Məhkəmə qərarları › İş №2-1(120)-76/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-76/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-76/2024 10.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 оğlunun katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran rayonu Girdəni kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə 09 oktyabr 2024cü il tаriхdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran rayonu Girdəni kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(120)-1739/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Lənkəran rayon Girdəni kənd bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2007-ci ildə həyətyanı torpaq sahəsi alınmasından ötrü Lənkəran rayon Girdəni kənd bələdiyyəsinə müraciət etmiş, 0,10 ha həyətyanı torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Həmin müraciətinə bələdiyyə tərəfindən müsbət cavab verilərək, Lənkəran rayon Girdəni kənd bələdiyyəsi tərəfindən Girdəni bələdiyyəsinin torpaqlarından alqı-satqı əsasında ayrılmasına dair 01 avqust 2007-ci il tarixli, 10 saylı qərar qəbul edilmiş və 10 avqust 2007-ci il tarixdə adıçəkilən torpaq sahəsinin alqı-satqısı aparılaraq bu barədə müvafiq akt tərtib edilməklə həmin akt tərərflərin imza və möhürü ilə təsdiq edilməklə Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsində eyni tarixdə 1772 nömrə ilə qeydə alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin yaşayış evinin tikilməsinə dair torpaq sahəsinin ayrılmasına dair məktub alınmışıdr. Bütün sənədləri topladıqdan sonra mülkiyyətində olan daşınmaz əmlakı dövlət qeydiyyatına alınmasından ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə müraciət edərək torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişdir. Sənədlərin ilkin ekspertizası zamanı idarənin əməkdaşları tərəfindən sənədlərin tamlığına müsbət rəy verilərək müvafiq qaydada Hüquqların dövlət qeydiyyatına alınmasına dair Dövlət Reyestrindən Çıxarışla təmin ediləcəyim bildirildi. Lakin Müraciətinə 16 sentyabr 2021-ci il tarixdə **********09 saylı məktubla rədd cavabı verilərək əmlakının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin imtinaya səbəb isə hüquqmüəyyənedici sənəd üzrə göstərilənlərlə elektron baza məlumatları arasında uyğunsuzluq mövcud olması və həmin torpaq sahəmin DWG (xəritə) baza məlumatına əsasən kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd edilməsi göstərilmişdir. Qeyd edir ki, imtinada qeyd olunan məsələ onun təqsiri üzündən baş verməmişdir. Torpaq sahəsinin təyinatı məsələsi vətəndaşın günahı deyildir. Torpağın alqı satqısına dair qurumlardan alınan sənədlərdə göstərilən ərazi tikinti aparılmasından ötrü ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çıxarışın alınmasından ötrü lazım olan bütün sənədləri qanunmüvafıq qaydada təqdim etməsinə baxmayaraq idarə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən Lənkəran rayon Girdəni kənd bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında yəni İddiaçı satılmış 0.10 ha həyətyanı torpaq sahəsinin hüquqların Dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə onun adına hüquqların Dövlət qeydiyyatına alınmasına dair Dövlət Reyestrindən Çıxarış verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə müvafiq öhdəliyin qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsi X9 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun məhkəmə tərəfindən rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı və üçüncü şəxs Lənkəran rayon Girdəni kənd bələdiyyəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə İddiaçı və üçüncü şəxs üçüncü şəxs Lənkəran rayon Girdəni kənd bələdiyyəsinin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********09 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021ci il 07 sentyabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən Lənkəran rayon Girdəni bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli 10 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü sizə ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin 0.10 ha torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənəd üzrə göstərilənlərlə elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Məlumat üçün bildiririk ki, tərəfinizdən təqdim olunmuş sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli örüş kimi qeyd olunmuş ərazidə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Xidmət orqanı olaraq bildiririk ki, həmin torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün sənədlərlə faktiki vəziyyət və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcud olduğundan, icraatda olan hazırkı ərizənizin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Ərazi İdarəsinə təqdim etdiyiniz 7 (yeddi) vərəqdən ibarət sənədlər sizə qaytarılır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsinin xx.xx.2007-ci il tarixli, 316 nömrəli məktubunda qeyd edilmişdir ki, 22 avqust 2007-ci il tarixli, 140 saylı məktubunuza cavab olaraq bildiririk ki, Girdəni kənd sakini İddiaçı 0.10 Girdəni kəndində nəzərdə tutulmuş sahədən normativ qaydalara əməl etməklə fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılmasına etiraz etmirik. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 914 nömrəli arayışından görünür ki, Girdəni kənd sakini Bağırova X5 rayonun Girdəni kəndində pasport qeydiyyatında olmaqla hal-hazırda Girdəni kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Lənkəran rayon Girdəni bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli 10 saylı qərarından, torpaqlarından alqı-satqısına dair aktdan və torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayon Girdəni bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli 10 saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün Girdəni kənd sakini İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********32 nömrəli məktubunda qeyd edilmişdir ki, iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsinə münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsə (İddiaçı) fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin üzərimizə qoyulması ilə əlaqədar münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildiririk ki, müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması ərazi idarəsinin imkanları xaricindədir. İş üzrə sərəncamın icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən, Girdəni bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli, 10 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü hazırki iş üzrə iddiaçıya ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan ölçü sənədinin və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2021-ci il 07 sentyabr tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında əvvəllər tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq aidiyyəti sənəd üzrə məlumatlarla mövcud elektron baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, həmin ərəfədə hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş sözü gedən 0.10 ha torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli örüş kimi qeyd olunmuş ərazidə yerləşir. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Xidmət orqanı olaraq bildiririk ki, həmin 0.10 ha həyətyanı torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli örüş kimi qeyd olunmuş ərazidə yerləşdiyi səbəbdən həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 16 sentyabr 2021-ci il tarixli, **********09 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hazırki iş üzrə sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq həmin 0.10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) qanunamüvafiq olaraq etiraz edirik. Xidmət orqanı olaraq bildiririk ki, sözü gedən 0.10 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması mümkün olmadığından, (ilkin hüquqmüəyyənedici sənədlər üzrə göstərilən məlumatlarla mövcud elektron baza məlumatları arasında yaranmış uyğunsuzluqlara münasibətdə) hazırki iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyinizi qanunamüvafiq hesab edirik. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2237/2023 saylı mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq üçün iddiaçının nümayəndəsinin iştirakı ilə mübahisəli ərazinin koordinatları naturada plana alındı, kameral şəraitdə baza məlumatları və hüquqmüəyyənedici sənədlər əsasında araşdırılma aparılaraq mütəxəssis rəyi tərtib edilmişdir. Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı və xx.xx.2007-ci il tarixdə 1772 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktı əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında (sxemdə) qeyd edilmişdir. Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı və xx.xx.2007-ci il tarixdə 1772 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktı əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş(kollu) torpaq sahəsi olması müəyyən olunmuşdur. Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı və xx.xx.2007-ci il tarixdə 1772 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktı əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun olması müəyyən edilməmişdir. Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı və xx.xx.2007-ci il tarixdə 1772 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktı əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müşahidə olunmuşdur. Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı və xx.xx.2007-ci il tarixdə 1772 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktı əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5597 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci və ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2237/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı və xx.xx.2007-ci il tarixdə 1772 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktı əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin koordinatlarının müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş (kolluq) torpaq sahəsi olması müəyyən olunmuşdur. Qərardadın üçüncü və dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2237/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı və xx.xx.2007-ci il tarixdə 1772 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktı əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun olmadığı, torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2237/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı və xx.xx.2007-ci il tarixdə 1772 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktı əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasında araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Lənkəran rayonu Girdəni bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 31 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə ayrılmış torpaq sahəsi bələdiyyənin kənd təsərrüfat təyinatlı torpaq kateqoriyasına aiddir. Hal-hazırda da həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İş materiallarına əlavə olunmuş Lənkəran rayon Girdəni bələdiyyəsinin xx.xx.2024cü il tarixli, 25 nömrəli məktubunda qeyd edilmişdir ki, Girdəni bələdiyyəsinin 01,08.2007-ci il tarixli 10 saylı qərarı və xx.xx.2007-ci il tarixli 1772 nömrəli torpaqların alqı-satqısna dair akt əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin kateqoriyası, kənd təsərrüfatı təyinatlı, kollu örüş və tikinti altı torpaq sahəsinə aiddir. Həmin torpaq sahəsi örüş sahəsi kimi, istifadə edilmir. Məlumat üçün bildiririk ki, Girdəni bələdiyyəsinə yeni elektron yer quruluşu xəritəsi təqdim edilməmişdir. Vətəndaş İddiaçı satılmış torpaq sahəsinə bitişik ərazidə fərdi yaşayış evləri tikilmiş və bəzi vətəndaşlara müxtəlif vaxtlarda çıxarışlar verilmişdir. Yuxarıdakıları nəzərə alaraq vətəndaş İddiaçı çıxarış verilməsinə etiraz etmirik. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2826/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılması ilə əlaqədar İddiaçı mübahisələndirdiyi torpaq sahəsinə dair çöl və kameral şəraitdə araşdırma aparılarkən hansı xəritə məlumatlarından istifadə edilməsi və həmin xəritə məlumatlarının hansı tarixdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən istifadə edilməsinə dair məlumatın təqdim edilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Lənkəran rayonu, Girdəni bələdiyyəsinin 01,08.2007-ci il tarixli, 10 saylı qərarı və xx.xx.2007-ci il tarixdə 1772 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktı əsasında İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin koordinatları naturada iddia olunan vəziyyətə uyğun müəyyən edilmişdir. Mövcud baza məlumatlarına (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə (DWG faylına) və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına əsasən aparılmış elektron kadastr uçotu işlərin nəticəsi olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına) əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş (kollu) torpaq sahəsinə aid ərazidə yerləşməsi müəyyən olunmuşdur. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.3 maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 286 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanının 6-cı bəndinə uyğun olaraq torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihələri (DWG faylları) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmişdir. Nəzərə almağınızı xahiş edirik. İş materiallarına əlavə olunmuş Lənkəran rayon Girdəni bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 63 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı satılmış torpaq sadəsinə yaxın 35-40 metrliyində yerləşən X8 **********65 reyestr nömrəli çıxarış verilmişdir və 40-45 metrliyində yerləşən X3 **********28 reyestr nömrəli çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarışın və xx.xx.2023-cü il tarixli, A 958954 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.03 ha (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmış və həmin torpaq sahəsinin planı tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Lənkəran rayon Girdəni bələdiyyəsinin xx.xx.2007ci il tarixli 13 saylı qərarından, torpaqlarından alqı-satqısına dair aktdan və torpaq sahəsinin planı və surətindən görünür ki, Lənkəran rayon Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı əsasında Girdəni kənd sakini X3 700 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışın və A 041957 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.07 ha (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları) həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmış və həmin torpaq sahəsinin planı tərtib olunmuşdur. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların X6 ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Lənkəran rayonu Girdəni bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən həyətyanı üçün 0.10 ha torpaq sahəsinin Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı ayrılaraq verilməsi qərara alınmış, həmçinin həmin torpaq sahəsinin plan ölçüsü tərtib olunmuşdur. İddiaçı Bağırova X5 rayonu Girdəni kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin ilkin hüquqmüəyyənedici sənəd üzrə göstərilənlərlə elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcud olduğu üçün cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur. Bundan başqa iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5597 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinin digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, İddiaçı satılmış torpaq sadəsinə yaxın 35-40 metrliyində yerləşən X8 **********65 reyestr nömrəli çıxarış verilmişdir və 40- 45 metrliyində yerləşən X3 **********28 reyestr nömrəli çıxarış verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Lənkəran rayon Girdəni bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli 10 saylı qərarı və Lənkəran rayon Girdəni kənd bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktı qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş(kollu) torpaq sahəsi kimi istifadə olunması və ya istifadəyə yararlı olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. Bundan başqa, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə etməsi, qonşuluq münasibətində olduğu şəxslərə kateqoriyası yaşayış məntəqələrinin torpaqları qeyd edilməklə tam mülkiyyət hüququ üzrə cavabdeh inzibati orqan tərəfindən qeydiyyata alındığı, üçüncü şəxslərin hüquqlarının pozulmadığı, Lənkəran rayon Girdəni bələdiyyəsinin mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyi məhkəmə tərəfindən müəyyən olundu. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Lənkəran rayonu Girdəni kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Lənkəran rayonu Girdəni kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli torpaqların alqısatqısına dair akt əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar