Məhkəmə qərarları › İş №2-1(120)-768/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-768/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-768/2025 17.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X15inə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X15inə qarşı “cavabdehin hərəkətsizliyi nəticəsində ona əlilliyə görə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyul ayınadək ödənilməmiş cəmi 2612 manat (9x268+200) pensiyadan məhrum olmağı ilə bağlı vurulmuş ziyana görə 2612 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X15inə qarşı “cavabdehin hərəkətsizliyi nəticəsində ona əlilliyə görə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyul ayınadək ödənilməmiş cəmi 2612 manat (9x268+200) pensiyadan məhrum olmağı ilə bağlı vurulmuş ziyana görə 2612 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, baş beynin travmatik xəstəliyi nəticəsində ifadəli şəxsiyyyət dəyişkənliyi, tez-tez dekompensasiyalaıia psixopatabənzər davranış pozuntuları, intellektula-mnestik funksiyaların enməsi diqnozu ilə uzun müddətdir ki, müalicə olunmaqla ona xx.xx.2016-cı il tarixdə İİ qrup əlillik təyin edilmişdir. Növbəti həkim müayinəsindən 2021-ci ilin oktyabr ayında keçsə də, sənədləri hansısa səbəbdən TSEK-na göndərilməmişdir. Dəfələrlə tələb etdikdən sonra, nəhayət ötən ilin iyun ayının 28-də sənədlərim TSEK-na göndərilmiş və 2 gün sonra mənə yenidən əlillik təyin edilmişdir. Nəticədə isə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyul ayınadək olan 9 ay ərzində, hər ay 268 manat olmaqla, cəmi 2412 manat pensiyasından və hər 3 aydan bir verilən cəmi 200 manat müavinətdən məhrum olmuşdur. Həmin pensiyanın ona ödənilməsi barədə müraciəti isə cavabdeh tərəfindən təmin edilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3.3-1 -ci bəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Onun əlillik müddəti 2021-ci ilin sentyabr ayının 29-da bitməklə həmin ilin oktyabr ayında tibbi müayinədən keçsə də, cavabdeh əsassız olaraq süründürməçiliyə yol vermiş, müvafiq bildirişi yalnız Qanunda nəzərdə tutulmuş 6 aylıq müddətin bitdiyi gündən 3 ay sonra, yəni 2022-ci ilin iyun ayının 28-də TSEK-na göndərmişdir. Halbuki qeyd olunan bildiriş müayinədən keçdiyi zaman göndərilmiş olsaydı, ötürülmüş müddət üçün pensiyanı alacaqdı. Lakin cavabdeh qrumun əlillik müddəti bitdikdən 9 ay sonra bildirşi göndərməsi nəticəsində 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyul ayınadək olan dövr üçün pensiyadan məhrum olmuşdur. Nəticədə hüquqları və bununla bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, həmçinin Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadları ilə şikayəti təmin edilməmişdir. Na görə də iddiaçının iddia tələbinə xitam verilməsini xahiş etmişdirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və onun əlillik müddəti bitdikdən sonra 2021-ci ilin oktyabr ayında müayinədən keçsə də həkim Eşqin Əliyev tərəfindən onun sənədlərinin kənara atılaraq yalnız 6 ay sonra göndərildiyini və bu səbəbdən də iddia tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu və iddiaçının rəsmi müraciətinin xəstəxanada olmadığını, Eşqin Əliyevin qanunsuz hərəkətlərinə görə xəstəxananın məsuliyyət daşımadığını bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kompensasiyanın ödənilməsi haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati orqanın qanunsusz hərəkətləri nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü kompensasiyanın ödənilməsinə dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir.Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan: İddiaçı barəsində Respublika Endokrinoloji Mərkəzin ******* nömrəli epikrizində qeyd edilmişdir ki, daxil olma tarixi-xx.xx.2021, çıxma tarixi-xx.xx.2021-ci il, göndərən müəssisənin diaqnozu-Şəkərli diabet 2 tip. İnsulin tələbli. Çoxsaylı ağırlaşmalar ilə. E11.7dir. Müalicənin nəticəsi- nisbi yaxşılaşma ilə evə yazılır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə göndərdiyi xx.xx.2021-ci il tarixli, 862 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü, Masallı rayonu, Xıl kənd sakini İddiaçı: xx.xx.2021-ci il tarixli 4823 saylı göndərişə əsasən xx.xx.2021-ci il tarixdə Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Baş beynin travmatik xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişkənliyi, tez-tez dekompensasiyalarla psixopatabənzər davranış pozuntuları, intellektual-mnestik funksiyaların enməsilə. F07.8. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Həkim məsləhət komissiyasının sədri X6 xx.xx.2022-ci il tarixli, 0286003AA5TX nömrəli bildirişindən görünür ki, İddiaçı (xxxxxxx ) "Masallı Rayon Mərkəzi Xəstəxanası" X12 Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosiai Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək ümumi xəstəliklə ikinci dərəcəli əlillik təyin edilmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 "Masallı Rayon Mərkəzi Xəstəxanası" X12 iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli, həmçinin Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadları ilə şikayəti təmin edilməmişdir. Tibbi Sosial Ekspert Komissiyasının 0286003AA5TX nömrəli, 02 iyul 2022-ci il tarixli cavabından məlum olur ki, İddiaçı "İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet 2-ci tip, ağır gedişli insulin tələbli, çoxsaylı ağırlaşmalarla, hər iki aşağı ətrafın diabetik angiopatiya, hər iki aşağı ətrafların aterosklerozu (stenozOU- Qeyri-poliferativ diabetik retinopatiya), diabetik polinevropatiya, diabetik nefropatiya protermiya M.s. Asterial hipertenziya, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beynin travmatik xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişkənliyi, tez- tez dekompersiasiyalarla psixopata bənzər davranış pozuntuları, intellektual-mnestik funksiyalarının enməsi” diaqnozu ilə İİ dərəcə əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirilir ki, İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AA5TX nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2027-ci ilədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Həmin məktuba əlavə olunmuş iddiaçıya məxsus qiymətləndirmə məlumatlarından müəyyən olunur ki, İddiaçı həm əvvəlki dövrdə, həmçinin sonuncu 2-ci dərəcəli əlillik təyinatı zamanı əlilliyin diaqnozu şəkərli diabet, orta ağır forma tip 2 kəskin dekompensassiya mərhələsində.Diabetik polineyropatiya. OU-Diabetik retinopatiya. Bazu sümüyünün yuxarı ucunun sınığı, səbəbi isə ümumi xəstəlik ilə olmuşdur. Sonuncu qiymətləndirmədə isə çoxsaylı ağırlaşmaları da mövcud olmuşdur. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 "Masallı Rayon Mərkəzi Xəstəxanası" X12 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı dair tibbi sənədlər vətəndaşın özü tərəfindən götürüldüyündən, həmçinin Dövlət Tibbi Sosial Ekspertiza və X5 tərəflərindən hər-hansı bir giriş mümkün olmadığından göndərişin hansı qaydada doldurulmasını müəyyən etmək mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2021ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hər hansı ödəniş aparılmamışdır. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 "Masallı Rayon Mərkəzi Xəstəxanası" X12 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində 2021-ci ilin oktyabr ayından “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15də heç bir müayinə və müalicə aparılmamışdır. Belə ki, göstərilən dövr ərzində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15 “COVİD-19" pandemiyası ilə əlaqədar olaraq pandemiya xəstəxanası kimi fəaliyyət göstərmişdir. İddiaçı barədə 088 nömrəli TSEK-ə göndəriş xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası" X15in Həkim Məsləhət Komissiyasının protokolları kitabında İddiaçı komissiyada müayinə olunması və sənədlərinin TSEK-ə göndərilməsi haqqında qərarın qəbul edilməsi barədə heç bir məlumat aşkar olunmadı. Xəstələrə diaqnozun qoyulması barədə məlumatlar və müvafiq tibbi sənədlər “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15in arxivində hər bir xəstə üçün tərtib edilmiş “Ambulator xəstənin tibbi kartası NAZS 025" adlı tibbi qeydiyyat sənədlərində təsbit edilir. Yalnız zəruri hallarda (DTSERA- da əyani müayinə zamanı) xəstələr həmin qeydiyyat sənədini müvafiq qaydada imza edərək götürə bilir. İddiaçı da imza edərək ambulator kartasını “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15dən götürdüyü üçün tələb olunan məlumatların və tibbi sənədlərin sizə təqdim olunması mümkün deyil. Həkim Məsləhət Komissiyasının iclaslarının videogörüntüyə alınması nəzərdə tutulmadığından bu praktika tərəfimizdən tətbiq olunmur. İddiaçı 2021-ci ilin oktyabr ayında "Masallı Rayon Mərkəzi Xəstəxanası” X15in Həkim Məsləhət Komissiyasında müayinə olunması, onun haqqında həmin komissiyanın hər hansı bir qərar qəbul etməsi barədə sübut hesab edilə biləcək bir sənəd aşkar olunmadı. Həmin dövrə aid X4 “TQS N35” qeydiyyat kitablarında İddiaçı müayinəsi barədə heç bir qeyd yoxdur. Mövcud qaydalara əsasən əlillik üçün müraciət edən hər bir vətəndaş ona məxsus olan tibbi sənədlərləmüayinə nəticələri və ambulator karta ilə Həkim Məsləhət Komissiyasında komissiyanın sədri və digər üzvləri tərəfindən sənədlərinə baxış keçirilir. Xəstə müayinə edilir, əgər TSEK-ə göndərilməsi üçün mövcud olan meyarlara uyğun gələrsə sənədlərin TSEK-ə göndərilməsi barədə qərar qəbul edilir və “TQS N035” qeydiyyat kitabında təsbit edilir. Lakin yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, İddiaçı ümumiyyətlə, əlillik üçün “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15in Həkim Məsləhət Komissiyasına rəsmi müraciət etməmiş, bu səbəbdən də HMK-nın qeydiyyat kitabında onun barəsində heç bir qərar qəbul edilməmişdir. Ona görə də İddiaçı sənədlərinin TSEK-ə göndərilməsi üçün 088 nömrəli formanın rəsmiləşdirilməsi zamanı mövcud olan qaydalara əməl edilməmişdir. İddiaçı ona məxsus olan tibbi sənədləri hansı şəraitdə kimə verməsi və onun barəsində 088 nömrəli formanın Həkim Məsləhət Komissiyasının qərarı olmadan əsassız olaraq qeyri-qanuni kim tərəfindən rəsmiləşdirilməsi barədə məlumat yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2016-cı il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Daha sonra şəxsin ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra İddiaçı dair Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, 0286003AA5TX nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2027-ci il tarixinədək) ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən 2021-ci il üzrə "Əlillik” altsisteminə İddiaçı dair heç bir göndəriş daxil olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialnın məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğu əsasında aparılan araşdırma zamanı İddiaçı (FİN: xxxxxxx) təyin edilmiş əlillik dərəcəsinə görə müəyyən edilmiş müddət xx.xx.2021-ci il tarixində bitdiyi üçün əmək pensiyası üzrə ödənişlərin xx.xx.2021-ci il tarixindən dayandırıldığı, lakin sonradan əlilik dərəcəsinə görə müddəti bərpa edildiyindən xx.xx.2022-ci il tarixindən əmək pensiyası üzrə ödənişlərinin təmin edildiyi müəyyən edilmişdir. DSMF-nin 2 saylı X1 02 avqust 2022-ci il tarixli əmək pensiyasının məbləği barədə cədvəldən görünür ki, İddiaçı 2021-ci ilin oktaybr ayından 2022-ci ilin oktyabr ayına kimi pensiya almamışdır. Pensiya məbləği 2021-ci ilin mart-sentyabr aylarında və 2022-ci ilin iyul ayında 259,78 manat müəyyən edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(009)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli Hökmü ilə X10 CM-nin 178.2.2, 178.2.3, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 308.2, 313, 311.3.2 və 311.3.3-cü mddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsieli bilinmiş, CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 il müddətinə azdlıqdan məhrumetmə cəzasına, CM-nin 29, 178.2.3-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CMnin 313-cü maddəsi ilə 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.2 və 311.3.3-cü maddələri ilə 8 il müddət azadlıqdan məhrumetmə cəzasına və cəzalar toplanılmaqla, cinayətlərin məcmusu üzrə ona qəti cəza 2 il müddətə dövlər və yerli özünüidarə orqanlarında, rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə- 8 il 6 ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-3063/2022 saylı, 01 dekabr 2022-ci il tarixli Qətnaməsinə əsasən, İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X15inə qarşı “maddi zərərə görə 2612 manat və dövlət rüsumuna görə 46 manat, cəmi 2658 manat pulun alınaraq ona ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdehdən 2338,02 manat və 46 manat dövlət rüsumu, cəmi 2384,02 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-477/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı ilə qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2803/2023 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 477/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”: 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını, habelə göndəriş barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X9 Sistemi”nə ötürülməsini təmin edir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Mülki Məcəllənin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinin tələbinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 43.5-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (X15lər) qurumlar ola bilər. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəf ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan X15lər siyahısına aiddir. İddia tələbinin hüquqi əsası isə mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Maddi ziyanın cavabdeh X15dən tələb olunması üçün, onun işçisinin qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixindən bitmişdir və bundan sonra İddiaçı dair Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, 0286003AA5TX nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək ümumi xəstəliklə ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə iş materiallarına və tərəflərin məhkəmə iclasındakı izahatlarına əsasən müəyyən edir ki, “Masallı rayon Mərkəzi Xəstəxanası” X15in Həkim Məsləhət Komissiyasının protokolları kitabında X3 növbəti komissiyadan keçmək üçün sənədlərini hansı tarixdə təqdim etməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məhkəmə prosesi zamanı bildirmişdir ki, o, əlillik müddəti bitdiyi vaxtdan cavabdehə təkrar göndəriçin rəsmiləşdirilməsi üçün sənədlərini təqdim etsə və təkrar-təkrar müraciət etsə də, onun sənədləri həmin xəstəxananın həkimi Eşqin Əliyev tərəfindən kənara atılaraq yalnız 6 ay sonra göndərildiyini və bu səbəbdən də həmin müddət ərzində əlil olmağına baxmayaraq hüququndan məhrum olduğu, maddi və mənəvi zərərə məruz qaldığını bildirmişdir. Cavabdehin nüamyəndəsi isə xəstəxananın heç bir təqsirinin olmadığını, Eşqin Əliyevin təqsirinə görə məsuliyyət daşımadıqlarını və Eşqin Əliyevin qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Belə ki, iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(009)- 49/2024 saylı, xx.xx.2024-cü il tarixli Hökmü ilə X10 CM-nin 178.2.2, 178.2.3, 178.2.3, 178.2.4, 29, 178.2.2, 29, 178.2.3, 308.2, 313, 311.3.2 və 311.3.3-cü mddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsieli bilinmiş, CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 il müddətinə azdlıqdan məhrumetmə cəzasına, CM-nin 29, 178.2.3-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.2 və 311.3.3-cü maddələri ilə 8 il müddət azadlıqdan məhrumetmə cəzasına və cəzalar toplanılmaqla, cinayətlərin məcmusu üzrə ona qəti cəza 2 il müddətə dövlər və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə- 8 il 6 ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir və əlildir. Onun əlillik müddətinin bitdiyi vaxtdan yeni göndərişin rəsmiləşdirilməsi üçün müraciətinin olmaması ağlabatan və məqsədli hesab oluna bilməz. Həmçinin iş materiallarında olan göndərişdən də məlum olur ki, İddiaçı göndərişdən əvvəl xx.xx.2021 -xx.xx.2021-ci il tarixlərdə “X2” X15ində müalicədə olduğu, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə göndərdiyi xx.xx.2021-ci il tarixli, 862 nömrəli məktubuna əsasən isə xx.xx.2021-ci il tarixli 4823 saylı göndərişə əsasən xx.xx.2021-ci il tarixdə Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunduğu bildirilmişdir. Beləliklə, hazırkı mübahisənin faktiki halları ilə təsdiq olunur ki, İddiaçı əlillik müddətinin bitməsi ilə əlaqədar 2021-ci ilin oktyabr ayında müvafiq göndəriş verilməsindən ötrü “Masallı rayon Mərkəzi Xəstəxanası” X15in tərkibində olan Həkim məsləhət Komissiyasına müraciət etmişdir. Göndərişin verilməsi barədə Qaydalara əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayaraq müalicənin nəticələrini araşdırmalı, və ya verilmiş diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılmalı idi. Lakin Komissiyanın üzvləri hərəkətsizlik göstərmiş, bununla da İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş sosial təminat hüququ pozulmuşdur. Göründüyü kimi, komissiyanın hərəkətsizliyi nəticəsində İddiaçı bir neçə ay ərzində əlilliyi ilə bağlı ona ödəniləcək müavinətdən məhrum olmuşdur. Ona görə də, sosial təminat hüquqlarının bərpa olunması üçün ona dəymiş ziyan ödənilməlidir. Komissiya üzvləri cavabdehin tabeçiliyində olan işçilərdir və X15 olaraq cavabdeh qulluq vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, xəstəxana əməkdaşı fiziki şəxs kimi öz adından deyil, xəstəxananın adından qanunsuz hərəkətlərə yol vermişdir. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsinə dair göndərişin aidiyyəti orqana vaxtında göndərilməməsində iddiaçının təqsirli olması barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Məhkəmə maddi ziyanın məbləğinə münasibətdə isə qeyd edir ki, işin halları ilə təsdiq olunur ki, İddiaçı 2021-ci ilin oktyabr ayında göndəriş verilməsi üçün müraciət etmişdir, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər pensiya almamışdır. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi ilə bağlı müraciət etmişdir. Və əlilliyinin göndərişin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirildiyi vaxtdan yenidən təyin edilməsini və hal-hazırda əlil olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı barəsində göndəriş vaxtında göndərilmiş olsaydı, ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcəkdi. Göstərilənlərə əsasən də 9 ay üçün ziyan hesablanmalı və iddiaçıya ödənilməlidir. İddia tələbində 9 ay üçün 2612 manat tələb olunsa da, məhkəmə qeyd edir ki, pensiya məbləği iş materiallarında olan arayışa əsasən 2021-ci ilin mart-sentyabr aylarında, həmçinin 2022-ci ilin iyul ayından sabit olaraq 259,78 manat müəyyən edilmişdir. Həmçinin iddiaçının tələbində qeyd etdiyi rüblər üzrə verilən 200 manat da əlavə olunmalıdır. Belə olan halda da xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 2538,02 manat maddi ziyanın ödənilməsi öhdəliyi cavabdeh Masallı rayon X8 Hüquqi Şəxsindən tutularaq iddiaçıya ödənilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və İnzibati Prosessual Məcəllənin 2, 4, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X15indən maddi ziyana görə 2538,02 (9x259,78+200) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar