Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-762/2022 18.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Üçüncü şəxs Göyüşlü (Əhmədova) Əminə Ramiz qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 18 may 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində tərtib edilmiş 02.09.1996-cı il tarixli, 99 nömrəli akt qeydində düzəliş edilərək, adının “Zəminə” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun adına Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində tərtib edilmiş 99 saylı doğum haqqında akt qeydində adının “Zəminə” kimi düzəliş edilməsi üçün Cavabdehnə rəsmi olaraq müraciət etmişdir. Müraciətinə Cavabdehndə baxılmış və 01.02.2021-ci il tarixdə ona cavab məktubu göndərilmiş, həmin məktubda şəxsiyyət vəsiqəsi təqdim etmədiyindən və təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində uyğunsuzluq olması əsas göstərilməklə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtinadan narazıdır, hesab edir ki, cavabdeh əsassız olaraq doğum haqqında akt qeydində düzəliş etməkdən imtina etmişdir. Belə ki, o, 03 avqust 1996-cı ildə Ağcabədi rayon Hüsülü kəndində anadan olmuşdur. Anadan olan zaman onun barəsində Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində 99 nömrəli doğum akt qeydi tərtib edilmiş və ona İddiaçı kimi 02.09.1996-cı il tarixli, XİX JQ № 495628 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Atası mərhum X5, anası X1r. Lakin onun barəsində Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində tərtib edilmiş 02.09.1996-cı il tarixli, 99 nömrəli doğum akt qeydində adı texniki səhv olaraq “Əminə” kimi qeyd edilmişdir. Bununla əlaqədar bildirir ki, “Əminə” adı onun 20.01.1994-cü il təvəllüdlü doğma bacısı Göyüşlü (əvvəl Əhmədova olmuş) Əminə Ramiz qızının adıdır. Yəni onun adına doğum akt qeydi tərtib edilərkən adı “Zəminə” kimi deyil, bacısının adı ilə eyniyyət təşkil edən “Əminə” kimi qeyd edilmişdir. Qeyd edir ki, savadsız olduğundan hazıra kimi şəxsiyyət vəsiqəsi almamışdır. Özü faktiki olaraq ailə qurmuş və hamilə vəziyyətindədir. Vəsiqəsi olmadığından həyat yoldaşı ilə rəsmi nikah da qeyd etdirə bilmir. Ona görə də ona şəxsiyyət vəsiqəsi verilməsi üçün, doğum haqqında şəhadətnaməsinin əsli ilə Ağcabədi “Asan xidmət” Mərkəzinə müraciət edərkən, barəsində vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və həmin zaman məlum olmuşdur ki, onun adına tərtib edilmiş doğum akt qeydi ilə doğum şəhadətnaməsi arasında ziddiyyət mövcuddur. Yəni doğum şəhadətnaməsində adı “Zəminə” olduğu halda, doğum akt qeydində adı “Əminə” kimi qeyd edildiyi müəyyən edilmişdir. O, həmin yalnlışlığın aradan qaldırılması və doğum akt qeydində adının “Zəminə” kimi qeyd edilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmişdir. Lakin qeyd etdiyi kimi həmin şöbə doğum akt qeydində düzəliş etməkdən imtina etmiş, sənədlərində olan ziddiyyətlə əlaqədar uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də o, barəsində Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində tərtib edilmiş 02.09.1996-ci il tarixli, 99 nömrəli doğum akt qeydində düzəliş edilərək adının “Zəminə” kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını istəyir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Göyüşlü (Əhmədova) Əminə Ramiz qızı gəlmiş, İddiaçı, habelə Cavabdeh nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Göyüşlü (Əhmədova) Əminə Ramiz qızı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və o, əlavə olaraq bildirdi ki, İddiaçı onun doğma bacısı olmaqla 03 avqust 1996-cı ildə Ağcabədi rayon Hüsülü kəndində anadan olmuşdur. Lakin bacısı İddiaçı doğumu haqqında akt qeydi tərtib olunarkən onun adı səhvən “Əminə” göstərilmişdir. Halbuki, onun özünün adı “Əminə” olduğundan, valideynlərinin digər qızlarının da adını “Əminə” kimi qeyd etdirmələri mümkünsüzdür. Hesab edir ki, doğum akt qeydindəki uyğunsuzluq onun valideynlərinin iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, iddiaçının adı “Əminə”dən “Zəminə”yə dəyişdirilməlidir. Məhkəmə üçüncü şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı barəsində 02.09.1996-cı il tarixdə Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində tərtib edilmiş 99 saylı doğum haqqında akt qeydində düzəliş edilərək, adının “Zəminə” kimi qeyd edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 01.02.2021-ci il tarixli, 05/76-77/15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, 02.09.1996-cı il tarixdə Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində tərtib edilmiş 99 saylı doğum haqqında akt qeydində “X4”, təqdim olunan XİX -JQ № 495628 nömrəli doğum haqqında şəhadətnamədə isə “İddiaçı” yazılmış, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılarkən müəyyən olunmuşdur ki, oxşar soyada, ada və ata adına uyğun (X4) 04.03.1994-cü il tarixdə Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində 29 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Təqdim olunan sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı şəxsiyyətini təsdiq edən sənəd yoxdur və təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində uyğunsuzluq və ziddiyyət vardır. Ona görə də doğum haqqında təkrar şəhadətnamə verilməsi və doğum haqqında akt qeydində düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Həmin Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Həmin Müddəaların 6-cı bəndinə görə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İş materiallarından görünür ki, Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyi tərəfindən 02.09.1996-cı il tarixdə doğum tarixi 03.08.1996-cı il olan X2 doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına X5, “anası” qrafasına X3 qeyd olunmuşdur. İş materiallarından görünür ki, Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyi tərəfindən 03.08.1996-cı il tarixdə doğulmuş İddiaçı adına XİX JQ seriyalı 495628 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmiş və şəhadətnamədə onun valideynləri kimi X5 və X3 göstərilmişdir. İş materiallarında olan Ağcabədi rayon Hüsülü kənd İƏD üzrə nümayəndəliyinin 07.12.2021-ci il tarixli, 697 saylı arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Ağcabədi rayon Hüsülü kəndində qeydiyyatdadır və Ağcabədi rayon Hüsülü kəndində yaşayır. İş materiallarından görünür ki, Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyi tərəfindən 04.03.1994-cü il tarixdə doğum tarixi 20.01.1994-cü il olan X2 doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına X5, “anası” qrafasına X3 qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı doğum akt qeydi ilə doğum haqqında şəhadətnaməsi arasında uyğunsuzluq mövcuddur (iddiaçının adı doğum akt qeydində “Əminə”, Doğum haqqında şəhadətnamədə isə “Zəminə” göstərilmişdir) və iddiaçı adının doğum akt qeydindəki adın şəhadətnamədə göstərilən “Zəminə” adına dəyişdirilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı da hazırda həmin imtinanı mübahisələndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçının adı ilə bağlı doğum akt qeydindəki uyğunsuzluq onun və ya doğulandan sonra qanuni nümayəndələri kimi valideynlərinin iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun adının “Əminə”dən “Zəminə”yə dəyişdirilməsindən Cavabdeh tərəfindən imtina edilməsi qanuna zuddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində tərtib edilmiş 99 nömrəli, 02.09.1996-cı il tarixli doğum akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, akt qeydində onun adının “Əminə”dən “Zəminə”yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.3, 23.1, 33, 52, 58.7, 62.3, 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adına Ağcabədi rayon Hüsülü kənd icra nümayəndəliyində tərtib edilmiş 99 nömrəli, 02.09.1996-cı il tarixli doğum akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, akt qeydində onun adının “Əminə”dən “Zəminə”yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-762/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-762/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver