Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-780/2025 19.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin xx.xx.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin xx.xx.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2014cü il tarixdə müddətsiz təyin edilmiş “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin xx.xx.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-780/2025 nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin xx.xx.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə Kürdəmir rayonunda anadan olmuşdur. 07 dekabr 2004-cü ildə "X10 "Bibiheybetneft" NQÇİ-də quyuların yeraltı təmiri üzrə operatoru vəzifəsində işlədiyi vaxt xəsarət almışdır. Badbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ona "bel fəqərəsinin sağ köndələn sıxıntısının qapalı sınığı” diaqnozu qoyulmuşdur. Hadisə ilə əlaqədar 12 may 2005-ci il tarixdə İZ formalı akt tartib edilmişdir. xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 saylı zona TSEK-i tərəfindən ümumi xəstəlik amək zədəsi səbəbindən ona 2-ci qrup əlillik təyin edilmiş, 80% əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdır. Sonralar mütəmadi olaraq təkrar müayinələr keçirilmişdir. xx.xx.2014-cü il tarixdə keçirilən təkrar müayinədən sonra ona müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı uzun müddət ərzində əlilliyə görə pensiya almış və əlilliyi ilə bağlı cavabdeh tərəfindən ona hər hansı bir irad və nöqsan bildirilməmişdir. xx.xx.2023-cü il tarixdə o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. Orada güya onu muayinə etdilər. Bir nəfər qadın ona bir neçə sual vermiş və demişdir ki, gedə bilərsən. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlat Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona bildiriş göndərilmiş və bildirilmişdir ki, ona ümumi xəstəlik səbəbindən xx.xx.2014-cü il tanxində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğvi baradə qərar qəbul edilmişdir." Həmin tarixdən ona təyin edilmiş əlillik ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona təyin edilmiş müddətsiz ikinci dərəcə əliliyin ləğvi barədə qərarı tamamilə qanunsuzdur. Belə ki, cavabdeh bildirişdə göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası'nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda. Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar iddiaçı əyani müayinədə olmuşdur. Muayinənin necə keçirilməsini yuxarıda qeyd etmişdir. Lakin əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının duzgünluyunü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması barədə ona məlumat verilməmişdir. O, 2005-ci ildən işləmir. Aldığı xəsarət nəticəsində dayaq hərəkət funksiyasının pozulması mövcuddur, ayaqüstə dayanmağını və hərakət etməyini xeyli çətinləşdirir. Mütəmadi olaraq müalicə və müayinə olunur. Onun vəziyyəti ağırdır, getdikcə daha da pisləşır. Əlilliyin ləğv edilərək aldığı 300 manat pensiyanın dayandırması onu daha da ağır vəziyyətə salmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz) İcraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və X2: Vİ Sinif - Sınır sistemi xəstəlikləri => G00-G09 - Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri => G09 Mərkəzi sinir sisteminin iltıhabi xəstəliklərinin nəticələri Diaqnozun mətni: bel oma nahiyəsinin ostexondrozi daimi kokcuk ağrılari ilə L4-L5 fəqərələr arasi disk yırtığının çıxanması Məzkəzə göndərilmənin imtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb Tam reabilitasiya qərarı qəbul edilib, qərarı verilmişdir. Kürdəmir rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ona “Bel oma nahiyəsinin ostexondrozu daimi kökcük ağrıları ilə. L4-L5 fəqərələr arası disk yırtığının çıxanması" diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ə-26010/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyəsində ayaqlara irradiasiya edən ağrılardan, aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmişdir. Nevroloji statusda aşağı ətraflarda əzələ inkişafı simmetrik, əzələ gücü 5/5 bal, tonus norma daxilində olmuş, reflekslər canlı alınmış D=S, atrofiya, hipotrofiya, parez, iflic izlənilməmiş, yerişin ağrıya bağlı olaraq qoruyucu xarakterli olması müşahidə edilmişdir. Vətəndaş son illərə dair heç bir instrumental müayinə və müalicə sənədlərini ekspertizaya təqdim etməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə, təqdim edilmiş sənədlərə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması” na dair qərar qəbul edilsin. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş 'Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat 'Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməhyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasda iddiaçı və özü üzürlü səbəbdən iştirak edə bilməyəcəklər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iş materiallarında olan xx.xx.2023cü il tarixli qərarın surətindən görünür ki, həmin qərar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və qeydə alınmışdır. İddiaçı bildirmişdir ki, həmin akt xx.xx.2023-cü il tarixli məktubla ona təqdim edilmişdir. Cavabdeh inzibati orqan isə bunun əksini məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərədə tutulmuş müddəti keçirmədən məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirrliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-Ə-32861/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi- Sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq İddiaçı xx.xx.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, ona ümumi xəstəlik səbəbindən xx.xx.2014-cü il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2006-ci il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar xx.xx.2006-cı il tarixədək əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2006-cı il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar xx.xx.2007-ci il tarixədək əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2007-ci il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar xx.xx.2008-ci il tarixədək əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2008-ci il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar xx.xx.2009-cu il tarixədək əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2009-cu il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar xx.xx.2010-cu il tarixədək əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2010-cu il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar xx.xx.2011-ci il tarixədək əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2011-ci il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar xx.xx.2012-ci il tarixədək əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2012-ci il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar xx.xx.2013-cü il tarixədək əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2013-cü il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar xx.xx.2014-cü il tarixədək əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 saylı Tibbi- Sosial Ekspertiza Komissiyasının xx.xx.2014-cü il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə müayinədən keçmiş və ona 80 (səksən) faiz əmək qabiliyyətinin itirməsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Bibiheybət” NQÇİ-nin İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 02 nömrəli AKT-ın surətindən görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdə NQÇİ-nin NS-ə məxsus “Bakaz-3219” markalı AZ-**-JB-*** nömrəli avtobusda saat 07:10 radələrinddə Lökbatan Bakı istiqamətində hərəkət etməyə başlayıb. Lökbatan dairəsindən keçib Şıxov çimərliyi ərazisindəki “1001 Gecə” kafesindən sonra yerləşən çayxana və ərzaq mağazası yanında yol-nəqliiyat hadisəsi baş vermişdir. Bədbəxt hadisənin şahidləri NQÇİ-nin avtobusda olan işçirəri olmuşdur. Əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqəsi yaxud müalicə idarəsinin arayışı üzrə “bel fəqərəsinin sağ köndələn çıxıntının qapalı sınığı diaqnozu qoyulmuşdur. SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Bibiheybət” NQÇİ-nin Məlumatının surətindən görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı peşəsi: QYT operatoru, 4-cü dərəcə, bel fəqərəsinin köndələn çıxıntısı qapalı sınığı diaqnozu ilə xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işdən azad edilmişdir. Zərərçəkənə aldığı xəsarətlə bağlı İİ-ci qrup əlillik təyin edilmişdir. Təhqiqat aktının surətindən görünür ki, zərərçəkən 1973-cü il təvəllüdlü İddiaçı, peşəsi 4-cü dərəcəli QYT operatoyu, iş stajı: ümumi – 1997-ci ildən, həmin müəssisədə 1997-ci ildən, təhlükəsizlik texnikası üzrə: ilkin təlimatı-01.09.97-ci il, dövri təlimat – xx.xx.2004-cü il, biliyin yoxlanması – xx.xx.2004-cü il. Ailəli. Bakı şəhəri Baş Polis İdarəsi Səbail rayon Poliss İdarəsinin xx.xx.2005-ci il tarixli 9/15-490 saylı məktubunda Bakı-Səlyan şossesinin 8-9 km-də Bakı istiqamətində hərəkət edən sürücü X5 idarə etdiyi “BAKAZ-3219” markalı AZ-**-JB-*** dövlət qeydiyyat nişanlı avtomobil və sürücü X7 idarə etdiyi “VAZ-21061” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı və (yolun sağ kənarında dayanmış) sürücü X8 idarə etdiyi “KAMAZ- 55111” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşması göstərilir. Nəticədə avttobusun qabaq hissəsi və oturacaqkları zərbədən dağılaraq sıradan çıxmışdır. Avtobusda olan işçilərdən 14 nəfəri (sürücü və digər 13 nəfər) müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə zamanı xəsarət alan İddiaçı baş vermis bədbəxt hadisə idarəyə məxsusu vaxt avtobusunda baş verdiyindən İZ formalı aktla rəsmiləşdirilməli və “Bibiheybət” NQÇİ-də uçota alınmalıdır. Azərbaycan Respublikası TƏBİB “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X19 09 aprel 2024-cü il tarixli, 18-1-49/2-333/2024 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Kürdəmir rayonu Qaramahmudlu kənd sakini İddiaçı 2024-cü ilin müxtəlif tarixlərində “X18 Xəstəxanası” publik hüquqi şəxsə həkim nevropatoloq müayinəsi üçün müraciət etmişdir. Sonuncu dəfə vətəndaş İddiaçı müraciəti xx.xx.2024-cü il tarixdə həkim nevropatoloqa olmuş, müayinə nəticələri əsasında Respublika Klinik Xəstəanasına S34.2- Onurğanın bel-oma şöbəsinin sinir kökünün travması, M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərin radiokulopatiya ilə diaqnozu ilə göndəriş verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-12722/2024 nömrəli, 06 may 2024-cü il tarixli məktubunun surətindən görünür ki, müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2007-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyini barədə qərar qəbul edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-8-26010/2023 nömrəli nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qeyd edirlər ki, İddiaçı dair göndərişin (Forma088) tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Heyətinin 3-17-4/3-3-19332/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra - Qayda) 3.7-ci bəndinin və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 8 (səkkiz) nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişlixəbərnaməli məktub göndərilmiş, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 4 (dörd) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 4 (dörd) nəfərin isə tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmışdır. Həmin vətəndaşlardan 1 (bir) nəfərin "əlillik təyinatı barədə qərarının qüvvədə saxlanılması", 6 (altı) nəfər barəsində "diaqnozun təsdiqini tapmaması", 1 (bir) nəfər barəsində isə "tam reabilitasiya olması"na dair qərar qəbul edilmişdir. (siyahı əlavə olunur). Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19079/2023 nömrəli qərarını nəzərə alaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Tibbi-Sosial Ekspertiza və X1"nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndini rəhbər tutaraq X15 qərara alır: xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində qüvvədə olan qərar ləğv edilsin və "tam reabilitasiya olması"na dair qərar qəbul edilsin. xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər şəxsin əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılsın. xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 2 nəfər barəsində qüvvədə olan qərar ləğv edilsin və "diaqnozun təsdiqini tapmaması"na dair qərar qəbul edilsin. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 4 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilsin və "diaqnozun təsdiqini tapmaması" na dair qərar qəbul edilsin. Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinə (İ. Yusifov; L.Cavadova) "Əlillik" altsistemində əlilliyi barədə qərarı ləğv edilmiş şəxslərin əlillik vəziyyətində müvafiq dəyişikliyin edilməsi tapşırılsın. Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti (R.Hüseynov) qərar barədə məlumatın yazılı şəkildə Dövlət Sosial Müdafiə Fonduna 1 iş günü ərzində verilməsini təmin etsin. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi (S.Məmmədli) bu qərarın aidiyyəti struktur bölmələrə və surətinin barəsində inzibati icraat aparılmış şəxslərə göndərilməsini təmin etsin. Bu Qərarın icrasına nəzarət X13 sədr müavini R. Məhərrəmova həvalə edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 31 oktyabr 2023-cü il tarixli Qərarının surətindən görünür ki, Kürdəmir rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ona “Bel oma nahiyyəsinin osteoxondrozu daimi kökcük ağrıları ilə. L4-L5 fəqərələr arası disk yırtığının çıxarılması” diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlik risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ə-26010/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyəsində ayaqlara iradiasiya edən ağrılardan, aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmişdir. Nevroloji statusda aşağı ətraflarda əzələ inkişafı simmetrik, əzələ gücü 5/5 bal, tonus norma daxilində olmuş, reflekslər canlı alınmış, D=S, atrofiya, hipotrofiya, parez, iflic izlənilməmiş, yerişin ağrıya bağlı olaraq qoruyucu xarakterli olması müşaidə edilmişdir. Vətəndaş son illərə dair heç bir instrumental müayinə və müalicə sənədləri ekspertizaya təqdim etməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə, təqdim edilmiş sənədlərə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-23011/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Kürdəmir rayon sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli, 2-1(120)-2569/2024 nömrəli məktublara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində Əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8-26010/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan İddiaçı məhkəmə qərardadına əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində vətəndaşa dair aparılmış tam reabilitasiya olması barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 18 iyul 2024-cü il tarixli, 3-17-4/3-1-1-16455/2024 nömrəli Qərarının surətindən görünür ki, Kürdəmir rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik təyinatının dayandırılması səbəbindən narazı olan şəxs məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyəti ilk dəfə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə "ilkin"; xx.xx.2014-cü il tarixindən müddətsiz "Bel oma nahiyəsinin ostexondrozu, daimi kökcük ağrıları ilə L4-L5 fəqərələr arası disk yırtığının çıxarılması" diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcə "təkrar" əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra Qayda) 3.7-ci bəndinin və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən İddiaçı dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Vətəndaş əyani müayinədə iştirak edərək, həkim-ekspertlər tərəfindən müayinə edilmiş, obyektiv müayinə və ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş sənədlər əsasında vəziyyətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmadığından, İdarə Heyətinin 3-17- 4/3-3-19332/2023 nömrəli Qərarı ilə qüvvədə olan əlillik təyinatı ləğv edilərək barəsində, xx.xx.2023-cü il tarixindən "Tam reabilitasiya olunması"na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri bel nahiyəsində ayaqlara irradiyasiya edən ağrılardan, aşağı ətraflarda hərəkət məhdudluğundan olmuş, anamnestik olaraq mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxananın ambulator xəstənin tibbi kartından xx.xx.2024-cü il tarixli 4163 nömrəli çıxarışına əsasən diaqnoz "L4 bel fəqərəsinin sağ köndələn çıxıntısının sınığından sonrakı vəziyyət. Daimi kökcük ağrıları və Xroniki senso-motor polineyropatiya, aşağı ətrafların hərəki, trofiki, hissi pozulmaları ilə şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən reflekslər D=S canlı, yerişi sərbəst, ağrı fonunda qoruyucu izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, hərəkət məhdudluğu, parez, əlillik təyinatına əsas verən nevroloji defisit və heç bir patofunksional pozuntu müşahidə edilməmişdir. Anamnestik məlumatlar, obyektiv muayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, səhhətində əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli "Tam reabilitasiya olunması" barədə qərar qüvvədə saxlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(120)-2569/2024 nömrəli qərardadının surətindən görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası TƏBİB Publik Hüquqi şəxs “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X19 19 fevral 2025-ci il tarixli, 18-1-5/2-147/2025 nömrəli Tibbi Rəyin surətindən görünür ki, Vətəndaş R.Əhmədova məxsus zəruri tibbi sənədlərə baxış üçün həki-neyrocərrah Nizami Məmmədov təyin edilmişdir. Dəvətə əsasən R.Əhmədov xx.xx.2025-ci il tarixdə tibb müəssisəsinə ambulator müraciət etmişdir. Əldə edilən məlumata əsasən, vətəndaş R.Əhmədov 2004-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Hazırda belində və hər iki ayağında ətraflarının ağrılardan əziyyət çəkdiyini bildirmişdir. Nevroloji statusda ocaqlı kobud əlamətlər qeyd edilr. İddiaçı "Döş, bel-oma" MRT və "Döş, bel-oma" 3D MRT müayinələri təyin edilmiş İddiaçı xx.xx.2025-ci il tarixli "X20"də keçdiyi "Onurğa sütunu bel və oma disk aralığı (üç disk aralığı)" KT müayinə nəticələrinə əsasən: "Bel lordozu artıbdır. Fəqərə cisimlərinin hündürlükləri normaldır. Fəqərə cisimlərinin künclərində kiçik osteofit çıxıntılar qeyd olunur. Lumbar disklərdə yırtıq ya da protruzya aşkar edilmədi. Müayinə sahəsində spial kanalın diametri norma daxilindədir. Bilateral fəqərəarası dəliklər normal genişlikdədir. Onurğa beyni Th12-L1 səviyyəsində conus medullaris şəklində sonlanır. Cauda equina kökləri sərbəstdir. Faset oynaqları təbiidir. Müayinə sahəsinə daxil olan sümüklərdə travmatik dəyişiklik izlənilmədi. Sağ qalça sümüyündə sakroiliak səthdə 6mm ölçülü kənarları sklerotik düyün diqqət çəkir. Paravertebral, paraspinal toxumalarda patoloji dəyişiklik nəzərə çarpmır. Nəticə: Bel lordozu artıbdır. Fəqərə cisimlərinin künclərində kiçik osteofit çıxıntıları. Sağ qalça sümüyündə sakroiliak səthdə 6mm ölçülü kənarları sklerotik düyün", xx.xx.2025-ci il tarixli "APPRO HOSPİTAL"da keçdiyi "Tam onurğa sütununun" MRT müayinəsi nəticəsinə əsasən: "Boyun nahiyəsi: Servikal lordoz dəyişməmişdir. Osteopeniya. C3-C7-fəqərə cisimlərinin mərkəzi hissələrinin bir qədər çökməsi qeyd edilir (osteoporotik deformasiya kimi dəyərləndirilir, osteodensitometriya məsləhət görülür). C4,C5-fəqərə cisimlərində qarışıq tip degenerasiya (iltihabi prosess inkar edilmir). C2-C7 səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2 rejimində zəifləmişdir. C4-C5,C5-C6-fəqərəarası disklərin arxa median protruziyalar (2,5 mm), ön subaraxnoidal sahənin sıxılması diqqəti cəlb etmişdir. C4- C5-səviyyədə spinal kanalın mülayim sirkulyar daralması diqqəti cəlb etmişdir. Spinal kanalda patologiya təyin olunmamışdır. Onurğa beyninin genişliyi va intensivliyi dəyişməmişdir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Döş nahiyəsi: Döş kifozu artmışdır. Osteopeniya. Th1-Th12-fəqərə cisimlərinin mərkəzi hissələrinin bir qədər çökməsi qeyd edilir (osteoporotik deformasiya kimi dəyərləndirilir, osteodensitometriya məsləhət görülür). Th8, Th9-fəqərə cisimlərində İİ tip degenerasiya mövcuddur. Th1- Th12-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri təyin edilmişdir. Th1-Th12 səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri rejimində zəifləmişdir. Spinal kanalda həcmli patologiya təyin olunmamışdır. Onurğa beyninin genişliyi va intensivliyi dəyişməmişdir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Bel nahiyəsi: Bel lordozu dayişməmişdir. Bel fəqərə cisimlarinin yüksəklikləri normal dəyərləndirilmişdir. Fəqərə sütununda mülayim sağ tərəfli skolioz izlənilir. Osteopeniya. Bel fəqərə cisimlərinin mərkəzi hissələrinin bir qədər çökməsi qeyd edilir. (osteoporotik deformasiya kimi dəyərləndirilir, osteodensitometriya məsləhət görülür. L5, S1-fəqərə cisimlərində İİ tip degenerasiya mövcuddur. L1-S1-səviyyəsində fəqərəarası disklərin degenerativ dəyişikliyi nəticəsində intensivlikləri T2-ağırlıqlı sekanslarda zəifləmişdir. L1-L2-səviyyədə stabilliyin pozulması, L1fəqərəsinin minimal retrolistezi, L3-L4-fəqərəarası diskin minimal arxa sol paramedian protruziyası, L5-S1 fəqərəarası diskin arxa median sağa meyilli protruziyası, L5-fəqərəsinin minimal retrolistezi, və hər iki tərəfdən kiçik Tarlov kistaları diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. Onurğa beyni Th12-L1 səviyyəsində tamamlanır. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib” qeyd edilmişdir. Belə ki, təqdim olunan “Onurğa sütunu bel oma disk aralığı (üç disk aralığı)” KT və “Tam onurğa sütununun” MRT müayinə nəticələrinə əsasən (Diaqnoz: Yayılmış osteoxondroz. Boyun-döş-bel fəqərələrinin degenerative dəyişiklikləri. Osteopeniya. C3-L7, Th11-TH12 və bel fəqərələrinin çökməsi. C4-C5, C6-C7, L3-L4, L5-S1 fəqərəarası disklərin protruziyaları, L1-L2,L5-S1 səviyyədə stabilliyin pozulması və listezi, Tarlov kistaları, Sağ tərəfli skolioz. L4-L5 səviyyədə spinal kanalda daralması, yerişin pozulması ilə köçü ağrı sindromu). Həkim-neyrocərrah Nizami Məmmədov vətəndaş İddiaçı mütəmadi olaraq nevroloqun müalicəsini tövsiyyə etmişdir. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. MƏHKƏMƏNİN MÖVQEYİ Hazırkı iş üzrə iddiaçının tələbi onun hüquqi marağı və məqsədi ona xx.xx.2014-cü il tarixdən müddətsiz olaraq “ümumi xəstəlik əmək zədəsi ilə əlaqədar” təyin olunmuş İİ qrup əlilliyinin bərpa olunmasına nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə "ilkin"; xx.xx.2014-cü il tarixindən müddətsiz "Bel oma nahiyəsinin ostexondrozu, daimi kökcük ağrıları ilə L4-L5 fəqərələr arası disk yırtığının çıxarılması" diaqnozu ilə “ümumi xəstəlik əmək zədəsi” səbəbindən ikinci dərəcə "təkrar" əlillik təyinatı aparılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ona “Bel oma nahiyyəsinin osteoxondrozu daimi kökcük ağrıları ilə. L4-L5 fəqərələr arası disk yırtığının çıxarılması” diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlik risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ə-26010/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyəsində ayaqlara irradiasiya edən ağrılardan, aşağı ətraflarda hərəkət məhdudluğundan şikayətlənmişdir. Nevroloji statusda aşağı ətraflarda əzzələ inkişafı simmetrik, əzələ gücü 5/5 bal, tonus norma dailində olmuş, reflekslər canlı alınmış, D=S, atrofiya, hipotrofiya, parez, iflic izlənilməmiş, yerişin ağrıya bağlı olaraq qoruyucu xarakterli olması müşaidə edilmişdir. Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 18 iyul 2024-cü il tarixli, 3- 17-4/3-1-1-16455/2024 nömrəli Qərarının surətindən görünür ki, Kürdəmir rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik təyinatının dayandırılması səbəbindən narazı olan şəxs məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyəti ilk dəfə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə "ilkin"; xx.xx.2014-cü il tarixindən müddətsiz "Bel oma nahiyəsinin ostexondrozu, daimi kökcük ağrıları ilə L4-L5 fəqərələr arası disk yırtığının çıxarılması" diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcə "təkrar" əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra Qayda) 3.7-ci bəndinin və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən İddiaçı dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Vətəndaş əyani müayinədə iştirak edərək, həkim-ekspertlər tərəfindən müayinə edilmiş, obyektiv müayinə və ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş sənədlər əsasında vəziyyətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmadığından, İdarə Heyətinin 3-17-4/3-3-19332/2023 nömrəli Qərarı ilə qüvvədə olan əlillik təyinatı ləğv edilərək barəsində, xx.xx.2023-cü il tarixindən "Tam reabilitasiya olunması"na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri bel nahiyəsində ayaqlara irradiyasiya edən ağrılardan, aşağı ətraflarda hərəkət məhdudluğundan olmuş, anamnestik olaraq mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxananın ambulator xəstənin tibbi kartından xx.xx.2024-cü il tarixli 4163 nömrəli çıxarışına əsasən diaqnoz "L4 bel fəqərəsinin sağ köndələn çıxıntısının sınığından sonrakı vəziyyət. Daimi kökcük ağrıları və Xroniki senso-motor polineyropatiya, aşağı ətrafların hərəki, trofiki, hissi pozulmaları ilə şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən reflekslər D=S canlı, yerişi sərbəst, ağrı fonunda qoruyucu izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, hərəkət məhdudluğu, parez, əlillik təyinatına əsas verən nevroloji defisit və heç bir patofunksional pozuntu müşahidə edilməmişdir. Anamnestik məlumatlar, obyektiv muayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, səhhətində əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli "Tam reabilitasiya olunması" barədə qərar qüvvədə saxlanılmışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanası X19 19 fevral 2025-ci il tarixli, 18-1-5/2-147/2025 nömrəli tibbi rəydən görünür ki, İddiaçı “Onurğa sütunu bel oma disk aralığı (üç disk aralığı)” KT və “Tam onurğa sütununun” MRT müayinə nəticələrinə əsasən (Diaqnoz: Yayılmış osteoxondroz. Boyun-döş-bel fəqərələrinin degenerative dəyişiklikləri. Osteopeniya. C3-L7, Th11-TH12 və bel fəqərələrinin çökməsi. C4-C5, C6-C7, L3-L4, L5-S1 fəqərəarası disklərin protruziyaları, L1-L2,L5-S1 səviyyədə stabilliyin pozulması və listezi, Tarlov kistaları, Sağ tərəfli skolioz. L4-L5 səviyyədə spinal kanalda daralması, yerişin pozulması ilə köçü ağrı sindromu). Həkim-neyrocərrah Nizami Məmmədov vətəndaş İddiaçı mütəmadi olaraq nevroloqun müalicəsini tövsiyyə etmişdir. Məhkəmə qeyd edir ki, müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü qiymətləndirilərkən ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Baxılan iş üzrə məhkəmə hesab edir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarı ləğv etmişdir. Belə ki, cavabdeh şəxsin xəstəliyinin əlillik təyinatına əsas verməməsi qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarını ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt (birgə) ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Nəzərə alınmalıdır ki, iddiaçının əlilik ilə bağlı sənədləri illərlədir ki, cavadeh orqandadır. Hazırki iş üzrə müəyyən edilir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarın ləğv edilməsinə əsas ola biləcək hər hansı bir əsas olmadan, iddiaçıya xx.xx.2023–cü il tarixli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixində Agentliyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qanunvericilk inzibati orqanın qanunsuz əlverişli inzibati aktını ləğv etməsini müəyyən şərtlər daxilində tanıyır. Bunun üçün ilk növbədə qanunla müəyyən edilmiş əsas olmalı, belə əsas olduqda inzibati icraat təzələnməli və qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Bunun əksi o anlama gələr ki, cavabdeh orqan əlilliyi olan şəxsi istədiyi vaxt əyani müayinəyə cəlb edə bilər. Bu isə inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə ziddir. Məhkəmə tərəfindən qeyd edilən məsələnin aydınlaşdırılması məqsədi ilə göndərilmiş sorğuya cavabdeh orqan bildirmişdir ki, Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində Əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8-26010/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan İddiaçı məhkəmə qərardadına əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində vətəndaşa dair aparılmış tam reabilitasiya olması barədə qərar qüvvədə saxlanılmışdır. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının tələblərinə riayət etmədiyindən iddia təmin edilməli İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinnin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin xx.xx.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin İddiaçıya xx.xx.2014-cü il tarixdə müddətsiz təyin edilmiş “ümumi xəstəlik səbəbi” ilə əlaqədar ikinci dərəcəli əlillik xx.xx.2023-cü il tarixdən elektron altsistemdə bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-780/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-780/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver