Məhkəmə qərarları › İş №2-1(120)-755/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-755/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-755/2023 26.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsin Sosial Ödənişlərin Təyinaatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə işə Masallı Məhkəmə Kompleksinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, Astara şəhəri, Qum küçəsi, ev 80 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsin Sosial Ödənişlərin Təyinaatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 30 iyun 2022-ci il tarixli, **********6 nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 avqust 1959-cu ildə Astara rayonunun Rüdəkənar kəndində anadan olmuş, mərhum həyat yoldaşı X11 ilə 17 noyabr 1979-cu il tarixdə, Astara rayonunda nikahı rəsmləşdirmişdir. Uzun müddət mərhum həyat yoldaşı ilə ailə münasibətində yaşamış, 03 aprel 2002-ci ildə mərhum həyat yoldaşı Hafis Məmmədov ürək və ağ ciyər çatışmamazlığından dünyasını dəyişmişdir. Dünyasını dəyişənə qədər həyat yoldaşı müxtəlif iş yerlərində əmək fəaliyyəti məşğul olmuşdur. Ailə başçısını itirməyə görə əmək pensiyasının ona təyin olunmasına görə qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatanda ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həyat yoldaşının əmək kitabçası itirildiyindən onun çalışdığı idarələrə müraciət edərək yoldaşının əmək fəaliyyətini və müddətini təsdiq edən arayışlar əldə etmişdir. Həyat yoldaşı xx.xx.1977-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi keçmiş “Aztransqazın” X21 Xidmətində elektromontyor vəzəfəsində çalışmışdır. Bundan sonra isə xx.xx.1995-ci il tarixdən dünyasını dəyişənədək, xx.xx.2002-ci il tarixinə kimi Astara rayon Rabitə Qovşağında elektromexanik vəzifəsində çalışmışdır. Mərhum həyat yoldaşının əldə etdiyi əmək stajlarının cəmi qanunvericilikdə tələb olunan əmək stajını üstələdiyindən ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun həyata keçirməkdən ötrü aidiyyəti orqana müraciət etmişdir. Ona 30 iyun 2022-ci il tarixli məkub ünvanlanaraq, mərhum həyat yoldaşının 1977-1995-ci illərdə çalışdığı “Aztransqazın” əmr kitabları və əmək haqqı cədvəlləri hüquqi varisi SOCAR-ın Astara MQKS-nə təhvil verilməməsi nəticəsində qeyd olunan illər əmək stajı kimi təsdiqlənmədiyindən ona ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-l(102)-1389/2020 saylı 22 iyul 2020-ci il tarixli və 2-l(102)-1615/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarlarında da 1 yanvar 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin X14 Astara şöbəsinin arayışına əsasən onun mərhum əri Məmmədov Hafis Əsəd oğlunun sığorta stajı 6 il 8 ay 1 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (11 il 8 aydan) azdır. Həmçinin iddiaçının təqdim etdiyi SOCAR-ın arxiv arayışında qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək H.Məmmədovun əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və araşdırma zamanı məlum olmuşdur ki, Fondun 1 saylı X3nın xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının təqdim etdiyi arxiv arayışında (mərhum H.Məmmədovun əmək fəaliyyəti barədə) xx.xx.1977-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək “Aztransqazın” X21 X15 İdarəsinin əmr kitabları və əmək haqqı cədvəlləri SOCAR-ın Astara MQKS-nə təhvil verilməmişdir. Yuxarıda sadalananları nəzərə alaraq, təqdim edilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilən müvafiq dövrlər mərhum H.Məmmədovun əmək stajı kimi təsdiqlənmədiyindən və qanunvericiliklə tələb olunan sığorta stajı (11 il 8 ay) olmadığından İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəfimizdən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Astara rayon filialına xx.xx.2022-ci il tarixli **********7 nömrəli və SOCAR-a xx.xx.2022-ci il tarixli **********3 nömrəli sorğular göndərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Astara rayon filialının xx.xx.2022- ci il tarixli 85№-li məktubunda qeyd olunan müəssisəyə dair hər hansı bir sənədin Astara rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. SOCAR tərəfindən göndərilən SOCAR**********30020123X00007 nömrəli cavab məktubunda mərhum H.Məmmədovun çalışdığı illərə dair əməkhaqqı barədə sənədlərin təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən yaşa görə müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manat məbləğinə çatdırılmışdır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə iddiaçının mərhum əri H.Ə.Məmmədovun işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və H.Ə.Məmmədovun xx.xx.1977-ci il tarixdən xx.xx.1995-ci il tarixədək həmin müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. İddiaçı "ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü tarixli məhkəmə iclasında ərizə təqdim edərək, səhhəti ilə əlaqədar növbəti məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.2002-ci il tarixli, AZ 087438 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Məmmədov Hafis Əsəd oğlu xx.xx.2002-ci il tarixdə 50 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixli, 146 nömrə ilə qeyd edilmişdir. İşdə olan SOCAR “Qaz İxrac” İdarəsi Astara X15 Sahəsinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli arxiv arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş X5 mərhum həyat yoldaşı Məmmədov Hafis Əsəd oğlu xx.xx.1977-ci il tarixində keçmiş “Aztransqazın” X21 Xidmətinə elektromantyor kimi işə qəbul olunmuşdur. xx.xx.1995-ci il tarixindən X21 X15 İdarəsi tərəfindən öz ərizəsinə əsasən mərhum Məmmədov Hafis Əsəd oğlu işdən azad olunmuşdur. ARDNŞ-in xx.xx.2013-cü il tarixli, 05 nömrəli əmrinə əsasən “Azəriqaz” İB-nin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Astara MQKS-si ARDNŞ-in “Qaz İxrac” İdarəsinin tabeçiliyinə verilmişdir. xx.xx.2013-cü ildən əvvəl digər arxiv sənədləri “Azəriqaz” İB-nə aiddir. İşdə olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X19 Astara şöbəsinin xx.xx.2022-ci il tarixli, 1/139 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı mərhum həyat yoldaşı Məmmədov Hafis Əsəd oğlu xx.xx.1995-ci il tarixdə keçmiş Astara Rayon Rabitə Qovşağında elektromexanik vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2002-ci il tarixdə 64 nömrəli əmrlə X4 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-ci maddəsinin 1-ci hissəsinin "e" bəndinə əsasən (vəfat etməsi ilə əlaqədar) işdən azad edilmişdir. Azərbaycan Respublikası Rabitə Nazirliyinin xx.xx.1996-cı il tarixli 84 nömrəli əmrinə əsasən Astara Rayon Rabitə Qovşağı ləğv edilərək X4 yaradılmışdır. İşdə olan Ədliyyə Nazirliyi Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 27 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1959-cu il tarixdə Astara rayonunun Rüdəkənar kəndində anadan olmuş İddiaçı ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və məlumatlar aşkar edilmişdir. İşdə olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 206-05/70 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 21.08.195-cu il tarixdə Astara rayonunun Rüdəkənar kəndində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır. Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə İddiaçı xx.xx.1979-cu ildə Astara rayon Qeydiyyat şöbəsində Məmmədov Hafis Əsəd oğlu ilə nikaha daxil olmuş və sonuncunun xx.xx.2002-ci ildə ölməsi ilə bağlı həmin nikaha xitam verilmişdir. İşdə olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 975 nömrəli arayışından görünür ki, Məmmədov Hafis Əsəd oğlu X12 ilə nikah haqqında xx.xx.1979-cu il tarixdə 198 nömrəli akt qeydi tərtib olunmuşdur. nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 1 saylı X3nın pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X7, SOCAR “Qaz İxrac” İdarəsi Astara X15 Sahəsinin kadrlar üzrə mütəxəssisi X8, baş mühasib əvəzi X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan surətindən görünür ki, Məmmədov Hafis Əsəd oğlunun “Aztransqazın” X21 Xidmətində iş stajı və əmək haqları yerində qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, 1977-ci illərə aid əmrlər kitabları və 1977-1995-ci illərə aid mühasibat kitabları (əmək haqqı cədvəlləri) SOCAR “Qaz İxrac” İdarəsi Astara X15 Sahəsində saxlanılmadığına görə Məmmədov Hafis Əsəd oğlunun işə daxil olma və aldığı əmək haqlarını yoxlamaq mümkün olmamışdır. Məmmədov Hafis Əsəd oğlu xx.xx.1995-ci il tarixdə verdiyi ərizəsinə əsasən X21 X15 İdarəsindən tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinaatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, təqdim etdiyi "xxxx" MMC-nin X14 Astara şöbəsinin arayışına əsasən mərhum əri Məmmədov Hafis Əsəd oğlunun sığorta stajı 6 il 8 ay 1 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (11 il 8 aydan) azdır. Təqdim etdiyi SOCAR-ın arxiv arayışında qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək H.Məmmədovun əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun 1 saylı X3nın xx.xx.2022-ci il tarixli aktına əsasən təqdim etdiyi arxiv arayışında (mərhum H.Məmmədovun əmək fəaliyyəti barədə) xx.xx.1977-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək “Aztransqazın" X21 X15 İdarəsinin əmr kitabları və əmək haqqı cədvəlləri SOCAR-ın Astara MQKS-nə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq, təqdim etdiyi xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilən müvafiq dövrlər mərhum əri H.Məmmədovun əmək stajı kimi təsdiqlənmədiyindən qanunvericiliklə tələb olunan sığorta stajı (11 il 8 ay) olmadığından ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2016-cı il tarixindən yaşa görə müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manat məbləğinə çatdırılmışdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinaatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında təqdim etdiyi mərhum əri Məmmədov Hafis Əsəd oğlunun diplomuna əsasən xx.xx.1969-cu il tarixindən xx.xx.1972-ci il tarixinədək 2 il 7 ay 25 gün təhsil aldığı müddət, arxiv arayışına əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 6 il 8 ay 1 gün əmək fəaliyyəti dövrü olmaqla mərhum H.Məmmədovun 9 il 3 ay 26 gün ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (11 il 8 aydan) azdır. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filialın 12 avqust 2022ci il tarixli monitorinqinə əsasən mərhum H.Məmmədovun xx.xx.1977-ci il tarixindən 21,07.1995-ci il tarixinədək işlədiyi “Aztransqazın” X21 Xidmətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən mübahisələndirilən 18 il 6 ay 18 gün iddiaçının sığorta stajına daxil edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-755/2023 nömrəli qərardadı ilə iş üzrə üzrə sübutların təqdim edilməsi ilə əlaqədar SOCAR “Qaz İxrac” İdarəsinin Astara X1rşısında xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum Məmmədov Hafis Əsəd oğlunun xx.xx.1977-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi “Aztransqazın” X20 X15 İdarəsində işləyibişləməməsi barədə məlumat təqdim olunması qoyulmuşdur. İşdə olan SOCAR “Qaz İxrac” İdarəsi Astara X15 Sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, RM-04/104 nömrəli məktubundan görünür ki, məhkəmənin məktubunda H.Ə.Məmmədovun əmək fəaliyyətinə dair məlumatların təqdim edilməsi barədə məhkəmənin 13 aprel 2023-cü il tarixli, 2-1(120)- 755/2023 nömrəli sərəncamının 02 may 2023-cü il tarixində Astara MQKS-ə göndərilməsi ilə bağlı bildiririk ki, 02 may 2023-cü il tarixində və ya bu tarixdən sonra (11 iyul 2023-cü il tarixindək) Məhkəmədən Astara MQKS-ə heç bir sənəd daxil olmamışdır. Astara MQKS Məhkəmənin 02 may 2023-cü il tarixindən əvvəl H.Ə.Məmmədovun əmək fəaliyyəti ilə bağlı sorğularına MQKS-in xx.xx.2022-ci il tarixli ZR-04/216 nömrəli və xx.xx.2022-ci il tarixli ZR-04/248 nömrəli məktubları ilə cavablandırılaraq məktublarla birlikdə arxiv arayışı və əsas olan digər sənədlər Məhkəməyə göndərilmişdir. Bunundan başqa qeyd etmək istəyirik ki, Astara X15 Sahəsi tərəfindən H.Ə.Məmmədovun əmək fəaliyyəti ilə bağlı məlumatlar iş üzrə iddiaçı olan İddiaçı xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayış verilmişdir. Həmin arayışda H.Ə.Məmmədovun işə daxil olduğu tarixin T-2 şəxsi vərəqəsinə əsasən, işdən çıxması haqqında məlumatlar isə işçinin ərizəsinin və işəgötürənin əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinin tarixinə uyğun qeyd olunmuşdur. H.Ə.Məmmədova məxsus əmək kitabçasının təhvil-təsliminin aparılması barədə qeydiyyat isə əmək kitabçalarının qeydiyyatı və hərəkəti kitabında aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Astara MQKS-də H.Məmmədovun işlədiyi illərə aid tələb olunan sənədlərin mərhumun həyat yoldaşı İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayışın və həmin arayışın verilməsi üçün sahələrində əsas olan sənədlər surəti “əsli ilə düzdür” möhürü ilə təsdiqlənməklə göndərilir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa görə əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir.(4.1-ci maddə). Həmin Qanunun 14-cü maddəsinin məzmununa görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olanlar sırasında vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları da vardır . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 17.1. ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İddiaçının mərhum əri xx.xx.1951-ci ildə doğulmuş, xx.xx.2002-ci ildə ölmüşdür. H.Ə.Məmmədovun mübahisələndirilməyən iş stajı 06 il 08 ay 01 gün olmuşdur. İnzibati oran tərəfindən xx.xx.1977-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi staj (18 il 06 ay 18 gün) mübahisəli staj kimi qəbul edilərək ümumi staja daxil edilməmiş və tələb olunan 11 il 08 ay stajın toplanmaması səbəbindən iddiaçıya imtina verilmişdir. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulduğundan onun xx.xx.2022-ci il tarixdə 62 yaş 06 ayı tamam olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının mərhum ərinin stajını işlədiyi dövrlərlə bağlı əmr kitablarının və əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi, təqdim edilən arayışlarda soyad müxtəlifliyinin olduğu üçün mübahisələndirir. Eyni zamanda iddiaçının mərhum ərinin mübahisəli 18 il 06 ay 18 gün stajının olduğunu qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, hal-hazırki işlə bağlı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (62 il 06 ay yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 62 il 06 ay yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, iddiaçının mərhum ərinin xx.xx.1977-ci il tarixindən xx.xx.1995-ci il tarixədək “Aztransqazın” X21 Xidmətində işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən müəssisədə işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə, İddiaçı mərhum həyat yoldaşı Məmmədov Hafis Əsəd oğlu xx.xx.1977-ci il tarixində keçmiş “Aztransqazın” X21 Xidmətinə elektromantyor kimi işə qəbul olunmuş, xx.xx.1995-ci il tarixindən X21 X15 İdarəsi tərəfindən öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-755/2023 nömrəli qərardadı ilə iş üzrə üzrə sübutların təqdim edilməsi ilə əlaqədar SOCAR “Qaz İxrac” İdarəsinin Astara X1rşısında xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum Məmmədov Hafis Əsəd oğlunun xx.xx.1977-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi “Aztransqazın” X20 X15 İdarəsində işləyib-işləməməsi barədə məlumat təqdim olunması qoyulmuşdur. SOCAR “Qaz İxrac” İdarəsi Astara X15 Sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, RM- 04/104 nömrəli məktubundan görünür ki, məhkəmənin məktubunda H.Ə.Məmmədovun əmək fəaliyyətinə dair məlumatların təqdim edilməsi barədə məhkəmənin 13 aprel 2023-cü il tarixli, 2- 1(120)- 755/2023 nömrəli sərəncamının 02 may 2023-cü il tarixində Astara MQKS-ə göndərilməsi ilə bağlı bildiririk ki, 02 may 2023-cü il tarixində və ya bu tarixdən sonra (11 iyul 2023-cü il tarixindək) Məhkəmədən Astara MQKS-ə heç bir sənəd daxil olmamışdır. Astara MQKS Məhkəmənin 02 may 2023-cü il tarixindən əvvəl H.Ə.Məmmədovun əmək fəaliyyəti ilə bağlı sorğularına MQKS-in xx.xx.2022-ci il tarixli ZR-04/216 nömrəli və xx.xx.2022-ci il tarixli ZR-04/248 nömrəli məktubları ilə cavablandırılaraq məktublarla birlikdə arxiv arayışı və əsas olan digər sənədlər Məhkəməyə göndərilmişdir. Bunundan başqa qeyd etmək istəyirik ki, Astara X15 Sahəsi tərəfindən H.Ə.Məmmədovun əmək fəaliyyəti ilə bağlı məlumatlar iş üzrə iddiaçı olan İddiaçı xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayış verilmişdir. Həmin arayışda H.Ə.Məmmədovun işə daxil olduğu tarixin T-2 şəxsi vərəqəsinə əsasən, işdən çıxması haqqında məlumatlar isə işçinin ərizəsinin və işəgötürənin əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinin tarixinə uyğun qeyd olunmuşdur. H.Ə.Məmmədova məxsus əmək kitabçasının təhvil-təsliminin aparılması barədə qeydiyyat isə əmək kitabçalarının qeydiyyatı və hərəkəti kitabında aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Astara MQKS-də H.Məmmədovun işlədiyi illərə aid tələb olunan sənədlərin mərhumun həyat yoldaşı İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayışın və həmin arayışın verilməsi üçün sahələrində əsas olan sənədlər surəti “əsli ilə düzdür” möhürü ilə təsdiqlənməklə göndərilir. Belə ki, SOCAR “Qaz İxrac” İdarəsi Astara X15 Sahəsinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli arxiv arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş X5 mərhum həyat yoldaşı Məmmədov Hafis Əsəd oğlu xx.xx.1977-ci il tarixində keçmiş “Aztransqazın” X21 Xidmətinə elektromantyor kimi işə qəbul olunmuşdur. xx.xx.1995-ci il tarixindən X21 X15 İdarəsi tərəfindən öz ərizəsinə əsasən mərhum Məmmədov Hafis Əsəd oğlu işdən azad olunmuşdur. ARDNŞ-in xx.xx.2013-cü il tarixli, 05 nömrəli əmrinə əsasən “Azəriqaz” İB-nin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Astara MQKS-si ARDNŞ-in “Qaz İxrac” İdarəsinin tabeçiliyinə verilmişdir. xx.xx.2013-cü ildən əvvəl digər arxiv sənədləri “Azəriqaz” İB-nə aiddir. Məhkəməyə tədim edilən arayışlar “rus dili”ndə yazılmış və belə olan halda iddiaçının mərhum ərinin soyadı “Mamedov” kimi qeyd edilsə də, qeyd edilən soyadının iddiaçıya məxsus olmaması barədə hər hansı bir şübhə olmamışdır. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu baş verməmişdir. (Bax: Ali Məhkəmənin № 2-1(102)-647/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, bənd 28) Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı sorğu məktubu əsasında təqdim edilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı mübahisəli dövrə dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı əmr kitablarının və əmək haqqı cədvəllərinin olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının və ya iddiaçının mərhum ərinin təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi müəssisənin fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxivdə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1995-ci il tarixədək “Aztransqazın” X21 Xidmətində işlədiyi illəri onun sığorta stajına daxil edir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinaatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubuna əsasən İddiaçı müraciəti əsasında təqdim etdiyi mərhum əri Məmmədov Hafis Əsəd oğlunun diplomuna əsasən xx.xx.1969-cu il tarixindən xx.xx.1972-ci il tarixinədək 2 il 7 ay 25 gün təhsil aldığı müddətdə mübahisələndirilməmişdir ki, məhkəmə qeyd edilən 2 il 7 ay 25 gün təhsil aldığı müddəti də ümumi sığorta stajı əlavə edir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qeyd olunan iş stajı cəmləndikdə, ümumi iş stajının nəzərdə tutulan 11 il 08 aydan çox olduğu müəyyən edilir. Beləliklə, iddiaçıya hüququ yarandığı xx.xx.2022-ci il tarixində, yəni 62 il 06 ay yaşından ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsin Sosial Ödənişlərin Təyinaatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar