Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-772/2020 01.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı MMC-dən alınmış 320,0 (üç yüz iyirmi) manat vergini iddiaçının bank hesabına köçürməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-dən qanunsuz hesablamaya görə alınmış 320,0 (üç yüz iyirmi) manat vergini, onların bank hesabına köçürməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan İddiaçı MMC-nin (VÖEN: **********) vergi öhdəliklərinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 10.01.2019-cu il tarixə 563,79 manat məbləğində (o cümlədən vergilər üzrə 562,18 manat, faizlər üzrə 1,61 manat, maliyyə sanksiyası üzrə 0,00 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə 0,00 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 21.07.2016-cı il tarixli **********367700 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 73,16.1-1,77,1, 77,3 78,1 23,1 15-3-cü maddələrinə istinad edərək, borcu olan hüquqi şəxslərin dövlət büdcəsinə olan ümumilikdə 563,79 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edərək, ərizədə göstərilənləri qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında həqiqətən də, İddiaçı MMC-nin qanuni təmsilçisi olduğunu bildirmişdir. Dövlət qeydiyyatından keçməklə adına ********** nömrəli VÖEN açılmasını və hüquq sahəsində fəaliyyət göstərməsini də qeyd etmişdir. Lakin ərizədə göstərilən qədər, yəni 563,79 manat məbləğində vergi borcu olmamışdır. Vergi üzrə cəmi 208 manat son dəfə borc olmuş, həmin məbləğin tamamının dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Lakin vergi orqanı tərəfindən qanuni təmsilçisi olduğu İddiaçı MMC-yə əlavə işçiyə görə vergi hesablanmışdır. Həmin işçilərin götürülməsi zamanı müqavilə imzalanmamış, ümumiyyətlə, işçi belə olmamışdır. Buna görə də İddiaçı MMC-yə əlavə olaraq 355,70 manat əmək haqqından tutulan gəlir vergisi üzrə kameral yoxlama ilə qanunsuz hesablanmışdır. Cəlilabad Rayon Məhkəməsi 04 fevral 2019-cu il tarixli 2-(073)-445/2019 saylı iş üzrə ərizəni təmin etmiş və vergi ödəyicisi olan hüquqi şəxs İddiaçı MMC-nin rəhbəri 01.09.1960-cı il təvəllüdlü X4 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Müddətin keçdiyinə görə cavabdeh 45,0 manat qanunsuz hesablanmış borcdan silmişdir. Məcburiyyət qarşısında qalaraq işini bərpa etmək və ölkədən giriş-çıxış məhdudiyyətinin götürülməsi üçün qanunsuz hesablanmış 320,0 manat ödəmişdir. Artıq ödənilmiş pulun geri qaytarılması üçün cavabdehə rəsmi qaydada müraciət etmişdir, lakin müraciəti bu günə kimi cavabsız qalmışdır. Odur ki, artıq ödənilmiş məbləğ məhkəmə qaydasında onların bank hesablarına qaytarılmalıdır. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçı barəsində Səyyar vergi yoxlaması zamanı 2014-cü ilin 1-ci rübü üzrə 117,78 manat, 2014-cü ilin 4-cü rübü üzrə 117,78 manat və 2015-ci ilin 1-ci rübü üzrə 118,65 manat kameral qaydada hesablanmış MÖMV məbləği öz təsdiqini tapmış, yoxlamanın nəticəsi 29.09.2015-ci il tarixli **********950062 nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyətin rəhbəri X1 vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktla razılaşaraq, aktı imzalamış, bir nüsxəsini qəbul etmişdir. Həmçinin iddiaçının «işçinin olmaması» dəlilinə qarşı onu da bildirdi ki, hüquqi şəxs olması baxımından cəmiyyətin ən azı icra orqanın rəhbəri əmək münasibətlərinin tərəfi (iştirakçısı) olaraq işçi hesab olunur və qeyd olunan bu fakt iddiaçı tərəfindən nəzərə alınmamışdır. İddiaçının 14.02.2020-ci il tarixdə mübahisə predmeti ilə bağlı iddia ərizəsini tərtib etdiyini nəzərə alındıqda, iddiaçı tərəfindən iddia ərizəsinin təqdim olunması üçün müəyyən olunmuş iddia müddətinin ötürülməsi faktı birmənalı şəkildə təsdiqini tapır. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan 29.09.2015-ci il tarixli **********950062 saylı səyyar vergi yoxlaması aktının təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, İddiaçı MMC barəsində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. İddia tələbindən aydın olur ki, İddiaçı MMC-dən alınmış 320,0 (üç yüz iyirmi) manat verginin onun bank hesabına köçürülməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının tələb etdiyi vergi məbləği ona 29.09.2015-ci il tarixli **********950062 saylı səyyar vergi yoxlaması aktı əsasında hesablanmışdır. İddiaçı isə ona hesablanmış vergi məbləğinin qanuniliyini mübahisələndirmədən hazırkı iddianı qaldırmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin vergi məbləğinin qanuniliyi mübahisələndirilmədən hazırkı iddiaya inzibati icraat qaydasında baxıla bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya vergi məbləğinin hesablanmasına dair qəbul edilmiş aktdan 4 ildən artıq müddət keçmişdir. Lakin iddiaçı qeyd olunan müddətdə ona vergi məbləğinin hesablanması barədə aktı mübahisələndirməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İş üzrə prosessual xərclər yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı MMC-dən alınmış 320,0 (üç yüz iyirmi) manat vergini iddiaçının bank hesabına köçürməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-772/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-772/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver