Məhkəmə qərarları › İş №2-1(120)-757/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-757/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-757/2022 21.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayonu, Carlı kənd X8 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il, 1 ay, 25 gün olan müddətin dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏNETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayonu, Carlı kənd X8 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il, 1 ay, 25 gün olan müddətin dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün Kürdəmir RİHB-nın Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində onun dövlət qulluğuna ‘‘Dövlət qulluğu haqqında" Qanunun 33.1.12-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. O, 03.Xİ.1977-ci ildə əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq xx.xx.2021-ci ilə kimi işləmişdir. Beş il Ali məktəbdə təhsil almış, 2 il hərbi xidmətdə olmuş. Ümumilikdə 50 ildən çox əmək stajı vardır. Bundan 20 il 4 ay dövlət qulluqçusu kimi xidmət etmişdir. 20 il 4 ay dövlət qulluğu üzrə iş stajının 7 il 1 ay 25 günü Kürdəmir rayon Carlı kənd X8 lcrayə Komitəsinin sədri, 4 il 4 ay 15 gün Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kəndi üzrə nümayəndəsi və 8 il 9 ay 20 gün isə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrində çalışmağı olmuşdur. Qanunvericiliyə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. “Əmək peniyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun 01 iyun 2017-ci ildə qüvvəyə minməsi ilə əlaqədar dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 il müəyyənləşdirilmişdir. Bununla əlaqədar Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalarla müəyyənləşdirilir. Bu qaydaların 7, 8, 9, və 10cu bəndləri onun 20 il 4 ay dövlət qulluğunda stajının olmasını sübut edir. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir, 9-cu bəndinə əsasən isə dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabr ayının 18-dək, Sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Qaydaların 7ci bəndində isə dövlət qulluğunda qulluq stajı hcsablanılarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı, digər dövlət qulluğu vəzifəsinə keçdikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifədəki qulluq stajı, məcburi iş buraxmadövrü, sınaq müddəti, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət, ödənişli məzuniyyət dövrü nəzərə alınır. Bu hesabla qeyd olunan qaydalara əsasən onun dövlət qulluğunda stajının 20 il 4 ay olduğu təsdiq olunur. Bu hal “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.7 və 23.2-ci maddələrinə əsasən onun Dövlət qulluqçusunun əmək pensiyasını almaq hüququnu təsdiq edir. Qeyd olunanları nəzərə alaraq “Əmək pensiyası haqqında” Qanunun 7-ci və “Dövlət Qulluğu haqqında” Qanunun 21.1.7 və 23.2-ci maddələrinə əsasən ona Dövlət qulluğunun əmək pensiyasının təyin olunması barədə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə vermiş və hüquqmüəyyənedici sənədlərin surətlərini ərizəsinə əlavə etmişdir. Bundan sonra cavabdehin işçiləri ondan hüquqmüəyyənedici sənədlərin əslini tələb etmişlər və o, həmin sənədləri cavabdehə göndərmişdir. Bundan sonra cavabdehdən “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2021-ci il tarixli **********5 saylı cavab məktubu ünvanına xx.xx.2021 -ci il tarixdə daxil olmuşdur. Cavabdeh məktubunda imtinanın dövlət qulluğu stajının 15 ildən az 13 il 8 ay 15 gün göstərməklə dövlət qulluğundakı xx.xx.1991-xx.xx.1996-cı illər və xx.xx.2012xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərində iş stajının nəzərə alınması qeyd olunur. Lakin xx.xx.1985-xx.xx.1992-ci illər arasındakı dövrdə Kürdəmir rayonu, Carlı kənd X8 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi 7 il 1 ay 25 gün iş stajı nəzərə alınmamış və həmin illər dövlət qulluğuna aid edilməmişdir və buna dair cavabdeh tərəfindən heç bir açıqlama aparılmamış və izahatı verilməmişdir. Şərhdən aydın olunur ki, o, Carlı kənd XDS-nin İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edərkən SSRİ dövləti ləğv olunmuş, Azərbaycan Respublikası yaranmış, müstəqil olmuş və bu zaman yerli icra orqanı kimi Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd üzrə icra nümayəndəliyi yaranmış və o, birbaşa yeni quruma keçirilərək nümayəndə təyin olunmuş və eyni vəzifə səlahiyyətlərini başqa adla icra etmişdir. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalarla müəyyənləşdirilir. Bu qaydaların 7, 8, 9, və 10-cu bəndləri onun 10 il 2 ay dövlət qulluğunda stajının olmasını sübut edir. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir, 9-cu bəndinə əsasən isə dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabr 18-dək, Sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan SSR-nin Konstitusiyasına əsasən Kənd X8 İcraiyyə Komitəsinin sədr vəzifəsi sovet işçisi sayılmışdır. Qaydaların 7-ci bəndində isə dövlət qulluğunda qulluq stajı hesablamlarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı, digər dövlət qulluğu vəzifəsinə keçdikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifədəki qulluq stajı, məcburi iş buraxmadövrü, sınaq müddəti, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət, ödənişli məzuniyyət dövrü nəzərə alınır. Bu hesabla qeyd olunan qaydalara əsasən onun dövlət qulluğunda stajı 20 il 4 ay olduğu təsdiq olunur. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitutiyasına və digər qanunvericilik Aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Qeyd olunan Qanunun 7.1-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edənin arzusuna əsasən Dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 avı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. “Dövlət qulluqçularının pensiya təminatı haqqında“ Qanunun 12.1-ci maddəsinə əsasən Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.“Əmək pensiyaları haqqında" Qanunun 5.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya ləyin edilir. Maddə 34də göstərilir ki, əmək pensiaysının yaşa görə əmək pensiaysı növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2, 33.1, 38, 45 və 46-cı maddələrini əsas tutaraq Dövlət qulluqçusu kimi xx.xx.1985 - xx.xx.1992-ci il tarixdəki dövrdə Kürdəmir rayonu, Cariı kənd X8 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyim 7 il 1 ay 25 gün olan müddət dövlət qulluqçusunun iş stajı kimi tanınması və bununlada Dövlət qulluğundakı iş stajım 20 il 4 ay müddət ö/ təsdiqini tapdığı üçün ona dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Xəlilzadə iddia tələbinə etiraz edərək göstərmişdir ki, İddiaçı dövlət qulluğu stajı 15 ildən az müddəti (13 il 8 ay 15 gün (xx.xx.1991-xx.xx.1996-cı il və xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrləri)) əhatə etdiyindən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin nümayəndəsi çıxışının sonunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1954-cü ildir. - İddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1977xx.xx.2021-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. (xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri, xx.xx.1992-xx.xx.1996-ci ilədək Kürdəmir rayon İcra hakimiyyəti Başçısının Carlı kəndi üzrə nümayəndəsi vəzifəsində, xx.xx.2000-xx.xx.2009-cu ilədək Kürdəmir rayon Quşlar bələdiyyəsinin seçkilər üzrə Quşlar bələdiyyəsinin sədri vəzifəsində, xx.xx.2012-xx.xx.2021ci illərdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir.) - İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə X12 şəxsinin 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. - İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 161 nömrəli və arayışından görünür ki, İddiaçı Kürdəmir rayonu, Quşlar kəndində yaşayır.Təqaüdçüdür. - İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 45 nömrəli məktubundan görünür ki, İddiaçı 2019-2021-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. - İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 187 nömrəli sərəncamına əsasən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən İddiaçı dövlət qulluğuna 2021-ci il 05 avqust tarixdən xitam verilmişdir. - İş materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir.Təqdim olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı dövlət qulluğu stajı 15 ildən az (13 il 8 ay 15 gün(xx.xx.1991-xx.xx.1996-cı il və xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. - İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 02 saylı məktuba əsasən, İddiaçı 2019-cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabar ayları, 2021-ci ilin yanvar-avqust aylarına dair əmək haqqının hesablanması barədə cədvəllər təqdim edilmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı işlədiyi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsi olub-olmaması barədə sorğusuza X5 baxılmışdır. İddiaçı xx.xx.1985-xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri vəzifəsinə dair bildirilir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1 -ci və 2-ci bəndlərinə əsasən aparılır. Qeyd edilən Siyahının 1.17-ci bəndində rayon X3 icraiyyə komitəsinin aparatında, 2.13-cü bəndində isə rayon X3 (Məclisinin) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olan vəzifələr “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin kənd sovetlərində mövcud olan vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin əmək pensiyasının təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının 17 iyun 2022-ci il tarixli **********5 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamaqla fasiləsiz olaraq xx.xx.2021-ci il tarixədək işlədiyini, 5 il ali təhsil aldığını. 2 ıl hərbi xidmət keçdiyini və ümumilikdə, 50 ildən çox əmək stajının olduğunu iddia etmişdir O, xx.xx.1985-xx.xx.1992-ci il tarixdəki dövr üzrə Kürdəmir rayonu, Carlı kənd X8 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il 1 ay 25 gün olan müddət dövlət qulluqçusunun iş stajı kimi tanınmaqla. ümumilikdə, 20 il 4 ay dövlət qulluqçusu kimi iş stajı olduğundan ona dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi ilə bağlı ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********5 nömrəli iddiaçıya ünvanlanmış məktubla dövlət qulluqçusu kimi əmək pensiyasını təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən dövlət qulluğu stajının 15 ildən az olduğu (13 il 08 ay 15 gün) qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən ərizəçinin Carlı kənd X8 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il 1 ay 25 gün olan müddət dövlət qulluğundakı əmək fəaliyyəti olaraq nəzərə alınmamışdır. Bundan narazı qalan iddiaçı M.Ə.X6 Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991 -ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991 -ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyalar» haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlasdırılması Sivahısı”nda İddiaçı xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Kürdəmir rayonu, Carlı kənd X8 İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Belə ki, siyahının 1.17- ci bəndinə əsasən rayon (səhər) X3 icraiyyə komitəsinin aparatında icraiyyə komitəsinin sədri vəzifəsi mövcud olub, lakin bu vəzifə yalnız rayon (şəhər) Xalq Deputatları icraiyyə komitəsinə aiddir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, İddiaçı Kürdəmir rayonu, Carlı kənd X8 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi müddət dövlət qulluqçusu stajı kimi nəzərə alınmamalıdır. İddiaçı dövlət qulluğu stajı 15 ildən az müddəti (13 il 8 ay 15 gün (xx.xx.1991-xx.xx.1996-cı il və xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərəhatə etdiyindən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini və Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı ‘‘dövlət qulluqçusunun qulluq stajının tanınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-2188/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli cavabdehin etirazına menasibət ərizə ilə müraciət edərək, yuxarıda adı çəkilən fərmanlardan irəli gələn hallar cavabdehin etiraz məktubunda təhrif olunmuş və izahı səhv şərh edilmişdir. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalarla müəyyənləşdirilir. Bu qaydaların 7, 8, 9, və 10-cu bəndləri onun 20 il 4 ay dövlət qulluğunda stajının olmasını sübut edir. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir, 9-cu bəndinə əsasən isə dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabr 18-dək, Sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan SSR-nin Konstitusiyasına əsasən Kənd X8 İcraiyyə Komitəsinin sədr vəzifəsi sovet işçisi sayılmışdır. Qaydaların 7-ci bəndində isə dövlət qulluğunda qulluq stajı hesablanarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı, digər dövlət qulluğu vəzifəsinə keçdikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifədəki qulluq stajı, məcburi iş buraxma dövrü, sınaq müddəti, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət, ödənişli məzuniyyət dövrü nəzərə alınır. Bu hesabla qeyd olunan qaydalara əsasən onun dövlət qulluğunda stajım 20 il 4 ay olduğu təsdiq olunur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda iddiaçı xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu kimi nəzərə alınaraq dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X9, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X10 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X10, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları);8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 8.3-cü maddəsinə əsasən konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir. Göründüyü kimi iddiaçının iddiaçı xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri vəzifəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş dövlət qulluğunun aparıldığı orqanlar sırasına daxil deyildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısı təsdiq edilmişdir. Lakin iddiaçının tutduğu iddiaçı xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması qeyd edilən qərarda nəzərdə tutulmamışdır. “Dövlət qulluğu haqqında” Qanunun 23-cü maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçının xx.xx.1985-xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyini və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olduğunu bildirsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya həmin vəzifə daxil olmadığı üçün dövlət qulluğu hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayonu, Carlı kənd X8 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il, 1 ay, 25 gün olan müddətin dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası qanunauyğun olmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayonu, Carlı kənd X8 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il, 1 ay, 25 gün olan müddətin dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar