Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-764/2020 04.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçılar İddiaçı, X17, X14, X28, X18, X8, X32, X2, X1, X29, X19, X23 və X20 iştirakları ilə, İddiaçılar İddiaçı, X17, X14, X28, X3, X18, X8, X32, X2, X1, X29, X21, X19, X23, X4, X15, X20 cavabdehlər İmişli Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «İmişli rayonunun Buludlu kəndində aqrar islahatı aparılması haqqında İmişli rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi, islahatdan gizlədilmiş, zəbt edilmiş torpaq sahələrinin də əlavə edilib kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin yenidən bölünməsi barədə» tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı, X33, X30, X40, X9, X34, X16, X42, X10, X5, X41, X35, X36, X39, X11, X31, X37 cavabdehlər İmişli Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli rayonunun Buludlu kəndində aqrar islahatı aparılması haqqında İmişli rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi, islahatdan gizlədilmiş, zəbt edilmiş torpaq sahələrinin də əlavə edilib kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin yenidən bölünməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayon Aqrar İslahat Komissiyası kolxozun ləğv edilməsindən sonra kəndlərində torpaq islahatını düzgün aparmamışdır. Komissiya torpaq sahəsinin bir hissəsini islahatdan, bölgüdən gizlətmişdir. Torpaqların bir hissəsi Sarxanlı, Boşçallar, Beyləqan rayonunun İmanverdilər kənd sakinləri tərəfindən zəbt edilmişdir. Komissiyanın qərarı ilə vətəndaşlara verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri xeyli azdır. Onlar bunu sonralar bildilər və əlaqədar dövlət orqanlarına müraciət etmişlər. Lakin islahat komissiyası və torpaq orqanları ləğv edildiyindən şikayətlərinə baxılmır. Onlara bildirdilər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə ərizə verməlidirlər. 2007-ci ilin dövlət xəritəsində torpaq sahələrinin qonşu kəndlər tərəfindən zəbt edilməsi açıq-aydın görünür. Ona görə xahiş edirlər ki, xəritə məhkəməyə gətirilib baxış keçirilsin, torpaq hüquqşünas mütəxəssislər tərəfindən yerində yoxlanılsın, yeni komissiya yaradılsın. Verilmiş dövlət aktlarında 150, 161, 178 və 182 nömrələri qoyulub, adlar yoxdur. 396 hektar yer 1970 nəfərə bölünüb, 8 hektarı bələdiyyənindir. Əslində hər adam üçün 42- 48 sotdan 2100 nəfərə bölünməli idi. 36 hektar həyətyanı torpaq sahəsi islahata qarışmayıb. Kəndin inzibati ərazisi 4600 hektar olub. İddiaçı X10 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, bildirdi ki, İmişli rayonu Buludlu kəndində 1996-cı ildə başlamış 2002-ci ildə başa çatmış Aqrar İslahat Komissiyası pay torpaqlarının bölgüsü zamanı qanunsuzluqlara yol vermiş və nəticədə islahat düzgün aparılmamışdır. Odur ki, Buludlu kəndində aparılmış pay torpaq sahəsinin bölünməsi ilə bağlı Aqrar İslahat Komissiyasının qərarını ləğv edib, islahatın yenidən aparılması ilə bağlı qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar iddia ərizəsini müdafiə etdiklərini və iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin münasibət məktubunda qeyd edilmişdir ki, İddiaçı və qeyrilərinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və başqalarına qarşı torpaq islahatının nəticələrinin ləğv edilməsi barədə iddialarına baxılmışdır. Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi və torpaq islahatının yenidən aparılması ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından iddianı əsassız hesab edir və iddianın ərazi idarəsinə aid hissəsinə etirazlarını bildirirlər. Cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin 22 may 2020-ci il tarixli 4/509 saylı münasibət məktubunda qeyd edilmişdir ki, rayonun Buludlu kəndində torpaq islahatı aparılarkən kəndin torpaq payı almaq hüququ olan subyektlərin hər birinə 0,21 ha orta torpaq norması müəyyən edilmiş və buna uyğun olaraq hər bir subyektə 0,21 ha pay torpağı mülkiyyət hüququ ilə verilmişdir. İslahat başa çatdıqdan sonra isə 2002-ci ildə yerli və rayon X12 fəaliyyətinə xitam verilmişdir. İslahat nəticəsində dövlət büdcəsinin vəsaiti hesabına dövlət aktları və şəhadətnamələr hazırlanıb subyektlərə təhvil verilib. Hazırda da bütün subyektlər o cümlədən iddiaçılar öz torpaqlarından istifadə edirlər. Qanunvericiliyə görə torpaq payları sovxozun və ya kolxozun özəlləşdirilən torpaq sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq X53 komissiyaları tərəfindən müəyyən edilir. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən X53 komissiyasının qərarından 10 gün müddətində Rayon Aqrar İslahat komissiyasına, Rayon Aqrar İslahat komissiyasının qərarından isə 30 gün müddətinə Respublika Aqrar İslahat komissiyasına şikayət etmək olardı. İddiaçı isə aqrar islahatın aparılmasından 20 (iyirmi) ildən artıq müddətin keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə cavabdeh təşkilatlara qarşı iddia qaldırmamış, nəticədə yerli və rayon aqrar islahat komissiyaları ləğv edildiyindən mübahisənin həlli mümkün deyildir. Mövcud qanunvericiliyə görə yerli icra hakimiyyətləri X12 hüquqi varisi hesab edilmir. Odur ki, İddiaçı və qeyrilərinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli rayon Aqrar İslahat komissiyasının qərarının ləğv edilməsi və sair tələbinə dair iddia tələbi əsassız olduğundan həmin iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçılar X6, X24, X7, X22, cavabdehlər İmişli Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar X9, X35, X11, X31 və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçılar X3, X21, X4, X15, cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən aydın olur ki, iddiaçılar Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir. Mübahisələndirilən qərar isə İmişli rayonu ərazisində aparılan torpaq islahatı ilə əlaqədar İmişli rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul olunmuşdur. İddiaçı isə 2020-ci il tarixdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməklə iddia (prosessual) müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı İmişli rayonunda aparılmış torpaq islahatı ilə bağlı ümumi qərardır və iddiaçılar Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmək üçün prosessual müddəti buraxmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X53 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X12 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X51 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X51 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X51 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, «X45 Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X12 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası X51 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X53 komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. İddiaçılar isə torpaq islahatı aparılan zaman qüvvədə olan qanunvericiliyə görə İmişli rayon Aqrar İslahat Komissiyasının qərarından X51 Komissiyasına, X51 Komissiyasının qərarından narazı qaldığı halda isə məhkəməyə müraciət edə bilərdilər. Lakin iddiaçılar qeyd olunan müddətdə və qaydada şikayət etməmişlər. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən iddiaçılar məhkəmədə mübahisələndirmə haqqında iddia qaldıra bilmək üçün, inzibati aktın (İmişli rayon Aqrar İslahat Komissiyasının qərarının) təqdim olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldıra bilərdi (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamsını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaranmır. Belə ki, qərarda qeyd olunmuşdur ki, inzibati orqanların 01.01.2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X17, X14, X28, X3, X18, X8, X32, X2, X1, X29, X21, X19, X23, X4, X15, X20 cavabdehlər İmişli Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «İmişli rayonunun Buludlu kəndində aqrar islahatı aparılması haqqında İmişli rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi, islahatdan gizlədilmiş, zəbt edilmiş torpaq sahələrinin də əlavə edilib kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin yenidən bölünməsi barədə» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı, X17, X14, X28, X3, X18, X8, X32, X2, X1, X29, X21, X19, X23, X4, X15, X20 cavabdehlər İmişli Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «İmişli rayonunun Buludlu kəndində aqrar islahatı aparılması haqqında İmişli rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi, islahatdan gizlədilmiş, zəbt edilmiş torpaq sahələrinin də əlavə edilib kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin yenidən bölünməsi barədə» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (оn) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-764/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-764/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver