Məhkəmə qərarları › İş №2-1(120)-78/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-78/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-78/2023 05.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təhsil illərini, hərbi xidmət illərini və işlədiyi illəri sosial sığorta stajı kimi nəzə alaraq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına qarşı “çilingər işlədiyi 21 il 5 ay 5 gün müddəti sosial sığorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1981xx.xx.2002-ci illərdəki iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı daha sona yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “təhsil illərini, hərbi xidmət illərini və işlədiyi illəri sosial sığorta stajı kimi nəzə alaraq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin 11 aprel 2023-cü il tarixli iclasında cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.1956-ci ildə doğulmuşdur Təhsili texniki ortadır. xx.xx.1981-ci ildə Azərittifaqın Sabirabad rayonu Qaragüney kəndində yerləşən GFK (X15) də avtomaşınlar üzrə çilingər vəzifəsinə təyin edilmiş və bu vəzifədə xx.xx.2002-ci ilə kimi işləmişdir. xx.xx.2021-ci ildə 65 yaşı tamam olmuşdur. Əmək qanunvericiliyinə uyğun olaraq əmək pensiyasına çıxmaq üçün sənədlərini toplayıb Sabirabad “Asan Xidmət” Mərkəzinə təqdim etmişdir. Bu yaxınlarda cavabdeh təşkilatın xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubunu almışdır. Məktubda 21 il 5 ay 5 gün işlədiyi GFK aidiyyatı sənədləri arxivə vermədiyinə və xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci ilə kimi məcburi dövlət sosial sığorta haqqı köçürmədiyinə görə onun əmək kitabçasında qeyd olunmuş 25 il 5 ay 5 gün iş stajım etibarlı deyildir. Göründüyü kimi iş stajının çox hissəsi sovet dövrünə düşür. Ona göndərilən məktubda guya GFK rəhbərliyi aidiyyatı sənədləri dövlət arxivinə verməmiş və məcburi dövlət sosial sığorta köçürməmişdir. Qeyd olunanları nəzərə alaraq “xx.xx.1981-xx.xx.2002-ci illərdəki iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1,1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları iləmüəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş- sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Beləliklə, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaraqüney kəndində yerləşən GFK da (X10) avtomaşınlar üzrə çilinqər vəzifəsində işlədiyini iddia edir. Əmək kitabçasına əsasən iddiaçının 21 il 5 ay 5 gün iş stajı, 5 il 6 ay 2 gün hərbi xidmət və təhsil dövrü vardır, Ümumilikdə. 26 il 11 ay 7 gün sığorta stajı müəyyən olunmuşdur. Lakin iddiaçının fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Filial tərəfindən aparılan araşdırma nəticəsində heç bir məlumata rast gəlinməmişdir. Həmçinin, iddiaçının əmək ktabçasında onun xx.xx.1981ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaraqüney kəndində yerləşən GFK-da (X10) avtomaşınlar üzrə çilinqər vəzifəsində işləməsi barədə qeyd olmasına baxmayaraq həmin cəmiyyətin əmək haqqı cədvəlləri, əmrlər və digər sənədləri Sabirabad rayon Dövlət Arxivində və İdarədə saxlanılmadığından həmin dövrlər dövrlər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Həmçinin iddiaçının, həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiaçı tərəfindən bu illərdə həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini ciddi şübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. İddiaçı X21 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Sabirabad rayonunun Qaragüney kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, 044009 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1975-ci ildə Bakı Politexnikumuna daxil olmuş və 1981-ci ildə həmin texnikumun “Avtomobil nəqliyyatının istismarı” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaraqüney kəndində yerləşən GFK-da (X10) avtomaşınlar üzrə çilinqər vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, onun 26 il 11 ay 7 gün sığorta stajı (21 il 5 ay 5 gün əmək kitabçası, 5 il 6 ay 2 gün hərbi xidmət və təhsil dövrü) müəyyən olunmuşdur. Lakin, xx.xx.1981-xx.xx.2002-ci illərdə (21 il 5 ay 5 gün) Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinə aid olan sığorta stajı ilə əlaqədar bildiririk ki, həmin cəmiyyətin əmək haqqı cədvəlləri, əmrlər və digər sənədləri Sabirabad rayon Dövlət Arxivində və idarədə saxlanılmadığından araşdırılması mümkün olmamamışdır. Həmçinin Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti xx.xx.1992-xx.xx.2002-ci illərdə məcburi dövlət sosial sığorta haqqı köçürməmişdir. Belə olan halda tələb olunan (25 il) stajı çatmır. Ona görə də, xx.xx.2006-cı ildən sonra fərdi hesabında vəsaitin olmaması, tələb olunan sığorta stajının çatmaması səbəblərindən pensiya təyin edən komissiya yaşa görə əmək pensiyası təyin olunmasına imtina etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********605400 nömrəli məktubundan görünür ki, Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti xx.xx.1974-cü il tarixdə 24 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına, xx.xx.2005-ci il tarixdə isə “Qaragüney Kooperativ Cəmiyyəti” adı ilə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. X1r, Hal-hazırda fəaliyyəti aktivdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 01/3-1653 nömrəli məktubundan görünür ki, Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyəti 30 iyun 2010-cu il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” idarə heyəti aparatının rəhbərinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, AAŞ-37/39 nömrəli məktubundan görünür ki, Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti Azərittifaqın tabeliyində fəaliyyət göstərir. İşdə olan “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli məlumatdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 1981-2002-cı illərdə Azərittifaqın Sabirabad rayon Qaragüney SFK (X10) avtomaşınlar üzrə çilingər vəzifəsində işlədiyi haqda məlumat göndərilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı Sabirabad rayon regional ərazi filialının mütəxəssisi X4, X8 və X2 İttifaqı Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin sədri X11 iştirakları ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan surətindən görünür ki, İddiaçı sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı Cəmiyyətdə saxlanılan şəxsi qovluğa və əmək haqqı kitablarına əsasən araşdırma aparılmış, 25 may 1981ci il tarixli, 12 saylı sərəncamı ilə çilingər vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad olunması barədə heç bir sənəd aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəzdində Bakı Texniki Kollecinin xx.xx.2022-ci il tarixli, 456 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1975-ci il 320-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Avtomobil nəqliyyatının istismarı” ixtisasına daxil olmuşdur. xx.xx.1976-cı il 120-c saylı əmrə əsasən hərbi xidmətə çağırılmışdır. xx.xx.1978-ci il 248-c saylı əmrə əsasən hərbi xidmətdən qayıtmışdır. xx.xx.1981-ci il 79-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Avtomobil nəqliyyatının istismarı” ixtisasını bitirmiş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “texnik-istismarçı” ixtisas dərəcəsi və BT 044009 nömrəli diplom verilmişdir. İşdə olan Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 07 nömrəli məktubundan görünür ki, 1981, 1983-1986, 1988-1990, 1992, 1996-2002-ci illərə aid əmr kitabları, əmək haqqı cədvəlləri aşkar olunmamışdır. İlkin araşdırma zamanı aşkar olunan sənədlərə 4 saylı RƏF-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və buna dair xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. Müəssisəyə aid sənədlər arxivə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 09 nömrəli məktubundan görünür ki, İddiaçı aid idarədə əmək haqqı 1982-1987-1990-1991-1993- 1994-1995-ci illərdə öz əksini tapmışdır. Məzuniyyət kitabında xx.xx.1988-xx.xx.1988-ci illərdə kitabda əks olunmuşdur. Məzuniyyət kitabında xx.xx.1987-ci il tarixdən məzuniyyətə çıxmış, xx.xx.1987-ci ildə öz işinə qayıtmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mil-Muğan regional ərazi filialının baş mütəxəssisi X9, baş mütəxəssisi X5 və “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin sədri X11 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti 1981-2002-ci illərin sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanılaraq müəyyən edilmişdir ki, vətəndaş İsrəfilov X13 rayon Qaragüney kəndində yerləşən X10 əmr № 12, xx.xx.1981-ci il tarixdən pr 2 çilingər vəzifəsinə təyin edilmişdir. Əmr № 36/1, xx.xx.2002-ci il tarixdən çilingər işindən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Qaragüney Kooperativ Cəmiyyətinin əmək haqqı kitablarına əsasən 1982, 1984-cü ilin may-iyun ayları 1985, 1987, 1988, 1990, 1991, 1993, 1994, 1995-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları (1981, 1983, 1986, 1989, 1994-cü ilin oktyabr ayı, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002-ci illər istisna olmaqla) üzrə əmək haqqı olması tərəfindən müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-103189/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1991 -ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 8 il 9 ay təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək 8 il 9 ay sığorta stajına uyğun olaraq 6.668,11 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun X7 Sabirabad rayon qəbul şöbəsinin xx.xx.2022- ci il tarixli yoxlama aktına əsasən iddiaçı Qaragüney Kooperativ Cəmiyyətində 1981,1983,1986,1989,1994-cü ilin oktyabr ayı, 1996-2002-ci illər üzrə əmək haqqı almadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-121060/2023 nömrəli etiraza əlavədən görünür ki, Fondun 4 saylı regional ərazi filialına göndərilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli xidməti məktuba əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaragüney kəndində yerləşən Qaragüney Kooperativ Cəmiyyətində qarşılıqlı yoxlamanın keçirilməsi zərurətinin yarandığı bildirilmişdir. 17 noyabr 2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən onun 25 may 1981-ci il tarixdən işə qəbul edildiyi, 16 noyabr 2002-ci il tarixdən işdən azad edildiyi, həmçinin Cəmiyyətin əmək haqqı kitablarına əsasən 1982 və 1984-cü illərin may və iyun ayları, 1985, 1987, 1988, 1990, 1991, 1993, 1994, 1995- ci illərin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları (1981, 1983, 1986, 1989 və 1994-cü illərin oktyabr ayı, eləcədə 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002-ci illər istisna olmaqla) əmək haqqı aldığı müəyyən edildiyi bildirilmişdir. Bundan başqa, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-103189/2023 nömrəli cavab məktubuna əsasən iddiaçı İ.lsrəfHovun təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək. xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1985- ci il tarixdən 31,12.1985-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 8 il 9 av təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixədək 8 il 9 av sığorta stajına uyqun olaraq 6.668,11 manat pensiya kapitalı pensiya yasına çatdıdı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır, eləcə də İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun M il-X14 Sabirabad rayon Qəbul şöbəsinin xx.xx.2022- ci il tarixli yoxlama aktına əsasən iddiaçı Qaraaüney Kooperativ Cəmiyyətində 1981,1983,1986,1989 və 1994-cü illərin oktyabr avı, eləcə də 1996-2002-ci illər üzrə əməkhaqqı almadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı İ.lsrəfilova məxsus əmək kitabçasında işdən azad olma barədə əmrin tarixində düzəliş edildiyi, yəni müvafiq tarixin “16.11” ilə əvəz edildiyi müəyyən olunmuşdur. Məhkəməyə bildirməyi zəruri hesab edirik ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə, müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılmalıdır. Həmin Qərarın 3.6ci bəndinə görə, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: nömrəli qeyd etibarsızdır”. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan başqa, əmək kitabçasında iddiaçının xx.xx.2002-ci il tarixə aid işdən azadedilmə barədə qeydləri kiril qrafikalı əlifba əsasında aparılmışdır. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçının əmək kitabçasındakı xx.xx.2002-ci il tarixdən işdən çıxmasına dair qeydlərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (xx.xx.1999- cu il tarixdən qüvvəyə minmişdir) deyil, Əmək Qanunları Məcəlləsinə istinad edilməsi onun əmək kitabçasını şübhə altına alır. Qeyd olunanları nəzərə alaraq İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün (8 il 9 ay) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı 2-1(120)-78/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən 08 il 09 ay sığorta stajının mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən (65 yaşdan) yarandığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş yazılı etirazına və etiraza əlavəsinə əsasən müəyyən olunur ki, iddiaçının hərbi xidmət dövrünə və təhsil dövrünə münasibət bildirilməmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - xx.xx.1981-ci ildən xx.xx.2002-cı il tarixədək işlədiyi dövrün müəyyən hissəsinin əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi, qeyd edilən dövrlərlə bağlı əmək kitabçasının düzgün doldurulmaması səbəbindən həmin illərin iş stajının mötəbərliyinin yoxlanılmasının mümkün olmaması; - xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər üç əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına və inzibati orqan tərəfindən verilən etiraza nəzər yetirdikdə məlum olur ki, iddiaçının: - xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti dövrü 21 il 5 ay 5 gün təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İş materiallarına, eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin, Təhsil Nazirliyinin və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin məktublarına əsasən İddiaçı xx.xx.1975ci il tarixdə Bakı Politexnik Texnikumunun gündüz (əyani) “Avtomobil nəqliyyatının istimarı” ixtisasına qəbul olunduğu, 1976-cı ilin may ayında hərbi xidmətə çağırıldığı, 1978-ci ilin sentyabr ayında hərbi xidmətdən qayıdaraq texnikumun tələbələri sırasına bərpa edildiyi, xx.xx.1981-ci il tarixdə təhsil müəssisəinin “Avtomobil nəqliyyatının istimarı” ixtisasını bitirdiyi və BT seriyalı 044009 nömrəli diplom verildiyi müəyyən edilir. İddiaçının təhsil illəri və hərbi xidmətdə olan dövrü cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilən dövr ümumilikdə 05 il 06 ay 02 gün təşkil edir ki, həmin müddət iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının təhsil müddəti, hərbi xidmətdə olduğu və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1981-xx.xx.2002-ci illərdə (21 il 5 ay 5 gün) Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətində işlədiyi dövrün məcburi dövlət sosial sığorta haqqı köçürülmədiyini, arxivdə məlumatların olmadığın, əmək haqqı cədvəllərinin natamam olduğunu və əmək kitabçasının dzügün doldurulmadığını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (21 il 5 ay 5 gün) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2- 1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti xx.xx.1974-cü il tarixdə 24 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına, xx.xx.2005-ci il tarixdə isə “Qaragüney Kooperativ Cəmiyyəti” adı ilə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. X1r, hal-hazırda fəaliyyəti aktivdir. - Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyəti Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. - Vətəndaş İsrəfilov X13 rayon Qaragüney kəndində yerləşən X10 əmr № 12, xx.xx.1981ci il tarixdən pr 2 çilingər vəzifəsinə təyin edilmişdir. Əmr № 36/1, xx.xx.2002-ci il tarixdən çilingər işindən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Qaragüney Kooperativ Cəmiyyətinin əmək haqqı kitablarına əsasən 1982, 1984-cü ilin may-iyun ayları 1985, 1987, 1988, 1990, 1991, 1993, 1994, 1995-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları (1981, 1983, 1986, 1989, 1994-cü ilin oktyabr ayı, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002-ci illər istisna olmaqla) üzrə əmək haqqı olması tərəfindən müəyyən olunmuşdur. (xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı) - Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktının tərtib olunmasında iştirak etmiş keçmiş sədri X11 məhkəməyə ünvanladığı məktuba əsasən 1981, 1983, 1986, 1989, 1994, 1996, 1997, 1999, 2000, 2001, 2002-ci illər üzrə ümumi əmək haqqı kitablarının idarənin arxivində olmadığı bildirilmiş və səbəb olaraq məcburi köçkünlər idarənin inzibati binasınada yerləşdirildiyindən həmin sənədlərin məhv edildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyətində fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxiv və müəssisə də saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçilərinin o cümlədən İddiaçı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Eləcə də, cavabdeh inzibati orqanın imtina məktubunda əmək kitabçasının mötəbərliyi ilə bağlı qeyd etdiyi hallara münasibət bildirərək məhkəmə qeyd edir ki, əmək kitabçasının düzgün doldurulmaması, qeydlərdə qaralama olması iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iddiaçının işə girmə və çıxma əmri sorğu cavabları, eləcə də qarşılıqlı yoxlama aktı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyətində işlədiyi illəri onun sığorta stajına daxil edir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, H.O.Qasımovanın 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd olunan iş stajı, orduda xidmət illəri və təhsil aldığı illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təhsil illərini, hərbi xidmət illərini və işlədiyi illəri sosial sığorta stajı kimi nəzə alaraq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar