Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-778/2024 24.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 saylı qərarın ona aid hissədə səbəb əlaqəsinin dəyişdirilərək, "Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar" ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli əlilliyin səbəbində “ümumi xəstəlik” ifadəsinin dəyişdirilərək xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3038/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilməsinin və iddiaçının 2-ci qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyinin bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-778/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 saylı qərarın ona aid hissədə səbəb əlaqəsinin dəyişdirilərək, "Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar" ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarixində Cəbrayıl rayonunda anadan olmuşdur. İki il sovet ordusunda, xx.xx.1992-ci itdən xx.xx.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətdə aldığı xəsarətlə bağlı xx.xx.2013-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2013-cü ildən xx.xx.2021-ci ilədək 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir və “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilib ki, ona 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin. Lakin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir qanuna müvafiq olaraq ona qanunsuz olaraq 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi ona xx.xx.2021-ci il tarixdə 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar deyil, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2013-cü il tarixdə verilmiş qərarını nəzərə almaqla ikinci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin etməli idi. Hansı ki, ona təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır, belə olan halda ona qarşı düzgün olmayan səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixdə tibbi sənədləri ilə birlikdə yazılı şəkildə müraciət etsə də, bu günə kimi müraciətinə cavab verilməmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2013-cü il tarixdən 2-ci dərəcə əlildir, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyi 3-cü dərəcə ümumi səbəbdən təyin edildiyi üçün səbəb əlaqəsi dəyişdirilmədiyi və 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəbdən təyin edilmədiyi üçün hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməsini, xx.xx.2021-ci il tarixdən təyin edilmiş 3-cü dərəcə əlilliyin səbəbinin “ümumi xəstəlik" ifadəsinin dəyişdirilərək xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” ifadəsi ilə əvəz olunması öhtəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iş materiallarında olan iddiaya qarşı etirazında qeyd etmişdir ki, İddiaçı “xüsusi səbəblərdən müsddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə dair etirazı diqqətinizə çardırırıq. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 33 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Cəbrayıl rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0215003AAEHE nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 1 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol təpə nahiyyəsinin kor qəlpə yarası. Sol bel nahiyyəsinin dəlib-keçən güllə yarası. Nevrasteniya. Sol təpə nahiyyəsinin kor qəlpə yarası. Sol bel nahiyyəsinin dəlib-keçən güllə yarası. Kəskin asteno-nevrotik sindrom” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “MSS-nin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. yaddaş və intellektin enməsi ilə arterial hipertenziya İİ dərəcə. Miopiya. Kardio nevroz, ensefalopatiya” diaqnozu araşdırılmışdır. Müayinə zamanı başın sol təpə nahiyyəsində, sol bel nahiyyəsində ~2sm, sağ budun orta 1/3-də ~2x4 sm ölçülərdə köndələn çapıqlar izlənilmiş, lakin hərəki məhdudiyyət qeyd edilməmişdir. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkarlanmamışdır. Yanaşı olaraq, nevroloji statusda hər iki yuxarı və aşağı ətraflarda vətər refleksləri yüksək, emosional gərginlik, davranış pozuntusu elementləri müəyyən edilmişdir. AR SN Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1227/21 nömrəli Xəstəlik tarixindən Çıxarışda diaqnoz “Bas beyin üzvi xəstəliyi, şəxsiyyət dəyişikliyi ilə, yaddaş və intellektin enməsi ilə” kimi müəyyənləşdirilsə də, baş beyin travması və ya üzvi xəstəliyi təsdiqləyən instrumental kranial müayinələr aparılmamışdır. Hərbi qərarda baş beyin travması barədə məlumat qeyd olunmadığından hazırkı vəziyyətinin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1 -ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina 25 aprel 2022-ci il tarixdən olmuş, iddiaçı tərəfindən məhkəməyə müraciət isə 1 il keçdikdən sonra baş verdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş edirik. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş edirik. Nəzərə almağınızı xahiş edirik. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) dəyişdirilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində qəbul etdiyi 2026 iddiaçıya cavabdeh inzibati orqan tərəfindən təqdim olunmamış, həmin qərarın mövcudluğu iddiaçıya məhkəmə icraatı zamanı məlum olmuşdur. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi Dayanıqlı və X3 6 saylı DOST Mərkəzi tərəfindən təqdim olunmuş Arayışla müəyyən edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixli qərar əsasında verilən təqaüd 2024-cü ilin yanvar ayından verilməyə başlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 1 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə sol təpə nahiyyəsinin kor qəlpə yarası, sol bel nahiyyəsinin dəlib keçən güllə yaralanması almışdır. Yaralanma səbəbi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” kimi qeyd edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Opeativ Sosial Təminat Agentliyi 6 saylı Dost Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2- Q-18802/2022 nömrəli məktubundan görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondundan müharibə ilə əlaqədar ikinci dərəcə əlilliyə görə aylıq 350 manat məbləğində Prezident təqaüdü almışdır. Təyinatın başlanma tarixi xx.xx.2019-cu il, təyinatın bitmə tarixi xx.xx.2021-ci il. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-25143/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)- 778/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının 0215003AAEHE nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 25 aprel 2022-ci il tarixli, **********4 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 33 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 13) Cəbrayıl rayon sakini xx.xx.1972ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0215003AAEHE nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 1 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol təpə nahiyyəsinin kor qəlpə yarası. Sol bel nahiyyəsinin dəlib-kecən güllə yarası. Nevrasteriya. Sol təpə nahiyyəsinin kor qəlpə yarası. Sol bel nahiyyəsinin dəlib-kecən güllə yarası. Kəskin asteno-nevrotik sindrom” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “MSS-nin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Yaddaş və intellektin enməsi ilə. Arterial hioertenziva İİ dərəcə. Miopiva. Kardio nevroz, ensefalopatiya” diaqnozu araşdırılmışdır. Müayinə zamanı başın sol təpə nahiyyəsində, sol bel nahiyyəsində ~2sm, sağ budun orta 1/3-də ~2x4 sm ölçülərdə köndələn çapıqlar izlənilmiş, lakin hərəki məhdudiyyət qeyd edilməmişdir. Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkarlanmamışdır. Yanaşı olaraq, nevroloji statusda hər iki yuxarı və aşağı ətraflarda vətər refleksləri yüksək, emosional gərginlik, davranış pozuntusu elementləri müəyyən edilmişdir. AR SN Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1227/21 nömrəli Xəstəlik tarixindən Çıxarışda diaqnoz Bas beyin üzvi xəstəliyi, şəxsiyyət dəyişikliyi ilə, Yaddaş və intellektin enməsi kimi müəyyənləşdirilsə də, baş beyin travması və ya üzvi xəstəliyi təsdiqləyən instrumental kranial müayinələr aparılmamışdır. Hərbi qərarda baş beyin travması barədə məlumat qeyd olunmadığından hazırkı vəziyyətinin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İş materiallarında olan TSEK-in SER TSE-01 048188 nömrəli müayinə aktından çıxarışından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli müayinə aktına əsasən xx.xx.2014-cü il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli müayinə aktına əsasən xx.xx.2015-ci il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan müayinə aktından elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli müayinə aktına əsasən xx.xx.2016-cı il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli müayinə aktına əsasən xx.xx.2021-ci il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müayinə aktına əsasən əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müayinə aktına əsasən göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatından imtina edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müayinə aktına əsasən xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Ümumi xəstəlik” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-233087/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)-778/2024 nömrəli sorğuya baxılmışdır. Məlumat üçün bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-cı il tarixli qərarına uyğun olaraq həmin tarixdən ümumi əsaslarla İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyasına xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üçün 7305,28 manat hesablanmış keçmiş müddət üçün alınmamış məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1 -ci maddəsinə əsasən 363,86 manat cari əmək pensiyasına əlavə edilərək ayda 317,62 manat olmaqla xx.xx.2024-cü il tarixindən ödənilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin aylara bölünməklə ödənilməsi xx.xx.2025-ci il tarixinədək davam etdiriləcəkdir. Məhkəmə iş materialları ilə müəyyən edir ki, iddiaçıya xx.xx.2013-cü il tarixli müayinə aktına əsasən xx.xx.2014-cü il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli müayinə aktına əsasən xx.xx.2015-ci il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli müayinə aktına əsasən xx.xx.2016-cı il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. xx.xx.2016-cı il tarixli müayinə aktına əsasən xx.xx.2021-ci il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli müayinə aktına əsasən xx.xx.2026cı il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Ümumi xəstəlik” kimi qeyd edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını yoxlayaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, İddiaçı xx.xx.2013-cü il tarixli müayinə aktına əsasən xx.xx.2014-cü il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş, xx.xx.2014-cü il tarixli müayinə aktına əsasən xx.xx.2015-ci il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş, xx.xx.2015-ci il tarixli müayinə aktına əsasən xx.xx.2016-cı il tarixədək ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) üçüncü dərəcə əlillik təyin edilmiş iddiaçının hüquqi marağı əlilliyin müddəti və orqanizmin funksiyalarının pozulması hissəsində bərpa olunmuş, lakin qərarın səbəb əlaqə hissəsi ilə razılmamışdır. Məhkəmə müəyyən edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 1 nömrəli Qərar verilmişdir. Həmin qərarda İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə sol təpə nahiyyəsinin kor qəlpə yarası, sol bel nahiyyəsinin dəlib keçən güllə yaralanması almışdır. Yaralanma səbəbi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” kimi qeyd edilmişdir. Həmin qərarın qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığı və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsi, cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin səbəb əlaqələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edildiyi halda, hazır ki vəziyyətədə ümumi xəstəlik qeyd edilməsinin səbəbini cavabdeh inzibati orqan sübuta yetirə bilməmiş, iddiaçının barəsində hərbi-həkim komisiyasının qəbul etdiyi qərarda göstərilən xəstəliklərin hazır ki, vəziyyətdə mövcud olmamasını əsas gətirərək bu qənaətə gəlmişdir ki, iddiaçıya təyin edilmiş əlillik səbəbi ümumi xəstəliklə əlaqədar olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı əlillik təyin edilməsinə əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 303 nömrəli qərarının və iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş əvvəlki qərarın səbəb əlaqə hissədə düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. İddiaçıya təyin olunmuş əlilliyin ümumi xəstəlik əsasında yaranmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla bağlı cavabdeh inzibati orqan əlilliyin səbəb əlaqəsini şübhə altına alan əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsipinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə etimad prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının barəsində tərib olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2000-ci il tarixli 303 nömrəli qərarı mövcud olduğu və ona təyin edilmiş ilkin əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd olunduğu halda, ona yenidən əlillik təyin edilərkən qərarın səbəb əlaqə hissəsində ümumi xəstəlik qeyd olunmuşdur. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 saylı qərarı iddiaçıya aid hissədə səbəb əlaqəsi dəyişdirilərək, "Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar" ifadəsi ilə əvəz olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə İddia təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 saylı qərarı iddiaçıya aid hissədə səbəb əlaqəsi dəyişdirilərək, "Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar" ifadəsi ilə əvəz olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-778/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-778/2024
24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver