Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-758/2024 20.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N974-cü ildə Saatlı rayonu Xanlarkənd kəndində anadan olmuşdur. Saatlı rayonu Hərbi Komisarlığı tərəfindən 2N iyun N992-ci ildə müddətli hərbi xidmətə çağırılmışdır. 2N iyun N992-ci ildən-03 avqust N996-cı ilə qədər müddətli hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir. 03 avqust N996-cı ildə ordu sıralarından təxris olunaraq ehtiyata buraxılmışdır. Ona verilmiş H3 № ******* hərbi biletdə müvafiq qeydlər aparılmışdır.Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi xidmətə başlamışdır. N saylı hərbi hissə komandirinin N sentyabr N992ci il tarixli 43 saylı əmri ilə ştat dəyişikliyi ilə əlaqədar olaraq N-ci reyd dəstəsinin 2-ci qrupunun "A" yarımqrupunda rabitəçi vəzifəsinə təyin edilmişdir. DİN-nin DQ-nin N saylı hərbi hissə komandirinin N3 noyabr N992-ci il tarixli 96 saylı əmri ilə Ağdam şəhərində yerləşən N saylı hərbi hissəyə ezam olunmuşdur. Bundan sonra hərbi xidmətini döyüş bölgəsində keçirmişdir. N saylı hərbi hissədə tank batalyonunda atıcı, N saylı hərbi hissədə pulemyotçu olmuşdur. Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Qarabağ zonasında Yetim Cinlilər, Qalayçılar, Əliağalılar, Çıldıran, Əlimədətli və sairə kəndlərdə gedən döyüşlərdə fəal iştirak etmişdir. Ona veteran adının və vəsiqəsinin verilməsi məqsədi ilə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının katibi Elbrus Mehdixanov tərəfindən 25 mart 2023-cii ildə göndərilmiş 4/3-N73 saylı məktubda ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. O, N992-N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Hərbi hissəni özbaşına tərk etməmişdir. Hərbi cinayətlərə görə əvvəllər məhkum olmamışdır. Haqqında heç bir aministiya aktı və əfv sərəncamı olmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə uyğun qaydada iddiaya dair münasibət məktubu təqdim etmişdir. Məktubda bildirilmişdir ki, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia ərizəsi əsasızdır və aşağıdakı səbəblərə görə iddia ərizəsi mümkünsüz hesab edilməlidir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Hazırki iddiada veteran adının verilməsi məsələsi Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyanın səlahiyyətlərinə aid olmadığından, cavabdehin məktubunda iddiaçıya izah olunub ki, digər qoşun növlərində xidmət etdiyi üçün həmin qurumun müvafiq Komissiyasına müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dubiikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 54.N -ci maddəsinə əsasən “İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır."Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən “Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.”Həmin Məcəllənin 35.N -ci maddəsinə əsasən: iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkətivə ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorununa maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47.2-ci maddəsi rəhbər tutaraq, məhkəmədən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Saatlı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə anadan olmuş və Saatlı rayonu, Xanlarkənd kəndində qeydiyyatdadır. - İşdə olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 2N iyun N992-06 avqust N996-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etmişdir. - İşdə olan Tərtər Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.20N8-ci il tarixli N9HP5N59 nömrəli məktubunda göstərilmişdir ki, «Veteran vəsiqəsi» almaq üçün arxiv arayışı verilməsinə dair xx.xx.20N8-ci il tarixli ərizəniz xx.xx.20N8-ci il tarixdə Tərtər hərbi prokurorluğuna daxil olmuş və baxılmışdır.Müraciətinizlə bağlı bildirilir ki, barənizdə Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmadığından hərbi xidmətiniz haqqında arayışın verilməsi mümkün deyildir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2022-cü il tarixli, 44N nömrəli arayışında qeyd edilmişdir ki, Saatlı rayonunun Nabatkənd kənd sakini N974-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri Sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.20N9-cu il tarixli, 59N nömrəli arxiv arayışında göstərilmişdir ki, Arxiv sənədlərinə istinad edərək verilir ondan ötrü ki, həqiqətən də sıravi İddiaçı N saylı və dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş N () saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi və fərarilik etdiyinə görə qoşunların şəxsi heyətinin siyahısından çıxarılması faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır.
1. N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 43 №-li əmrilə ştat dəyişiklikləri ilə əlaqədar olaraq N-ci reyd dəstəsinin 2-ci qrupunun “A” yarımqrupunda rabitəçi vəzifəsinə təyin edilmişdir (barəsində ilk məlumatdır);
2. 3645 sayls hərbi hissə komandirinin xx.xx.N992-ci i! tarixli 96 №-!« əmrilə N3 noyabr N992-ci il tarixdən Ağdam şəhərinə N saylı hərbi hissəyə ezam olunmuş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır;
3. N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN8 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş müddətli xidmətdə olan əsgərlərin siyahısında N4 noyabr N992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək atıcı vəzifəsinə təyin edilmişdir;
4. N hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N23 №-li əmrilə tank batalyonunda atıcı vəzifəsinə təyin edilmişdir;
5. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə Daxili Qoşunların yeni ştat strukturuna keçməsi və ştat dəyişiklikləri ilə əlaqədar olaraq zirehli transportyorda motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 2-ci bölməsində pulemyotçu vəzifəsinə təyin edilmişdir;
6. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 85 №-li əmrilə 08 may N993-cü il tarixdən 2-ci taborun əsgəri kimi hərbi hissəni özbaşına tərk etdiyinə görə “fərari” hesab edilərək, qazan təminatından çıxarılmışdır - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-N73 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N8-cı il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü tarixədək hərbi xidməti təsdiqlənmədiyindən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanadığı xx.xx.2023-cü il tarixli N4N5 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-ci il tarixli 2-N(N20)-2968/2023 saylı məktubunuza cavab olaraq, Müdafiə Nazirliyinin Mərkəzi Komissiyasının arxivində vətəndaş İddiaçı barədə heç bir sənəd aşkar olunmadı. Vətəndaş K.X4 Nazirliyinin Daxili Qoşunlarına məxsus hərbi hissələrdə xidmət etdiyinə görə sorğuda qaldırdığı məsələlərə aydınlıq gətirilməsi üçün həmin təşkilatın rəhbərliyinə müraciət olunmalıdır. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-N3-N4-N/2-N6N/2023 nömrəli məktubunda göstərilmişdir ki, arxiv sənədlərinə istinadən vətəndaş İddiaçı N saylı və dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş N () saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi və fərarilik etdiyinə görə qoşunların şəxsi heyətinin siyahısından çıxarılması faktlarını təsdiq edən arxiv arayışını və müvafiq əmrlərdən çıxarışları ünvana göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 283 nömrəli məktubunda göstərilmişdir ki, 3645, N () №-li hərbi hissələrin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı Ağsadıq oğlu barəsində araşdırma apara bilmir.NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 3645, N () №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. - İşdə olan N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 85 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, 2-ci taborun sıravi atıcısı İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə fərari hesab olunmuş və hissənin 08 may N993-cü il tarixdən qazan təminatından çıxarılmışdır. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar komandanının xx.xx.N993-cü il tarixli, 85 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, 22 fevral N994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgər İddiaçı, əlavədə göstərilən siyahıya əsasən şəxsi heyətin siyahısından və hər cür təminat növlərindən çıxarılmışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-49/2-532/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində hərbi qeydiyyatda olan N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N992-ci il tarixdə Saatlı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissəyə təhvil verilmişdir. xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçmişdir. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli N02/2-N4543 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü Saatlı rayon Nabadkənd kəndində qeydiyyatda olan İddiaçı barəsində Saatlı RPŞ-də heç bir cinayət işi, ləqsirləndirici material və ya sadələşdirilmiş icraat materialı yoxdur. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 295 saylı arxiv arayışına əsasən, həqiqətən də sıravi İddiaçı N saylı və dislokasiya yeri Ağdam rayonu döyüş bölgəsi olmuş N () saylı hərbi hissələrin tərkibində müddətli həqiqi xidmət keçməsi və fərarilik etdiyinə görə qoşunların şəxsi heyətinin siyahısından çıxarılması faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır. N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 43 №-li əmrilə ştat dəyişiklikləri ilə əlaqədar olaraq N-ci reyd dəstəsinin 2-ci qrupunun “A” yarımqrupunda rabitəçi vəzifəsinə təyin edilmişdir (barəsində ilk məlumatdır); N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 96 №-li əmrilə N3 noyabr N992-ci il tarixdən Ağdam şəhərinə N saylı hərbi hissəyə ezam olunmuş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır; N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN8 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş müddətli xidmətdə olan əsgərlərin siyahısında N4 noyabr N992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək atıcı vəzifəsinə təyin edilmişdir; N hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N23 №-li əmrilə tank batalyonunda atıcı vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə Daxili Qoşunların yeni ştat strukturuna keçməsi və ştat dəyişiklikləri ilə əlaqədar olaraq zirehli transportyorda motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 2-ci bölməsində pulemyotçu vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 85 №-li əmrilə 08 may N993-cü il tarixdən 2-ci taborun əsgəri kimi hərbi hissəni özbaşına tərk etdiyinə görə “fərari” hesab edilərək, qazan təminatından çıxarılmışdır. Qeyd: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının 04 fevral N994-cü il tarixli DQŞ-2 saylı Fərmanına əsasən Daxili qoşunların komandanının xx.xx.N994-cü il tarixli N78 №-li əmrilə 22 fevral N994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında qoşunların şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır (Saatlı rayonu üzrə 62-ci sıra nömrəsi ilə qeydə alınmışdır, hərbi bilet №6555544). - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-3/2-00N025/23 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Daxili Qoşunların 3N və N () №-li hərbi hissələrində xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək hərbi xidməti təsdiqlənmədiyindən müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair sübutların (əmrin), həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından göründüyü kimi İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış, həmçinin o, hərbi hissəsini öbaşına tərk etmişdir. Belə ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 85 №-li əmrilə 08 may N993-cü il tarixdən 2-ci taborun əsgəri kimi hərbi hissəni özbaşına tərk etdiyinə görə “fərari” hesab edilərək, qazan təminatından çıxarılmışdır. xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək isə 70N saylı hərbi hissənin tərkibində Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli N4N08 saylı əmrinə əsasən Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr N997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, N0) verilə bilər.
Hakim Amilya Hüseynova