Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-765/2024 28.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin dayandırıldığı vaxtdan-yəni noyabr 2021-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin dayandırıldığı vaxtdan-yəni noyabr 2021-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2998/2023 nömrəli qərardadı ilə Lənkəran rayon Mərkəzi Xəstəxanası iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdiur. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2998/2023 nömrəli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu adi cəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin 07 iyun 2024-cü il tarixli qərardadları ilə iddia tələbi dəqiqləşdirilərək “cavabdehin xx.xx.2022-ci il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin dayandırıldığı vaxtdan-yəni noyabr 2021-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi və Dövlət Sosial Müdafiə Fondunun məhkəmə icraatına üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-765/2024 nömrəli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, anadangəlmə inkişaf qusuru, böyrəklərin polikistozu, xroniki böyrək çatışmamazlığın 3-cü dərəcəsi xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik sağalmaz xəstəliklər kateqoriyasına aiddir. Ağır xroniki xəstə olduğu üçün 32 nömrəli Zona TSEK-in SER TSE -01 № 145294 nömrəli arayışı (tibbi rəyi) ilə ona əmək qabiliyyətinə malik olmayan 3-cü dərəcəli əlilik qrupu təyin edilmiş və həmin rəyə əsasən 01 noyabr 2012-ci il tarixdən etibarən əlillik pensiyası təyin edilmişdir. Növbəti müayinə tarixi 20 oktyabr 2012-ci il müəyyən edilmişdir. 20 oktyabr 2013-cü il tarixdə o, növbəti tibbi müayinədən keçmiş və 32 nömrəli Zona TSEK-in SER TSE -01 № 090599 nömrəli arayışına əsasən onun əlillik dərəcəsi yenidən təsdiq edilmiş və növbəti müayinə tarixi 17 oktyabr 2013-cü il müəyyən edilmişdir. 17 oktyabr 2013-cü il tarixdə o, növbəti tibbi müayinədən keçmiş və 32 nömrəli Zona TSEK-in SER TSE -01 № 268521 nömrəli arayışına əsasən onun əlillik dərəcəsi yenidən təsdiq edilmiş və növbəti müayinə tarixi 25 oktyabr 2014-cü il müəyyən edilmişdir. 25 oktyabr 2014-cü il tarixdə o, növbəti tibbi müayinədən keçmiş və 32 nömrəli Zona TSEK-in SER TSE -01 № 482574 nömrəli arayışına əsasən onun əlillik dərəcəsi yenidən təsdiq edilmiş və növbəti müayinə tarixi 27 oktyabr 2015-ci il tarixə təyin edilmişdir. 25 oktyabr 2015-ci il tarixdə o, TSEK-dən növbəti tibbi müayinədən keçmiş və əlilik dərəcəsi 2016-cı ilin noyabr ayına qədər uzadılmışıdır. xx.xx.2016-cı il tarixdə o, növbəti müayinədən keçmiş və TSEK-in rəyinə əsasən ona 2 qrup əlilik dərəcəsi təyin edilmiş, əlillik müddəti 5 il müəyyən edilmişdir, növbəti müayinədən keçmə müddəti 30 noyabr 2021-ci il tarixə qədər uzadılmışdır. 2021-ci ilin oktyabr ayında o, növbəti müayinədən keçmək üçün tələb olunan bütün tibbi sənədləri TSEK-ə təqdim etmişdir. Lakin, məlum olmayan səbəblərdən, tibbi ekspert komissiyası heç bir səbəb göstərmədən tibbi rəyi verməmişdir. Cavabdeh əlilliyi barədə rəy vermədiyi üçün ona noyabr 2021-ci il tarixdən, noyabr 2022-ci il tarixə qədər müddət üçün ona əmək pensiyası ödənilməmişdir. 2022-ci ilin noyabr ayında ona rəy vermək üçün tələb olunan bütün tibbi sənədləri TSEK-ə təqdim edərək xx.xx.2022-ci il tarixdə növbəti tiibi müayinədən keçmiş, onun əlillik dərəcəsi yenidən təsdiq edilmiş və həmin tarixdən pensiya ödənişləri bərpa edilmişdir. Növbəti müaynə tarixi 30 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi, TSEK -in təqsiri üzündən, 2021-ci il noyabr ayında tibbi ekspert rəyi verilmədiyi üçün, o noyabr 2021-ci il tarixdən noyabr 2022-ci il tarixədək, yəni 12 ay müddətində pensiya almaq hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Halbuki, işin hallarından müəyyən olunur ki, o, həmin müddətdə ağır xəstə olmuş və əlillik dərəcəsinin verilməməsi üçün hər hansı əsaslar olmamışdır. Cavabdeh TSEK-in qanunsuz əməlləri və yaxud səhlənkarlığı üzündən həmin müddət üçün barəsində ekspert rəyi qanunsuz olaraq verilməmişdir. Göstərilənləri nəzərə alaraq, o, xx.xx.2023-cü il tarixli ərizə ilə (Məktubun transaksiya Göndəriş № SS828751655AZ) cavabdehə müraciət edib, TSEK -ə təqdim etdiyi tibbi sənədlər üzrə 2021-ci il noyabr tarixindən 2022-ci ilin noyabr tarixə qədər olan müddət üçün əlil olmağı barədə tibbi-sosial ekspert arayışının (tibbi rəyin) verilməsini xahiş etmiş ki, həmin müddət üçün onun pensiya hüquqları bərpa edilsin. Bildirir ki, onun məktubu cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir, lakin cavabdeh bu günə kimi məktuba cavab verməmiş, yol verdiyi qanun pozuntusunu aradan qaldımamışdır. Bildirir ki cavabdehin hərəkətləri tam qanunsuzdur, onun əlilik qrupu ömürlük təyin edilmiş, əlillik vəziyyəti davamlı olmuş, noyabr 2021-ci il tarixdən noyabr 2022-ci il tarixdək də əlili olmuşdur. Göstərilən müddətdə onun sağlam olmağı istisna olunur, sadəcə olaraq həmin müddət üçün bilə-bilə qanunsuz onun pensiya haqqını kəsmək üçün cavabdeh bu əməllərə yol vermişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamaziığınm digər təzahürləri Diaqnozun mətni: Anadangəlmə inkişaf qüsuru böyrəklərin polikistozu xroniki pielonefrit natamam remisiya xr BÇ İİ d Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamaziığınm digər təzahürləri Diaqnozun mətni: Anadangəlmə inkişaf qüsuru böyrəklərin polikistozu xroniki pielonefrit natamam remisiya xr BÇ İİ d Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q60-Q64 - Sidik sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q61 - Böyrəyin sist... Diaqnozun mətni: Böyrəyin polikistozu, autosom resessiv. Anadangəlmə inkişaf qüsuru .böyrəklərin polikistozu. Xroniki böyrək çatmamazlığı İİ mərhələ. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Anadangəlmə inkişaf qüsuru .böyrəklərin polikistozu.XBÇ İİ dərəcə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q60-Q64 - Sidik sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q61 - Böyrəyin sist... Diaqnozun mətni: Böyrəyin polikistozu, autosom resessiv. Anadangəlmə inkişaf qüsuru .böyrəklərin polikistozu. Xroniki böyrək çatmamazlığı İİ mərhələ. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Anadangəlmə inkişaf qüsuru .böyrəklərin polikistozu.XBÇ İİ dərəcə” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 07.01,2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q60-Q64 - Sidik sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q61 - Böyrəyin sist... Diaqnozun mətni: Böyrəyin polikistozu, autosom resessiv, Böyrəklərin polikistozu (hər iki böyrəyin anadangəlmə inkişaf qüsuru) Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Anadangəlmə inkişaf qüsuru .böyrəklərin polikistozu.XBÇ İİ dərəcə” səbəbi ilə imtina verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar Diaqnozun mətni: Böyrəyin polikistozu, autosom resessiv, Böyrəklərin polikistozu (Hər iki böyrəyin anadangəlmə inkişaf qusuru ). Xroniki böyrək xəstəliyi İİİ mərhələ. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Xroniki obstruktiv pielonefrit, Xroniki pielonefritin kəskinləşmə. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: 4.1.1.2. N18.2 - Ağırlaşma, Sidik-cinsiyyət sisteminin xəstəlikləri => Qlomerulyar (yumaqcıq) xəstəliklər => XBX İİ mərhələ => XBX İİİ mərhələ (XBÇ İİ mərhələ qanda kreatinin səviyyəsi 177-352 mkmol/l aralığında)” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: İ.Bakı şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Baş Klinik Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011 -ci il tarixli 398 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Anadangəlmə inkişaf qüsuru. Böyrəklərin polikistozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi və "Xroniki pielonefrit. natamam remissiva mərhələsində. Xroniki böyrək çatışmamazlığı İ (birinci) mərhələ. Hər iki böyrəyin daşı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı arterial təzyiqin yüksək olmasından, baş ağrısı, beldə ağrılardan şikayət etmişdir. Müayinə zamanı dərisi solğun çəhrayi, bozumtul çalarlı, periferiyalar soyuq, saturasiya 93%, arterial təzyiq 160/110 mm.c.s müəyyən edilmişdir. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Uroloji xəstəxanasının xx.xx.2022- ci il tarixli X8 diaqnoz “Böyrəklərin polikistozu. Hər iki böyrəyin daşları. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ” kimi müəyyənləşdirilmişdir.ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 10 nömrəli Biokimyəvi analizin nəticəsi "Kreatinin 272 mkmol/l. Sidik cövhəri 8.72 mmol/l” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AR qanunu ilə 2 iyul 2021-ci ildə qüvvəyə minmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Döviət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırıİmiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Həmçinin qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə iddiaçının əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar iddiası, fikrimizcə, mümkünsüz hesab edilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil gəlmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi Şəxsinin və üçüncü şəxs Lənkəran rayon Mərkəzi Xəstəxanasının nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddia tələbinin əsaslı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Akad. M.C.Cavad-zadə adına Respublika Kliniki uroloji xəstəxanasının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X8n görünür ki, İddiaçı Diaqnozu-böyrəklərin polikistozu. Xroniki böyrək xəstəliyi 3-cü mərhələsindədir. Akad. M.C.Cavad-zadə adına Respublika Kliniki uroloji xəstəxanasının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X8n görünür ki, İddiaçı Diaqnozu-böyrəklərin polikistozu.Hər iki böyrəyin daşları. Xroniki böyrək xəstəliyi 2-ci mərhələsindədir. Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixində Hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə bir il müddətinə təyin edilmiş ikinci dərəcə ilkin əlillik təyinatı sonuncu dəfə xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildirir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra İddiaçı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AANW0 nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022- ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Müayinə zamanı təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq ona təyin edilmiş diaqnozu təsdiq edən ixtisaslaşmış müalicə müddəti yetərli olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı müraciəti əsasında xx.xx.2022-ci il tarixində yenidən Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2022-ci il tarixindən Hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 2 il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edək ki, qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS göndərilməklə yanaşı, qəbul zamanı bu barədə ona ətraflı məlumat verilmişdir. İddiaçı ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı növbəti müayinə tarixi xx.xx.2022-ci il tarixə təyin edilmişdir.Və Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 42 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 37. Lənkəran rayon sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 398 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Anadangəlmə inkişaf qüsuru. Böyrəklərin polikistozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi və “Xroniki pieionefrit. natamam remissiva mərhələsində. Xroniki böyrək çatışmazlığı İ (birinci) mərhələ. Hər iki bövrəvin daşı" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri bel nahiyyəsində olan ağrıdan, arterial təzyiqin yüksək olmasından ibarətdir. Obyektiv müayinədə huşu aydın, suailara adekvat cavab verir. Dərisi və görünən seilikli qişaları təmizdir. Üz nahiyyəsində pastczluq yoxdur. Tənəffüsü sərbəstdir. Auskultasiyada vezikuiyar tənəffüs eşidilir. Ürək tonları aydındır. AYT 160\100 mm.c.süt.dur. Dili nəmdir, zəif ərplidir. Qarnı yumşaqdır. Qaraciyər və dalaq böyüməyib. Pasternatski simptomu hər iki tərəfdə (-)-dir. Aşağı ətraflarında ödem qeyd olunmur. Vətəndaş 28.02. 2011-ci il tarixində hərbi xidmətdən tərxis olunub. xx.xx.2022-ci il tarixində komissiyaya daxil olub, bu müddət ərzində stasionar müalicə olunması barədə epikrizi yoxdur. 2021-ci ilin oktyabrında, 2022-ci ilin aprelində Ak.M.C.Cavadzadə adına Kliniki Uroloji xəstəxanasından tibbi rəyi var. (2021-ci ildə İ! mərhələ “Xroniki böyrək xəstəliyi”, 2022-ci ildə “Xroniki böyrək xəstəliyi İİİ mərhələ” diaqnozu). Stasionar müalicəsi yetərli olmadığı üçün “İxtisaslı tibb müəssisəsində müalicə olunması” qərarı verilir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə uyğun olaraq Müalicənin Davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: İ.Bakı şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Baş Klinik Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011 -ci il tarixli 398 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Anadangəlmə inkişaf qüsuru. Böyrəklərin oolikistozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi və “Xroniki pielonefrit, natamam remissiya mərhələsində. Xroniki böyrək çatışmamazlıqı İ (birinci) mərhələ. Hər iki böyrəyin daşı’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı arterial təzyiqin yüksək olmasından, baş ağrısı, beldə ağrılardan şikayət etmişdir. Müayinə zamanı dərisi solğun çəhrayi, bozumtul çalarlı, periferiyalar soyuq, saturasiya 93%, arterial təzyiq 160/110 mm.c.s müəyyən edilmişdir. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Uroloji xəstəxanasının xx.xx.2022-ci il tarixli X8 diaqnoz “Böyrəklərin oolikistozu. Hər iki böyrəyin daşları. Xroniki böyrək xəstəlivi-3-cü mərhələ" kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 10 nömrəli Biokimyəvi analizin nəticəsi “Kreatinin 272 mkmol/l, Sidik cövhəri 8.72 mmol/l” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Komissiya qərara alır: 1.Əlilliyin qiymətləndirilməsi nəticəsinə dair vətəndaşlar barədə aşağıdakı qərarlar qəbul edilsin: İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli iddiaçının əlillik vəziyyəti barədə məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, İddiaçı xx.xx.2022ci il tarixində hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən iki il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, əlilliyin son bitmə tarixi xx.xx.2021-ci il tarixinə təsadüf etdiyindən və əlilliyin bitmə tarixi ilə yeni təyinat tarixi arasında qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən İddiaçı əvvəlki dövrə dair ödənişin verilməsi mümkün deyildir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş X6 məktubunuzda qeyd etdiyiniz dövrlərdə Mərkəzi Filial tərəfindən hər hansı pensiya ödənişi həyata keçirilməyib. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Y00011760YJL nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 2 il müddətinə (xx.xx.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Bildiririk ki, qiymətləndirmə nəticəsi barədə vətəndaşa xx.xx.2022-ci il tarixində, saat 03:53-də, ***-***-**-** telefon nömrəsinə SMS vasitəsilə məlumat göndərilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X7 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Məhkəmənin mövqeyi İşin qeyd olunan hallarını və qanunvericiliyin müvafiq normalarını nəzərə alaraq yuxarıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Belə ki, iddiaçı barədə xx.xx.2011-ci il tarixində Hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə bir il müddətinə təyin edilmiş ikinci dərəcə ilkin əlillik təyinatı sonuncu dəfə xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra İddiaçı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AANW0 nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022- ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Müayinə zamanı təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq ona təyin edilmiş diaqnozu təsdiq edən ixtisaslaşmış müalicə müddəti yetərli olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı müraciəti əsasında xx.xx.2022-ci il tarixində yenidən Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2022-ci il tarixindən Hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 2 il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, həm əvvəlki əlillik təyinatı zamanı, həmçinin də sonuncu təyinat zamanı əlilliyin səbəbi və diaqnozu eyni olaraq qalmışdır. Belə ki, iddiaçıda tibb müəssisələrinin də xəstəlik barədə arayışları ilə təsdiq edilir ki, böyrək qüsuru, xroniki böyrək xəstəliyi mövcud olmuşdur.Onun xəstəliyi anadangəlmə olmaqla yanaşı sağalmaz xəstəlikdir. Və böyrək xəstəliyi nəinki iddiaçıda sağalmamamış və ya yaxşılaşmamışdır, hətta sonuncu əlillik təyinatı zamanı üçüncü mərhələ kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda həmin dövrlərə münasibətdə İddiaçı müraciətindən cavabdehin imtinası qanuni olmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə şəxsin (hazırki halda iddiaçının) əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən (hazırki halda xx.xx.2022-ci il ) 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilməli idi. Belə ki, alt sistemdən çıxarışdan müəyyən olunur ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının göndərişi xx.xx.2022-ci il tarixdə mərkəzləşdirilmiş elektron sistemə daxil olaraq qeydiyyata alınmışdır.Başqa sözlə iddiaçı cavabdeh inzibati orqana vaxtında müraciət etmiş və imtina onun təqsiri üzündən yaranan hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq, iddiaçıya beş il müddətinə təyin olunmuş əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə göndərilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmiş, daha sonra isə təkrar baxılaraq eyni diaqnozla xx.xx.2022-ci il tarixindən Hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 2 il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir və bununla da iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sosial təminat almaq hüququ pozulmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarına İddiaçı aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi Şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-765/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-765/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver