Məhkəmə qərarları › İş №2-1(120)-770/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-770/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-770/2022 08.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qəyyumu) X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 08 iyul 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixdən xx.xx.1999-ci il tarixədək Füzuli rayonu “Ukrayna” adına kolxozda işlədiyi və 1982-1987-ci il tarixdə Azərbaycan Kənd Təsərrüfatı İnistitunda oxuduğu illəri sığorta stajı kimi müəyyən edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (qəyyumu) məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “İddiaçı əyani təhsil aldığı illərin və işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək ona xx.xx.2021-ci il tarixdən İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona xx.xx.2021 -ci il tarixli **********9 nömrəli cavab məktubu göndərilərək əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. O, xx.xx.1987-ci il tarixdən xx.xx.1999-ci il tarixədək Füzuli rayonu “Ukrayna” adına kolxozda işləmişdir. Bundan başqa o, 1982-ci il tarixdə Azərbaycan Kənd Təsərrüfatı İnistitutuna daxil olmuş və 1987-ci ildə bitirmişdir. Bildirmək istəyir ki, o, birinci dərəcəli əlildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonar –“TSEK”) 22 iyun 2021-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” (Alsheymer xəstəliyi zamanı ağır demensiya) olmaqla İ dərəcəli əlillik müəyyən edilmişdir. Daha sonra, 02 sentyabr 2021-ci il tarixdə, iddiaçı İİ dərəcə əlilliyə görə sosial müavinətin dayandırılaraq İ dərəcə əlilliyə görə sosial müavinətin təyin edilməsi barədə ərizə ilə Nazirliyin 4 saylı DOST Mərkəzinə müraciət etmişdir. İddiaçının müraciəti cavabdeh tərəfindən araşdırılmış və ona 22 iyun 2021-ci il tarixdən 150 manat məbləğində İ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdehin 27 noyabr 2021-ci il tarixli, **********9 nömrəli məktubuna əsasən aşağıdakı səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən ümumi sosial sığorta stajının müddəti 04 il 06 ay olmaqla qanunla tələb olunan sığorta stajından (14 il 4 aydan) azdır. Qeyd olunanlara əsasən, İddiaçı İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Fondun 10 saylı regional ərazi filialında aparılan araşdırmaya əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu ii tarixədək Füzuli rayonu “Ukrayna” adına üzümçülük sovxozunun fəaliyyətinin və hüquqi ünvanının olmaması, arxiv sənədlərinin mühafizə olunması üçün Füzuli rayonu Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən əmək kitabçasında qeyd olunan həmin dövrlər iddiaçının sosial sığorta stajına əlavə edilməmişdir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanmalıdır: 1. xx.xx.2021 (İ dərəcə əlillik təyin olunan tarix) - xx.xx.1963 (doğum tarixi) = 58 il 04 ay 03 gün - iddiaçının əlillik tarixinə uyğun yaş həddi; 2. 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü); 3. a) 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay; b) 172 ay : 12 ay = 14 il 3 ay - iddiaçının İ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı müddəti. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı: 14 il 3 ay təşkil edir. İddiaçının iş materiallarına əlavə edilmiş diplomun surətinə əsasən 04 il 06 ay 26 gün mübahisələndirilməyən sosial sığorta stajı vardır. Bu isə qanunvericiliklə tələb olunan 14 il 03 ay sığorta stajı müddətindən xeyli azdır. İddiaçının əmək kitabçasında qeyd edilən “Ukrayna” adına üzümçülük-maldarlıq sovxozunda xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (12 il 08 ay 18 gün) işlədiyi dövr isə mübahisəli hesab edilir. Həmin dövrə aid arxiv sənədlərinin mühafizə olunması üçün Füzuli rayonu Dövlət Arxivinə təhvil verilməməsi ilə yanaşı digər vacib məqamı nəzərə çatdırmaq istəyirlər. Belə ki, iddiaçının əmək kitabçasına baxış keçirdikdə: - xx.xx.1987-ci il tarixdə işə daxilolması barədə qeydi təsdiq edən şəxs kimi - sovxozun direktoru M.Əliyevin; - xx.xx.1999-cu il tarixdə işdən azad edilməsi barədə qeydi təsdiq edən şəxs kimi - sovxozun direktoru Ə.Kazımovun qeyd olunduğu görünür. Beləliklə, aşağıda qeyd olunan hallar əsaslı şübhələr yaratmaqdadır: 1. 12 ildən çox müddəti əhatə edən qeydlərin eyni rəng mürəkkəbli qələmlə yazılması; 2. iki fərqli şəxs tərəfindən doldurulmasına baxmayaraq, hər iki qeydin eyni xəttlə aparılması faktı açıq-aşkar görünməkdədir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Əlilliyin səbəbi TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən imtinası əsaslı hesab olunmalıdır. Beləliklə, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ aşağıdakı səbəblərdən yaranmadığından: - tələb edilən 14 il 03 aya münasibətdə 04 il 06 ay 26 gün sosial sığorta stajının olması; - sovxozda işlədiyi dövrə aid arxiv sənədlərinin mövcud olmaması; - əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr yarandığından, onun İ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qəyyumu) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1987-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1987-ci il tarixli, 43 nömrəli əmrlə Füzuli rayonu keçmiş “Ukrayna” üzümçülük-maldarlıq sovxozuna sahə aqronomu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 4 nömrəli əmrlə xx.xx.1999-cu il tarixdə sovxozun fəaliyyəti dayandığına görə işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, НВ № 013169 nömərli diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1987-ci ildə “Aqrokimya torpaqşünaslıq” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 25 avqust 2021-ci il tarixli, 59 saylı Sərancamından Çıxarışdan görünür ki, Yağlıvənd kəndindən məcburi köçkün, ümumi xəstəlikdən İ qrup əlil, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı üzərində arvadı X3 qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialının xx.xx.2021-ci il tarixli, 54 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.1999-cu ilədək işlədiyi Füzuli rayon “Ukrayna” üzümçülük sovxozunun sənədləri Füzuli rayon Arxiv İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Bildirirlər ki, İddiaçı əlilliyə görə əmək pensiyası hüququ əlilliyin müəyyən edildiyi xx.xx.2021-ci il tarixindən (2021-1963=58 yaş) yaranmışdır. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyini üçün 14 il 4 ay sosial sığorta stajı (58-15)/3=14 il 4 ay) və xx.xx.2021-ci il tarixində 58 yaşa görə 25800 manat pensiya sığorta kapitalı (58-15) x3=129 129x200=25800) tələb olunur. Əlavə olaraq bildirirlər ki, xx.xx.2022-ci il tarixindən etibarən əlilliyə görə əmək pensiyasının təyini üçün tələb olunan pensiya kapitalının məbləği 29721,6 manat, minimum əmək pensiyasının məbləği isə 240 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.1982-xx.xx.1987-ci ilədək təhsil aldığı, xx.xx.1987-xx.xx.1999-cu ilədək işlədiyi dövr nəzərə alındıqda 17 il 3 ay 14 gün sosial sığorta stajı vardır. Eyni zamanda bildirirlər ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmamışdır. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/271 saylı məktubunda bildirilmişdir ki, keçmiş “Ukrayna” üzümçülük-maldarlıq sovxozu Füzuli rayonunun Yağlıvənd kəndində fəaliyyət göstərmişdir. Rayonun ərazilərinin 1993-cü ilin avqust ayında erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq həmin sovxoz 1993cü ilin avqust ayından 2000-ci ilədək rayonun “Haramı” düzü adlanan ərazisində və Beyləqan rayonu ərazisində fəaliyyətini qismən davam etdirmişdir. xx.xx.1963-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuş İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrdə həmin sovxozda həqiqətən sahə aqronomu vəzifəsində işləmişdir. İş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/271 saylı məktubunda bildirilmişdir ki, keçmiş “Ukrayna” üzümçülük-maldarlıq sovxozu Füzuli rayonunun Yağlıvənd kəndində fəaliyyət göstərmişdir. Rayonun ərazilərinin 1993-cü ilin avqust ayında erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq həmin sovxoz 1993cü ilin avqust ayından 2000-ci ilədək rayonun “Haramı” düzü adlanan ərazisində və Beyləqan rayonu ərazisində fəaliyyətini qismən davam etdirmişdir. xx.xx.1963-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuş İddiaçı ilə vaxtilə bir yerdə işləmiş iş yoldaşlarının deməsindən və əmək kitabçasının kserosurətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrdə həmin sovxozda həqiqətən sahə aqronomu vəzifəsində işləmişdir. Əlavə olaraq bildirirlər ki, keçmiş “Ukrayna” sovxozunun həmin dövrlərə aid olan hər hansı bir sənədi (əmək haqqı cədvəlləri, əmrlər, əmək kitabçaları və s.) Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında' Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən ümumi sosial sığorta stajı 04 il 06 ay olmaqla qanunla tələb olunan sığorta stajından (14 il 4 aydan) azdır. Qeyd olunanlara əsasən, iddiaçıya İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirirlər ki, Fondun 10 saylı regional ərazi filialında aparılan araşdırmaya əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Füzuli rayonu “Ukrayna” adına üzümçülük sovxozunun fəaliyyətinin və hüquqi ünvanının olmaması, arxiv sənədlərinin mühafizə olunması üçün Füzuli rayonu Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən əmək kitabçasında qeyd olunan həmin dövrlər iddiaçının sosial sığorta stajına əlavə edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən 150 manat məbləğində İ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1963-cü ildə Füzuli rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil almış, xx.xx.1987-ci il tarixli, 43 nömrəli əmrlə Füzuli rayonu keçmiş “Ukrayna” üzümçülük-maldarlıq sovxozuna sahə aqronomu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 4 nömrəli əmrlə xx.xx.1999cu il tarixdə sovxozun fəaliyyəti dayandığına görə işdən azad edilmişdir. Cavabdeh iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil almasını mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Füzuli rayonu keçmiş “Ukrayna” üzümçülük-maldarlıq sovxozunda işlədiyi illərdir. Cavabdeh bildirir ki, Fondun 10 saylı regional ərazi filialında aparılan araşdırmaya əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu ii tarixədək Füzuli rayonu “Ukrayna” adına üzümçülük sovxozunun fəaliyyətinin və hüquqi ünvanının olmaması, arxiv sənədlərinin mühafizə olunması üçün Füzuli rayonu Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən əmək kitabçasında qeyd olunan həmin dövrlər iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. İddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu ii tarixədək Füzuli rayonu “Ukrayna” adına üzümçülük sovxozunda işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, sovxozunun fəaliyyətinin və hüquqi ünvanının olmaması, arxiv sənədlərinin mühafizə olunması üçün Füzuli rayonu Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olması barədə cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu ii tarixədək Füzuli rayonu “Ukrayna” adına üzümçülük sovxozunda işləmiş, onun həmin illərdə işləməsi adına olan xx.xx.1987-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Habelə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə cavabdehin “idiaçıya məxsus əmək kitabçasında 12 ildən çox müddəti əhatə edən qeydlərin eyni rəng mürəkkəbli qələmlə yazılması; iki fərqli şəxs tərəfindən doldurulmasına baxmayaraq, hər iki qeydin eyni xəttlə aparılması faktı açıq-aşkar görünməsi” barədə dəlilini də əsassız hesab edir. Belə ki, bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. İddianın hüquqi əsasına, yəni iddiaçıya xx.xx.2021-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edildiyi xx.xx.2021-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsin əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1963-cü ildə doğulmuş və ona əlillik dərəcəsi verildiyi xx.xx.2021-ci il tarixdə 58 yaşı olmuşdur ki, həmin tarixdən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün ona 14 il 4 ay sosial sığorta stajı tələb olunur (58-15)/3=14 il 4 ay) və xx.xx.2021-ci il tarixində 58 yaşa görə 25800 manat pensiya sığorta kapitalı (58-15) x3=129 129x200=25800) tələb olunur. xx.xx.2022-ci il tarixindən etibarən əlilliyə görə əmək pensiyasının təyini üçün tələb olunan pensiya kapitalının məbləği 29721,6 manat, minimum əmək pensiyasının məbləği isə 240 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.1982-xx.xx.1987-ci ilədək təhsil aldığı, xx.xx.1987-xx.xx.1999-cu ilədək işlədiyi dövr nəzərə alındıqda 17 il 3 ay 14 gün sosial sığorta stajı vardır. Beləliklə, iddiaçının 14 il 4 aydan artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı İddiaçı əyani təhsil aldığı illər və işlədiyi illər sosial sığorta stajı kimi müəyyən edilərək ona xx.xx.2021-ci il tarixdən İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əyani təhsil aldığı illər və işlədiyi illər sosial sığorta stajı kimi müəyyən edilərək ona xx.xx.2021-ci il tarixdən İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar