Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-785/2025 07.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 11 noyabr 2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tаriхli, 2-1(120)-2580/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-1-19263/2023 nömrəli qərarının iddiaçıya yəni İddiaçı aid hissədə ləğv edilməsi və əlilliyinin bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tаriхli, 2-1(120)-785/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 11 noyabr 2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26 avqust 1974-cü il tarixdə Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulmuşdur. 1992-ci ilin oktyabr ayında Biləsuvar rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq hərbi hissəyə göndərilmişdir. Bir müddət Sumqayıtda, Bakıda, Giləzidə xidmət və təlim keçdikdən sonra N saylı hərbi hissənin tərkibində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin yanvar ayının 19-u Kəlbəcər bölgəsində düşmənlə üz-üzə olduğu döyüşlər zamanı kəlləbeyin travması, kontuziya almış və qarın hədən artıq çox yağmasına görə ayaqlarını İİİ, İV dərəcəli don vurmuşdur. Bundan sonra döyüş nöqtəsindən çıxarılmış və əvvəlcə həmin əraziyə yaxın olan Toğana kəndində, sonra isə Gəncə şəhərində yerləşən N saylı hərbi hospitalda ilk yardım göstərilmişdir. Bir müddət Gəncə hospitalında stasionar müalicə olunmuş, lakin ayaqları get-gedə qaraldığı üçün onu Bakı şəhərindəki Məlikov adına 6 saylı xəstəxanaya təxliyə etmişdirlər. Bakıda ayaqlarını bir müddət müalicə etdikdən sonra ayağının sağalmayan hissəsini-sağ ayaq barmaqlarını amputasiya etmişdirlər. Beləliklə, həm ayaqlarına, həm də başına müalicələr başlamış və təqribən 13 ay davam etmişdir. 1995-ci ilin mart ayında ordudan tərxis olunmuş və ona İİ dərəcəli Qarabağ müharibəsi əlilliyi təyin edilmişdir. Hər il 1 dəfə həkim-ekspert komissiyasının yoxlanışından keçməklə 10 ildən sonra ayağında olan amputasiya və astenonevrotik sindrom diaqnozu olduğuna görə yerişində çətinlik çəkdiyi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 30 saylı TSEK tərəfindən 10 mart 2005-ci ildə əmək qabiliyyətsiz olması müəyyən edilməklə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ dərəcəli əlillik təyin edilmiş (surəti əlavə olunur) və həmin ilin mart ayından mütəmadi olaraq dövlətimizin bizə ayırdığı reabilitasiya vasitələrindən (ortopedik ayaqqabı, əsa, əl ağacı, dirsəkaltı, bel bandajı, avtomobil və s.) və müalicələrindən istifadə etmişdir. 2022-ci ilin oktyabr ayında ortopedik ayaqqabı və əsa götürmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Lakin onlar ona əsa və ortopedik ayaqqabı ilə təmin etmək əvəzinə əlillik dərəcəsini dayandırmışlar. Bundan təqribən bir ay sonra, yəni 2022-ci ilin noyabr ayında xəbər tutmuş və həmin vaxtdan etibarən aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına dəfələrlə müraciət edərək bildirmişdir ki, ona İİ dərəcəli əlillik 2005-ci ildə müddətsiz təyin edilmişdir, komissiyanın yoxlanışına cəlb edilə bilmər və bunun üçün müraciət etməmiş, sadəcə olaraq ortopedik ayaqqabı və əsa götürmək üçün müraciət etmişdir. Müraciətləri müsbət həll edilmədiyi üçün yenidən sənədlərini əlillik alt sisteminə həkim vasitəsilə göndərmiş, lakin Dövlət Tibbi-Sosial Ekspert Komissiyası iki dəfə, sonuncu dəfə isə 11 noyabr 2023-cü il tarixli qərarla guya “diaqnoz əlillik əlaməti təyin etmir” bəhanəsi ilə əlilliyinin bərpasından imtina etmişdir (surəti əlavə olunur). Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na görə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə görə onun İİ dərəcəli əlilliyi müəyyən olunur. Sənədlərə və əyani şəkildə səhhətinə düzgün baxmadan cavabdeh orqan onu bir ildən yuxarıdır ki, əsassız yerə incidir, adını da qoyur ki, “Nazirlər Kabinetinin qərarına uyğun olaraq yeni meyarlara uyğun gəlmir”. Halbuki, müddətsiz amputasiya olunmuş bədən əzası və başda problemi və astenonevrotik sindrom diaqnozu, bundan əlavə, “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu F.07.0” diaqnozu, sağ əlin tutma funksiyasının pozulması diaqnozu ola-ola haqsız olaraq əlilliyini dayandırmışlar. Hazırda ayağıda və ümumi səhhətində ağırlaşmalar yaranmışdır və vəziyyətini ağırlaşdıran indiki yeni meyarlar ona heç vaxt şamil oluna bilməz. Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə 2023-cü ilin noyabr ayında etdiyi müraciətə cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 3-17-4/2-C-33475/2023 saylı 21 dekabr 2023-cü il tarixli məktubla başdansovdu cavab verərək bildirmişdir ki, “şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Təqdim edilən sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar göndərişlərin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir” (surəti əlavə olunur). Göründüyü kimi, ona hələ 2005-ci ildə müddətsiz təyin olunmuş İİ dərəcəli əlilliyin dayandırıldığı gündən bərpa olunmasına əsas verəcək hallar iş materialları ilə öz təsdiqini tapsa da, cavabdeh inzibati orqan əsassız olaraq bundan imtina etmiş, öz səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Onu da qeyd edir ki, əlilliyi dayandırıldığı gündən ailədə olan maddi-məişət problemləri artmışdır. Müalicələri və reabilitasiya olunmur. Əmək qabiliyyəti olmadığına görə işləyə də bilmir. Əlilliyin dayandırıldığı günə qədər İİ dərəcəli əlilliyə görə 350 manat Prezident təqaüdü, 302,81 manat pensiya alırdı. Aldığı həmin pensiya ailəsinin müəyyən işlərinə köməklik edirdi, lakin indi işləyə bilmədiyi üçün ailənin ümidinə qalmışdır. Son vaxtlar artıq psixi problemləri də yaranmışdır, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” X13 16 oktyabr 2023-cü il tarixli 2023 nömrəli rəyi də vardır və ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu F.07.0 diaqnozu qoyulmuşdur (surəti əlavə olunur). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının əlilliyin verilməsindən imtina olunması barədə 11 noyabr 2023-cü il tarixli qərarının ləğv olunması və 10 mart 2005-ci ildə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz təyin edilmiş İİ qrup əlillik dərəcəsinin dayandırıldığı gündən bərpası öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılması xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iş materiallarında olan iddiaya qarşı etirazında qeyd etmişdir ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının qızının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, Hər iki aşıq-baldır oynağı nahiyyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması. Hipertrofik çapıq, sağ ayaq 1, 2, 3-cü barmaqların amputasion və ekzartikulyasion güdüllərdə hipertrofik dartıcı çapıqlar Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə. Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİNıOTSWGOZ) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********4). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli G00088394NİN nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: 3-17-4/3-1- 4602/2023) Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 2030 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ pəncənin 1.2.3-cü barmaqlarının falanqalarının daraq sümüyü səviyyəsində eksartikulyasiyası (xx.xx.1994). 1.2.3.4-cü barmaqların donvurmadan sonrakı vəziyyət diaqnozlu travmanın səbəb əlaqəsi Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş. “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yerişin pozulmasından şikayətlənərək sağ aşağı ətrafının protezləşməsini tələb etmişdir. Müayinə zamanı sağ pəncənin İ. İİ. İİİ barmaqlarının ekzartikulvasiyası müşahidə edilmiş, aşağı ətraflarında tük örtüyü saxlanılmış, trofiki pozğunluq qeyd edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda keyləşmə və qıcolmalardan şikayətlənmişdir. Anamnezində dirsək nahiyəsindən travma aldığını, Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edərkən don vurduğunu bildirmişdir. Baxış zamanı sağ ayağın İ, İİ, İİİ barmaqları amputasiya olunma vəziyyəti izlənmiş, hər iki ayaqarxası və topuqda dolğun nəbz hiss edilmişdir. Nevroloji müayinə zamanı sağ yuxarı ətrafın İV, V barmaqlarında hərəki məhdudluq, əlin qısa əzələlərinin atrofiyası müəyyən edilmiş, əlillik təyinatına əsas verməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, əsəbilik, başağrıları, yuxusuzluq, yaddaşsızlıq, aşağı ətraflarında qıcanma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, adətən gecə saat 3-4 radələrində ağ paltarlı adamların gözünə göründüyünü bildirmiş, medikamentoz preparatlardan “Aktovegin”, “Depakin" qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ aşağı ətrafın İ, İİ, lll-cü barmaqlarının ekzartikulyasiyası izlənilmiş, hər iki topuq və sol ayaqarxası nahiyədə nəbz kafi, sağ ayaqarxası nahiyədə isə nəbz zəif izlənilmiş, sağ dirsək oynağında 160 dərəcəyə qədər açma funksiyasını göstərmişdir. Nevroloji baxış zamanı yuxarı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış, əlin qısa əzələləri atrofik izlənilmişdir. Vətəndaşın klinik əlamətləri sağ dirsək sinirinin neyropatiyası kimi dəyərləndirilmişdir. Psixi statusunda ünsiyyət zamanı müfəssəllik nəzərə çarpmış, yuxu pozuntularından şikayətlənmişdir. Demonstrativ davranışları aktual, ön planda olmuş, mövzudan yayınmış, kliniki əhəmiyyətli sualların heç birinə cavab verə bilməmiş, psixiatrik müraciətləri əsaslandıra bilməmişdir. Parsial yaddaş itkilərindən bəhs etmiş, lakin bunu təsdiqləyən baş-beynin instrumental müayinə nəticəsində (MRT) amigdala, hippokamp zədələnmələr izlənilməmişdir. Vətəndaşın klinik əlamətləri şəxsiyyət üzvi mənşəli isterik tip inkişafı, demonstrativlik, patoloji müfəssəllik kimi dəyərləndirilmişdir. X6 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sağ bazu sümüyünün medial epikondilusunun və başlığının bitişmiş sınığı, sağ dirsək oynağının İİİ (üçüncü) dərəcəli artrozu, açıcı-bükücü kontrakturası (aşma 145° bükmə 75°). Sağ əl barmaqlarının yarımbükülmüş vəziyyətdə qalması, tam bükülməməsi, açıcı-bükücü kontrakturası, sağ əlin tutma funksiyasının pozulması, Sağ pəncənin İ daraq sümüklərinin orta 1/3-i səviyyəsinin, İİ-İİİ barmaqların ekzartikulyasiyasından sonra amputasiya güdülləri, sağ aşıq-baldır oynağının İİİ dərəcəli artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 100° bükmə 90°) daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Bu göstəricilər sağ yuxarı ətrafda Ulnar sinirinin tam aksonal zədələnməsi. Median sinirin irəli dərəcədə Sensori-Motor Neyropatiyası ilə uyumlu olaraq dəyərləndirilir kimi qeyd olunmuşdur. 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz “Obliterasiyaedici trombangit. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenoklyuziyası. Aşağı ətrafların İİ-İİİ dərəcə xroniki işemiyası. Sağ ayağın İ-İİ-İİİ barmaqların amputasion güdülü. Sağ aşıq-daban oynağının kontrakturası. Yeriş funksiyasının pozulması” kimi qeyd olusa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Reabilitasiya kartasından Çıxarışda diaqnoz “Sağ ayağın ll-lll-İV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-İİ-İİİ barmaqlarının darag-falanqa oynağı səviyyəsində ekzartikulyasiyası. Astenonevrotik sindrom” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1701 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (İ Qarabad müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Hər iki serebral hemisfer fronto-parietal paylarda tək-tək mm-lik geyri-spesifik ocaq. Sinusit əlamətləri” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu. 1, 2, 3 barmaq amputasiyalı” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra-göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Belə ki, iddiaçıya xx.xx.1995-ci il tarixli qərarla ilkin əllik təyinatı aparılmış, xx.xx.2005-ci il tarixli müayinə aktına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ dərəcəli əlillik əlillik qrupu təyin edilmiş, xx.xx.2022-ci il tarixdə qiymətləndirmə aparılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qanun vericilikdə nəzərdə tutulmuş 30 (otuz) gün ərzində həmin qərarı mübahisələndirməmiş, tibb müəssələrindən yeni göndərişlər cavabdeh inzibati orqana təqdim edilmiş, göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş həmin tarixli qərarla ona əllilik təyinatı aparılmadığı üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ona cavabdeh inzibati orqan tərəfindən təqdim olunmamış, həmin qərarın mövcudluğu iddiaçıya məhkəmə icraatı zamanı məlum olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli, 2030 nömrəli şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.1992 tarixində hərbi xidmətə çağırılmışdır. Boyu 172 sm. Bədən çəkisi 63 kq. Döş qəfəsinin çevrəsi (sakit vəziyyətdə) 88 sm. Şikayətləri: Sağ pəncənin 1,2,3 barmaqlarında güdüldən sonrakı ağrı, Anamnezi: xx.xx.1994-cü ildə Kəlbəcər rayonunda hərbi əməliyyatlar zamanı 2,3,4-cü dərəcəli barmaqların donvurması, N saylı hərbi hissəyə köçürülüb (xx.xx.1994). 6 saylı xəstəxanaya evakuasiya olunub. Əməliyyat 1-ci daraq sümüyünün başının rezeksiyası, sağ pəncənin 2,3-cü barmaqların eksartikulyasiyası daraq sümüyü səviyyəsində xx.xx.1994-cü il 30 gün məzuniyyət, xx.xx.1994-cü ildə MN MHHK Aparılmış müalicələr və müddətlər: xx.xx.1994-xx.xx.1994-cü il tarixində Gəncə N saylı Hərbi Qospital müayinədə və müalicədə olmuşdur. Diaqnoz və xəsarətin yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Sağ pəncənin 1,2,3-cü barmaqlarının falanqalarının daraq sümüyü səviyyəsində oksartikulyasiyası, xx.xx.1994). 1,2,3,4-cü barmaqların donvurmadan sonrakı vəziyyət, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 30 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-19263/2023 nömrəli qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) 20.11 2023-cü il tarixində aşağıda adları göstərilən 17 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********4). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli G00088394NİN nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: 3-17-4/3-1-14602/2023) Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 2030 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ pəncənin 1.2,3-cü barmaqlarının falanqalarının daraq sümüyü səviyyəsində eksartikulvasivası (xx.xx.1994). 1.2.3.4-cü barmaqların donvurmadan sonrakı vəziyyət diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş. “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yerişin pozulmasından şikayətlənərək sağ aşağı ətrafının protezləşməsini tələb etmişdir. Müayinə zamanı sağ pəncənin İ, İİ, İİİ barmaqlarının ekzartikulyasivası müşahidə edilmiş, aşağı ətraflarında tük örtüyü saxlanılmış, trofiki pozğunluq qeyd edilməmişdir kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı asağı ətraflarda keyləşmə və qıcolmalardan şikayətlənmişdir. Anamnezində dirsək nahiyəsindən travma almış, Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edərkən don vurduğunu bildirmişdir. Baxış zamanı sağ ayağın İ. İİ. İİİ barmaqları amputasiya olunma vəziyyəti izlənmiş, hər iki ayaqarxası və topuqda dolğun nəbz hiss edilmişdir. Nevroloji müayinə zamanı sağ yuxarı ətrafın İV, V barmaqlarında hərəki məhdudluq, əlin qısa əzələlərinin atrofiyası müəyyən edilmiş, əlillik təyinatına əsas verməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, əsəbilik, başağrıları, yuxusuzluq, yaddaşsızlıq, aşağı ətraflarında qıcanma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, adətən gecə saat 3-4 radələrində ağ paltarlı adamların gözünə göründüyünü bildirmiş, medikamentoz preparatlardan “Aktovegin”, “Depakin” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ aşağı ətrafın İ, İİ, lll barmaqlarının ekzartikulyasiyası izlənilmiş, hər iki topuq və sol ayaqarxası nahiyədə nəbz kafi, sağ ayaqarxası nahiyədə isə nəbz zəif izlənilmiş, sağ dirsək oynağında 160 dərəcəyə qədər açma funksiyasını göstərmişdir. Nevroloji baxış zamanı yuxarı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış, əlin qısa əzələləri atrofik izlənilmişdir. Vətəndaşın klinik əlamətləri sağ dirsək sinirinin neyropatiyası kimi dəyərləndirilmişdir. Psixi statusunda ünsiyyət zamanı müfəssəllik nəzərə çarpmış, yuxu pozuntularından şikayətlənmişdir. Demonstrativ davranışları aktual, ön planda olmuş, mövzudan yayınmış, kliniki əhəmiyyətli sualların heç birinə cavab verə bilməmiş, psixiatrik müraciətləri əsaslandıra bilməmişdir. Parsial yaddaş itkilərindən bəhs etmiş, lakin bunu təsdiqləyən baş-beynin instrumental müayinə nəticəsində (MRT) amigdala, hippokamp zədələnmələr izlənilməmişdir. Vətəndaşın klinik əlamətləri şəxsiyyət üzvi mənşəli isterik tip inkişafı, demonstrativlik, patoloji müfəssəllik kimi dəyərləndirilmişdir. X6 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sağ bazu sümüyünün medial epikondilusunurı və başlığının bitişmiş sınığı, sağ dirsək oynağının İİİ (üçüncü) dərəcəli artrozu, açıcı-bükücü kontrakturası (asma 145°, bükmə 75°), Sağ əl barmaqlarının yarımbükülmüş vəziyyətdə qalması, tam bükülməməsi, açıcı-bükücü kontrakturası, sağ əlin tutma funksiyasının pozulması. Sağ pəncənin İ daraq sümüklərinin orta 1/3-i səviyyəsinin. İİ-İİİ barmaqların ekzartikulyasivasından sonra amputasiya qüdülləri, sağ aşıq-baldır oynağının İİİ dərəcəli artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 100°, bükmə 90°) daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Bu göstəricilər sağ yuxarı ətrafda Ulnar sinirin tam aksonal zədələnməsi. Median sinirin irəli dərəcədə Sensori-Motor Nevrooativası ilə uvumlu olaraq dəyərləndirildi” kimi qeyd olunmuşdur. 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz “Obliterasiyaedici trombanqıt. Hər iki aşağı ətrafda baldır artenvalarının stenoklvuziyası. Aşağı ətrafların İİ-İİİ dərəcə xroniki işemiyası. Sağ ayağın İ-İİ-İİİ barmaqların amputasion qüdülü. Saq aşıq-daban oynağının kontrakturası Yeriş funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Reabilitasiya kartasından Çıxarışda diaqnoz “Sağ ayağın ll-lll-İV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-İİ-İİİ barmaqlarının daraq-falanqa oynadı səviyyəsində ekzartikulvasivası Astenonevrotik sindrom” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1701 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (İ Qarabaq müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Hər iki serebral hemisfer frontoparietal paylarda tək-tək mm-lik qeyri-spesifik ocaq. Sinusit əlamətləri” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Magistral arteriyaların aterosklerozu. 1. 2. 3 barmaq amputasiyalı kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməmə barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” X11 xx.xx.2024-cü il tarixli, T 475/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.4. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Lakin, İddiaçı məhkəmə tibbi müayinəsi zamanı Akad. M.A.Topçubaşov adına X9 müayinəyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Mərkəzdə aparılmış müayinələrə əsasən “İ73.1- Obliterasiya edən trombangit, hər iki aşağı ətrafda baldır arteriyalarının stenooklyuziyası. Sağ ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdülü. Hər iki aşağı ətrafda İİ-İİİ dərəcəli xroniki işemiyası; R26.2- Sağ aşıqdaban oynağının kontrakturası. Yerimə funksiyasının pozulması.” Diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir. 2.3. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İş materiallarında olan 053868 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 064691 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 012777 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 068988 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 197622 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 118292 nömrəli arayışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 339620 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 433275 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 566874 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 773961 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan 969714 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixli müayinə aktına əsasən müddətsiz, ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə qiymətləndirmə aparılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə qiymətləndirmə aparılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qqəbul edilmişdir. İş materiallarında olan müayinə aktının elektron çıxarışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə qiymətləndirmə aparılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli, 1701 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, İddiaçı Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu F 07.0 diaqnozu qoyulmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını yoxlayaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə müəyyən edir ki, iddiaçıya ilkin əlillik xx.xx.1995-ci il tarixdən təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə xx.xx.2005-ci il tarixdə təkrar müayinədən keçmiş, əlillik “müddətsiz” müəyyən edilmiş, əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olmuş, iddiaçı xx.xx.2022-ci il tarixədək əlilliyə görə pensiya almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olmuş, xx.xx.2022-ci il tarixdə qiymətləndirmə aparılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə qiymətləndirmə aparılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı xx.xx.1995-ci il tarixindən ildə bir dəfə müayinədən keçməklə 10 mart 2005-ci ildə əmək qabiliyyətsiz olması müəyyən edilməklə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ dərəcəli əlillik təyin edilmiş (surəti əlavə olunur) və həmin ilin mart ayından mütəmadi olaraq reabilitasiya vasitələrindən (ortopedik ayaqqabı, əsa, əl ağacı, dirsəkaltı, bel bandajı, avtomobil və s.) və müalicələrindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə onun barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ dərəcəli əlillik ləğv edilmiş, inzibati orqan iddiaçının uzun illər ərzində (iyirmi yeddi il) ehtimad göstərdiyi Akt-ı ləğv etmişdir. Cavabdeh inzibati orqan iddiaçının tam realibitasiya olunmasını qeyd etmişdir. Lakin məhkəmə icraatı zamanı ekspert rəyləri ilə iddiaçının sağ ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdülüyü movcud olduğu, həmin halın bərpa olunması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilsədə həmin qərarı mübahisələndirməmiş, müxtəlif vaxtlarda tibb müəssələrindən göndərişlərlə cavabdeh inzibati orqana müraciətlər etmiş, sonuncu dəfə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında cavabdeh tərəfindən qəbul edilmiş 11 noyabr 2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı, ona 1995-ci il tarixdən təyin edilmiş xx.xx.2022-ci il tarixdə ləğv edilmiş, sonuncu dəfə iddiaçının sağlamlıq vəziyyəti cavabdeh inzibati orqan tərəfindən qiymətləndirilmiş xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə bərpa edilməlidir. Bununla əlaqədar olaraq, məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olması öz təsdiqini tapmır. Bunun əksi olaraq iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 xx.xx.2024-cü il tarixli, T 475/2024 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə tibbi müayinəsi zamanı Akad. M.A.Topçubaşov adına X9 müayinəyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Mərkəzdə aparılmış müayinələrə əsasən “İ73.1- Obliterasiya edən trombangit, hər iki aşağı ətrafda baldır arteriyalarının stenooklyuziyası. Sağ ayağın İ, İİ, İİİ barmaqlarının amputasion güdülü. Hər iki aşağı ətrafda İİ-İİİ dərəcəli xroniki işemiyası; R26.2-Sağ aşıq-daban oynağının kontrakturası. Yerimə funksiyasının pozulması.” Diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1(102)-1685/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin 11 noyabr 2023cü il tarixli, xxxxxxx0004 nömrəli qərarı ləğv edilməli və 65-80 faiz olmaqla “Azərbaycan Respublikasının Müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik elektron altsistemdə bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin 11 noyabr 2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarı ləğv edilsin və 65-80 faiz olmaqla “Azərbaycan Respublikasının Müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik elektron altsistemdə bərpa edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-785/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-785/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver