Məhkəmə qərarları › İş №2-1(120)-772/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-772/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-772/2025 16.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “kənd təsərrüfatından istifadəyə görə xx.xx.2013-cü il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödəyici olmağımın mənim əmək stajıma daxil edilərək həmin illərin mənim əmək stajıma əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “kənd təsərrüfatından istifadəyə görə xx.xx.2013-cü il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1955-ci ildə Cəlilabad rayonu, Şatırlı kəndində anadan olmuş, ilk əmək fəaliyyətinə isə 1978-ci ilin iyun ayından başlamış, onun əmək stajının illəri düzgün hesablanmamışdır. Belə ki, hal-hazırda əmək stajı 18 il 09 ay 16 gün müəyyən edilsə də, lakin onun ümumi əmək stajı 25 ildən yuxarıdır. Həmçinin fiziki şəxs kimi məcburi dövlətə sosial sığorta ödəyici olmuş, lakin həmin illər onun əmək stajına daxil edilməmişdir. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin cavab olaraq məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. Adı qeyd edilən cavabdan artıq 1 ildən çox vaxt keçsə də, lakin bügünədək bunun heç bir nəticəsi olmamışdır. Sığorta ödənişinin çeklərinin əldə edilməsindən ötrü Azərbaycan Beynəlxalq Bankının Cəlilabad rayon filialına müraciət etdikdə, oradan bildirildi ki, sığorta sənədləri ilə bağlı sığorta ödənişləri bankın arxivində saxlanılmamışdır. Sosial sığorta sənədlərinin saxlanılmaması və bunun fondun arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialına təhvil verilməməsi vətəndaş olaraq onun günahı deyildir və bu məsuliyyət müəssisənin öz üzərinə düşür. Ona görə də fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödəyici olmağının onun əmək stajına daxil edilərək həmin illərin əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İnzibati orqanın xx.xx.2023-cü il tarixli 2-17-1/2-E- 22941/2023 nömrəli məktubu ilə iddiaçıya ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Bildiririk ki, İddiaçı xx.xx.2008-ci il tarixdən İİ qrup əlilliyə görə pensiya təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbilə pensiyanın ödənişi dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş 6 ay müəyyən edilib. İş üzrə icraat materiallarına əsasən, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, xx.xx.2020-ci il tarixdə (64 il 6 aya) çatmışdır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilməyən sosial sığorta stajı 18 il 09 av 16 gün təşkil edir. Sözügedən dövrə iddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli arayışa əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək təhsil aldığı dövr, ******* nömrəli hərbi biletinin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət illəri, xx.xx.1978-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti dövrləri daxil edilmişdir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. X1 sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün avtomatlaşdırılmış qaydada da yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının müraciətinə müvafiq olaraq araşdırma zamanı müəyyən edilmişdir ki, Nazirliyin elektron proqram təminatında 2013-cü il üzrə İddiaçı aid təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B2) və ona uyqun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma B3) aşkar edilməmişdir. Bildiririk ki, 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sıqortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sığortaedən tərəfindən təqdim edilmiş Forma B2 məlumatları və ona uyqun təqdim edilmiş Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, həmçinin iddiaçı S.Evvazov tərəfindən yuxarıda qeyd edilən dövr üzrə müvafiq hesabat məlumatları təodim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Məlumat ücün bildiririk ki, Nazirliyin X1 sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə S.Evvazov **********0 saylı sığortaedənin uçot nömrəsi ilə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" kimi 25 iyun 2021-cı il tarixdə uçota alınmışdır. Araşdırma zamanı MEİS-də yə köhnə proqram təminatlarında iddiaçı S.Eyvazoy tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlayaraq aparılır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsi olmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Bildiririk ki, 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməsi sığortaedən tərəfindən təqdim edilmiş Forma B2 məlumatları və ona uyğun təqdim edilmiş Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövrlər üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar İddiaçı fərdi şəxsi hesabında əks olunmamışdır. İddiaçı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 64,5 yaşı tamam olmuşdur. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Cəlilabad şəhəri, M.Əzizbəyov küçəsi, ev 115-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan xx.xx.2013-cü il tarixli, 26 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən fiziki şəxs kimi məcburi dövlətə sosial sığorta ödəyicisi olaraq "xxxx" ASC-nin Cəlilabad filialı vasitəsi ilə 6 manat 20 qəpik ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-E-22941/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi təhsil haqqında arayışa, əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1970-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək təhsil aidığı illər və xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 18 il 9 ay 16 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-36446/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində yaşa əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə müəyyən edilən pensiya yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli arayışa əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək təhsil aldığı dövr, ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət illəri, xx.xx.1978-ci il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1981 -ci il tarixinədək, xx.xx.1981 -ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 18 il 09 ay 16 gün təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Pensiya altsistemində olan məlumata əsasən iddiaçının xx.xx.2006-ci tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan JN-614 KOD 80601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə 0.86 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Cəlilabad şəhər sakini İddiaçı və ailə üzvləri X2, X6, X9, X7 və X8 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhərində 0.9 ha kənd təsərrüfatı təyinatlı torpaq İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 377 nömrəli reyestr kitabın 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/2-99236/2024 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN: **********; SUN: **********0) tərəfindən 2013-cü il ərzində X3 müvafiq idarəsinə, Cəlilabad rayonu üzrə Maliyyə İdarəsinə və Fondun Cəiiiabad rayon şöbəsinin xəzinə hesabına məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin daxil olub-olmamasının araşdırılması zərurəti yaranmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, göstərilən dövr ərzində adı qeyd edilən vətəndaş tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş olunduğu müəyyən edildiyi halda həmin ödənişlərin X3 müvafiq idarəsinə, Cəlilabad rayonu üzrə Maliyyə idarəsinə və Fondun Cəlilabad rayon şöbəsinin xəzinə hesabına daxilolma tarixləri, ödənişlərin məbləği və təsnifatı barədə məlumatların qısa zaman ərzində təqdim edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-102316/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin X1 sistemində İddiaçı dair fiziki şəxs kimi uçot məlumatları aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X3 22 saylı Regional Xəzinadarlıq İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3232/22-399/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məcburi sosial sığorta haqları bir neçə ödəniş sənədlərinin cəmi şəklində xəzinədarlıq orqanlarına daxil olduğu və ödəyicilərin fərdi uçotu xəzinədarlıq orqanlarında aparılmadığı üçün məktubda göstərilmiş 2013-cü il üzrə İddiaçı (VÖEN:**********; SUN:**********0) adından məcburi sosial sığorta haqları üzrə ödənişlərin araşdırılması tərəflərindən mümkün olmamışdır. Belə ki, cavabdeh tərəfindən verilmiş sonuncu yazılı etirazın surətindən 18 il 09 ay 16 gün sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2020-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 1 halı əsas götürmüşdür: - Ümumi iş stajının 25 ildən az olması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64 yaş 6 ay müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (64 yaş 6 ay) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-ci il tarixdə doğulması və xx.xx.2020-ci il tarixində, yəni 64 yaş 6 ayında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Sostal sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: sığortaedən və şığoriaolunan tərəfindən təgdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); sığortaolunana onun rnüraçiətinə əşaşən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsj qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Hazırki işdən göründüyü kimi, İddiaçı tərəfindən kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzlər mövcuddur. Digər tərəfdən, cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mulkiyyətındə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını odəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Yuxarıda qeyd olunanları, iddiaçının tələbinin qanunvericiliyin tələblərinə uyğun olduğunu nəzərə alaraq vətəndaş məmnunluğunun, vətəndaşların sosial təminat hüququnun dövlət siyasətinə uyğun təmin edilməsi, Fondun əleyhinə qərar qəbul edilməsinin qarşısının alınması məqsədilə iddiaçının müraciətinə yenidən baxılması, həmçinin bu kateqoriyadan olan işlərin birdəfəlik həll edilməsi üçün Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə müvafiq tapşırıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Azərbaycan Respublikası Əmək və Əhatinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-12148/2023 nömrəli xidməti məktubunda müraciətin icra olunması ilə əlaqədar İddiaçı təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə mədaxil qəbzlərinə əsasən 2013-cü il üzrə şəxsin hesabına ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində (X1 Sisteminin Sığorta (Flesabat) altsisteminin statistika bölümündə) əks olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, xx.xx.1955-ci ildə anadan olmuş İddiaçı 21 oktyabr 2013-cü il tarixli, 26 nömrəli ödəniş qəbzini əlavə etməklə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış “pensiya təyin olunması barədə” ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin ərizəsində qeyd etdiyi dövr üzrə (2013) məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə göndərildiyindən, sorğuya cavab gəldikdən sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxılacağı qeyd edilmişdir. Məhkəmə İddiaçı kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 21 oktyabr 2013-cü il tarixli, 26 nömrəli ödəniş qəbzinə əsasən müvafiq olaraq ödədiyi 6 manat 20 qəpik vəsaitin ödəniş etdiyi dövrdə kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığına, ödədiyi məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatları təqdim etmədiyinə görə fərdi şəxsi hesabına işlənilməməsini əsassız hesab edir. Göründüyü kimi, İddiaçı 2013-cü ildə mülkiyyətində olan kənd təsərüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəmiş, qeyd olunan vəsait Azərbaycan Beynəlxalq Bankının Cəlilabad rayon filialı tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq həmin dövrdə fəaliyyət göstərmiş DSMF-nin Cəlilabad rayon şöbəsinin yığım hesabına işlənilmişdir. Qəbzin əsli isə məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tərəflərin iştirakı ilə qəbzin əslinə baxış keçirmiş, qəbzin əslinə şübhə doğuran hallar aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunurı 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvartn 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq 25 il olaraq hesablanır. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. Qeyd olunduğu kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 21.1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən dörd il əvvəl (2012, 2014) ödəmiş və həmin vəsaitlər qanunvericiliyə uyğun olaraq həmin dövrlərdə fəaliyyət göstərmiş DSMF-nin Salyan rayon şöbəsinin yığım hesabına işlənilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasıntn məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: - sığortaedən və şığoriaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini. onların etibarh şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); - sığortaolunana onun rnüraciətinə əsasən fərdi səxsi hesabındakı məlumatların təgdim edilməsi qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Hazırki işdən göründüyü kimi, İddiaçı tərəfindən kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzlər mövcuddur. Digər tərəfdən, cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mulkiyyətındə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını odəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmənin təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1ci maddəsinə əsasən; 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2-1(102)-2228/2023 saylı, xx.xx.2023cü il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı kənd təsərrüfatından istifadəyə görə xx.xx.2013-cü il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı kənd təsərrüfatından istifadəyə görə xx.xx.2013-cü il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar