60-cı maddəsinin tətbiq edilməməli olduğunu, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iş materiallarında olan digər sənədlər ilə müəyyən edildi ki, yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı olmadığı üçün, onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: Belə ki, - İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019cu il tarixli **********0 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatma imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21 maddəsinə əsasən sığorta stajı-işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti götürülür. Mövcud qanunvericiliyə əsasən hal-hazırda qadınların əmək pensiyası hüququ 61 yaş 6 ay tamam olduqda yaranır. 61 yaş 6 ay tamam olmadığı üçün ona mövcud qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. - İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. - İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1992-ci illərdə Sabirabad rayonu Qaratuğay kəndində ibtidai sinif müəllimi, xx.xx.1992-xx.xx.2001-ci illər arasında isə Əli-Bayramlı şəhər “Telemexanika" İstehsalat birliyi nəzdində fəaliyyət göstərən "Cırtdan" uşaq baxçasında tərbiyəçi işləmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi Sabirabad rayon Təhsil şöbəsinin məhkəməyə ünvanladığı 27 aprel 2021-ci il tarixli 117 nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad Rayon Təhsil Şöbəsində saxlanılan əmr kitablarındakı müvafiq qeydlərə əsasən İddiaçı xx.xx.1981 -ci il tarixdə Qaratuğay kənd orta məktəbinə müəllim təyin olunmuş, xx.xx.1992-ci il tarixdə isə həmin vəzifədən və rayonun müəllimliyindən azad olunmuşdur. Əmrlərin surəti məktuba əlavə olunur. Həmin illərə aid əmək haqqı cədvəlləri Sabirabad rayon Təhsil şöbəsində saxlanılmır. Qeyd olunan məlumatı Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə təqdim etmək üçün Sabirabad rayon Dövlət Arxivinə tərəfimizdən müvafiq məktub göndərilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı 10 iyun 2021-ci il tarixli 100/02-429 nömrəli məktubunda göstərilmişdir ki, müəssisə üzrə arxiv sənədlərinə nəzər saldıqda sabiq işçi X5 01 aprel 1992-ci ıl tarixdən 31 avqust 2001-ci il tarixə kımı Əli Bayramlı şəhər "Telemexanika” istehsalat Birliyinin (həmin dövrlərdə müəssisənin hüquqi adı belə idi) nəzdində olan “Cırtdan” uşaq bağçasına tərbiyəçi vəzifəsinə qəbul edilməsinə dair rəsmi sənəd və əmr tapılmamışdır. Lakin İddiaçı 2001-ci ıl tarixdə işdən azad olunması barədə əmr müəssisənin arxiv sənədlərində aşkar edilmişdir. G.Vəliyevə barədə müəssisə üzrə arxiv sənədlərindən aşkar edilmiş əmrə əsasən o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə istinad edilərək Əli Bayramlı şəhər “Telemexanika" istehsalat Birliyinin "Cırtdan” uşaq bağçasının (bütün işçi heyəti ilə birlikdə Əli Bayramlı şəhər Təhsil şöbəsinə köçürülmə səbəbinə görə) tərbiyəçisi vəzifəsindən (peşəsindən) 31 avqust 2001-cı il tarixdən (ƏMR № 29 xx.xx.2001-ci ıl) azad edilmişdir. İddiaçı 01 aprel 1992-ci il tarixdə işə qəbul olunması barədə əmr və əmək haqqı cədvəllərinin müəssisə üzrə arxiv sənədlərində aşkar edilmədiyi üçün (uzun illər keçməsi səbəbindən) və həmin sənədlərin əldə edilməsi istiqamətində X16 filialına müraciət olunması tövsiyə olunur. - İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı X5 təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən 31,08.2001-ci il tarixədək əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 20 il təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı pensiya yaşına çatmadığı (pensiya yaşına xx.xx.2027-ci il tarixdə çatacaqdır) üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 may 2021-ci il tarixli 100/02-308 nömrəli arayışında göstərilmişdir ki, həqiqətən Əli-Bayramlı şəhər “Telemexanika” İstehsalat Birliyinin nəzdində olan “Cırtdan” uşaq oağçasına (hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin "Telemexanika zavodu” MMC) İ" aprel 1992-ci il tarixli 41 saylı əmrlə tərbiyəçi vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 1-cı hissəsinə əsasən (mülkiyyətçinin dəyişməsi) 15 avqust 2001 -ci il tarixli 29 saylı əmrlə 31 avqust 2001-ci il tarixdə işdən azad edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi Sabirabad rayon Təhsil şöbəsi Nüsrətəli Almazov adına Qaratuğay kənd tam orta məktəbinin məhkəməyə ünvanladığı 29 noyabr 2022-ci il tarixli 70 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1981-xx.xx.1992-ci illərdə həqiqətən Sabirabad rayonu Qaratuğay kənd orta məktəbində ( hal-hazırda N.Almazov adına Qaratuğay kənd tam orta məktəbi adlanır) ibtidai sinif müəllimi işləməklə, pedaqoji fəaliyyət göstərmişdir. Göstərilən illərdə ibtidai sinif şagirdlərinin təlim-tərbiyəsi ilə məşğul olmuş və təlim prosesində yüksək nəticələr əldə etmişdir. Pedaqoji fəaliyyəti dövründə işgüzar, fəal, daim öz üzərində çalışan müəllim kimi dərs dediyi şagirdlərin, müəllimlərin və valideynlərin dərin hörmətini qazanmışdır. - İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı 25 noyabr 2022-ci il tarixli 100/02-730 nömrəli məktubunda göstərilmişdir ki, sabiq işçi X1 Xüsusi Maşınqayırma və Konversiya komitəsinin tabeliyində olan “Telemexanika” İstehsalat Birliyinin nəzdində olan “Cırtdan” uşaq bağçasında xx.xx.1992-ci il 41 saylı əmrlə tərbiyəçi vəzifəsidə əmək fəaliyyətinə başlamışdır. Sabiq işçi X12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 1-ci bəndinə əsasən (mülkiyyətçinin dəyişməsi) 15 avqust 2001-ci il tarixli 29 saylı əmrlə 31 avqust 2001 -ci il tarixdən işdən azad edilmişdir. X5 müəssisədə işlədiyi dövrdə əmək fəaliyyəti pedaqoji fəaliyyət hesab edilmir. “Telemexanika” İstehsalat Birliyinin nəzdində olan “Cirtdan” uşaq bağçası Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli “Azərbaycan Respublikası Təhsil sisteminin təkmilləşdirilməsi” haqqında Fərmanının 2-ci bəndinə əsasən 15 avqust 2001-ci il tarixli 42 saylı sərəncamı ilə Əli Bayramlı şəhər (hal-hazırda Şirvan şəhər) Təhsil şöbəsinin strukturuna daxil edilmişdir. - İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 25 yanvar 2023-cü il tarixli 6 nömrəli məktubundan görünür ki, X5 əmək haqqı sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məhkəməyə ünvanladığı 03 fevral 2023-cü il tarixli 3-29/2-656/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 31.0.2-ci maddəsinə əsasən, müəllimlər və tərbiyəçilər təhsilverənlər (pedaqoji işçilər) kimi müəyyən edildiyindən, X5 Sabirabad rayon Qaratoğay kənd tam orta məktəbində ibtidai sinif müəllimi və “Cırtdan” uşaq bağçasında tərbiyəçi vəzifəsində işləməsi pedaqoji fəaliyyət hesab edilir. - İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil Muğan Regional Təhsil İdarəsinin məhkəməyə ünvanladığı 15 fevral 2023-cü il tarixli, 3-29-41/2- 254/2023 nömrəli məktubunda göstərilmişdir ki, pedaqoji orta təhsilli X13 xx.xx.1981-ci il tarixli, 126 nömrəli əmrə əsasən Sabirabad rayon Qaratuğay kənd tam orta məktəbə müəllim təyin edilmiş və xx.xx.1992-ci il tarixli, 63 nömrəli əmrə əsasən iş yerini dəyişdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Əmrlərin təsdiq olunmuş surəti məktuba əlavə olunur. Əmək haqqı cədvəllərinin təsdiq olunmuş surəti isə Sabirabad Rayon Dövlət Arxivi tərəfindən göndərilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin məhkəməyə ünvanladığı 07 avqust 2023-cü il tarixli 956 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir İddiaçı qızma ondan ötrü ki, həqiqətən də o,1977-ci ildə X22 Məktəbinin əyani şöbəsinin “İbtidai sinif müəllimi,pioner baş dəstə rəhbəri” ixtisasına qəbul olmuş, 1981-cı ildə X24 texnikumunu həmin ixtisas üzrə bitirmiş və ona DT № 756736 nömrəli ,191 qeydiyyatlı adi diplom verilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə ünvanladığı 02 may 2023-cü il tarixli, 3-17/2-4335/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 676 saylı “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Qərar və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdən qüvvədən düşdüyündən, eyni zamanda həmin tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan işçilərin ayrılıqda pensiya təminatını nəzərdə tutan norma olmadığından iddiaçı X7 yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olduğu tarixdə, yəni xx.xx.1996-cı il tarixindən X8 25 il 16 gün pedaqoji stajına əsasən xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən X2 xx.xx.1996-cı il tarixindən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən X6 xx.xx.2013-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. N.Zeynalov, S.Quliyeva və X4 pensiya işinin surəti məhkəməyə təqdim olunur. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşdən göründüyü kimi, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. O, iddia ərizəsində cavabdehə “əmək pensiyası təyin edilməsi üçün” müraciət etdiyini bəyan edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbi və iddiaçının halhazırkı tarixə yaş həddi nəzərə alındıqda, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün əsaslar işdə mövcud deyil. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan yaş həddi xx.xx.2027-ci ii tarixdə tamamlanır. Göründüyü kimi, inzibati orqana müraciət etdiyi tarixdə, həmçinin hazırki tarixdə də iddiaçı ona pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş qaydada yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddinə çatmamışdır, xx.xx.2027-ci il tarixdə tələb olunan yaş həddi tamamlanacaqdır və həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən,1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. İddiaçı barəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin məhkəməyə ünvanladığı 07 avqust 2023-cü il tarixli 956 nömrəli arxiv arayışı üzrə müəyyən edildi ki, İddiaçı 1977-ci ildə X22 Məktəbinin əyani şöbəsinin “İbtidai sinif müəllimi,pioner baş dəstə rəhbəri” ixtisasına qəbul olmuş, 1981-cı ildə X24 texnikumunu həmin ixtisas üzrə bitirmiş və ona DT № 756736 nömrəli ,191 qeydiyyatlı adi diplom verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı təhsil aldığı dövr 1977-1981-ci illəri əhatə etmiş, həmçinin 1981-ci il tarixdən 2001-ci ilədək iddiaçı müxtəlif vəzifələrdə çalışmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin dövrləri, həmçinin təhsil aldığı dövrü sığorta stajı kimi tam (əmək haqqı almadığı və arxivdə aşkar edilmədiyi dövrlər də) qəbul edilmiş olsa belə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 676 saylı qərarı ilə xidmət illərinə görə pensiya hüququ verən sahə, peşə və vəzifələrin Siyahısı təsdiq edilmiş, Siyahıda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun sözügedən 64-cü maddəsinə müvafiq olaraq, 20 il iş stajı ilə uzun müddət xidmətə görə pensiyaya hüququ olan yeraltı işlərdə və açıq mədən işlərində çalışan işçilər göstərilmişdir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq uzun müddət xidmətə görə pensiya hüququ olan təhsil və uşaq tərbiyə müəssisələrində pedoqoji fəaliyyət göstərənlərin Siyahısında tədris və tədris-tərbiyə müəssisələrində çalışmış müəllim, tərbiyəçilər də əlavə edilmişdir. xx.xx.2007-ci il tarixli, 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 676 saylı qərarının 2-ci (“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq uzun müddət xidmətə görə pensiya hüququ olan təhsil və uşaq tərbiyə müəssisələrində pedoqoji fəaliyyət göstərənlər), 3-cü, 5-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı tərəfindən iddia edilmişdir ki, 2007-ci il tarixdən “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 676 saylı qərarının 2-ci bəndi qüvvədən düşmüş hesab edilsə də, o, 2001-ci il tarixdə artıq 20 il iş stajına malik olduğu üçün ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı məhkəmə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə nəzər yetirilməsini diqqətə çatdırır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün bu Qanunun 59—64-cü maddələrində müəyyən edilmiş şərtlərlə təyin edilir. Həmçinin Qanunun 60-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar—20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2001-ci il tarixdə İddiaçı 20 il iş stajına malik olsa da, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin müvafiq norması 2007-ci ilədək xidmət illərinə görə pensiyalar yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün nəzərdə tutulmuşdur. Bununla bağlı İddiaçı 2007-ci ilədək çalışdığı iş yerində əmək qabiliyyətini tam və ya qismən itirmədiyi üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsi ona əmək pensiyası təyin edilən zaman tətbiq edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 676 saylı “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Qərar və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdən qüvvədən düşdüyündən, eyni zamanda həmin tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil və uşaq tərbiyə müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan işçilərin ayrılıqda pensiya təminatını nəzərdə tutan norma olmadığından iddiaçı X7 yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Göründüyü kimi, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı əmək pensiyası təyin edilməsi üçün qanunvericlikdə nəzərdə tutulmuş yaş həddinə çatmadığı üçün və 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona xidmət illərinə görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququ yaranna vaxtdan, yəni xx.xx.2001-ci il tarixdən uzun xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki 3 il üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ilədək hesablanması” kimi baxılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququ yaranna vaxtdan, yəni xx.xx.2001-ci il tarixdən uzun xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki 3 il üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ilədək hesablanması” kimi baxılması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-754/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-754/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver