Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-76/2021 16.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 mənzil 1-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan), İddiaçının vəkili X1 (Bakı şəhəri, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, dön- 3, ev 8-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Bakı şəhəri, 11 saylı Vəkil Bürosunda vəkil ), Üçüncü şəxs X3 (Şirvan şəhəri, H.Əliyev küçəsi 1B, 13-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, Energetik küçəsi dalan 4, ev 293-də yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, A№351070 nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və ilkin hüquq müəyyənedici sənədlərə uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə dair mərhum atası X4 və onun adına tərtib edilmiş plan-ölçülərin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin xx xxxx 2004-cü il tarixli, 4050 inventar nömrəli ”Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki posportu”na uyğun olaraq yeni plan-ölçüsünün tərtib edilərək ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə vermiş və Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(120)-76/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia tələbinə «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, A seriyalı №351070 nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və ilkin hüquq müəyyənedici sənədlərə uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2-1(120)-76/2021 saylı qərardadı ilə X9 üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş Əli Bayramlı şəhər XDS-nin x xxxxxx 1979-cu il tarixli, 3 nömrəli protokoluna əsasən mərhum atası X6 0,06 ha torpaq sahəsi verilmişdir. 2004-cü ildə həmin torpaq sahəsində atası ev inşa etmişdir. Həmin tikili əvvəllər mövcud olmuş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsində xx xxxx 2004-cü il tarixli, 4050 inventar nömrə ilə qeydiyyatdan keçmişdir. Atası 2007-ci ildə dünyasını dəyişdikdən sonra 2011-ci ildə qonşu Energetik küçəsində yaşayan X9 onun məlumatı və icazəsi olmadan sahənin bir hissəsini zəbt etməklə çəpəri geri çəkmiş və bununla da kifayətlənməyərək illərlə onlara məxsus torpaq sahəsindən şəxsi mülki kimi sərbəst istifadə etmişdir. Zəbt olunma faktından bir neçə il sonra xəbər tutmuş və həmin vaxtdan dəfələrlə xəbərdarlıq etsə də qonşusu çəpəri geri çəkməmiş və onun tərəfindən heç bir zəbt edilmə olmadığını bildirmişdir. Müəyyən müddət gözləsə də qonşusu tərəfindən heç bir addım atılmamış və zəbt olunmuş sahəni boşaltmamışdır. 2018-ci ilin may ayında sənədləşmə zamanı qonşusunun yenidən onların sahəsinə keçdiyini görmüş və bu zaman qonşusu bir daha onların sahəsinə keçməyəcəyini bildirmiş, lakin bu hərəkətlərini davam etdirmiş, hətta 2019-cu ilin aprel ayında bir daha xəbəri və icazəsi olmadan özbaşnalıq edərək aralarında olan köhnə çəpəri sökərək dəmir laylarla sərhəd çəkmiş və yenə də sahəyə rahat keçmək üçün dəmir laylar arasında müəyyən məsafəni açıq qoymuşdur. Torpaq sahəsi üzərində mülkiyyət hüquqları 2018-ci il may ayında qeydiyyata alınmışdır. Həmin ərəfədə də torpaq sahəsini notarial qaydada tək varis olaraq qəbul etmiş və 2019-cu ilin may ayında torpaq sahəsini adına rəsmiləşdirmişdir. Sonradan ona məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin torpaq sahəsi üçün verdiyi xx.xx.2019cu il tarixli, A№ 351070 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki döngə nöqtələri Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin xx xxxx 2004-cü il tarixli, 4050 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki posportu”ndakı döngə nöqtələri ilə naturada uyğun gəlmir. Belə ki, texniki pasportda Energetik küçəsi dalan 4, ev 295 ünvanında yerləşən mövcud yarımçıq tikili olan bağ evi ilə Energetik küçəsi dalan 4, ev 293 ünvanında yerləşən sahənin sərhədinə qədər məsafəsi 2,8 metr göstərildiyi və naturada belə olduğu halda yerində yoxlanıldıqda A№ 351070 nömrəli sənəd üzrə bu məsafənin 1,4 metr qeydə alındığı aydın olur. Eləcə də Energetik küçəsi dalan 4, ev 293 və 295 ünvanları ilə sağ və sol tərəfdən paralel ünvanlarda yerləşən sahələrin döngə nöqtələri ilə də uyğun deyil. xx xxxx 2020-ci ildə 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət edib torpaq sahəsinin planı və ölçüsü sənədini texniki posporta uyğun yenidən tərtib edilməsini xahiş etmişdir. xx xxxx 2020-ci il tarixli, **********345 nömrəli cavab məktubunda ölkə ərazisində elan edilmiş karantin rejimi başa çatdıqdan sonra hüquqmüəyyənedici sənədlərlə idarəyə gəlmək tövsiyə edilmişdir. xx xxx 2020-ci ildə hüquqmüəyyənedici sənədlərlə bu təşkilata bir daha müraciət edərək bu işin həll edilməsini xahiş etmişdir. xx xxx 2020-ci il tarixli **********78 nömrəli cavab məktubunda qeyd edilir ki, “idarənin arxiv məlumatlarına əsasən torpaq sahəsinin şərq sərhədi ilə bağ evinin arasında 2,8 metr məsafə olduğu göstərilmişdir. Bununla belə məktubda o da qeyd edilir ki, “qonşu torpaq istifadəçisi ilə aranızda yaranmış 1,4 metr torpaq zolağına dair mübahisənin həlli ərazi idarəsinin səlahiyyətlərinə aid deyil. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının mərhum atası ilə uzun müddət qonşu olmuş, aralarında heç bir mübahisə olmamışdır. İddiaçının atası vəfat etdikdən sonra, mərhumun qızı Şəhla ilə aralarında mübahisə yaranmışdır. Onun tərəfindən qonşusunun torpaq sahəsi zəbt edilməmişdir. O uzun müddətdir ki, özünə məxsus olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş və həmin evdə də yaşayır. Hesab edir ki, iddia tələbi əsassızdır və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsinin xx xxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı torpaq sahəsinin plan və ölçüsünün texniki pasport və naturaya uyğun tərtib edilməsi üçün Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 8 dalan, 295 saylı sahədə yerləşən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin faktiki koordinatları 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş A 351070 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlarla eynilik təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz və müvafiq şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarda qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şirvan şəhəri, Energetik küçəsi, 4-cü dalan, 295-də yerləşən yaşayış məntəqələrinə olan 0,06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qedə alınmışdır. İş materialında olan torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Şirvan şəhəri, Energetik küçəsi, 4-cü dalan, 295 saylı ünvanda yerləşən İddiaçı məxsus 0,06 ha torpaq sahəsinin planı və ölçüsü DƏDRX-nin 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmişdir. İş materiallarında olan İnventar nömrəsi 4050 olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən xx xxxx 2004-cü il tarixdə Şirvan şəhəri, Energetik küçəsi, dalan 4, 295 nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu X4 adına tərtib edilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli **********78 saylı məktubunda qeyd olunmuşdur ki, Sizin xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsünün texniki pasport və naturaya uyğun yenidən tərtib olunması barədə” ərizənizə 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Müraciətlə bağlı xx.xx.2020-ci il tarixdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şirvan şəhəri, Energetik küçəsi, 4-cü dalan, 295 nömrəli sahədə yerləşən mülkiyyətdə olan 0,06 torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı sahənin naturadakı ölçüləri və kordinatları götürülmüş, elektron kadastr baza məlumatları ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki koordinatları 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş A№351070 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” göstərilən koordinatlarla eynilik təşkil edir. İdarənin arxiv məlumatlarına əsasən bildiririk ki, Əli Bayramlı Rayonlararası Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən mərhum atanız X7 verilmiş xx.xx.2004-cü il tarixli texniki pasport sənədində torpaq sahəsinin şərq sərhəddi ilə bağ evinin arasında 2,8 metr məsafə olduğu göstərilmişdir. Texniki pasport sənədinə əsasən torpaq sahəsinin fiziki sərhəddi metal tordan ibarət olmuşdur. Mühəndis-inventarlaşdırıcı tərəfindən inventarlaşdırma işləri faktiki hasarlanmış sahəyə uyğun aparılmışdır. xx.xx.2018-ci il tarixdə vərəsə X2 hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar müraciəti əsasında həmin sahədə yenidən inventarlaşma işləri aparılmış, konkret fiziki sərhədlər daxilində olan 0,06 ha torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququ qeydə alınmışdır. Qonşu torpaq istifadəçisi ilə aralarında yaranmış 1,4 m torpaq zolağına dair mübahisənin həlli ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətinin orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Odur ki, aidiyyəti üzrə adları yuxarda qeyd olunan orqanlara müraciət etməyinizi tövsiyə edirik. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********30 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan, ünvan 8 dalan, 295 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin naturadakı ölçülərinin hüquqmüəyyənedici və texniki sənədlərdə göstərilən ölçülərə uyğunluğu barədə məlumatın verilməsinə dair məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Məktubda qoyulmuş məsələnin araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X10 tərəfindən adıçəkilən ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə yerində texniki baxış keçirilmişdir. Texniki baxış zamanı torpaq sahəsinin naturadakı ölçüləri və koordinatları dəqiqləşdirilərək elektron kadastr baza məlumatları ilə müqayisə edilmiş və naturadakı ölçülərin və koordinatların 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair tərtib edilmiş xx xxx 2019-cu il tarixli A№351070 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən ölçülər və kordinatlarla eynilik təşkil etdiyi müəyyən olunmuşdur. 13 saylı Şirvan Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən keçmiş Əli Bayramlı Rayonlararası Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən İddiaçı mərhum atası X5 adına tərtib olunmuş xx xxxx 2004-cü il tarixli 4050 inventar nömrəli texniki pasportda torpaq sahəsinin şərq sərhədi ilə bağ evinin arasında 2,8 metr məsafə olduğu, torpaq sahəsinin fiziki sərhədlərinin metal torla hasarlandığı göstərilmişdir. xx xxx 2018-ci il tarixdə qanun üzrə vərəsə X2 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müracəti əsasında 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində yenidən texniki inventarlaşma işləri aparılmış, konkret fiziki sərhədlər daxilində olan 0,06 ha torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İnventarlaşdırma işləri kompleks yerquruluşu planına və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№ 453363 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə uyğun aparılmışdır. İnventarlaşdırma zamanı torpaq sahəsinin şərq sərhədi ilə torpaq sahəsində mövcud olan bağ evi arasında 1,4 metr məsafə olduğu müəyyən edilmiş, bağ evinin tikintisi yarımçıq vəziyyətdə olduğundan qanunvericiliyin tələblərinə müvafiq olaraq həmin ev üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/1888 saylı ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən Mərkəzə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış məktubda qeyd olunur ki, 13 saylı Şirvan Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən keçmiş Əli-Bayramlı Rayonlararası Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən İddiaçı mərhum atası X5 adına tərtib olunmuş xx xxxx 2004-cü il tarixli 4050 inventar nömrəli texniki pasportda torpaq sahəsinin şərq sərhədi ilə bağ evinin arasında 2,8 metr məsafə olduğu və həmin torpaq sahəsinin fiziki sərhədlərinin metal torla hasarlandığı; inventarlaşdırma zamanı torpaq sahəsinin şərq sərhəddi ilə torpaq sahəsində mövcud olan bağ evi arasında 1,4 metr məsafə olduğu müəyyən edilmiş, bağ evinin tikintisi yarımçıq vəziyyətdə olduğundan qanunvericiliyin tələblərinə müvafiq olaraq həmin ev üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. İnventarlaşdırma işləri kompleks yerqurluşu planına və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN №453363 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə uyğun aparılmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********35 saylı məktubda qeyd edilmişdir ki, mülkiyyətinizdə olan, ünvan 8 dalan, 295 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin qonşunuz tərəfindən zəbt olunması ilə bağlı yaranmış problemin həllinə köməklik göstərilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, müraciətinizlə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən adı çəkilən torpaq sahəsinə yerində texniki baxış keçirilmişdir. Texniki baxış zamanı torpaq sahəsinin naturadakı ölçüləri və koordinatları dəqiqləşdirilərək elektron kadastr baza məlumatları ilə müqayisə edilmiş və naturadakı ölçülərin və koordinatların Xidmətin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair tərtib edilmiş xx xxx 2019-cu il tarixli A№351070 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən ölçülər və koordinatlarla eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Xidmətin 13 saylı Şirvan Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən keçmiş Əli Bayramlı Rayonlararası Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən mərhum atanız X5 adına tərtib olunmuş xx xxxx 2004-cü il tarixli 4050 inventar nömrəli texniki pasportda torpaq sahəsinin şərq sərhədi ilə bağ evinin arasında 2,8 metr məsafə olduğu, torpaq sahəsinin fiziki sərhədlərinin metal torla hasarlandığı göstərilmişdir. xx xxx 2018-ci il tarixdə qanun üzrə vərəsə X2 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müracəti əsasında 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində yenidən texniki inventarlaşma işləri aparılmış, konkret fiziki sərhədlər daxilində olan 0,06 ha torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İnventarlaşdırma işləri kompleks yerquruluşu planına və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№ 453363 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə uyğun aparılmışdır. İnventarlaşdırma zamanı torpaq sahəsinin şərq sərhədi ilə torpaq sahəsində mövcud olan bağ evi arasında 1,4 metr məsafə olduğu, torpaq sahəsinin metal tor hissəsinin qeyri-qanuni dəyişdirildiyi müəyyən edilmişdir. İş materialında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli KC/ER 01-003/20 saylı ekspert rəyində qeyd edilmişdir ki, aparılan tədqiqat işlərindən belə bir nəticəyə gəlinmişdir ki, ekspert qarşısında qoyulmuş 1-ci suala uyğun olaraq Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2029-cu il tarixli çıxarış və həmin çıxarışla bağlı tərtib olunmuş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin xx xxxx 2004-cü il tarixli, 4050 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na uyğun olaraq 0,06 ha torpaq sahəsinin ərazi hüdudları müəyyən edilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin sağ yan tərəfinin bir hissəsi qonşu ərazi tərəfindən zəbt olunmuşdur. Aparılan tədqiqat işlərindən belə bir nəticəyə gəlinmişdir ki, ekspert qarşısında qoyulmuş 2-ci suala uyğun olaraq Texniki pasportda tikili ilə torpaq sahəsinin son hüqdudu arasında 2,8 metr məsafə olduğu halda (2,8 m x 20,0 m), faktiki olaraq 1,4 metr təşkil edir (1,4 m x 20,0 m). Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 2.2-2.2.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus sözügedən 0,06 ha torpaq sahəsi iddiaçının atası X5 xüsusi mülkiyyətində olmuşdur. Sonuncunun adına tərtib olunmuş texniki pasportda torpaq sahəsinin şərq sərhədi ilə bağ evinin arasında 2,8 metr məsafə olduğu və həmin torpaq sahəsinin fiziki sərhədlərinin metal torla hasarlandığı göstərilmişdir. Atasının vəfatından sonra 2018-ci ildə torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində yenidən texniki inventarlaşma işləri aparılmış, konkret fiziki sərhədlər daxilində olan 0,06 ha torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İnventarlaşdırma işləri kompleks yerqurluşu planına və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№ 453363 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə uyğun aparılmışdır. Belə ki, inventarlaşdırma zamanı torpaq sahəsinin şərq sərhədi ilə torpaq sahəsində mövcud olan bağ evi arasında 1,4 metr məsafə olmuşdur, yəni torpaq sahəsinin metal tor hissəsi qeyri-qanuni dəyişdirilmişdir. xx xxxx 2004-cü il tarixli texniki pasportda isə həmin məsafə 2,8 metrdir. İddiaçı torpaq sahəsinin planı və ölçüsü sənədinin həmin texniki pasporta uyğun yenidən tərtib olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə qonşu torpaq istifadəçisi ilə aralarında yaranmış 1,4 metr torpaq zolağına dair mübahisə ilə bağlı bundan imtina etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə görə, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilən normaları hazırkı mübahisəyə tətbiq edərək hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə qanuni plan və ölçü sənədi, yəni əvvəllər mövcud olmuş plan və ölçü sənədinə uyğun plan və ölçü sənədi tələb etdiyindən hazırda cavabdeh tərəfindən iddiaçıya müvafiq plan-ölçünün verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə işdə olan sübutlar çərçivəsində mübahisəyə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmaqla qanuna zidd olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddiaçı torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçünün ilkin texniki pasporta uyğun verilməsi barədə aidiyyəti dövlət orqanına müraciət etmiş, cavabdehin tabe olduğu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti torpaq sahəsinin metal tor hissəsinin qeyriqanuni dəyişdirildiyini bildirmişdir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə,inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə, məhkəmə qərarının nəticə hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əsasən prosessual xərclər yalnız 50 manat ekspertiza xərcindən ibarətdir. İddiaçı iş üzrə prosessual xərclərin (məhkəmə xərci) ona aid edilməsini xahiş etdiyi üçün məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, A seriyalı 351070 nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilsin və ilkin hüquq müəyyənedici sənədlərə uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə- büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı-Dövlət xəzinədarlığı agentliyi- Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********, AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-76/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-76/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver