Məhkəmə qərarları › İş №2-1(120)-760/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-760/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-760/2020 27.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı vəkili Quliyev Vəkil Yelmar oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayon bələdiyyəsinə qarşı Beyləqan rayon bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Beyləqan rayon bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 5-ci məhəllədə yaşayış məntəqəsi altında olan bələdiyyənin ehtiyat fondundan 0,06 ha torpaq sahəsinin ayrılması barədə Beyləqan rayon bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Quliyev Vəkil Yelmar oğlu məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Beyləqan rayon bələdiyyəsinin nümayəndəsi və üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Beyləqan rayon bələdiyyəsinin nümayəndəsinin və üçüncü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Beyləqan bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, X2 fərdi yaşayış evinin tikintisi məqsədilə 5ci məhəllədə yaşayış məntəqəsi altında olan bələdiyyə ehtiyat fondundan 0,06 ha torpaq sahəsinin ayrılması qanuna müvafiq hesab edilmişdir. İş materiallarında olan A 530606 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Beyləqan rayon bələdiyyəsinin xx.xx.2014cü il tarixli, 01 saylı qərarı ilə X2 fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 600 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014cü il tarixdə 1588 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)- 08/2018 nömrəli qətmanəsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Beyləqan rayon bələdiyyəsinə və X2 qarşı torpaq sahəsinin boşaldılması və cavabdehə verilmiş torpaq sahəsinin planı və ölçüsü, qərarın ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin işə baxılarkən iş materialı kimi Beyləqan bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 saylı qərarına əsasən X2 fərdi yaşayış evi tikdirmək üçün xüsusi mülkiyyətinə 600 kv.m torpaq sahəsinin ayrılmasına dair torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında id-dia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nə-ti-cəsində mey--dana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündəəks etdirən əlavəərizə ilə birlikdə də qal-dıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Beyləqan rayon bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 saylı qərarı ilə X2 fərdi yaşayış evi tikdirmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəmə müraciət edərək xx.xx.2014-cü il tarixli, 01 saylı qərarın ləğv edilməsini xahiş edir. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(020)- 08/2018 nömrəli qətmanəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdehlər Beyləqan rayon bələdiyyəsinə və X2 qarşı torpaq sahəsinin boşaldılması və cavabdehə verilmiş torpaq sahəsinin planı və ölçüsü, qərarın ləğv edilməsi barədə iddia tələbi ilə müraciət etmiş və iddası rədd edilmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirilən qərardan 2018-ci ildən məlumatı olmuşdur. Hazırkı inzibati işlə bağlı iddia ərziəsi isə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx.xx.2020-ci il tarixli, 2-1(120)-760/2020 saylı məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Beyləqan rayon bələdiyyəsinə qarşı X2 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 5-ci məhəllədə yaşayış məntəqəsi altında olan bələdiyyənin ehtiyat fondundan 0,06 ha torpaq sahəsinin ayrılması barədə Beyləqan rayon bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 01 saylı qərarının ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar