Məhkəmə qərarları › İş №2-1(120)-756/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-756/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-756/2025 04.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və müvafiq əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müvafiq əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X16 tapşırılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh inzibati orqana 30 gün müddət təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi “X18” X16 tapşırılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X16 tapşırılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və bunun əsasında xx.xx.2021-ci il tarixində hərbi hissəyə göndərilmişdir. 2021-ci ilin sentyabr ayında İddiaçı COVİD-19 virus infeksiyasına qarşı vaksin vurulmuşdur. İlk doza peyvənddən sonra sol yuxarı ətrafda hərəkətsizlik, ağrı, şişkinlik, hərəkət məhdudluğu yaranmışdır. Nəticədə, xx.xx.2021-ci ildə müayinə məqsədi ilə DSX HH-na göndərilmişdir və xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X17 müayinə olmuş, “Sol bazu venasının trombozu” diaqnozu əsasında stasionar müalicə təyin olunmuşdur. Sonradan şikayəti artdığı üçün DSX HH-na müraciət edərək X12, Silahlı Qüvvələrin Baş Klinik Mərkəzində, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda, X14 İnstitutunda, X5, Neyrocərrahiyyə Xəstəxanasında, X6, Ə.Əliyev adına “Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda” müalicə almış, yekunda edilən müalicələr müsbət nəticə vermədiyi üçün xx.xx.2022-ci il tarixində X10 X20 və Rehabilitasyon Eğitim ve Araştırma Hastanesine müayinə və müalicə məqsədi ilə göndərilmişdir. xx.xx.2022-ci il tarixində DSX Hərbi Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin 2-ci qrafasının 85 “b”, 27 “b”, 17 “ç”, 10 “c”, 13 “e” maddələrinin və ƏTC-yə əsasən: “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı” hesab edilmişdir. Qeyd edir ki, sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq əlillik faktının müəyyən olunması tələbi ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, müraciətinə bu günə qədər cavab verilməmişdir. Hesab edir ki, onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün haqqında əlillik faktının müəyyən olunması və əlillik dərəcəsinin təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh qurum tərəfindən etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 36 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Füzuli rayon sakini xx.xx.2003-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 895 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Postvaksinal (CoronaVac 600SU/0.5ml İM xx.xx.2021 il tarixli) algonevrodistrofiva. Sol yuxarı ətrafın dərin parezi. funksiyaların mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” və “Situasiya əlaqələnmiş nevrotik reaksiyalar. Sol bazu sümüyünün sadə sisti funksiyaların pozulması olmayan. İkincili dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası. Sol bazu venasının vaksinasiyadan sonrakı keçirilmiş trombozu. tam sorulma ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə covid vaksinindən sonra sol əlində yaranan hissiyatsızlıq və hərəkət məhdudluğundan şikayət etmiş, obyektiv baxış zamanı əzələ kütləsi simmetrik olmuş, xəstədə əsasən vegetativ pozuntular (hərarət fərqliliyi) aşkar edilmişdir” kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında Covid-19 əleyhinə vaksin vurulduqdan sonra sol qolunda hərəkət məhdudluğu əmələ gəldiyini, bir müddət antidepressantlar qəbul etdiyini və ona yaxşı təsir etdiyi qeyd etmişdir. Müayinə zamanı sol yuxarı ətrafda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, ödem, trofik pozuntular, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlərin sərbəst olması müşahidə edilmişdir. X15 X7 X21 ve Rehabilitasyon Eğitim ve Araştırma Hastanesinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli, 566960 nömrəli Çıxarışda diaqnoz “çekilen EMG: Sol median, ulnar ve radival sinir iletim çalışması normaldır, iğne EMG de ADM. APB-triceps, MÜP elde edilemedi. Biceos. deltoid. infspi, trapez kaslarında spontan aktivite saptanmadı MÜP morfoloiisi doğaldı. elde edilen bu bulgular lokalizasyon acısından yeterli olmadığından kontrol EMG önerilir. Üst ekstremite artervel-venöz dopplerde patoloji saptanmadı” kimi qeyd edilmişdir. Medistyle Hospitalın xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sol qolda tam bazu pleksopatiyasına ?? şübhə yaradır. Həmçinin sol ayağda S1 radikulopatiya inkar olunmur. Digər müayinələrlə (instrumental, klinik korelvasiya) birgə dəyərləndirməsi məsləhət görülür” kimi qeyd olunmuşdur. Füzuli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli, ******* nömrəli Çıxarışda diaqnoz “Sol bazu kələfinin pleksopatiyası (postkonsion). Sol yuxarı ətrafın hərəki, hissi pozulması. Kökcük ağrı sindromu, yeriş funksiyasının pozulması” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axınlar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlanrına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 08 yanvar 2024-cü il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmçinin iddiaçı tərəfindən prosessuaal müddət ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.

Faktiki hallar və sübutlar: İş materiallarında olan:

xx.xx.2022-ci il tarixli, 895 nömrəli Xəstəlik Şəhadətnaməsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 1) 85 “b”, 27 “b”, 2) 17 “ç”, 10 “c”, 13 “e” maddələrinin İİ qrafasına və ƏTC-yə əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Səhiyyə Nazirliyi M. A. Topçubaşov adına X13 xx.xx.2021-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, Nəticə: Venoz sistem: Sol bazu və dirsək venaların divarları qalınlaşıb, mənfəzləri sərbəst, lakin bir qədər fraqmentar rənglənirlər (posttromboflebitik vəziyyət). Keçiriciliyi müvafiq olaraq -90-92% təşkil edir. Səthi venalar və sağ tərəf intaktdırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hərbi xidmətlə əlaqədar İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olan müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, müraciəti əsasında İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Əlilliyin qiymətləndirilməsi barədə elektron altsistemdən çıxarışlardan görünür ki, İddiaçı barəsində: Tibbi-sosial ekspert komissiyasının 7AFFYOX0001 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə, Tibbi-sosial ekspert Komissiyasının 7AFFYOX0002 nömrəli, 27 dekabr 2022-ci il tarixli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, Tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli, J00084447RHR nömrəli göndərişi əsasında Komissiyanın xx.xx.2023-cü il tarixli, 7AFFYOX0003 nömrəli qərarı ilə “Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, Tibbi-sosial ekspert komissiyasının 7AFFYOX0005 nömrəli, 03 mart 2025-ci il tarixli qərarı ilə Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, Tibbi-sosial ekspert komissiyasının 7AFFYOX0004 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. Beyləqan rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli, Y00168440VJF nömrəli göndərişi (forma 88) əsasında iddiaçıya əsas dianoz-M89.0- Alqoneyrodistrofiya, postvaksinaol (Corona Vac 600 SU/0.5 mm İM) Alqoneyrodistrofiya, ağırlaşma- G54.0- bazu kələfinin zədələnməsi, sol bazu kələfinin pleksopatiyası (postvaksinal), R52.2- digər daimi ağır, daimi ağrı sindromu, G83.2- yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın dərin parezi əzələ gücü 3 bal, Y59.0- virus vaksini, virus vaksinindən sonrakı vəziyyət, R26- hərəkətin və yerişin pozulmaları, sol qolun hərəkət məhdudluğu kimi müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş onlayn müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Siz dövlət tibb müəssisəsinin göndərişləri və müraciətləriniz əsasında xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə hər iki halda “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə məktubunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Belə ki, müayinə zamanı göndərişdə və tibbi sənədlərdə qeyd edilən ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas verməmişdir Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 xx.xx.2024-cü il tarixli, T551/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, X1 adına tərtib sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən uyğun komissiya nəticəyə gəlir: 1-3, 6-8. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qivmətləndirilməsi üçün Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: Y59 0-virus vaksini, virus vaksinindən sonrakı vəziyyət. Ağırlaşmalar: G54.0-bazu kələfinin pleksopatiyası (postvaksinal), R52.2-digər daimi ağrı kokcuk ağrı sindromu M51.1bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, solda S1 radikulopatiya, M89.0-alqoneyropatiya, postvasinal alqoneyropatiya, G83.2-yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın dərin parezi əzələ gücü 3 bal, R26hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması” diaqnoz onun stasionarda müalicəsi zamanı anamenestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilsə də şəxsin istər xx.xx.2023-cü il tarixdə DTSERA-da, istərsə də hazırkı əyani müayinələrində sol yuxarı ətrafda əzələ gücü və tonusunun normal, reflekslərin canlı olması, ödem, trofik pozuntular, atrofiya, parezin izlənməməsi, hərəkətlərin sərbəst olması, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntuların müəyyən edilməməsi əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər-hansı bir bəndini aid etməyə əsas vermədi. 4,5. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) yəni, vaxtaşırı reabilitasiyasına zərurət vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-1992/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Füzuli rayon sakini xx.xx.2003-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir (ESDAS: **********3). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********0). Növbəti dəfə əlillik vəziyyəti DTSERAda xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1- 9734/2023). Sonuncu dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1- 19037/2024). Vətəndaş 3-17-4/1-6162/2025 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 756/2025 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, S. Abdullazadəyə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 895 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Postvaksinal (CoronaVac 600SU/0.5ml İM xx.xx.2021 il tarixli) algonevrodistrofiya. Sol yuxarı ətrafın dərin parezi, funksiyaların mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” və “Situasiya əlaqələnmiş nevrotik reaksiyalar. Sol bazu sümüyünün sadə sisti, funksiyaların pozulması olmayan. İkincili dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası. Sol bazu venasının vaksinasiyadan sonrakı keçirilmiş trombozu, tam sorulma ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Covid-19 vaksinindən sonra sol qolda hərəki məhdudluqdan, sinir ağrısı, ətrafda keyimədən şikayətlənmişdir. Nevroloii müayinə zamanı sol yuxarı ətraf sağa nisbətən enik olmuş, əzələ atrofiyası müəyyən edilməmiş, əzələ tonusu sol yuxarı ətrafda enmiş, Triceps refleksi normal, Biceps və Carpoidal refleks çağrılmamışdır. Hər iki aşağı ətrafda nevroloji defisit aşkar edilməmişdir. Müayinə zamanı çəki 87 kq, boy 164 sm, BKl-32,46 olmuşdur” kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə covid vaksinindən sonra sol əlində yaranan hissiyatsızlıq və hərəkət məhdudluğun şikayət etmiş, obyektiv baxış zamanı əzələ kütləsi simmetrik olmuş, xəstədə əsasən vegetativ pozuntular (hərarət fərqliyi) aşkar edilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında Covid-19 əleyhinə vaksin vurulduqdan sonra sol qolunda hərəkət məhdudluğu əmələ gəldiyini, bir müddət antidepressantlar qəbul etdiyini və ona yaxşı təsir etdikləri qeyd etmişdir. Müayinə zamanı sol yuxarı ətrafda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, ödem, trofik pozuntular, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlərin sərbəst olması müşahidə edilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsa ilə daxil olmuş, sol yuxarı ətrada gücsüzlük, hərəki məhdudluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında “Covid 19” əleyhinə vaksin vurulduqdan sonra sol qolunda hərəkət məhdudluğu əmələ gəldiyini, sol yuxarı ətrafının iflic olduğunu, bu səbəbdən Türkiyədə müalicə aldığını qeyd etmişdir. Nevroloji statusunda sol yuxarı ətraf reflekslər canlı D=S alınmış, əzələ tonusu norma daxilində, yuxarı ətraflarda əzələ hipotrofiyası, atrofiya, parez, iflic əlamətləri müşahidə edilməmişdir. Müayinə zamanı əzələ gücü yoxlanılan zaman vətəndaş əsəbləşərək məhkəməyə müraciət etdiyini bildirmiş, müayinə etməyə imkan verməmiş, “Lazım deyil sizin müayinəniz” deyərək komissiya otağını tərk etmiş, müayinə olunmaqdan imtina etmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı “Covid 19” əleyhinə vaksin vurulduqdan sonra sol yuxarı ətrafında hərəki məhdudluq yarandığını bildirmişdir. Müayinə zamanı hər iki yuxarı ətrafın dəri örtüyü adi rəngli, əzələlər normal və simmetrik inkişaf etmişdir. Nevroloji status: Müayinə zamanı sol yuxarı ətrafını deməsinə görə ağrı hesabına hərəkət etdirmək olmamış (simulyasiya edir), yuxarı ətraflarda əzələ gücü və tonus norma daxilində, reflekslər orta canlı alınmış, D=S, çiyin qurşağında assimetriya qeyd edilməmiş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. X9 və X2 diaqnoz “Sol yuxarı ətraf sümüklərinin osteoparozu, sol əlin barmaqlarının bükücü vəziyyəti, əzələ atrofiyası. Sol radial sinirinin tama yaxın neyropatiyası, funksiya pozuntusu, hərəkət məhdudluğu ilə (postradiasion vəziyyət)” kimi qeyd olunmuşdur. Medistyle Hospitalın xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sol qolda tam bazu pleksopatiyasına ?? şübhə yaradır. Həmçinin sol ayaqda S1 radikulopatiya inkar olunmur. Digər müayinələrlə (instrumental, klinik korelyasiya) birgə dəyərləndirməsi məsləhət görülür kimi qeyd olunmuşdur. X4 xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Əldə edilən elektrofiziolojik dəyərlər sol üst ətrafda Radial sinirin tama yaxın aksonal zədələnməsi və C6-7 radikular zədələnmə ilə uvumludur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024- cü il tarixli 821 nömrəli ambulator xəstənin tibbi vərəqində diaqnoz “Sol Radial sinirin zədələnməsi. Sol yuxarı ətrafın hərəki, hissi pozulması ilə” kimi qeyd olunmuşdur. X9 və Ortopediya İnstitutunun xx.xx.2025-ci il tarixli Əl falanqaları rentgenoqrafiyası müayinəsinin nəticəsi “Sol bazunun və əlin 2 pr-da R qrammasında. Sol bazu sümüyünün cərrahi boyunda kortikal qat nazilib, sklerotik və osteotorotik sahələr görünür-post infeksion ola bilər. Əl barmaqları flexio vəziyyətində” kimi qeyd olunmuşdur. Vətəndaşın şikayətləri, təqdim olunan bəzi müayinə və müalicə sənədlərində qeyd olunan “Sol yuxurı ətrafın neyropatiyası” obyektiv müayinə zamanı təsdiqlənməmişdir. Belə ki, sol yuxarı ətrafda hər hansı bir sinir zədələnməsi baş versəydi, vətəndaşın sol yuxarı ətrafında hipotrofiya, atrofiya, assimetriya qeyd olunmalıydı (əzələlərin arıqlaması), reflekslər alınmamalı və əldə sallanma və yaxud əl barmaqlarının konkret bir vəziyyətdə qalması müşahidə olunardı ki, obyektiv müayinə zamanı sadalanan heç bir klinik əlamət vətəndaşda aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada aşab) düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada aşab) düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda zisşirevlə) inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış.

Məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsasızdır və təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Əlilliyin qiymətləndirilməsi barədə elektron altsistemdən çıxarışlardan görünür ki, İddiaçı əlillik vəziyyəti bir neçə dəfə cavabdeh tərəfindən qiymətləndirilmiş və Tibbi-sosial ekspert komissiyasının 7AFFYOX0001 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə, Tibbi-sosial ekspert Komissiyasının 7AFFYOX0002 nömrəli, 27 dekabr 2022-ci il tarixli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, Tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli, J00084447RHR nömrəli göndərişi əsasında Komissiyanın xx.xx.2023-cü il tarixli, 7AFFYOX0003 nömrəli qərarı ilə “Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, Komissiyanın 7AFFYOX0005 nömrəli, 03 mart 2025-ci il tarixli qərarı ilə Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, sonuncud dəfə isə Komissiyanın 7AFFYOX0004 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. İddiaçı həmin əlverişsiz inzibati aktdan narazı olaraq inzibati məhkəmə qaydasında həmin qərarı mübahisələndirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 895 nömrəli Xəstəlik Şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 1) 85 “b”, 27 “b”, 2) 17 “ç”, 10 “c”, 13 “e” maddələrinin İİ qrafasına və ƏTC-yə əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Həmçinin Səhiyyə Nazirliyi M. A. Topçubaşov adına X13 xx.xx.2021-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, Nəticə: Venoz sistem: Sol bazu və dirsək venaların divarları qalınlaşıb, mənfəzləri sərbəst, lakin bir qədər fraqmentar rənglənirlər (posttromboflebitik vəziyyət). Keçiriciliyi müvafiq olaraq -90-92% təşkil edir. Səthi venalar və sağ tərəf intaktdırlar. Beyləqan rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli, Y00168440VJF nömrəli göndərişi (forma 88) əsasında iddiaçıya əsas dianoz-M89.0- Alqoneyrodistrofiya, postvaksinaol (Corona Vac 600 SU/0.5 mm İM) Alqoneyrodistrofiya, ağırlaşma- G54.0- bazu kələfinin zədələnməsi, sol bazu kələfinin pleksopatiyası (postvaksinal), R52.2- digər daimi ağır, daimi ağrı sindromu, G83.2- yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın dərin parezi əzələ gücü 3 bal, Y59.0- virus vaksini, virus vaksinindən sonrakı vəziyyət, R26- hərəkətin və yerişin pozulmaları, sol qolun hərəkət məhdudluğu kimi müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş onlayn müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Siz dövlət tibb müəssisəsinin göndərişləri və müraciətləriniz əsasında xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə hər iki halda “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması və cavabdehin etirazının və imtinasının dəlillərinin araşdırılması məqsədi ilə təyin edilmiş ekspertiza üzrə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 xx.xx.2024-cü il tarixli, T551/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, X1 adına tərtib sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qivmətləndirilməsi üçün Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: Y59 0-virus vaksini, virus vaksinindən sonrakı vəziyyət. Ağırlaşmalar: G54.0-bazu kələfinin pleksopatiyası (postvaksinal), R52.2-digər daimi ağrı kokcuk ağrı sindromu M51.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, solda S1 radikulopatiya, M89.0-alqoneyropatiya, postvasinal alqoneyropatiya, G83.2-yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın dərin parezi əzələ gücü 3 bal, R26hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması” diaqnoz onun stasionarda müalicəsi zamanı anamenestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilsə də şəxsin istər xx.xx.2023-cü il tarixdə DTSERA-da, istərsə də hazırkı əyani müayinələrində sol yuxarı ətrafda əzələ gücü və tonusunun normal, reflekslərin canlı olması, ödem, trofik pozuntular, atrofiya, parezin izlənməməsi, hərəkətlərin sərbəst olması, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntuların müəyyən edilməməsi əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər-hansı bir bəndini aid etməyə əsas vermədi. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) yəni, vaxtaşırı reabilitasiyasına zərurət vardır. Belə olan halda, iddiaçı barəsində tərtib olunmuş tibbi göndərişdə qeyd olunan xəstəliklər məhkəmə araşdırması zamanı ekspert rəyi ilə öz təsdiqini tapmadığından və həmçinin ona əlilliyin təyin edilməsi üçün faktiki və hüquqi əsasların mövcudluğu aşkar edilmədiyindən, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından, əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilmədiyindən və qeyd olunan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər-hansı bir bəndi ilə uyğunluq təşkil etmədiyindən iddia tələbi də təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4.1,68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar