Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-78/2022 20.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.1997-ci il tarixdə Vergilər Nazirliyində qeydiyyata alınmış və cəmiyyətin adına müvafıq olaraq VÖEN: ********** və müvafıq ƏDV bildirişi verilmişdir. İddiaçı MMC faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş heç bir fəaliyyəti yoxdur. İddiaçı MMC-də 1997-ci ildən hal-hazırkı vaxta kimi fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müəssisədə sonuncu mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması avqust 2015-sentyabr 2019-cu il olan dövrü əhatə etmişdir. Yoxlama aparılan müddətdə müəssisə tərəfındən yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərini, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr, razılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfındən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar yoxlama gününədək müəssisə tərəfındən vergi orqanına təqdim edilmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2020-ci il tarixdə **********140921 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında xx.xx.2020-ci il tarixli, **********143319 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılmışdır. Yoxlama dövrünə 2015-ci il üçün 32.811,08 AZN mənfəət vergisi, 2014-cu il üçün 742.908,30 AZN, 2015-ci il üçün 149.149,94 AZN, 2017-ci il üçün 990,0 AZN ƏDV, 2018-ci il üçün 376,25 AZN əmlak vergisi, 2014-cü il üçün 99.597,24 AZN, 2015-ci il üçün 12.816,38 AZN ödəmə mənbəyində tutulan vergi, ümumilikdə 1.038.649,19 AZN (bir milyon otuz səkkiz min altı yüz qırx doqquz manat, 19 qəpik) və 520.284,6 AZN maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafıq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görünür. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergilərin azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. İddiaçı MMC-də avqust 2014-sentyabr 2019-cu il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2020-ci il tarixdə **********140921 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl edilmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan vergi məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Bundan başqa qeyd etmək zəruridir ki, müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. Lakin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfındən aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfındən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-lərin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Müəssisədə aparılan bütün ödəmələr nağdsız qaydada həyata keçirilmişdir. Müəssisəyə mənfəət vergisi hesablanarkən müəssisə tərəfındən ödənilmiş vəsaitlərin köhnə dövrə nisbətdə yaranmış borclara silinməsi faktı yoxlama tərəfındən nəzərə alınmamış, əslində növbədənkənar yoxlama olduğundan əvvəlki dövrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfındən hansı hissədə hüquqi qiymət verildiyi şəxsi hesab vərəqəsində öz əksini tapmadığından müəssisənin ödədiyi vəsait köhnə borclara silinmiş, nəticədə yoxlama zamanı müəssisəyə əlavə vergilərin hesablanmasına gətirib çıxarmışdır. Müəssisənin cari ödədiyi mənfəət vergisi məbləğləri əslində yoxlama zamanı hesablanmış şərti rentabellik üzrə olan vergi məbləğlərindən daha artıqdır. Əlavə dəyər vergisi hissəsində isə yoxlama tərəfındən qərəzli olaraq 2013-2014-cü illər ərzində müəssisə tərəfındən aparılmış əvəzləşdirmələrə Vergi Məcəlləsinin 170, 175-ci maddələrinə istinad edilməklə düzgün aparılmadığı göstərilmişdir. Faktiki olaraq yoxlama tərəfındən yeddi il əvvəlki bir dövrə ƏDV-in düzgün hesablanmadığı, düzgün əvəzləşdırılmədiyi göstərilmişdir. Halbuki əvvəlki yoxlama zamanı və istintaq dövründə həmin illər üzrə 2013-2014-ci illər ƏDV hissəsində hər hansı bir qanunsuz hallar aşkarlanmamışdır. Yoxlama dövründə dəvət edilmiş "xxxx" MMC Konsaltinq və qiymətləndirmə şirkətinin mütəxəssisi tərəfındən verilən rəydə isə müəssisədə görülmüş təmir-tikinti işlərinin əmək tutumunun müəyyən edilməsində hansı normativlərə və metodikaya istinad edilməsi göstərilməmiş, Vergi və mühasibat qanunvericiliyinə uyğun olmayan bir qaydada müəssisəyə əmək tutumu hesablanmışdır. Əslində isə bütün bunlar Vergi Məcəlləsinin 150-ci maddəsi ilə tənzimlənir ki, bu maddədə ödəmə mənbəyindən tutulan vergilərin mütəxəssisin hesabladığı kimi tutulması nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergilərin azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. Ümumiyyətlə, növbədənkənar səyyar vergi yoxlaması bütün prosessual müddətlərin pozulması ilə, vergi və hətta cinayət mühakimə icraatının maddələrinin tələblərinə zidd olaraq aparılmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılmasının Baş İdarəsində bu materialların 2014-cü ildən olmasına baxmayaraq yalnız 2020-ci ildə həmin 2013-2014-cü illər üzrə müstəntiqin qərarı ilə yoxlama təyin edilmişdir. Halbuki həmin hissələr üzrə istintaq orqanı tərəfındən də heç bir mütəxəssisə ehtiyac olmadan müvafıq ekspertizalar təyin edilərək həmin illərin vergi hesablamalarına qiymət verilə bilərdi. İstintaq orqanının işin faktiki hallarını araşdırmaq, mötəbər sübutlar əldə etmək imkanları daha geniş olduğundan, bunlar edilmədiyindən və yeddi ildən sonra edildiyindən (prosessual müddətlər bitdikdən sonra) yoxlamanında düzgün aparılmaması şübhə doğurmur. Əlbəttə ki, düzgün və qanuni mühasibatlıq ekspertizası həyata keçirilərsə və müəssisənin xərclərinin uçotu qanuna uyğun və ciddi hesabat blankları əsasında aparılarsa səyyar vergi yoxlamasının nəticələrinin düzgün olmaması öz əksini tapa bilər. Halbuki, səyyar vergi yoxlaması aktında da göstərildiyi kimi Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, aparılmış səyyar vergi yoxlamasının nəticələri düzgün deyil və həmin məbləğlər ehtimallara əsasən müəyyən edilmişdir. Vergilər isə ehtimallar əsasında hesablana bilməz. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu məcəllə ilə müəyyən edilməyən, yaxud bu məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfındən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və subordinasiya baxımından yuxarı inzibati orqan tərəfındən və yaxud məhkəmə tərəfındən ləğv oluna bilər. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 59 və 73-cü maddələrinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər və heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin, qeyd edilən Məcəllənin 3.11-ci maddəsinin tələbinə görə Vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinin tələbinə görə Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarınm üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd edilən məcəllənin 54.0.2-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. VM-nin 39.2-ci maddəsinə əsasən Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması göstərilməlidir. VM-nin 39.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafıq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalanmamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. VM-nin 39.6-cı maddəsinə əsasən Vergilər Məcəlləsinin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfındən təqdim edilmış sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafıq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. VM-nin 39.7-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfındən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfındən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Qara-Qaya” Assosiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Təsadüfi deyil ki, Ali Məhkəmənin Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfındən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyinin bütün ziddiyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin riayət edilməməsində vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Ona görədə göstərilən hal aydınlaşdırılması mümkün olmayan məqamlar kimi də vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 55-ci maddəsində göstərilir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması halında şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140115 nömrəli qərarına əsasən Baş İdarənin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi mıfəttişi, kiçik vergi xidməti müşaviri X2 tərəfindən İddiaçındə (VÖEN: **********) xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Səyyar vergi yoxlaması ********* nömrəli cinayət işi üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin rəisi, ədliyyə müşaviri Ziya Təhməzovun xx.xx.2019-cu il tarixli qərarına (AVİS qeydiyyat N°**********662200) və səyyar vergi yoxlamasının dövrünə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarına (AVİS qeydiyyat Nq2C91 **********00) əsasən təyin edilmişdir. Səyyar vergi yoxlamasının gedişatı zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədləriıı təqdim olunması haqqında” xx.xx.2020-ci il tarixli Tələbnamə müəssisənin direktoru X4 təqdim olunmuşdur. İxtiyar Həsənov yoxlama dövrünə aid müəssisə tərəfindən görülmüş təmir-tikinti işlərinə dair icra aktlarını (Forma-2) və işlərin təhvil-qəbul akrlarını (Forma-3) təqdim etmiş, digər sənədləri, o cümlədən xərc sənədlərinin olmamasını əsas gətirərək təqdim etməmişdir. Bu hal xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə xx.xx.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar cıxarılmış, xx.xx.2020-ci il tarixli, **********224500 nömrəli məktubla vergi ödəyicisinin elektron ünvanına göndərilmişdir. Təmir-tikinti işlərinin görülməsinə dair İcra aktları (Forma-2) və işlərin təhvil-qəbul aktları (Forma-3) X7 tərəfindən təqdim olunmuş, xx.xx.2020-ci il tarixli, **********141787 nömrəli “Sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında” Protokolla rəsmiləşdirilmişdir. Xərc sənədlərinin və vergilərin hesablanılması üçün zəruri olan digər sənədlərin olmamasını əsas gətirərək, təqdim olunmasından imtina olunmuş, bu hal xx.xx.2020-ci il tarixli “Sənədlərin və nümünə kimi əşyaların verilməsindən imtina haqqında” Aktla rəsmiləşdirilmişdir. Yoxlama ilə 2015-ci ilin mart, may, iyul, avqust, sentyabr, dekabr ayiarında, 2016-cı ilin fevral ayı istisna olmaqla digər aylarında, 2017-ci ilin iyun ayı istisna olmaqla digər aylarında və 2018-2019-cu illər ərzində müəssisənin əməliyyatlarının olmaması müəyyən olunmuşdur. Müəssisə tərəfindən vergi tutulan əməliyyatların dəyərinin Vergi Məcəlləsinin 161-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilməsinin qanunamüvafiqliyi təmin edilməmişdir. Vergi ödəyicisi tərəfindən 2014-cü ilin noyabr ayında 20.000.000 manat vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aparılmış, əsası olmadığı üçün kameral yoxlama ilə nəzərə alınmadığı təsdiqini tapmışdır. Vergi tutulan əməliyyatların vaxtı Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq surətdə müəyyənləşdirilməmişdir. İddiaçı tərəfindən büdcəyə ödəmələr müəyyən edilərkən Vergi Məcəlləsinin 170 və 175-ci maddələrinin tələbləri pozularaq əvvəlki illərdə, yəni xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 7511,47 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 3342,88 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2466,15 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2465,99 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2465,99 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2417,42 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2334,59 manat, xx.xx.2012-ci il tarixli ********* nömrəli YGB üzrə 2334,50 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2300,71 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2272,55 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2251,63 manat, xx.xx.2012-ci il tarixli ********* nöınrəli YGB üzrə 2218,79 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2174,45 manat, xx.xx.2012-ci il tarixli ********* nömrəli YGB üzrə 2107,30 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 2106,15 manat, xx.xx.2011-ci il tarixli ********* nömrəli YGB üzrə 2061,79 manat, xx.xx.2013-cü il tarixii ********* nömrəli YGB üzrə 1996,88 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 1656,53 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 1314,68 manat, xx.xx.2012-ci il tarixli ********* nömrəli YGB üzrə 755,18 manat, xx.xx.2012-ci il tarixli ********* nömrəli YGB üzrə 755,18 manat, xx.xx.2013-cü il tarixli ********* nömrəli YGB üzrə 746,27 manat, xx.xx.2011-ci il tarixli ********* nömrəli YGB üzrə 718,63 manat xx.xx.2012-ci il tarixli ********* nömrəli YGB üzrə 561,81 manat, xx.xx.2012ci il tarixli ********* nömrəli YGB üzrə 96,86 manat, xx.xx.2011-ci il tarixli ********* nömrəli YGB üzrə 58,35 manat, həmcinin ödənişi aparılmayan 2014-cü ilin avqust ayında "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HH 860930 nömrəli VHF üzrə 103,50 manat, oktyabr ayında xx.xx.2014-cü il tarixli HH166252 nömrəli VHF üzrə 20,90 manat, xx.xx.2014-cü il tarixli Hİ 080860 nömrəli VHF üzrə 8,97 manat, noyabr ayında xx.xx.2014-cü il tarixli Hİ 332989 nömrəli VHF üzrə 31,91 manat, xx.xx.2014-cü il tarixli Hl 251825 nömrəli VHF üzrə 10,62 manat, dekabr ayında 2xx.xx.2014-cü il tarixli Hİ 499303 nömrəli VHF üzrə 42,47 manat, xx.xx.2014-cü il tarixli Hİ 416288 nömrəli VHF üzrə 23,42 manat, 2015-ci il fevral ayı ƏDV bəyənnaməsində "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli Hİ 010164 nömrəli VHF üzrə 66,69 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 272944 nömrəli VHF üzrə 63,36 manat, "xxxx" QSCdən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HH 783646 nömrəli VHF üzrə 23,28 manat, "xxxx" ASC-dən aldığı xx.xx.2014-cü il tarixli HG 954092 nömrəli VHF üzrə 240,90 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 051254 nömrəli VHF üzrə 27,94 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HF 862965 nömrəli VHF üzrə 192,89 manat, xx.xx.2013-cü il tarixli HG 496257 nömrəli VHF üzrə 10,47 manat, xx.xx.2014-cü il tarixli HG 966280 nömrəli VHF üzrə 6,24 manat, "xxxx" ASC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HG 714671 nömrəli VHF üzrə 15,07 manat, "xxxx" QSC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli 005680 nömrəli VHF üzrə 53,28 manat, xx.xx.2013-cü il tarixli HG 426042 nömrəli VHF üzrə 257,62 manat, xx.xx.2014-cü il tarixli HG 858896 nömrəli VHF üzrə 86,9 manat, “HOLÇİM (AZƏRBAYCAN)” QSC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 195639 nömrəli VHF üzrə 1475,68 manat, “HOLÇİM (AZƏRBAYCAN)” QSC-dən (VÖEN 99000 51081) xx.xx.2013-cü il tarixli HG 201566 nömrəli VHF üzrə 556,82 manat, "xxxx" MMC-dən xx.xx.2014-cü il tarixli HG 756586 nömrəli VHF üzrə 48,39 manat, "xxxx" QSC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HH 466246 nömrəli VHF üzrə 36,20 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 127086 nömrəli VHF üzrə 4,32 manat, xx.xx.2013-cü il tarixli HG 429820 nömrəli VHF üzrə 30,96 manat, xx.xx.2013-cü il tarixli HG 681104 nömrəli VHF üzrə 29,16 manat, “HOLÇİM (AZƏRBA YCAN)” QSC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 422647 nömrəli VHF üzrə 180,0 manat, "xxxx" QSC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HG 712254 nömrəli VHF üzrə 5,80 manat, "xxxx" MMC-dən xx.xx.2013-cü il tarixli 829168 nömrəli VHF üzrə 219,96 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli 147100 nömrəli VHF üzrə 291,6 manat, xx.xx.2013-cü il tarixli HG 034615 nömrəli VHF üzrə 291,6 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli VHF üzrə 114,95 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HH 155868 nömrəli VHF üzrə 18,24 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HH 646675 rıömrəli VHF üzrə 56,75 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HH 075050 nömrəli VHF üzrə 18,24 manat, "xxxx" QSC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 267489 nömrəli VHF üzrə 265,59 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 093196 VHF üzrə 30,34 manat, "xxxx" QSCdən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HH 332139 nömrəli VHF üzrə 60,79 manat, "xxxx" QSC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HG 739518 nömrəli 104,43 manat, “HOLÇİM (AZƏRBAYCAN)” QSC-dən (VÖEN 99000Ö1081) xx.xx.2013-cü il tarixli HG 035552 nömrəli VHF üzrə 409,47 manat, "xxxx" QSC-dən (VÖEN **********) xx.xx.2014-cü il tarixli HH 912507 nömrəli VHF üzrə 12,92 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli 940369 nömrəli VHF üzrə 347,54 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixii 127085 nömrəli VHF üzrə 82,08 manat, "xxxx" MMC-dən (VÖEN **********) VHF üzrə xx.xx.2014-cü il tarixli HH 556773 nömrəli VHF üzrə 133,41 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 286104 nömrəli VHF üzrə 920,48 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2014cü il tarixli HH 406373 nömrəli VHF üzrə 108,27 manat, "xxxx" QSC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HF 832669 nömrəli VHF üzrə 749,22 manat, "xxxx" QSC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 122219 nömrəli VHF üzrə 269,65 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 064766 nömrəli VHF üzrə 388,8 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HF 970188 nömrəli VHF üzrə 4,32 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HF 970187 nömrəli VHF üzrə 72,36 manat, "xxxx" QSC-dən (VÖEN **********) xx.xx.2013cü il tarixli HG 575020 nömrəli VHF üzrə 101,81 manat, xx.xx.2014-cü il tarixli HH 152157 nömrəli VHF üzrə 63,45 manat, xx.xx.2014-cü il tarixli HH 615268 nömrəli VHF üzrə 24,13 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HG 446847 tıömrəli VHF üzrə 324,71 manat, xx.xx.2014-cü il tarixli HG 823198 nömrəli VHF üzrə 49,57 manat, xx.xx.2013-cü il tarixli 522614 nömrəli VHF üzrə 256,71 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2013-cü il tarixli HF 944439 nömrəli VHF-ları üzrə ƏDV məbləğləri, ümumilikdə 61381,48 manat ƏDV məbləği əvəzləşdirilmişdir. İddiaçı tərəfindən 2014-cü ilin avqust ayına qədər "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) üçün 4012976,22 (ƏDV-siz) manat dəyərində təmir tikinti işləri yerinə yetirilmiş və işiərin yerinə yetirilməsi haqqında icra aktı (Forma-2) həmin ilin avqust ayında tərtib olunmuşdur. Görülmüş işlərə görə sifarişçi tərəfindən xx.xx.2014-cü il tarixdə 508474,58 manat (ƏDVsiz) avans məbləği ödənilmişdir. Daxil olmuş avans məbləği 2014-cü ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyənnaməsində əks etdirilmişdir. Baş İdarənin aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlərin alınması haqında xx.xx.2020-ci il tarixli, **********62700 nömrəli müraciətinə xx.xx.2020-ci il tarixli, **********366900 nömrəli məktubla cavab verilmişdir. Alınmış məlumatlara əsasən daxil olmuş avans məbləğinin avqust-2014-cü ildə tərtib olunmuş icra aktına aid olduğu müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq səyyar vergi yoxlaması aktında daxil olmuş avans məbləğinə hesablanmış 91525,42 manat ƏDV məbləği 2014-cü ilin avqust ayı üzrə ƏDV bəyənnaməsində azaldılmaqla, nəticədə həmin ay üzrə büdcəyə hesablanan ƏDV məbləği 631578,45 manat müəyyən olunmuşdur. Nəticədə 801522,82 manat ƏDV-nin azaldılması, 680533,55 manat ƏDV-nin artıq hesablanılması müəyyən olunmuşdur. Ümumilikdə 120989,27 (801522,82-680533,55) manat ƏDV azaldılmışdır. Yoxlama ilə mənfəət vergisinin 32811,08 manat azaldılması, 1187,02 manat artıq hesablanılması müəyyən olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən 2014-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyənnaməsində gəlir və xərclər düzgün müəyyən olunmadığından kameral vergi yoxlaması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanılmışdır: İddiaçı tərəfindən vergi uçotunun kassa metodu tətbiq edilmiş, malların satılması, işlərin görülməsi və xidmətlərin göstərilməsindən hesablaşma hesabına və digər hesablarına daxil olmuş ümumi gəliri 762556,54 manat, buna müvafiq mənfəət vergisi 25418,55 manat müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim olunmadığı üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği təsdiqlənmiş, nəticədə 127092,75 x 20% = 25418,55 manat mənfəət vergisi təsdiqlənərək aşağıdakı kimi müəyyən olunmuşdur: ümumi gəlir 762556,54 manat; Xərclər: 221.1 Əmək haqqı-6016,40 manat; 221.2 Sosial sığorta haqları-1504,10 manat; 221.3 Xammal və materiallar- 262034,45 manat; 221.7 Enerji xərcləri-4716,61 manat; 221.9 Yanacaq xərcləri-6788,87 manat; 221.10 Su və kanalizasiya xərcləri – 286,45 manat; 221.11 Rabitə xərcləri-4014,4 manat; 221.13 Bank xidməti üzrə xərclər-1452,0 manat; 227 Amortizasiya ayırmaları- 342547,82 manat; 233 Gəlirdən çıxılan vergilər-2149,25 manat; 233.2 Əmlak vergisi- 4580,69 manat; 233.5 Yol vergisi-1522,0 manat; Cəmi: 635463,79 manat. Vegiyə cəlb olunan mənfəət-127092,75 manat; Mənfəət vergisi-25418,55 manat. Vergi ödəyici tərəfindən 2015-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir və xərclər aşağıdakı kimi göstərilmişdir: Ümumi gəlir-3183575,35 manat; Xərclər: Əmək haqqı- 6159,0 manat; Sosial sığorta haqları-1353,0 manat; Malın dəyəri-2632213,52 manat; Enerji xərcləri-1250,0 manat; Yanacaq xərcləri-2750,0 manat; Su və kanalizasiya xərcləri - 2230,0 manat; Rabitə xərcləri-1750,0 manat; Bank xidməti üzrə xərclər-1250,0 manat; Amortizasiya ayırmaları-1540,0 manat; Təmir xərcləri-1650,0 manat; Gəlirdən çıxılan vergilər-658,44 manat; Əmlak vergisi-658,44 manat. Cəmi: 635463,79 manat. Vegiyə cəlb olunan mənfəət-530780,39 manat; Mənfəət vergisi-106156,08 manat. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2015-ci ildə vergi uçotunun hesablama metodunun tətbiq edildiyi müəyyən olunmuşdur. Müəssisə digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olmuş, yoxlamaya təqdim etdiyi icra aktlarına (Forma-2) əsasən 2014-cü ildə "xxxx" ASC (VÖEN **********) üçün 4308083,74 manat dəyərində təmir tikinti işləri görmüş, həmin ildə 731726,04 manat daxil olmuş, 3576357,69 manat debitor borcu qalmışdır. Həmcinin "xxxx" MMC (VÖEN **********) üzrə 4269,1 manat, "xxxx" MMC üzrə 2000,0 manat olmaqla, ümümilikdə debitor borcun 3582626,7 manat olduğu müəyyən olunmuşdur. 2015-ci ildə müəssisə tərəfindən 586388,68 manat dəyərində təmir tikinti işləri görülmüşdür. Ümumilikdə 2015-ci ildə müəssisənin ümumi gəliri 4169014,68 (3582626,7+586388,68) manat müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlamaya xərcləri təsdiq edən sənədlər təqdim olunmadığından müəssisənin 2015-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli 42 saylı ) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında ümumilikdə 138967,15 manat mənfəət vergisi müəyyən olunmuşdur. 2015-ci ildə mənfəət vergisinin 32811,07 manat (138967,15- 106156,08) azaldılması müəyyən olunmuşdur. Vergı ödəyicisi tərəfindən 2016-cı il üçün təqdim edilmiş mənfəət vergisi bəyənnaməsində gəlir və xərclər aşağıdakı kimi göstərilmişdir: Ümumi gəlir: 644070,0 manat. Xərclər: Əmək haqqı-6150,0 manat; Sosial sığorta haqları-1537,0 manat; Xammal və materiallar-622845,0; Enerji xərcləri-1250,0 manat; Yanacaq xərcləri-2750,0 manat; Su və kanalizasiya xərcləri - 2230,0 manat; Rabitə xərcləri-1750,0 manat; Bank xidməti üzrə xərclər-1250,0 manat; Amortizasiya ayırmaları-1540,0 manat; Təmir xərcləri-850,0 manat; Gəlirdən çıxılan vergilər-495,00 manat; Əmlak vergisi-495,0 manat. Cəmi: 642647,95 manat. Vegiyə cəlb olunan mənfəət- 1422,05 manat; Mənfəət vergisi-284,41 manat. 2016-cı ildə vergi ödəyicisi vergi uçotunun kassa metodunu tətbiq etmiş, 2016-cı ildə daxil olmuş məbləğlər əvvəlki illərdə görülmüş iş və xidmətlərə görə daxil olan debitor borc məbləğləri olmuşdur. Həmçinin 2015-ci ildə vergi uçotunun hesablama metodu tətbiq edildiyi üçün gəlir və xərclər 2015-ci ilə aid edilmişdir. Nəticədə 2016-cı ildə mənfəət vergisinin 284,41 manat artıq hesablanması müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyənnaməsində gəlir və xərclər aşağıdakı kimi göstərilmişdir: Ümumi gəlir-11000 manat; Xərclər: Əmək haqqı-2500,0 manat; Sosial sığorta haqları-550,0 manat; Xammal və materiallar- 0 manat; Malın dəyəri- 0 manat; Enerji xərcləri-250,0 manat; Yanacaq xərcləri-0 manat; Su və kanalizasiya xərcləri –0 manat; Rabitə xərcləri-0 manat; Bank xidməti üzrə xərclər-0 manat; Amortizasiya ayırmaları-0 manat; Təmir xərcləri-1800,0 manat; Gəlirdən çıxılan vergilər-470,31 manat; Əmlak vergisi-470,31 manat. Cəmi: 5570,31 manat. Vegiyə cəlb olunan mənfəət-5429,69 manat; Mənfəət vergisi-1085,94 manat. Vergi ödəyicisinin vergi orqanında olan baza məlumatlarına, həmcinin qarşılıqlı əməliyyatlara dair alınmış sənəd və məlumatlara əsasən 2017-ci ildə vergi ödəyicisi tərəfindən "xxxx" MMC-yə (VÖEN **********) 5500,0 manat dəyərində əsas vəsait təqdim edilmişdir. Bundan əlavə hər hansı bir əməliyyatın olması müəyyən olunmamışdır. Yoxlamaya əsas vəsaitlərin dəyəri barədə sənəd təqdim olunmadığından mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-cü il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında 183,33 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə 902,60 (183,33-1085,94) manat mənfəət vergisinin artıq hesablanması müəyyən olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdərı bir il müddətinə fəaliyyətini dayandırmışdır. 2018-ci ildə müəssisənin fəaliyyəti olmamışdır. Yoxlama ilə ümumilikdə mənfəət vergisinin 31624.06 (32811,08-1187,02) manat azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə 2018-ci ildə əmlak vergisinin 376.25 manat azaldılması aşkar olunmuşdur. Yoxlama zamanı dəvət olunmuş mütəxəssis tərəfindən təqdim olunmuş rəydə rüblər üzrə əmək tutumu və hesablanmış ödəmə mənbəyində tutulan vergi aşağıdakı kimi müəyyən olunmuşdur: Rüblər əmək tutumu odənilmiş ə/h ver. hes. məb vergi məbləği 3-rüb 2014 665467,69 1150 664317.89 93004,50 4-rüb-2014 48937,41 1846.4 47091.01 6592,74 1-rüb -2015 21132,9 1500 0 19632.9 2748,60 2-rüb 2015 49019,24 1500 47519,24 6652,69 3-rüb 2015 16245,64 1500 14745,64 2064,38 4-rüb 2015 11297,96 1650 9647,96 1350,71 Cəmi: 812100,84 9146,4 802954,44 112413,64 Yoxlama ilə 112413,62 manat (802954,44 x14%=112413,64) ödəmə mənbəyində tutulan verginin yayındırılması müəyyən olunmuşdur. Nəticədə yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 947123,77 manat azaldılması müəyyən olunrnuşdur: o cümlədən 32811,08 manat mənfəət vergisinin azaldılması; 801522,82 manat əlavə dəyər vergisinin azaldılması; 112413,62 manat ödəmə mənbəyində tutulan verginin azaldılması; 376,25 manat əmlak vergisini azaldılması. Yoxlama ilə vergilərin ümumilikdə 681720,57 manat artıq hesablanması müəyyən olunmuşdur: o cümlədən 1187,02 manat mənfəət vergisinin artıq hesablanması; 680553,55 manat əlavə dəyər vergisinin artıq hesablanılması. Yoxlama ilə vergilərin ümumilikdə 265403,2 manat azaldıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 947123,77 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 473561,88 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən iddiaçıya 960,0 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmçinin iddiaçının cavabdeh tərəfindən prosessual müddətlərin ötürülməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edirlər ki, yoxlama üzrə heç bir prosessual müddət ötürülməmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X5 gəlmiş, iddiaçının nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəfiləsidir. Həmin Məcəllənin 21-ci madəsinə görə vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək (maddə 23.1.5) vergi orqanlarının hüquqlarıdır. İş materiallarında olan İddiaçı nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2011-ci il tarixli **********056100 nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı nizamnaməsi 07 noyabr 1997-ci il tarixdə 70 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərinin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatı xx.xx.2011-ci il tarixli **********056100 nömrəli çıxarışla rəsmiləşdirilmiş, hüquqi ünvanı ünvan 3gi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********140115 nömrəli qərarının surətindən görünür ki, İddiaçındə (VÖEN: **********) xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə “vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması” məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış, yoxlama müddəti 30 gün müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********140921 nömrəli “səyyar vergi yoxlaması aktı”nın surətindən görünür ki, İddiaçındə 2014-2018-ci illərdə əmlak vergisi, avqust 2014-sentyabr 2019-cu illəri əhatə edən dövrdə əlavə dəyər vergisi, 3-cü rüb 2014- 3-cü rüb 2019-cu illəri əhatə edən dövrdə ödəmə mənbəyində tutulan vergi, 2018-2019-cu illərdə torpaq vergisi, 2014-2018-ci illərdə mənfəət vergisi, 2014-2018-ci illərdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, İ, İİ, İİİ rüb 2019-cu ildə MDSS (0111, 0112) üzrə “vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması” məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, vergi orqanının xx.xx.2020-ci il tarixli **********141330 nömrəli qərarına əsasən yoxlamanın aparılması daha 30 gün müddətinə uzadılmış, yoxlama xx.xx.2020-ci il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmış, yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli **********140921 nömrəli “səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 1038049,19 manat, o cümlədən mənfəət vergisinin 32811,08 manat, əlavə dəyər vergisinin 893048,24 manat, ödəmə mənbəyində tutulan vergilərin 112413,62 manat, əmlak vergisinin 376,25 manat azaldılması müəyyən olunmuş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinə 519324,59 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli mübahisələndirilən qərarının surətindən görünür ki, yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 947123,77 manat azaldılması, maliyyə sanksiyasının 473561,88 manat tətbiq edilməsi təsdiq olunmuş, o cümlədən iddiaçının mənfəət vergisinin azaldılmasına görə 32811,08 manat, əlavə dəyər vergisinin azaldılmasına görə 801522,82 manat, ödəmə mənbəyində tutulan vergilərin azaldılmasına görə 112413,62 manat, əmlak vergisinin azaldılmasına görə 376,25 manat vergi məsuliyyətinə cəlb edilməsi və ona mənfəət vergisinin 32811,08 manat azaldılmasına görə 16405,54 manat, əlavə dəyər vergisinin 801522,82 manat azaldılmasına görə 400266,41 manat, ödəmə mənbəyində tutulan vergilərin 112413,62 manat azaldılmasına görə 56206,81 manat, əmlak vergisinin 376,25, azaldılmasına görə 188,22 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli Qərarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Aparılmış səyyar vergi yoxlaması zamanı İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli, **********140921 mömrəli aktla 2014-2019-cu illər üzrə əmlak vergisi, əlavə dəyər vergisi, mənfəət vergisi və muzdlu iºlə əlaqədar ödəmə mənbəyində tutulan vergi Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmışdırmı? - Əgər qeyd edilən səyyar vergi yoxlaması aktında göstərilən vergilər düzgün hesablanmamışdırsa, onda MMC-nin həmin illər üzrə vergi borcu nə qədər olmuşdur? - Səyyar vergi yoxlaması zamanı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdə № **********140921 saylı səyyar vergi yoxlaması avqust 2015 - sentyabr 2019-cu illər üçün mənfəət vergisi, ƏDV, əmlak vergisi və ödəmə mənbəyindən tutulan vergilər işdə olan bütün sənədlər qanunvericilikdə ciddi hesabat blanklarına qoyulan tələblərə uyğundurmu? - İşdə olan bütün müqavilələr, məlumat və sənədlər ciddi hesabat blankları olmaqla mühasibat və vergi uçotu tələblərinə cavab verirmi? - İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində əvvəllər işlənmiş kameral borclar bərpa olunarkən, şəxsi hesab vərəqəsində vergi məbləğlərinə düzgün azalma verilmişdirmi? - İddiaçı MMC-nin hesablaşmaları üzrə ödədiyi məbləğlər səyyar vergi yoxlaması zamanı tam nəzərə alınmışdırmı? - Gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? - Əgər gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? - Əgər gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir? - Əgər gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir? - Gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi? - Yoxlama dövrü üzrə ƏDV tutulan əməliyyatın vaxtları İddiaçı MMC-nin tərəfindən düzgün müəyyən olunmuşdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 06 iyun 2022-ci il tarixli, 9/6671 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Birinci - üçüncü suallar üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə “Alfa” LTD” MMC tərəfindən aparılmış əməliyyatlara görə 32000,31 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən: - Mənfəət vergisi üzrə-31624,06 manat; Əmlak vergisi üzrə-376,25 manat. Dördüncü sual üzrə: Tədqiqat zamanı müəyyən olundu ki, iş materiallarında olan bütün müqavilələr, məlumat və sənədlər ciddi hesabat blankları olmaqla mühasibat və vergi uçotu tələblərinə cavab verir. Beşinci sual üzrə: “Alfa” LTD” MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində əvvəllər işlənmiş kameral borclar bərpa olunarkən aşağıdakı əməliyyatlar üzrə azalma verilməmişdir: “Alfa” LTD” MMC-nin (VÖEN: **********) səxsi hesab vərəqəsi Yazılış Əməliyyat adı Əməliwat Ödəmə Miqdar xx.xx.2015 MV 2014- Hesablama xx.xx.2014 1.037,71 DƏQİQLƏSMİŞ(KY xx.xx.2015 MVB)2014- /1 Hesablama xx.xx.2014 1.037,71 DƏQİQLƏŞMİŞ(KY xx.xx.2015 MV 2014- Hesablama xx.xx.2014 1.037,71 DƏQİQLƏŞMİS(KY xx.xx.2015 MV 2014- Hesablama xx.xx.2015 1.037,71 DƏQİQLƏŞMİŞ(KY B) / 4 xx.xx.2016 MV-4. Rüb 2015 - Hesablama xx.xx.2016 6.354,64 Cari hesablama (151.1) (KYB) xx.xx.2016 HSƏV 2015 - Hesablama xx.xx.2016 227,43 CARİ(KYB) xx.xx.2016 MV 2014- Hesablama xx.xx.2015 21.267,71 DƏQİQLƏSMİS (KYB) xx.xx.2016 HŞƏV-2. Rüb 2016- Hesablama xx.xx.2016 673,05 Cari hesablama (KYB) xx.xx.2016 MV 2015 - Hesablama xx.xx.2016 80.737,51 CARİ(KYB) xx.xx.2016 MV-2. Rüb 2016 - Hesablama xx.xx.2016 26.402,86 Cari hesablama (151.1) (KYB) xx.xx.2016 HŞƏV-3. Rüb 2016 Hesablama xx.xx.2016 673,05 - Cari hesablama (KYB) xx.xx.2016 MV-3. Rüb 2016 - Hesablama 1710.2016 26.402,86 Cari hesablama (151.1) (KYB) xx.xx.2016 HŞƏV-4. Rüb 2016 Hesablama xx.xx.2016 673,05 - Cari hesablama (KYB) xx.xx.2016 MV-4. Rüb 2016 - Hesablama xx.xx.2017 26402,86 Cari hesablama (151.1) (KYB) xx.xx.2017 HŞƏV 2016 – Cari Hesablama xx.xx.2017 345,67 (KYB) xx.xx.2017 HŞƏV 2016 – Cari Hesablama xx.xx.2016 345,65 (KYB)/1 xx.xx.2017 HŞƏV 2016 – Cari Hesablama xx.xx.2016 345,65 (KYB)/2 xx.xx.2017 HŞƏV 2016 – Cari Hesablama xx.xx.2016 345,65 (KYB)/3 xx.xx.2017 HŞƏV 2016 – Cari Hesablama xx.xx.2016 345,65 (KYB)/4 xx.xx.2017 HŞƏV-1. Rüb 2017 Hesablama xx.xx.2017 345,65 - Cari hesablama xx.xx.2017 HŞƏV-2. Rüb 2017 Hesablama xx.xx.2017 345,65 - Cari hesablama (KYB) xx.xx.2017 HŞƏV-3. Rüb 2017 Hesablama xx.xx.2017 345,65 - Cari hesablama (KYB) xx.xx.2017 HŞƏV-4. Rüb 2017 Hesablama xx.xx.2017 345,65 - Cari hesablama (KYB) Altıncı sual üzrə: xx.xx.2020-ci il tarixli **********140921 nömrəli Səyyar vergi Yoxlaması Aktında vergi ödəyicisinin hesablaşmaları üzrə dövlət büdcəsinə ödədiyi məbləğlər barədə hər hansı bir məlumat olmadığından bu sual üzrə tədqiqat aparılmadı. Yeddinci-on birinci suallar üzrə: Tədqiqat zamanı müəyyən edildi ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə müəssisə tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri iş materiallarında mövcud deyildir.Ona görə də hazırki suallar üzrə tədqiqat aparılmadı. On ikinci sual üzrə: İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə “Alfa” LTD” MMC tərəfindən ƏDV tutulan əməliyyatın vaxtları düzgün müəyyən olunmuşdur. Cavabdeh təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6671 sayiı ekspert rəyi ilə razılaşmamış və bu barədə etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə etirazın dəlillərini araşdıraraq hesab edir ki, etiraz əsassızdır və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6671 saylı ekspert rəyi Azərbaycan Respublikası Vergi Məcəlləsinə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı əlverişsiz inzibati akt olmaqla qismən qanunazidd sayılmalıdır. Həmçinin, məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt (xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərar) iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki, Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8.). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9.). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11.). Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı (maddə 83.2.1 – 83.2.4) məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - (maddə 83.2.4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada hesablanır. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə görə vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: hesabat dövri ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq (maddə 175.1.1); hesabat dövri ərzində malların idxalı üzrə – bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq (maddə 175.1.2); vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur (maddə 175.1.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş (AR NK-nın xx.xx.2003-cü il tarixli 42 nömrəli Qərarı ilə dəyişiklik edilmişdir) «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: - (6.1.1) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M 1 = G 1 / (100 + R) x R. Burada M1 – vergi ödəyicisinin mənfəəti, G1 – vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R – şərti rentabellik norması; - (6.1.2) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərclər əsasında M1 = X1 / 100 x R. Burada M1 – vergi ödəyicisinin mənfəəti, X1 – vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; - (6.1.3) vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. - (6.1.4) vergi ödəyicisinin (xarici hüquqi şəxslərdən başqa) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Məhkəmə hazırkı məhkəmə icraatında əldə olunan sübutlar və gətirilən dəlillərə mövcud qanunvericiliyin (o cümlədən Vergi Məcəlləsinin) yuxarıda sadalanan normaları baxımından məcmu halında qiymət verərək, cavabdeh inzibati orqanın (İPM-in 14.1-ci maddəsi) mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarın “mənfəət vergisi” və “əmlak vergisi” hissələrinə aid mövqeyi ilə razılaşır. Məhkəmə bu mövqeyə gələrkən, Vergi Məcəlləsinin 3-cü, 58-ci, 83-cü, 150-ci, 161-ci maddələrinin tələblərinə əsaslanmış, həm işdə olan ekspertiza rəyini, həm də iddiaçı tərəfin cavabdeh inzibati orqanın dəlillərini təkzib edən sübut və faktlar təqdim etmədiyini nəzərə almışdır. İddia tələbinin digər hissəsinə gəldikdə isə, məhkəmə aşağıdakıları bildirir: Vergi Məcəlləsinin 44-cü maddəsinə görə zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir (maddə 44.1). Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir (maddə 44.3). Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq hüquqları vardır (maddə 44.7). Həmin Məcəllənin 45.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət olunur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlamaları ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Məcəllənin 50.1.1 – 50.1.8-ci maddələrində nəzərdə tutulan (o cümlədən, maddə 50.1.7 – Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi) məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə görə operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun 41-ci maddəsinə görə inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (maddə 41.1). İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir (maddə 41.2). Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur (maddə 41.3). Ekspertiza inzibati orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq qurumların ekspertləri və ya mütəxəssisləri tərəfindən keçirilir (maddə 41.4). İnzibati orqanın və ya maraqlı şəxsin tələb etdiyi hallarda ekspert və ya mütəxəssis rəylə bağlı əlavə izahat verməyə borcludur (maddə 41.6). Həmin Qanunun 45.2-ci maddəsinə görə inzibati icraat zamanı inzibati orqan tərəfindən (sübutetmə vasitəsi kimi) sənədlərdən, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından, şahid ifadələrindən, müvafiq müayinələrin aparılmasından, ekspert rəylərindən, hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə edilə bilər. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (maddə 67.3). Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli, **********614921 nömrəli aktı və xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı “ödəmə mənbəyində tutulan vergi” hissəsində tutarlı sübutlarla əsaslandırmamışdır. Belə ki, vergi orqanının bu mövqeyi mülahizəyə əsaslanır və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri bu hal üzrə tam sübuta yetirilmiş sayıla bilməz. Nəzərə alınmalıdır ki, vergi orqanları operativ vergi nəzarətini həyata keçirən orqan kimi əmək müqaviləsini bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin işə cəlb edilməsi hallarının aşkar etmək və bununla bağlı müvafiq tədbir görmək (maliyyə sanksiyası tətbiq etmək) hüquqununa malikdir və hazırkı iddiaçının fəaliyyəti ilə bağlı belə halların aşkar olunması işdə öz təsdiqini tapmır. Bundan başqa Vergi Məcəlləsinin müddəalarında səyyar vergi yoxlaması zamanı həm mütəxəssisin dəvət olunması, həm də ekspertizanın təyin edilməsi nəzərdə tutulsa da, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu inzibati icraat çərçivəsində inzibati aktın (o cümlədən əlverişsiz inzibati aktın) qəbulu zamanı mütəxəssis rəyini yox, ekspert və (və ya) mütəxəssislərin cəlb edilməsi şərtilə təyin edilmiş ekspertizanın nəticələri üzrə rəyi sübut kimi müəyyən edir. Lakin cavabdeh inzibati orqan qeyd olunanları nəzərə almamış və mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulunda ekspertiza təyin edilmədən, yalnız mütəxəssis rəyinin alınmasının yetərli olmasını əsaslandırmamışdır. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 06 iyun 2022-ci il tarixli, 9/6671 nömrəli ekspert rəyində vergi orqanının mübahisələndirilən qərarına əsasən müəyyən edilmiş 112413,62 manat ödəmə mənbəyində tutulan verginin yayındırılması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərar “ödəmə mənbəyində tutulan vergi” hissəsində qanuna ziddir və iddiaçının hüquqlarınən pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı qismən, yəni “mənfəət vergisi üzrə 31624,06 manat və bu məbləğə tətbiq edilmiş 15812,03 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə 376,25 manat və bu məbləğə tətbiq edilmiş 188,12 manat maliyyə sanksiyası”, habelə “vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə iddiaçıya tətbiq olunmuş 960,0 manat məbləğində maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1, 4.1, 14, 23.1, 58.7. 62, 68-69, 75, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı qismən, yəni “mənfəət vergisi üzrə 31624,06 manat və bu məbləğə tətbiq edilmiş 15812,03 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə 376,25 manat və bu məbləğə tətbiq edilmiş 188,12 manat maliyyə sanksiyası”, habelə “vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə iddiaçıya tətbiq olunmuş 960,0 manat məbləğində maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 145,0 (bir yüz qırx beş) manat pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-78/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-78/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver