Məhkəmə qərarları › İş №2-1(120)-756/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-756/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-756/2022 02.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, XX katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Dövlət Sosial X17 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X17 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. t ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial X17 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Saatlı rayon filialına müraciət etmişdir. Ona 07 may 2019-cu il tarixdə 2 nömrəli siyahı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edildikdən sonra DSMF Saatlı rayon şöbəsi tərəfindən 2019-cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 58 nəfər rayon sakininə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1 -ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X10 tərəfindən imzalanmış 06 may 2020-ci il tarixli qərarda göstərilir ki, istintaq zamanı 52 şəxsin yəni, İddiaçı əmək kitabçamdakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Adları göstərilmiş 52 şəxsin (İddiaçı) pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Bundan sonra iddiaçıya təyin edilmiş əmək pensiyası bərpa edilməmişdir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət etmiş. Ona ünvanlanmış 04 dekabr 2020-ci il tarixli **********0 saylı məktubda göstərilir ki, araşdırma nəticəsində əmək pensiyasının təyin edilməsi üçün əsas götürülmüş bəzi dövrlərin sosial sığorta stajları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutlar aşkar olumadığı üçün əmək pensiyasının təyinatına dair qərar ləğv edilmişdir. Bundan sonra ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı X11 rəisinə 12 noyabr 2021-ci il tarixdə rəsmi müraciət etmiş. Müraciətinə halhazıra kimi cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ərizə ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. iddiaçıya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin qanunsuzluqlara yol verilməsi faktınna görə AR CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlamış, bu səbəbdən iddiaçının əmək pensiyası xx.xx.2019-cu il tarixdə dayandırılmışdır. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən əmək kitabçası araşdırılarkən orada qeyd olunan sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmağı səbəbindən xx.xx.2022-cı il tarixli **********0 nömrəli məktub ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939- cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İddiaçının işlədiyini iddia etdiyi illər əmək kitabçasında qeyd olunmasına baxmayaraq həmin əmək kitabçası əsaslı şübhələr yaradır. Belə ki, 25 avqust 1982-ci il tarixli A3E ******* nömrəli əmək kitabçasının 42-43-cü və 44-45-ci səhifələrində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Bu da əmək kitabçasının mötəbərliyini sübhə altına almağa əsas verir. Göründüyü kimi xx.xx.1982-ci il tarixli A3E ******* nömrəli əmək kitabçasında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə edilməsi əmək kitabçasının doldurulması qaydalarına əasən mümkün deyil və həmin əmək kitabçasında qeyd edilən tarixlərdə iddiaçının müvafiq müəssisələrdə işləməsi faktı əsaslı şübhələr doğurur. Bununla da, inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyibişləmədiyini, əməkhaqqı alıb-almadığı yoxlanıla bilmədiyi üçün həmin müəssisələrdə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilmir. Bu səbəblə əmək kitabçasına və əmək kitabcasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edlməsi xahiş etmişlər. Şifahi məhkəmə iclasında izahatında iddiaçının nümayəndəsi və vəkili İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası alması işin mübahisəsiz halıdır, bununla belə iddiaçının güzəştli şərtlərlə əmək pensiyası almasına dair iş materiallarında sübutlar vardır. İddiaçının güzəştli şərtlərlə əmək pensiyasının alması üçün əmək kitabçasında qanunvericiliyin tələblərinə kifayət edəcək qədər güzəştli iş stajı vardır. Onun güzəştli şərtlərlə əmək pensiyası almasına uyğun tələb olunan sığorta stajına malik olması, iş materiallarında olan xx.xx.1982-ci il tarixli, A3E ******* nömrəli əmək kitabçası və hərbi bileti ilə təsdiq olunur. Lakin, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan əmək kitabçasının 42, 43-cü və 44, 45-ci səhifələrində müvafiq olaraq 02-03-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunduğunu mübahisələndirilir. Həmin dövrləri araşdırarkən məlumatların həqiqiliyinə şübhələr yarandığı bildirilmişdir. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının 42, 43-cü və 44, 45-ci səhifələrində müvafiq olaraq 02- 03-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunduğundan başqa işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında göstərilən digər iş illəri və hərbi xidmət illəri və s.) mübahisə edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajını təsdiq edilməsində mötəbər sübut kimi qiymətləndirərək, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.2.1ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının işləməsi, əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr bütünlüklə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.1982-ci il tarixli, A3E ******* nömrəli əmək kitabçasının əslindən və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sənaye Ticarət Konserninin X2 işləmişdir. İş materiallarında olan Dövlət Sosial X17 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli müvafiq məlumatların təqdim edilməsi haqqında məktubdan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixdən isə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə föndunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, X12 Müəssisəsi Kombinatının rekvizitləri (SUN və ya VÖEN) qeyd olunmadığından sığortaedən kimi uçotunun olub-olmaması barədə məlumatların Nazirliyin elektron məlumat bazasından əldə edilməsi mümkün olmamış və qeyd olunan müəssisəyə aid rekvizitlər tərəfinizdən təqdim edildikdən sonra müraciətinizə yenidən baxılacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubda qeyd edilmişdir ki, X12 Müəssisəsi Kombinatı barədə dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11 -ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində “X12 Müəssisəsi Kombinatı” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 44 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı X13 Müəssisəsi Kombinatında işləməsi barədə məlumat,X12 X6 rayon Dövlət Arxivinə sənəd vermədiyi üçün araşdırmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********60 nömrəli məktubda qeyd edilmişdir ki, Sizin xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN 3ABHP14, AZE ********) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(120)-756/2022 nömrəli inzibati işlə əlaqədar X12 Müəssisəsi Kombinatının hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilatihüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilibedilməməsi, özəlləşdirildiyi halda özəlləşmə tarixi barədə ətraflı məlumatların təqdim edilməsi ilə bağlı 16 sentyabr 2022-ci il tarixli, **********4 nömrəli məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, müraciətdə qeyd olunan Azərbaycan Respublikası Dövlət Sənaye Ticarət Konserninin X7 6 aprel 1995-ci ildə qeydiyyatdan keçmişdir (Dövlət qeydiyyat nömrəsi 337) və 12 may 1997-ci il tarixində özəlləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Sənaye Ticarət Konserninin X7 6 aprel 1995-ci ildə qeydiyyatdan keçmişdir (Dövlət qeydiyyat nömrəsi 337) və 12 may 1997-ci il tarixində özəlləşdirilmişdir. İş materiallarında olan xx.xx.1982-ci il tarixli, A3E ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə 13 nömrəli əmrlə ərizəsinə əsasən usta işindən azad edilmişdir. İş materiallarında olan Saatlı rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, Q- 31/137 nömrəli məktubu ilə göndərilmiş cinayət işinin materialında olan “Sübutların qiymətləndirilməsi barədə” 06 may 2020-ci il tarixli qərarında (31-ci vərəqin 5-ci abzası, 32-ci vərəqin 1-ci abzası və 33-cü vərəqin 3-cü abzasında) qeyd olunur ki, “...Bundan başqa Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsində 2019-cü ilin yanvar, aprel və may ayları ərzində pensiya təyinatı aparılmış 52 şəxsin (o cümlədən İddiaçı) əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Belə ki, istintaq zamanı çoxsaylı istintaq hərəkətlərinin aparılmasına və aidiyyəti dövlət orqanlarına sorğular verilib cavablar alınmasına baxmayaraq uzun müddət keçməsi, müəssisə ilə bağlı zəruri sənədlərin arxiv fondlarında belə mükəmməl şəkildə qalmaması səbəbindən adları yuxarıda qeyd edilən şəxslərin əmək kitabçalarında qeyd edilmiş iş yerlərində işləyib-işləməmələrini sübuta yetirmək mümkün olmamış, ümumiyyətlə işləmələrini şübhə altına alan sübutlar, habelə həmin şübhələri aradan qaldıran sənədlər aşkar edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən X1 təqsirliliyi, ümumiyyətlə onlara təyin edilmiş pensiyanın qanunsuzluğu sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilməlidir. Məhkəmə onu da qeyd ki, cavabdeh inzibati orqanın etirazında və etiraza əlavəsində göstərdiyi dəlillər üzrə cinayət işinin istintaqı zamanı tam araşdırma aparılmış və həmin xüsusatlara sözügedən qərarda qiymət verilmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, ********* nömrəli məktubuna əsasən X4 AR CM-in 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi başlanılmış, baxılmasından ötrü xx.xx.2020-ci il tarixdə Saatlı rayon Məhkəməsinə göndərilmiş və məhkəmədə 22 iyun 2020-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. Cinayət işi üzrə X5 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində xx.xx.2020-ci il tarixli qərarla AR CPM-in 39.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə, daha doğrusu iddia tələbində göstərdiyi dövrlərə uyğun həmin müəssisədə işləməsi və əmək kitabçasının düzgünlüyü iş materiallarında olan dəlillərlə, eləcə də cinayət təqibinin rədd edilməsi barədə qərarla tam sübuta yetirilir. Odur ki, məhkəmə iddiaçının işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, müəssisələrdə işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının işləməsi iddiaçıya məxsus xx.xx.1982ci il tarixli, A3E ******* nömrəli əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisə tərəfindən sənədlərin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud fəaliyyətinə dair hesabatları vaxtlı-vaxtında aidiyyatı qurumlara təqdim etməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Başqa sözlə, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud müəssisənin fəaliyyətinə dair sənədlərin müəssisə tərəfindən düzgün təşkil edilməməsi, həmin işlərə görə heç bir cavabdehlik daşımayan, həmin müəssisədə fəhlə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Beləliklə də məhkəmə müəyyən etdi ki, iddiaçının işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, iddiaçı X5 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı vaxtdan ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə səlahiyyətli inzibati orqan öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək pensiyası xx.xx.2019-cu il tarixdə dayandırılmış və iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə (ilkin imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla xx.xx.2019-cu il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin olunsun. İddiaçı X9 təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X17 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar