Məhkəmə qərarları › İş №2-1(120)-757/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-757/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-757/2024 30.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X13, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 saylı qərarın ləğv edilməsi və dayandırıldığı tarixdən X18 ailə başçısını itirməyə görə müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddia tələbin ə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X18 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 saylı qərarın ləğv edilməsi və dayandırıldığı tarixdən X18 ailə başçısını itirməyə görə müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X22 ilə 05 aprel 1991-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Uzun müddət nikahda olsalar da birgə nikahdan 6 (altı) uşaqları doğulmuş, lakin hamısı körpə yaşlarında zamansız vəfat etmişdirlər. X22 ilə övladlarının olmaması səbəbi ilə qardaşı X19 ilə X4 birgə nikahlarından 09 avqust 2013-cü il təvəllüdlü övladları X23 doğulmuşdur. Doğulduğu gündən X14 əri ilə o övladlığa götürüb saxlamışlar. X5 22 fevral 2021-ci il tarixində qəflətən vəfat etmişdir. Ərinin vaxtsız vəfat etməsi səbəbindən övladlığa götürmənin rəsmiləşdirilməsi yarımçıq qalmışdır. Bu səbəbdən də Biləsuvar rayon məhkəməsinə müraciət edərək 09 avqust 2013-cü il təvəllüdlü X7 onun övladlığına verilməklə, doğum haqqında akt qeydləri kitabında uşağın ata adı qrafasında X8 və ana adı qrafasında İddiaçı yazılması barədə qətnamə çxarılmasmı məhkəmədən xahiş etmişdir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)-480/2022 nömrəli qətnaməsi ilə onun iddia ərizəsi təmin edilərək 09 avqust 2013-cü il təvəllüdlü X7 onun övladlığına verilməsi, doğum haqqında akt qeydləri kitabında uşağın ata adı qrafasında X8 və ana adı qrafasında İddiaçı yazılması qət edilmişdir. Uşağın saxlanılması ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun təmin edilməsi üçün Azərbaycan Respublikasının Cavabdehnə müraciət etsə də, oradan ona imtina cavabı verilərək ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun yalnız məhkəmə yolu ilə ala biləcəyi bildirilib. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-199447/2023 nömrəli etiraz məktubunda göstərilmişdir ki,İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına qarşı “ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-2967/2023 nömrəli inzibati iş vardır. Bununla əlaqədar etirazı təqdim edir və icraatına qəbul edib hüquqi qiymət verilməsini xahiş edir. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına müraciət edərək ona ailə başçısını itirməyə görə müavinət təyin edilməsini xahiş etmişdir.İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq ona Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/1-E-57535/2023 nömrəli qərarla imtina verilmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, məhrum yoldaşı X24yla xx.xx.1991-ci il tarixdə rəsmi nigaha daxil olmuşdur. Bundan sonra onlar iddiaçının qardaşı X19 ilə X4 birgə nigahlarından olan xx.xx.2013-cü il təvəllüdlü övladları X14 övladlığa götürüb saxlamışlar. İddiaçının əri X24 22 fevral 2021 -ci il tarixdə vəfat etmişdir. Buna görə də onların övladlığagötürməni rəsmiləşdirilməsi yarımçıq qalmışdır. Bundan sonra İddiaçı Biləsuvar rayon Məhkəməsinə müraciət edərək övladlığa götürdüyü 09 avqust 2013-cü il təvəllüdlü X9 iddiaçıya övladlığa verilməklə doğum haqqındakı akt qeydləri kitabında uşağın ata adı qrafasında X10 və ana adı qrafasında İddiaçı qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)-480/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı- ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.Qanunun 9.1.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına -18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir.Vətəndaşın təqdim etdiyi övladlığa götürmə haqqında şəhadətnamədə ata bölməsində mərhum əri X10 adı qeyd edilməmiş və Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)-480/2022 nömrəli qətnaməsi Ə.Eyvazovun ölümündən sonra qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən X18 ailə başçısını itirməyə görə müavinət təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 17-ci maddəsində göstərilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Lakin işin faktiki hallarından görüldüyü kimi, iddiaçı övladlığa götürməni mərhum ərinin ölümündən sonra rəsmiləşdirə bilmiş, buna görə də övladlığa götürülmüş 09 avqust 2013-cü il təvəllüdlü X9 ailə başçısını itirməyə görə pensiya hüququ yaranmamışdır. İPMin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd edilənləri, AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı 2- 1(120)-2967/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Həmçinin İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq inzibati akt iddiaçıya cavabdeh orqan təqdim edilməmişdir. Belə ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərardan iddiaçının məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı 358188 saylı şəxsiyyət vəsiqəsinin və l-JQ seriyalı, 325412 nömrəli doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuşsurətlərindən görünür ki, İddiaçı xx xxxx 1972-ci ildə Biləsuvar rayonunun Dərvişli kəndində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşma çatmamış və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşınadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi X20 övladlığa götürməsi haqqında şəhadətnamədə ata bölməsində mərhum X5nun adı qeyd edilməmiş, həmçinin Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)-480/2022 nömrəli qətnaməsi ərinin vəfatından sonra qüvvəyə minmişdir. X3 mərhum əri X11 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)-480/2022 nömrəli qətnaməsi ilə 09 avqust 2013-cü il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuş X1 Təranə Meyxoş qızına övladlığa verilmiş və 09 avqust 2013-cü il tarixdə anadan olmuş X7 doğumu haqqında akt qeydində atası qrafasında X22, anası qrafasında isə İddiaçı yazılması qət edilmişdir. İşdə olan AZ-İV seriyalı, 740696 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X26 09 avqust 2013-cü-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. Uşağın atası X22, anası isə İddiaçıdır. İşdə olan xx.xx.2010-cu il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, X22 xx.xx.1986-xx.xx.2021-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin AZ-İ№014588 nömrəli, xx.xx.2022-ci il tarixli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, X23 09 avqust 2013-cü il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuşdur. İddiaçı tərəfindən övladlığa götürülmüşdür. X12 ata adı verilmişdir. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin AZ-İİ№141329 nömrəli, xx.xx.2021ci il tarixli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-E-78373/2023 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-32583/2023 nömrəli müraciətinə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən aidiyyəti üzrə baxılmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022 tarixli 3-17-1/1-E-57535/2023 saylı qərara əsasən, X3 təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinət işi üzrə (iş № 001223, Biləsuvar rayonu) təqdim olunan övladlığa götürmə haqqında şəhadətnamədə ata bölməsində mərhum X5nun adı qeyd edilməmiş və Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)- 480/2022 nömrəli qətnaməsi Ə.B.Eyvazovun vəfatından (xx.xx.2021-ci il tarixindən) sonra qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 660,00 (altı yüz altmış) manat vəsaitin artıq ödənildiyi aşkarlanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq həmin vəsaitin aşağıda qeyd olunan rekvizitlər üzrə Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarmaq və bu barədə Fondun müvafiq filiallarına və ya “DOST” Mərkəzinə məlumat vermək xahiş olunur. Artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 2(022)-480/2022 nömrəli 24 oktyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinə daxil olmuş 09 oktyabr 2023-cü il tarixli 2-1(120)- 2967/2023 saylı sorğu ilə əlaqədar Biləsuvar Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(022)-480/2023 saylı qətnaməsi göndərilir. Biləsuvar Rayon Məhkəməsinin 06 iyul 2022ci il tarixli 2(022)-480/2022 saylı qətnaməsi 08 avqust 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-16-5/8-13-469/2023 nömrəli məktubunda göstərilmişdir ki, X15 doğumu övladlığa götürmə haqqında akt qeydlərinin təsdiq olunmuş surətləri, həmçinin X15 övladlığa götürülməsi haqqında qeydin əsası olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-480/2022 nömrəli qətnaməsinin surəti göndərilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli 11011037 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X2609 avqust 2013-cü il tarixdəBiləsuvar rayonu Bağbanlar kəndində anadan olmuşdur. Ata qrafasında X22, anası qrafasında isə İddiaçı qöstərilmişdir. İşdə olan **********2082022 nömrəli övladlığa götürmə haqqında akt qeydindən görünür ki,X23Biləsuvar Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(022)-480/2022 saylı qətnaməsi İddiaçı tərəfindən övladlığa götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 17 iyul 2024-cü il tarixli, 3-17-1/2-166750/2024 nömrəli məktubunda göstərilmişdir ki, daxil olmuş 01,07.2024-cü il tarixli 2-1(120)-757/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. X15 ailə başçısını itirməyə görə müavinət işinin surəti təqdim edilir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı uşağı S.Eyvazlının ailə başçısını itirməyə görə atası mərhum X8 vəfatı ilə bağlı ailə başçısını itirməyə görə müavinətin bərpa olunmasına nail olmaqdır. İş materiallarında olan sənədlərdən görünür ki, azyaşlı X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)-480/2022 nömrəli qətnaməsi ilə, İddiaçı övladlığa verilmiş və 09 avqust 2013-cü il tarixdə anadan olmuş X7 doğumu haqqında akt qeydində atası qrafasında X22, anası qrafasında isə İddiaçı yazılması qərara alınmışdır. İşdə olan AZ-İV seriyalı, 740696 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X26 09 avqust 2013-cü-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. Ata qrafasında X22, anası qrafasında isə İddiaçı göstərilmişdir. Bundan sonra iddiaçının X3 xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir, daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 saylı qərarı ilə X18 ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. Vətəndaşın təqdim etdiyi X20 övladlığa götürməsi haqqında şəhadətnamədə ata bölməsində mərhum X5nun adı qeyd edilməmiş, həmçinin Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)-480/2022 nömrəli qətnaməsi ərinin vəfatından sonra qüvvəyə minmişdir. X3 mərhum əri X11 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hüququ olmadığı halda elektron qaydada ABİ müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2022-xx.xx.2023-cü il tarixli dövr üzrə artıqvermə müəyyən edilmişdir. Cavabdeh orqanın mövqeyinə görə Ə.Eyvazov vəfat edərkən S.Eyvazlı onun himayəsində olmadığından, onun övladlığına verilmədiyindən və doğum şəhadətnaməsində ata qrafasında Ə.Eyvazov qeyd edilmədiyindən mərhum Ə.X21 ailə başçısı sayıla bilməz. Məhkəmə onu vurğulayır ki, cavabdeh orqan imtina məktubunda X20 övladlığa götürməsi haqqında şəhadətnamədə ata bölməsində mərhum X5nun adı qeyd edilmədiyini bildirmişdir. Lakin Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 2(022)-480/2022 nömrəli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, 09 avqust 2013-cü il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuş X1 Təranə Meyxoş qızına övladlığa verilmiş və 09 avqust 2013-cü il tarixdə anadan olmuş X7 doğumu haqqında akt qeydində atası qrafasında X22, anası qrafasında isə İddiaçı yazılması qət edilmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmçinin AZ-İV seriyalı, 740696 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X26 09 avqust 2013-cü-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. Uşağın atası X22, anası isə İddiaçıdır. Göstərilənlərə əsasən, Ə.Eyvazovun vəfatından sonra X15 barəsində tərtib edilmiş AZ-İV seriyalı, 740696 seriyalı doğum haqqında şəhadətnamə və məhkəmə qətnaməsində qeyd edilənlərə əsasən, atası mərhum X22 qeyd edildiyi üçün və ata qrafasında bu barədə məlumatlar qeyd edildiyinə görə ailə başçısını itirməyə görə müavinət almaq hüququ yarandığından, müavinət dayandırıldığı vaxtdan bərpa edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, S.Eyvazlıya təyin edilmiş sosial müavinətin dayandırılması qanunsuz hesab edilməli və dayandırılmış sosial müavinət bərpa edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının övladlığa götürdüyü S.Eyvazlıya xx.xx.2022-ci il tarixdən tarixdən təyin edilmiş sosial müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Hazırki işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda qanuni nümayəndə olaraq iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eyni Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh sosial müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-813/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 saylı qərarın ləğv edilməli, İddiaçı X3 təyin edilmiş ailə başçısını itirməyə görə müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 saylı qərarı ləğv edilsin. İddiaçı X3 təyin edilmiş ailə başçısını itirməyə görə müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş müavinətin məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar