Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-759/2023 31.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi XN, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyasına qarşı «müharibə veteranı adının və və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N992-ci ilin yanvar ayında könüllü olaraq Sovetlər ordusundan öz vətəninə xidmətə qaytmış. O, N992-ci ilin may ayından N nömrəli hərbi hissədə xidmətə başlamışdır. N992-ci ilin may ayında Lənkaran şəhərində Vel kəndində leytenant İddiaçı ilə birlikdə hər ikisi bölük komandiri vəzifəsində xidmət etmişlər. N nömrəli hərbi hissə sonradan N nömrəli hərbi hissənin tərkibinə qoşulmuşdur. O, leytenant İddiaçılə birlikdə Azərbaycan Respublikasının ərzi bütövlüyünü təmin etmək üşün Dağlıq qarabağ Vilayətinin azadlığı uğrunda gedən döyüş əməliyyatlarında N992-ci ilin sentyabr ayından oktyabr ayının əvvəlinədək Fizuli, Qubadlı və Laçın rayonları istiqamətində iştirak etmişdir. Leytenant İddiaçı sovet ordusunun döyüş təlimini keçmiş peşakar zabitdir. Onun sayəsində şəxsi heyyət bütün növ silah və texnikanı öyrənirdi. Laçın rayonun Güləbirt və Sabiyan kəndləri uğrunda gedən döyüşlərdə birlikdə iştirak etmişlər. O, N-ci Vətən müharibəsi veteranıdır. Ordudan ehtiyata buraxılmışdır. Hazırda müqavilə iiə N nömrəli hərbi hissədə xidmət edir. Həmin dövürlərdə nizami ordu formalaşmamışdır bu səbəbdən döyüş rayonlarına gedən döyüşçülərə ezamiyyət vərəqəsi və döyüş əmri yazılmamışdır. Buna baxmayaraq keşmiş Sovet Ordusunun zabiti kimi onlar öz vətənilərinin müdafiəsinə gəlmişlər. Həmin dövrlərdə yəni N992ci ilin dekabr ayının sonuna dək N nömrəli hərbi hissədən mərkəzi arxivə əmrlər daxil olmamışdır. N nömrəli hərbi hissənin heyəti yenilənmiş gərargahı Beyləqan rayonuna köçürlmüş, müvafiq qeydiyyat kitabları və sənədlər məhv edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyasına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi ilə bağlı daxil olmuş müraciəti əsasında toplanmış sənədlərə xx.xx.2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqəsinin verilməsi komissiyasında baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” və bu Əsasnaməyə xx.xx.20N8-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından “Müharibə veteranı” vəsiqəsinin verilməsi mümkün olmamış və komissiyanın yekun qərarı barədə İddiaçı məlumat verilmişdir. İddiaçı döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından «Müharibə veteranı» vəsiqəsinin verilməsinin mümkün olmaması barədə onun ünvanına xx.xx.202N-ci ildə tarixdə 6/N39 nömrəli; xx.xx.2022-ci il tarixdə; xx.xx.2022- ci il tarixdə 4/N7-842 nömrəli məktublar göndərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 92/567 nömrəli sənədin surətində görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N () nömrəli hərbi hissə komandirinin may, N-N0 dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir və N () nömrəli hərbi hissə komandirinin NN-3N dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. «Veteranlar haqqında» xx.xx.N994-cü il tarixli 84N nömrəli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu Əsasnaməyə xx.xx.20N8-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən (döyüş zonasına ezamiyyətə göndərilmiş və ezamiyyətdən geri qaytarılma) bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziyal almış şəxslərə (hərbi qulluqçulara) verilir. İddiaçı döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin N54-cü maddəsini nəzərə alaraq İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alınmasını və iddianın təmin edilməməsini Məhkəmədən xahiş edirik. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N969-cu il tarixdəLerik rayonu, Qosmaliyan kəndində anadan olmuş, yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N () nömrəli hərbi hissə komandirinin may, N-N0 dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilməmişdir. N () nömrəli hərbi hissə komandirinin NN-3N dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin xx.xx.N999-cu il tarixli vəsiqəsindən görünür ki, İddiaçı həqiqətən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. İşdə olan Lerik rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.N969-cu il təvəllüdlü, Lerik rayon Qosmaliyan kəndində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İşdə olan xx.xx.20N8-ci il tarixli, EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 55 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı anasının xəstəliyi ilə əlaqədar hərbi qulluqdan təxris olunmuşdur. İşdə olan Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-5502 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş xx.xx.N992-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin may-noyabr, 0N-N0 dekabr N992-ci ıl tarixli nizamı hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin NN-3N dekabr N992-ci il tarixli nizami "issə üzrə əmrləri və 372 nömrəli, 20N nömrəli, N nömrəli hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhəkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 9783 nömrəli məktubundan görünür ki, Lerik rayon Qosmalian kənd sakini N969-cu ii təvəllüdlü, ehtiyatda olan polkovnik-leytenant .əliyev Elşən Rəhman oğlu xx.xx.N986-cı il tarixdən xx.xx.N990-cı il tarixədək S.M. Kirov adına -»eninqrad Ali Komandirlər məktəbində hərbi təhsil almış, xx.xx.N990-cı i! tarixdən xx.xx.N992-cl il 'tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, xx.xx.N993-cü il tarixdən xx.xx.20N8-ci il tarixədək isə Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmətdə olmuşdur. “Hərbi vəzifə və Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikası Qanununun 4N,0.2-ci maddəsinə (yaşa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına çıraxılıb. xx.xx.20N8-ci il tarixdən SHXÇDX-nin Lerik rayon şöbəsində ehtiyatda olan zabitlərin hərbi qeydiyyatındadır. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı yaralanması, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müraciəti, hərbi hissəni özbaşına tərk etməsi, fərariliyi, digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi barədə hər-hansı bir məlumat SHXÇDX-nin Lerik rayon şöbəsinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, «Müharibə veteranı» vəsiqəsinin verilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinə daxil olmuş müraciətiniz əsasında Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu Əsasnaməyə xx.xx.20N8-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin («Müharibə veteram» adı (vəsiqəsi) yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən (döyüş əməliyyatlarında iştirak etmək məqsədilə döyüş zonasına ezam olunma və ezamiyyətdən qaytarılma) bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziva) almış hərbi qulluqçulara verilir) tələblərinə uyğun barənizdə arxiv sorğuları toplanılmış və Dövlət Sərhəd Xidmətinin «Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası»nda baxılmışdır. Məlumat üçün qeyd edirik ki, barənizdə daxil olmuş arxiv sorğularına əsasən xidmət müddətinizdə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun döyüş əməliyyatlarında iştirakınız əmrlərlə təsdiq olunmadığından müraciətinizin həlli mümkün olmamışdır. İşdə olan Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-6730 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin may-noyabr N992-ci il, 0N- N0 dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin N992-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin NN-3N dekabr N992-ci il tarixli nizamı hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivə daxil olmamışdır. NN0 nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş 'Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək və xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxif tərəfindən xx.xx.2022-ci il tarixli 4/2-5502 №-li məktubla ünvanınıza cavab göndərilmişdir. İşdə olan Lənkəran rayon Notariat Kontorunda Rus dilindən Azərbaycan dilinə X3 tərəfindən tərcümə edilmiş arayışdan görünür ki, hərbi qulluqçu baş leytenant İddiaçı ondan ötrü ki, o Ermənistan Respublikası ilə həmsərhəd olan Qarabağ rayonlarının yaşayış məntəqələrinin erməni silahlı birləşmələrdən müdafiəsində iştirak etmişdi və onun ailəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 mart N992-ci il tarixli N3N saylı Qərarı ilə nəzərdə tutulmuş imtiyazlardan yararlanır. Arayış hərbi qarnizonun hərbi komendantı mayor Xəlilov tərəfindən imzalanmışdır. İşdə olan Lənkəran rayon Notariat Kontorunda Rus dilindən Azərbaycan dilinə X3 tərəfindən tərcümə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Vəliyev X4 yaşayış məntəqələrinin və Ermənistan Respublikası ilə həmsərhəd rayonların erməni silahlı birləşmələrindən müdafiəsində iştirak edib. Xidməti xasiyyətnamə N saylı hərbi hissə komandiri polkovnik İ.Qasımov tərəfindən imzalanmışdır. İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 235 nömrəli əmrində (əsas: §-4, səh-6, sıra-N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “leytenant” yazılmışdır) leytenant İddiaçı mühafizə bölüyündə tağım komandiri vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-avqust, oktyabr- dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı oğiunun xidməti və döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissənin aprel-sentyabr N992-ci il tarixə kimi döyüş əməliyyatlarında iştirak dövrü ilə bağlı müharibədə iştirak edən şəxslərin siyahısında İddiaçı adı aşkar olunmamışdır. İddiaçı aid ezamiyyət sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan N nömrəli hərbi hissə komandirinin N5N nömrəli, xx.xx.N993-cü il tarixli araylçlndan müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixə kimi Azərbaycan Silahlı Qüvvələri N nömrəli hərbi hissədə rota komandiri kimi xidmət etmişdir. İşdə olan Lənkəran rayon N saylı Notariat Kontorunda Rus dilindən Azərbaycan dilinə R.F.Hüseynvov tərəfindən tərcümə edilmiş xx.xx.N993-cü il tarixli akta əsasən aktda qeyd edilən müvafiq silah və texnikalar İddiaçı tərəfindən N nömrəli hərbi hissənin üzvlərinin iştirakı ilə hərbi hissənin kiçik leytenantı Məmmədov.Y.N-yə təhvil verildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci məktubundan görünür ki, «Müharibə veteranı» vəsiqəsinin verilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinə daxil olmuş müraciətiniz əsasında Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu Əsasnaməyə xx.xx.20N8-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin («Müharibə veteram» adı (vəsiqəsi) yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən (döyüş əməliyyatlarında iştirak etmək məqsədilə döyüş zonasına ezam olunma və ezamiyyətdən qaytarılma) bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziva) almış hərbi qulluqçulara verilir) tələblərinə uyğun barənizdə arxiv sorğuları toplanılmış və Dövlət Sərhəd Xidmətinin «Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası»nda baxılmışdır. Məlumat üçün qeyd edirik ki, barənizdə daxil olmuş arxiv sorğularına əsasən xidmət müddətinizdə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun döyüş əməliyyatlarında iştirakınız əmrlərlə təsdiq olunmadığından müraciətinizin həlli mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhəkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 9783 nömrəli məktubundan görünür ki, Lerik rayon Qosmalian kənd sakini N969-cu ii təvəllüdlü, ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.N986-cı il tarixdən xx.xx.N990-cı il tarixədək S.M. Kirov adına -»eninqrad Ali Komandirlər məktəbində hərbi təhsil almış, xx.xx.N990-cı i! tarixdən xx.xx.N992-cl il 'tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, xx.xx.N993-cü il tarixdən xx.xx.20N8-ci il tarixədək isə Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmətdə olmuşdur. “Hərbi vəzifə və Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikası Qanununun 4N,0.2-ci maddəsinə (yaşa örə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına çıraxılıb. xx.xx.20N8-ci il tarixdən SHXÇDX-nin Lerik rayon şöbəsində ehtiyatda olan zabitlərin hərbi qeydiyyatındadır. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı yaralanması, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müraciəti, hərbi hissəni özbaşına tərk etməsi, fərariliyi, digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi barədə hər-hansı bir məlumat SHXÇDX-nin Lerik rayon şöbəsinə daxil olmamışdır. Göründüyü kimi “imtina”nın əsasını “N nömrəli hərbi hissə komandirinin N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-avqust, oktyabr- dekabr N993-cü il, yanvardekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı oğiunun xidməti və döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməməsi, N nömrəli hərbi hissənin aprelsentyabr N992-ci il tarixə kimi döyüş əməliyyatlarında iştirak dövrü ilə bağlı müharibədə iştirak edən şəxslərin siyahısında İddiaçı adı aşkar olunmaması” təşkil edir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmamışdır. Məhkəmə araşdırması zamanı, eləcə də məhkəmənin ünvanladığı sorğu məktublarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 9783 nömrəli müvafiq məktubunda qeyd edilmişdir ki, polkovnik-leytenant İddiaçı xx.xx.N986-cı il tarixdən xx.xx.N990cı il tarixədək S.M. Kirov adına X6 məktəbində hərbi təhsil almış, xx.xx.N990-cı i! tarixdən xx.xx.N992-cl il 'tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, xx.xx.N993-cü il tarixdən xx.xx.20N8-ci il tarixədək isə Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmətdə olmuşdur. Eləcə də iş materiallarında olan akt, arayış, xidməti xasiyyətnamə və digər sənədlərə əsasən İddiaçınin xidməti və döyüş əməliyyatlarında iştirakı sübut olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən 'Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək və xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur ki, digər arayışlarla İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixə kimi Azərbaycan Silahlı Qüvvələri N nömrəli hərbi hissədə rota komandiri kimi xidməti, döyüş əməliyyatlarında iştirakı, təxrisi öz təsdiqini tapmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyasının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçıya izah olunur ki, məhkəmənin yekun qərarı qanuni qüvvəsin aldıqdan sonra iş materiallarında olan sənədlərin əsllərini ərizə ilə götürərək inzibati orqana araşdırma aparılmasından ötrü iş materiallarına əlavə edilməsi məqsədilə təqdim edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyasının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-759/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-759/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver