Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-755/2024 03.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2938/2023 nömrəli qərardadı ilə, iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1987-ci ildə Masallı rayonunda anadan olmuşdur. xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almış. xx.xx.2005-ci ildən xx.xx.2009-cu ildək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbdə təhsil almışdır. xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təhsilini davam etdirmişdir. xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək N saylı hərbi hissədə Sursat saxlama bölmə rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək N saylı hərbi hissədə baş köməkçi vəzifəsində xidmət etmişdir. xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək N saylı hərbi hissədə silahların saxlanma rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək N saylı hərbi hissədə Raket Artilleriya silahların xidmət rəisi vəzifəsində xidmət etmişdir. N saylı hərbi hissədə xidmət etdiyi müddətdə N günlük gedən İİ Qarabağ döyüşlərində iştirak etmişdir. Buna görə cənab Prezidentin sərəncamı ilə o, Füzuli rayonunun azad olunmasına görə medalı ilə təltif edilmişdir. Lakin müraciətlərinə baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul etməmişdir. Ümumiyyətlə müraciət etdiyi tarixdən 35 gündən artıq müddət keçməsinə baxmayaraq cavab verməmişdir. Şifahi olaraq bildirilmişdir ki, adı döyüşdə iştirakla bağlı hərbi hissənin daxili məxfi əmrində adı yazılmadığına görə verə bilmirlər. Onunla xidmət edən və döyüşlərdə iştirak etmiş zabit, gizirlərin adları hərbi hissənin daxili məxfi əmrinə yazıldığı halda onun adı isə həmin əmrdə qeyd olunmamışdır. Halbuki, hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin silah-sursatı şəxsən iştirakı ilə təmin edilmişdir. N saylı hərbi hissənin şəxsi heyyəti N günlük İİ Qarabağ müharibəsi zamanı ərzaqla, əşya ilə, texnika ilə, yanacaq və sürtgü materialları ilə, o cümlədən ən vacib xidmət olan, silah və sursatla təmin olunduğu halda, digər xidmətlərin şəxsi heyəti əmrdə qeyd olunmuş, lakin onun adı döyüşdə iştirak etdiyinə dair əmrə düşməmişdir. Bununla da elə çıxır ki, hərbi hissə döyüş vaxtı silah və sursatla təmin olunmamış, şəxsi heyət döyüşməmişdir. Əgər o döyüşlərdə iştirak etməmişdirsə, necə olur ki, cənab Prezidentin sərəncamı ilə o, Füzuli rayonunun azad olunmasına görə medalı ilə təltif edilmişdir. Lakin bütün bunlara baxmayaraq, bu işə məsul olan şəxsin məsuliyyətsizliyi səbəbindən adının döyüş əmrində qeyd olunmaması onu hüquqlarından məhrum etmişdir. Halbuki, o başqa şəxsin məsuliyyətsizliyinə görə məsuliyyət daşımır və adının əmrdə qeyd olunmaması onun təqsiri deyildir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan doğru olaraq inzibati iş Şirvan İnzibati Məhkəməsinə aidiyyatı üzrə göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 25-4/2-1619/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş məlumatda göstərilmişdir ki, vətəndaş İddiaçı İkinci Qarabağ müharibəsi iştirakçısı olaraq komissiya tərəfindən imtinası yoxdur. İddiaçı tərəfindən məhkəməyə cavabdeh orqana müraciət məktubunun surəti və müraciət məktubunun çatdırılması barədə qəbz və poçt göndərişinin verilməsi barədə xəbərnamə təqdim edilmişdir, xəbərnamə əsasında müəyyən edilmişdir ki, cavabdeh orqanın əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə imza edilərək ərizə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqan məhkəmə məktub göndərərək vətəndaş İddiaçı İkinci Qarabağ müharibəsi iştirakçısı olaraq komissiya tərəfindən imtinası olmadığını bildirsə də, iş materiallarına əlavə olunmuş sənədlər üzrə müəyyən edilir ki, iddiaçının müharibə veteranlığı alması barədə müraciətinə cavabdeh orqan tərəfindən indiyə kimi heç bir münasibət bildirilməmişdir. İddiaçı da bir müddət keçdikdən sonra eyni tələb üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə anadan olmuş və Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatdadır. - İşdə olan xx.xx.2022-ci il tarixli sifarişli xəbərnamənin surətindən görünür ki, iddiaçının nümayəndəsi Şıxəliyeva Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sına məktub ünvanlamışdır. - İşdə olan EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2005ci ildən xx.xx.2009-cu ildək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbdə təhsil almışdır. xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təhsilini davam etdirmişdir. xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək N saylı hərbi hissədə Sursat saxlama bölmə rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək N saylı hərbi hissədə baş köməkçi vəzifəsində xidmət etmişdir. xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək N saylı hərbi hissədə silahların saxlanma rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək N saylı hərbi hissədə Raket Artilleriya silahların xidmət rəisi vəzifəsində xidmət etmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-44/2-1218/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə əsasən hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, həmçinin xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və həmin dövrdə döyüş əməliyyatlarında iştirak edib- etməməsi barədə, hərbi qeydiyyatı, hərbi xidmətdən tərxis olması, hərbi xidmət zamanı yaralanması, həmçinin iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə digər zəruri məlumatlar və sənədlərin təsdiq olunmuş surətlərin Şirvan İnzibati Məhkəməsinə təqdim olunmasına dair müraciətinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində baxılmışdır. Müəyyən olunmuşdur ki, xx.xx.1987-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı Heydər Əliyev adına Ali Hərbi Məktəbdə xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək kursant olaraq “İdarəetmə mühəndisliyi” ixtisası üzrə təhsil almış və xx.xx.2009-cu il tarixdən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin sərəncamına göndərilmiş, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Silahlı Qvvələrin Təlim və Tədris Mərkəzində təkmilləşdirilmiş zabitlər kursunda təhsil almış və “leytenant” hərbi rütbəsi almışdır. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissəsində, xx.xx.2017-ci il tarixdən 28 07.2018-ci il tarixədək N nömrəli hərbi hissəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafə Nazirinin xx.xx.2021-ci il tarixli 01337 nömərli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında" Əsasnamənin “156"-cı maddəsinin V bəndinə əsasən “xəstəliyə görə” Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və xx.xx.2021-ci il tarixdə Xidmətin Masallı şöbəsi tərəfindən qeydiyyata alınmışdır (qeydiyyat kartasının təsdiq olunmuş surəti əlavə olunur). İddiaçı N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublasının ərazi bütövlüyü urunda döyüş əməliyyatlarında iştirak etməsi, hərbi xidmət zamanı yaralanması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat yoxdur. - İşdə olan Masallı rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-97/2-41241/23 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Masallı şəhərində anadan olmuş, hal-hazırda Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan İddiaçı yoxlanılmış, hazırda onun barəsində Masallı RPŞ-də hər hansı təqsirləndirici material qeydə alınmamış və həmin şəxsin məhkumluğu olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-44/2-1253/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı atasına xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən “Füzulinin azad olunması” medalı təqdim olunmuşdur. - İşdə olan X2 və X1 tərəfindən məhkəməyə verilmiş izahatlarda göstərmişdir ki, İddiaçı N günlük Vətən Müharibəsində onun xidmət etdiyi N nömrəli hərbi hissənin tərkibində iştirak etmişdir. İddiaçı silah-sursat üzrə xidmət rəisi vəzifəsində əməliyyatlarda iştirak edib. Füzuli və Xocavənd rayonlarında N nömrəli hərbi hissənin apardığı döyüş əməliyyatlarında briqadanın silah və sursat ilə təmin olunmasında birbaşa özü iştirak etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş H.Nəzərov məhkəməyə mraciət edərək bildirmişdir ki, o, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissəsində, xx.xx.2017ci il tarixdən 28 07.2018-ci il tarixədək N nömrəli hərbi hissəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafə Nazirinin xx.xx.2021-ci il tarixli 01337 nömərli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında" Əsasnamənin “156"-cı maddəsinin V bəndinə əsasən “xəstəliyə görə” Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və xx.xx.2021-ci il tarixdə Xidmətin Masallı şöbəsi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı N saylı hərbi hissədə xidmət etdiyi müddətdə N günlük gedən İİ Qarabağ döyüşlərində iştirak etdiyini iddia etmiş və bununla bağlı müharibə veteranı vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan məhkəmə məktub göndərərək vətəndaş İddiaçı İkinci Qarabağ müharibəsi iştirakçısı olaraq komissiya tərəfindən imtinası olmadığını bildirmişdir. İddiaçının müharibə veteranlığı alması barədə müraciətinə cavabdeh orqan tərəfindən heç bir münasibət bildirilmədiyi üçün İddiaçı eyni tələb üzrə məhkəməyə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-44/2-1253/2023 nömrəli məktubunda göstərmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı atasına xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən “Füzulinin azad olunması” medalı təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-14189 seriyalı Azərbaycan Respublikasının medal vəsiqəsinə əsasən, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli, 2711 saylı sərəncamı ilə İddiaçı “Füzulinin azad olunmasına görə” medal ilə təltif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məktubuna və İ-14189 seriyalı Azərbaycan Respublikasının medal vəsiqəsinin surətinə əsasən müəyyən edir ki, iddiaçı M.X7 müharibəsi zamanı Füzuli rayonunun işğal altında olan ərazilərində hərbi hissə və ya orqanlarında tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə tərəfindən iddiaçının xx.xx.2020-xx.xx.2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə müvafiq məlumat aşkar edildiyi üçün cavabdeh orqan tərəfindən inzibati mübahisə araşdırılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-755/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-755/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver