Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-765/2020 07.09.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2016-cı ildə təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılması ilə bağlı qərarın (inzibati aktın) ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X11cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ziyanın ödənilməsi tələbi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli, 2-1(81)- 395/2018 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli, 2-1(81)- 395/2018 saylı qərardadı ilə 2-1(81)-395/2018 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2-1(086)- 1321/2018 saylı qərardadı ilə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(086)- 1321/2018 saylı qərardadı ilə iddia tələbinə “ona təyin edilmiş və dayandırılmış ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(086)- 1321/2018 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(086)- 1321/2018 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 2-1(106)-138/2019 saylı qərarı ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2- 1(086)-1321/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 2-1(106)-138/2019 saylı qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2-1(102)- 1854/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2- 1(106)-138/2019 saylı qərarının ləğv edilməsi, işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2-1(106)-615/2019 saylı qərardadı ilə cavabdeh DSMF-nin Biləsuvar rayon şöbəsinin müdiri F.Əliyev və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(086)-1321/2018 saylı qərarı cavabdeh DSMF-nin Biləsuvar rayon şöbəsinin müdiri F.Əliyevin və İddiaçı apelyasiya şikayətlərinə əsasən ləğv edilməsi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı ziyanın ödənilməsi iddiasına yenidən baxılması üçün işin Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2-1(106)-615/2019 saylı qərardadından iddiaçının vəkili tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2- 1(102)-3585/2019 saylı qərarı ilə kassasiya şikayətinin təmin olunmaması, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli, 2- 1(106)-615/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2-1(120)-765/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə qarşı “ona təyin edilmiş və dayandırılmış ünvanlı dövlət sosial yardımın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi X2, cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tanınması, iddia tələbinə isə “2016-cı ildə təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılması ilə bağlı qərarın (inzibati aktin) ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2-1(120)-765/2020 saylı qərardadı ilə İddiaçı ərizəsinin təmin edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı xx.xx.2016-cı il tarixdə ünvanlı dövlət sosial yardımın alınması üçün X16 və X19 müraciət etmişdir. Ona xx.xx.2016-cı il tarixdə mesajla 159,13 manat ünvanlı dövlət sosial yardımın təyin edildiyi bildirilmişdir. Həmin yardımı xx.xx.2017-ci il tarixə kimi almışdır. xx.xx.2017-ci il tarixdə ünvanlı dövlət sosial yardımın dayandırılması barədə mesaj gəlmişdir. Maddi məişət yoxlaması zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyi üçün “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə uyğun olaraq ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququ bir il müddətinə məhdudlaşdırılmışdır. Səbəb kimi, mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilməməsi göstərilmişdir. Aqrar islahat zamanı iddiaçı və onun ailə üzvlərinə verilmiş 2,77 hektar pay torpaq sahəsi ilə bağlı JN-141 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktını təqdim etdikdə isə iddiaçıya cavab verilmişdir ki, həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış təqdim edilməlidir. Eyni zamanda qeyd etmişdir ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçıya SUN (sığorta edənin uçot nömrəsi) hesabı açılmış və həmin hesaba pul ödənilmişdir. Ünvanlı sosial yardım almaq üçün SUN (sığorta edənin uçot nömrəsi) hesabı “Dövlət aktı”nın surətini və digər sənədləri DSMF-nin müraciəti əsasında qeydə alınmaqla verilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X14 izahatında iddia tələbini qəbul etmədiyini bildirərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs X7 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2-1(120)-765/2020 saylı qərardadı ilə İddiaçı ərizəsinin təmin edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin 2016-cı ildə təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılması ilə bağlı qərarının (inzibati aktın) ləğv edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş və dayandırılmış ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan ünvanlı sosial yardımın alınması üçün müraciətin qəbul edilməsinə dair aac017344e89440489cfd49b51c1841f nömrəli bildirişin surətindən görünür ki, İddiaçı ünvanlı dövlət sosial yardımın alınması üçün xx.xx.2016-cı il tarixli müraciəti X16 və X26 tərəfindən **********95402 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair fa0b1480c8e94f3e965ae2e3011cfd58 nömrəli bildirişin surətindən görünür ki, maddi məişət yoxlaması zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyi üçün “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə uyğun olaraq İddiaçı ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququ bir il müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində kənd təsərrüfatına yararlı JN 80800028-141 nömrəli torpaq sahəsi olan şəxs barədə məlumatın təqdim edilməməsi səbəbindən xx.xx.2016-cı il tarixli, **********95402 nömrəli müraciətə əsasən sosial yardımın təyin olunmasından imtina edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin məhkəməyə ünvanladığı iyun 2018-ci il tarixli, 30/03-237 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ailəsinə xx.xx.2016-cı il tarixdən 2 il müddətinə 159,13 manat VEMTAS-la ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Ünvanlı dövlət sosial yardımı üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı tarixli, 37 nömrəli qərarına əsasən 15 fevral 2016-cı il tarixdən X16 və X26 vasitəsi ilə (VEMTAS) həyata keçirilir. Bu səbəbdən də Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin bazasında olan məlumatlara əsasən X1 ünvanlı sosial yardım alan ailələrin müraciətləri araşdırılarkən, JN 80800028- 141 nömrəli torpağa mülkiyyət hüququna dair torpaq aktında atası X12 və onun digər 5 nəfər ailə üzvlərinə məxsus 2-ci keyfiyyət qrupuna malik 2,77 hektar pay torpağı olduğu halda, о, özünün məşğulluğunu təmin etmək məqsədi ilə şöbədə fiziki şəxs kimi **********9 SUN (sığortaedənin uçot nömrəsi) hesab nömrəsi ilə qeydiyyata düşmüşdür. Mərkəzləşdirilmiş informasiya sisteminin məlumatlarında İddiaçı ailəsinin ümumi mülkiyyətində istifadəyə yararlı pay torpağı olduğu, müraciəti zamanı isə bu barədə məlumatın göstərilmədiyi müəyyən olunduğundan“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7-ci bəndinə əsasən (ailənin tərkibi, əmlakı və gəliri haqqında məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci mddəsinə uyğun olaraq həmin ailə bir il müddətinə sosial yardım almaq hüququnu itirir)sosial yardımın ödənişi dayandırılmışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunununtələblərinə uyğun olaraq sosial yardım üçün müraciət edən ailələr mülkiyyətlərində olan pay torpaqlarını müvafiq dövlət orqanında (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) torpaq mülkiyyət hüququna dair dövlət aktında öz adlarına rəsmiləşdirmələrini təmin etməlidirlər. Bu barədə vətəndaş şöbədə olduğu vaxt ona məlumat verilərək imtinanın səbəbini aradan qaldırıb təkrar müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan JN-141 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 27 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X10 və onun ailə üzvləri X3, X8, İddiaçı Hafiz oğlunun, X4 və X9 mülkiyyətinə 2,77 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3-ci maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 10.1-ci maddəsinə əsasən sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 10.3-cü maddəsinə əsasən sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 4.6-cı bəndinə əsasən ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. 4.7-ci bəndinə əsasən sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X5 2016-ci ildə sosial yardım təyin olunmuş, ancaq İddiaçı ailəsinin ümumi mülkiyyətində istifadəyə yararlı pay torpağı olduğu və müraciəti zamanı bu barədə məlumatı göstərmədiyinə görə sosial yardımın ödənişi dayandırılmışdır. Məhkəmə qeyd edir ki, sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həqiqətən də sosial yardımın təyin olunması üçün müraciət edərkən iddiaçı həmin müraciətində əmlakı barədə məlumatları qeyd etməmişdir. Belə ki, iş materiallarında olan iddiaçının sosial yardımın alınması ilə bağlı müraciətinin elektron çıxarışından görünür ki, iddiaçının təqdim etdiyi sənədlərin siyahısında pay torpağı barədə hər hansı məlumat qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin 2016-cı ildə təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılması ilə bağlı qərarı (inzibati aktı) qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin inzibati aktınının qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2016-cı ildə təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılması ilə bağlı qərarın (inzibati aktın) ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2016-cı ildə təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılması ilə bağlı qərarın (inzibati aktın) ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-765/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-765/2020
07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver