Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-768/2023 12.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991xx.xx.1999-cu illərdə işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon Şöbəsindən aldığı əmək haqqının, eləcə də orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan digər ödənclərin ərazisinə, eləcə də əhali sayına görə Sabirabad rayonuna uyğun olan digər rayonun (rayonların və ya şəhərin) işlədiyi vəzifədə işləmiş işçilərinin əmək haqqları əsas götürülməklə hesablanması və həmin illər də nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1991-xx.xx.1999-cu illərdə işlədiyi müddət nəzərə alınmaqla (ildə hər rübdə aldığı mükafatların və ildə bir məzuniyyət dövrü aldığı maddi yardımın hesablanması) və hüququnun yarandığı tarixdən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.1991-xx.xx.1999-cu illərdə işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon Şöbəsindən aldığı əmək haqqının, eləcə də orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan digər ödənclərin ərazisinə, eləcə də əhali sayına görə Sabirabad rayonuna uyğun olan digər rayonun (rayonların və ya şəhərin) işlədiyi vəzifədə işləmiş işçilərinin əmək haqqları əsas götürülməklə hesablanması və həmin illər də nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Sabirabad rayonunda anadan olmuşdur. Ona yaşa görə əmək pensiyası təyin edilmişdir. O, dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunmasından ötrü cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.1991-xx.xx.1999-cu illərdə işlədiyi müddət nəzərə alınmaqla(ildə hər rübdə aldığı mükafatların və ildə bir məzuniyyət dövrü aldığı maddi yardımın hesablanması) və hüququnun yarandığı tarixdən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, 2-1(120)-2202/2022 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etiraz təqdim edilmişdir. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə e cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı məktubda iddiaçının əmək pensiyasının müəyyənləşdirilməsi zamanı orta aylıq əmək haqqınının hesablanması üçün onun xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Sabirabad ayon şöbəsində işlədiyi müddətdə ödənilmiş əməkhaqqı barədə arayışın təqdim edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına sorğu verildiyi və nəticədə sözügedən Mərkəzi Filiala göstərilən dövr üzrə əmək haqqı cədvəllərinin təhvil verilmədiyi, bu səbəbdən də iddiaçıya dair məlumatların təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Odur ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması.Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Həmin Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 12 dekabr 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan rcəllənin 1.2 və 47-ci maddələrini rəhbər tutaraq, İddiaçı xx.xx.1991-xx.xx.1999-cu illərdə işlədiyi müddət nəzərə alınmaqla (ildə hər rübdə aldığı mükafatların və ildə bir məzuniyyət dövrü aldığı maddi yardımın hesablanması) və hüququnun yarandığı tarixdən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 07063025 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş Abbasov X3 şəhəri H.Əliyev pr. ev 2A, m 16 ünvanında qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciətə əsasən əmək pensiyasının müəyyənləşdirilməsi zamanı orta aylıq əmək haqqının hesablanması üçün xx.xx.1991-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Fondun Sabirabad rayon şöbəsində işlədiyi müddətdə ödənilmiş əmək haqqı barədə arayışın təqdim edilməsi üçün Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına sorğu verilib. Cavab olaraq sözügedən Mərkəzi Filiala göstərilən dövr üzrə əmək haqqı cədvəllərinin təhvil verilmədiyi, bu səbəbdən də iddiaçıya dair məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilib. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda göstərilmişdir ki, ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsinin Mil- Muğan regional filialına xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli 1991- 1999-cu illərdə işlədiyi ardıcıl 5 ilin əmək haqqı və mükafatları barədə arayış tərtib edilməsi haqqında müraciətə aidiyyəti üzrə filialda baxılmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, Fondun Mil-Muğan regional filialının Sabirabad rayon qəbul şöbəsinin arxiv sənədlərinə baxış keçirilmiş və 1991-1999-cu illərə aid əmək haqqı cədvəlləri aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı Filialının 13 oktyabr 2022-ci il tarixində daxil olmuş **********1 nömrəlı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 9 sentyabr 2022- ci il tarixində daxil olmuş 2-1(120)-2202/2022 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Vətəndaş İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajının 28 il 5 ay 29 gün (xx.xx.1973xx.xx.1974-cü il, xx.xx.1977-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2002-ci İl, xx.xx.2002xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), dövlət qulluğu stajının isə 21 il 1 ay 2 gün (xx.xx.1981 xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1999-cu il,xx.xx.1999-xx.xx.2000-ci il,xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində 85924,35 manat pensiya kapitalı qeydə alınmışdır. İbrəhim X8 müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. - İşdə olan ГЗ 041698 nömrəli hərbi biletin surətindən görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 24 noyabr 2022-ci il tarixli **********7 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.1991-xx.xx.1999-cu illərdə işlədiyi müddət nəzərə alınmaqla(ildə hər rübdə aldığı mükafatların və ildə bir məzuniyyət dövrü aldığı maddi yardımın hesablanması) və hüququnun yarandığı tarixdən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-2202/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna baxılmışdır. Qeyd olunan məhkəmə sorğusunda İddiaçı pensiya işinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması qeyd olunmuşdur. İddiaçı pensiyaçı olmadığından onun adına pensiya işi açılmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-51016/2023 nömrəli məktubunda göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən 23 dekabr 2022-ci il tarixli 2- 1(120)-2202/2022 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. X1 (Sabirabad rayonu, № 753272) pensiya ödənişinə dair sənədləri Mərkəzi Filiala təhvil verilməmişdir. - İşdə olan 01 iyul 1974-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.2003-cü illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.1991-ci ildə Sabirabad rayon müvəkkilliyinə birinci dərəcəli mütəxəssis təyin edilmiş, xx.xx.1993-cü ildə birinci dərəcəli müfəttiş vəzifəsindən aparıcı müfəttiş vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.1999-cu ildə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının aparatı hüquq şöbəsinin hüquqşünası təyin edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 9-3/2-1151/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 1991-1999-cu illərdə müxtəlif vəzifələrdə iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı 7 mart 2023-cü il tarixli 2-1 (120)-768/2023 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır.1991-1999-cu illərdə SSRİ Təqaüd fondunun Azərbaycan Respublikası şöbəsinin Sabirabad rayon müvəkkilliyində, Azərbaycan Respublikasının Pensiya Fondunun və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsində birinci dərəcəli mütəxəssis, birinci dərəcəli müfəttiş və aparıcı müfəttiş vəzifələrində iş müddətilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 1991-ci il 503 nömrəli Fərmanı ilə SSRİ Pensiya Fondunun Azərbaycan Respublika şöbəsi Azərbaycan Respublikasının Pensiya Fonduna çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il 233 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yaradılmışdır. Yuxarıda adıçəkilən siyahının 2.12-ci bəndinə əsasən (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından İddiaçı 1991-1999-cu illərdə SSRİ Təqaüd fondunun Azərbaycan Respublikası şöbəsinin Sabirabad rayon müvəkkilliyində, Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsində birinci dərəcəli mütəxəssis, birinci dərəcəli müfəttiş və aparıcı müfəttiş vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı Filialının 19 iyul 2023-cü i! tarixində daxil olmuş 3-17-1/2-162193/2023 nömrəlı məktubunda göstərilmişdir ki, X4 X10 tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də adıçəkilən şəxsə dair Mərkəzi Filialda hər hansı məlumat mövcud olmadığından məktubda qeyd etdiyi məsələlərə münasibət bildirilməsi mümkün deyil. - İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı 20 iyul 2023-cü il tarixli 3-17-1/2-163747/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı hüququnun yarandığı 2021-ci il 08 noyabr tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunduğuna görə pensiya işinin təsdiq edilmiş surətinin təqdim edilməsi mümkün deyildir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən İddiaçı aid çıxarışlar göndərilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı Filialının 20 iyul 2023-cü il tarixli, 3-17-1/2-163173/2023 nömrəlı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli 2-1(120)-768/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyindən ona pensiya işi tərtib edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci i! tarixli,**********2 nömrəlı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 dekabr 2021 -ci il tarixində daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajı təsdiq edən sənədlərin əsilləri (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq ədən sənəd və s.);pensiya təyin edilməsi ilə bağlı ərizə;dövlət quliuqçusu kimi işlədiyi müddətin son 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqı barədə müvafiq dövlət orqanının arayışı təqdim edilməlidir.Qeyd olunanları nəzərə alaraq, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxanda göstərilən müvafiq sənədlər (əmək haqqı barədə arayış bu məktuba əlavə olunmuş qaydada tərtib edilməklə) tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü i! tarixli, 3-17-1/2-226946/23 nömrəlı məktubunda göstərilmişdir ki, ölkə üzrə əmək pensiyaçılarının elektron məlumat sistemində onların vaxtilə işlədikləri müəssisələr üzrə təsnifatı aparılmadığından məktubda qeyd edilən məsələyə münasibət bildirilməsi mümkün deyil. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filalının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-236917/2023 nömrəli məktubunda göstərilmişdir ki, qeyd edilmiş illər (1991-1999-cu illər) üzrə əmək haqqı cədvəllərinin bir neçə nümunəsini təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilimişdir ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, hal-hazırda yaşa görə əmək pensiyası alır. İddiaçı cavabdeh orqana müraciət edərək, dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən imtina edilmiş və iddiaçının əmək pensiyasının müəyyənləşdirilməsi zamanı orta aylıq əmək haqqınının hesablanması üçün İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsində işlədiyi müddətdə ödənilmiş əmək haqqı barədə arayışın təqdim edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına sorğu verildiyi və nəticədə sözügedən Mərkəzi Filiala göstərilən dövr üzrə əmək haqqı cədvəllərinin təhvil verilmədiyi, bu səbəbdən də iddiaçıya dair məlumatların təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Odur ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçı məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X11, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X12 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası. Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X12, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları);8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 8.3-cü maddəsinə əsasən konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarında olan 01 iyul 1974-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.2003-cü illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur, əsasən xx.xx.1981-ci il tarixdən Rayon Sosial Təyinat Şöbəsində nəzarətçi mühasib, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il Nəzarət mühasib vəzifəsindən aztəminatlı ailələr üzrə baş inspektor, xx.xx.1991xx.xx.1991-ci illərdə SSRİ Təqaüd fondunun Azərbaycan Respublikası şöbəsinin Sabirabad rayon müvəkkilliyində birinci dərəcəli mütəxəssis, xx.xx.1991-ci il tarixdə SSRİ Təqaüd fondunun Azərbaycan Respublikası şöbəsinin Sabirabad rayon müvəkkilliyi Pensiya Fonduna çevrilmişdir, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbəsinə çevrilmiş, xx.xx.1993-cü il tarixdən birinci dərəcəli müfəttiş vəzifəsindən aparıcı müfəttiş işləmiş, xx.xx.1999-cu il tarixdə ərizəsi ilə işdən azad olunmuşdur. İş materiallarını araşdıraraq məhkəmə müəyyən etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilən zaman 1992-ci ilədək 11 il, 1992-ci il tarixdən 2006-cı ilədək 14 il, 2006-cı il tarixdən sonra isə 14 il, cəmi 39 il siğorta stajı hesablanmış, həmçinin fərdi hesabının siğorta hissəsində 85924.35 manat pensia kapitalı qeydə alınmışdır. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının işlədiyi 1991-1999-cu illər mübahisələndirilmiş və səbəb olaraq Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsində işlədiyi müddətdə ödənilmiş əmək haqqı barədə arayışın təqdim edilmədiyini, əmək haqqı cədvəllərinin təhvil verilmədiyi, bu səbəbdən də iddiaçıya dair məlumatların təqdim edilməsinin mümkün olmadığı göstərmişdir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin idarələrdə işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi dövrdə SSRİ Təqaüd fondunun Azərbaycan Respublikası şöbəsinin Sabirabad rayon müvəkkilliyi Pensiya Fondu, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbəsi mövcud olmuş, iddiaçı həmin şöbələrdə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1972-xx.xx.1974-cü ilədək Masallı şəhər Kino Birliyində, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək “Ağdam” birjasında matros-trenajor, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Lənkəran” birja, xx.xx.1976– xx.xx.2001-ci ilədək Masallı rayon Kino Video İdarəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı xx.xx.1991-ci il Nəzarət mühasib vəzifəsindən aztəminatlı ailələr üzrə baş inspektor, xx.xx.1991-xx.xx.1991-ci illərdə SSRİ Təqaüd fondunun Azərbaycan Respublikası şöbəsinin Sabirabad rayon müvəkkilliyində birinci dərəcəli mütəxəssis, xx.xx.1991-ci il tarixdə SSRİ Təqaüd fondunun Azərbaycan Respublikası şöbəsinin Sabirabad rayon müvəkkilliyi Pensiya Fonduna çevrilmişdir, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbəsinə çevrilmiş, xx.xx.1993-cü il tarixdən birinci dərəcəli müfəttiş vəzifəsindən aparıcı müfəttiş işləmiş, xx.xx.1999-cu il tarixdə ərizəsi ilə işdən azad olunması onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə SSRİ Təqaüd fondunun Azərbaycan Respublikası şöbəsinin Sabirabad rayon müvəkkilliyi Pensiya Fondu, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbəsinin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün idarəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Həmçinin Azərbaycan Respublikası X7 məhkəməyə daxil olmuş məlumat üzrə İddiaçı 1991-1999-cu illərdə SSRİ Təqaüd fondunun Azərbaycan Respublikası şöbəsinin Sabirabad rayon müvəkkilliyində, Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsində birinci dərəcəli mütəxəssis, birinci dərəcəli müfəttiş və aparıcı müfəttiş vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alındığı qeyd edilmişdir. Buna görə də İddiaçı 1991-1999-cu illərdə göstərdiyi əmək fəaliyyəti dövlət qulluğu hesab edilməlidir. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, xx.xx.1991-xx.xx.1999-cu illərdə işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon Şöbəsindən aldığı əmək haqqının, eləcə də orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan digər ödənclərin ərazisinə, eləcə də əhali sayına görə Sabirabad rayonuna uyğun olan digər rayonun (rayonların və ya şəhərin) işlədiyi vəzifədə işləmiş işçilərinin əmək haqqları əsas götürülməklə hesablanmasını xahiş etmişdir, iddiaçı haqqında mükafat və müavinətlərin alınması barədə sübut olmadığı üçün və əmək pensiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na uyğun olaraq hesablanması həyata keçirildiyi üçün həmin hissədə məhkəmə tərəfindən təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, iddiaçı İddiaçı hüququ yarandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi və yaranmış fərqin (xx.xx.2021-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınaraq hesablanıb çıxılmaqla) ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı hüququ yarandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi və yaranmış fərqin (xx.xx.2021-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınaraq hesablanıb çıxılmaqla) ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-768/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-768/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver