Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-78/2021 27.01.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Masallı rayonu, Gəyəçöl kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi nəzərə alınmaqla ona veteran adının və müvafiq vəsiqənin verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli 1/H-7605 saylı məktubunda Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-14494 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığını əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin bir vəzifə olaraq cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı olduğu kimi saxlanılmaqla, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qəbul edilməsini, iddia tələbinə isə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini və iddia tələbində qoyduğu digər cavabdehlərin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(120)-1133/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində hərbi xidmət etmişdir. Belə ki, xx.xx.N-cü il tarixdə könüllü olaraq döyüşlərə getmişdir və xx.xx.N-cü ildən N nömrəli hərbi hissənin (Ağdərə bölgəsində) hərbi qulluqçusu olmuşdur və həmin hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 1 saylı əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək TKM.BK vəzifəsinə təyin edilmişdir. Bir çox döyüşlərdə iştirak etmişdir (xx.xx.N-cü ildən xx.xx.N-cü ilədək). xx.xx.N-cü ildən xx.xx.N-cü ilədək qulluq etməyi barədə qeydlər ona məxsus hərbi biletin 6-7-ci səhifələrində aparılmışdır. Tərtər Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır və yoxdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına, göstərdiyi qəhrəmanlıq və şücaətə baxmayaraq ona heç bir fəxri ad və iştirakına görə veteranlıq verilmədiyindən o, bir çox dövlət qurumlarına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya) bu barədə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda müəyyən sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini və digər sənədlərin surətlərini göndərməyi qeyd edilmişdir. O, həmin sənədləri düzəldib yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Lakin cavab olaraq qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmaması qeyd edilmişdir. Halbuki verilmiş arxiv arayışından və hərbi biletindən açıq aydın görünür ki, o, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında Müdafiə Nazirliyinin tabeliyində iştirak etmişdir (165 və sair hərbi hissələr). Odur ki, hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməli və bu bir vəzifə olaraq cavabdehə həvalə edilməlidir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il 11/3881 saylı etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınmışdır. Sonradan iddiaçının harda olması, xidmət keçməsi, döyüşlərdə olub-olmaması barədə məlumat yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 №-li Qərarına əsasən xx xxxxxxxx 2018-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişikliyə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim edildiyi halda mötəbərdir. İddiaçının barəsində cinayət təqibinin başlanması və ya bundan imtina edilməsi təhqiqat və prokurorluq orqanın vəzifəsidir. Lakin bu vəzifənin yerinə yetirilməməsi iddiaçıya imtiyaz yaratmır, onun barəsində cinayət təqibinin başlanmaması ona müharibə veteranı adı almaq hüququ vermir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, «Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz». «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər müharibə veteranı sayılmırlar. Yuxarıda göstərilənləri nəzərə alıb, İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Səyyar ASAN8 tərəfindən verilmiş Seriya AZE 16048929 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Masallı rayonu, Gəyəçöl kəndində doğulmuş və Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/H-7605 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-14494 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N-cü il tarixdən sonrakı hərbi xidmətiniz və qanuni əsaslarla tərxis olunmağınız barədə məlumat olmadığına görə Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan xx xxxxx 1984-cü il tarixdə İddiaçı verilmiş НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N-xx.xx.N-cü il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olması (hərbi biletin 6-cı səhifəsi) və xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək Ağdərə bölgəsində döyüş əməliyyatlarında iştirak etməsi (hərbi biletin 7-ci səhifəsi) barədə N nömrəli hərbi hissə tərəfindən qeydlər aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 9/2-14494 saylı məktubun surətində qeyd edilmişdir ki, Sizin xx.xx.2019-cu il tarixli 938 №-li sorğunuza cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 1 №-li əmrilə (əsas: səh 8, əmrdə atasının adı Cənnətəli yazılmışdır) sıravi İddiaçı Cənnətəli oğlu şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək TKM.BK. vəzifəsinə təyin edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul N-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı sonrakı xidməti barədə araşdırma apara bilmirik. İş materiallarında olan N saylı hərbi hissə komandirinin xx xxx N-cü il tarixli 1 №-li əmrindən çıxarışın surəti ilə müəyyən olunur ki, TKM.BK-sır. İddiaçı Cənnətəli oğlunun N №-li hərbi hissənin şəxsi heyətinə yazılması, müvafiq vəzifəyə təyin edilməsi, bütün təminatlar ödənilməsi və tutduğu vəzifəsinin icrasına başlaması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2020-ci il tarixli 9/2-10343 saylı məktubunun surətindən görünür ki, N №-li hərbi hissə komandirinin iyun N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin iyul N-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 11/4100 saylı məktubu ilə müəyyən olunur ki, N nömrəli hərbi hissə müvafiq əmrə əsasən xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə sayılıb. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli 19HP6213 nömrəli məktubunun surətindən görünür ki, 1966-cı il təvəllüdlü, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır və yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, xx xxxxx 1984-cü il tarixdə iddiaçıya verilmiş НЗ ******* nömrəli hərbi biletdə onun xx.xx.N-xx.xx.N-cü il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olması və xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək Ağdərə bölgəsində döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Həmçinin N saylı hərbi hissə komandirinin xx xxx N-cü il tarixli 1 №-li əmrində İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinə yazılması, müvafiq vəzifəyə təyin edilməsi, bütün təminatlar ödənilməsi və tutduğu vəzifəsinin icrasına başlaması qeyd edilmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının N nömrəli hərbi hissədə xx.xx.N-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığını əsas gətirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Halbuki Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2020-ci il tarixli 9/2-10343 saylı məktubunda N №-li hərbi hissə komandirinin iyul N-cü il tarixli nizami hissə üzrə əmrlərinin, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarının və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı qeyd edilmişdir. Eyni zamanda Tərtər Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli 19HP6213 nömrəli məktubunun surətindən görünür ki, 1966-cı il təvəllüdlü, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır və yoxdur. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1962-ci il təvəllüdlü X3 ifadəsində göstərdi ki, o, könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün N-cü ildə müraciət edərək, cəbhəyə yollanmışdır. Könüllülərdən ibarət olan N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçı da onunla birlikdə N nömrəli hərbi hissədə xidmət etmiş və hərbi hissə ləğv olunanadək bir yerdə döyüşdə iştirak etmişdir. Ona müraciəti əsasında müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Eləcə də məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1969-cu il təvəllüdlü X4 ifadəsində göstərdi ki, o, hazırda ehtiyatda olan hərbi qulluqçu olmaqla Qarabağ əlilidir. İddiaçı tələbəlik illərindən tanıyır. N-cü ilin 1 aprelindən könüllü olaraq cəbhəyə getmək üçün müraciət etmişdir. O, könüllü olaraq cəbhəyə getmək üçün müraciət edərkən İddiaçı də könüllülərin içərisində idi. Əvvəlcə onları Biləcəriyə, oradan isə keçmiş Ağdərə rayonunun Suqovuşan kəndində olan N nömrəli hərbi hissəyə aparmışdılar. N nömrəli hərbi hissə könüllülərdən ibarət olan hərbi hissə idi. N-cü ilin iyunun 23-də onların xidmət etdiyi hərbi hissə Müdafiə Nazirliyinin tabeliyində olan komandanlığın əmri ilə ləğv edilmişdir. Sonra qərargah rəisi əmr imzalayaraq onları tərxis etdi. Həmin vaxtdan sonra ona müraciəti əsasında müharibə veteranı adı və vəsiqəsi verilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş dispozisiya şərtləri mövcuddur. Lakin cavabdeh iddiaçıya «Müharibə veteranı» adının verilməsindən imtina etmiş və imtinasını yuxarıda açıqlanan məzmunda əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları əlavə olunmadığı təqdirdə, məsələnin həllinə formal yanaşılmamalı, işin bütün halları nəzərə alınmaqla qərar çıxarılmalıdır. Əgər iddiaçı bu cür sübutları xidmət etdiyi N №-li hərbi hissə komandirinin iyul N-cü il tarixli nizami hissə üzrə əmrlərinin, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarının və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması səbəbindən təqdim etməmişsə, bu, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə xidmət etməməsi anlamına gələ bilməz. Qeyd olunanlardan göründüyü kimi N №-li hərbi hissə komandirinin iyul N-cü il tarixli nizami hissə üzrə əmrlərinin, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarının və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması səbəbindən iddiaçının sonrakı hərbi xidmətinin araşdırılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina üçün əsas deyildir. İddiaçının xx.xx.N-xx.xx.N-cü il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olması və xx.xx.N-cü il tarixdən xx.xx.Ncü il tarixədək Ağdərə bölgəsində döyüş əməliyyatlarında iştirak etməsi barədə ona məxsus hərbi biletdə N saylı hərbi hissə tərəfindən müvafiq qeydlər aparılmışdır. Həmçinin İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinə yazılması, müvafiq vəzifəyə təyin edilməsi, bütün təminatlar ödənilməsi və tutduğu vəzifəsinin icrasına başlamasına dair N saylı hərbi hissə komandirinin xx xxx N-cü il tarixli 1 №-li əmri vardır. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etdiyi üçün о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov