Məhkəmə qərarları › İş №2-1(120)-789/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-789/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-789/2020 14.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçılar İddiaçı1 (Saatlı şəhəri, M.Hüseyn, ev 44-də yaşayış yeri üzrə qeydiyyatda olan) və İddiaçı4 (Saatlı şəhəri, M.Hüseyn, ev 44-də yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçıların vəkili X8 (Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı Saatlı rayon X13 xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-626F (kod 90801004) nömrəli şəhadətnaməyə əsasən X1, İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 birgə mükiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, X6, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın ləğv edilməsi, Saatlı rayon X13 xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X1, İddiaçı1, X3, İddiaçı3 və İddiaçı4 birgə müıkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinə dair şəhadətnaməyə əsasən mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsinin elektron kadastr məlumat bazasına yerləşdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı1 digər iddiaçılar tərəfindən də imzalanmış iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinin iddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı Saatlı rayon X13 xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-626F (kod 90801004) nömrəli şəhadətnaməyə əsasən X1, İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 birgə mükiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Eyni zamanda Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar İddiaçı1, X6, İddiaçı3 və İddiaçı4 iddia tələbini onunla əsaslandırmışdırlar ki, Saatlı rayon X13 xx xxx 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X4, X7, İddiaçı3, İddiaçı1 və İddiaçı4 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağ mülkiyyətlərinə verilmişdir. Həmin şəhadətnamə iki nüxsədən ibarət tərtib edilib və 4303 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüxsəsi X4 ikinci nüxsəsi Saatlı rayon şəbəsində saxlanılması JN- 626F, KOD 90801004 nömrəli şəhadətnamədə göstərilmişdir. Bundan başqa Saatlı rayon X13 xx xxx 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə iş üzrə X9 və onun ailə üzvlərinə 0,09 hektar torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatı onların bağ mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamə iki nüxsədən ibarət tərtib edilib və bilməyən nömrə ilə kitabda qeydə alınmışdır. Qeyd edirlər ki, JN-626F və JN-638A nömrəli şəhadətnamələrdə torpaq sahələrinin sərhədləri göstərilmişdir. Bu torpaq sahəsi onların ailəsinin birgə mülkiyyətidir. Təəsüflər olsun ki, bu şəhadətnamə bunu verən komissiyasının bazasına, daha sonra isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bazasına daxil edilməmişdir. Bunu X5 onlara qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma barədə olan iddiası üzrə təyin edilmiş müvafiq ekspertin rəyindən sonra bilmişlər ki, Saatlı rayon X13 xx xxx 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə onlara verilən 0,12 hektar torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində kompeks yerqurluşu lahiyəsinə istinadən Elektron Kadastr bazasında mövcud deyilmiş. Qeyd edirlər ki, bu məsələ ilə əlaqədar onlar tərəfindən dəfələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edilmişdir. Həmin idarədən xx.xx.2019-cu il tarixdə, **********54 nömrəli cavab məktubundan görünür ki, onların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etməkləri məqsədəmüvafiq hesab edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə, **********19 nömrəli məktubla bildirilmişdir ki, müraciət onlara aid olmadığı üçün, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Şirvan Layihə- Tədqiqat İdarəsinə müraciət edilməsi tövsiyə edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********95 nömrəli məktubunda bildirilmişdir ki, müraciətləri ilə bağlı işçi qrupu yaradılmış, müvafiq araşdırma aparılır və nəticəsi barədə məlumat veriləcəkdir. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə, **********30 nömrəli məktubda bildirilmişdir ki, mülkiyyətlərində olan JN626F, KOD 90801004 saylı torpaq sahəsi elektron kadastr məlumat bazasında hər hansı məlumat mövcud deyil. Arxivdə aparılmış araşdırma zamanı JB626F, KOD 90801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin naturada tanınması mümkün deyil. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə, **********54 nömrəli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə, **********27 nömrəli məktublarla bildirilmişdir ki,..onların səlahiyyətlərinə aid deyil və sair. X9 onlara məlum olmayan sənəd əsasında xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komistəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətindən ******* nömrəli çıxarışla Saatlı şəhəri, X24 küçəsində 0,06 ha torpaq sahəsini xüsusi mülkiyyətinə keçirmişdir. Qeyd edirlər ki, iş üzrə X5 mülkiyyətində olan torpaq sahəsinin sərhədləri onların mülkiyyətində və faktiki istifadələrində olan torpaq sahəsinin bir qisminin üstünə vurulmuşdur. Buda onların mülkiyyətində olan topraqdan sərbəst istifadə hüquqlarını pozur. Belə ki, iş üzrə X9 onlara qarşı topraq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Saatlı rayon məhkəməsinə müraciət etdikdən sonra onlar aidiyyatı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komistəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinə müraciət etdikdən sonra bilmişdirlər ki, onların mülkiyyətində olan torpaq sahəsinin üstünə vurulmuşdur. Daha sonra Saatlı rayon Məhkəməsində iddiaçı X5 onlara qarşı torpaq sahəsindən istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair iddiasını təmin etmişdir. Həmin qətnamədən narazı qaldıqları üçün Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdirlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı1şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı4şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı1 vəkili X15 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə etdiyini bildirdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsininə və üçüncü şəxs X10 iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********27 nömrəli məktubuna müvafiq qaydada təsdiq olunaraq əlavə edilmiş Saatlı rayon X13 sədri tərəfindən təsdiq edilmiş Saatlı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 626-cı sırasında 5 nəfərdən ibarət ailə tərkibindəX1, X2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 adları qeyd edilmiş və 0,12 hektar torpaq sahəsinin onların qanuni istifadəsində olduğu göstərilmişdir. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********32 nömrəli məktubuna əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-626F (kod 90801004) nömrəli şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon X13 xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X4, X6, İddiaçı3, İddiaçı1 və İddiaçı4 mülkiyyətinə 0,12 hektar torpaq sahəsi verilmişdir. İş materialında olan məhkəmənin sorğusuna cavab olan Saatlı rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 777 xid-20 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X9 cavabdeh İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tam mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə mülki işə baxılarkən cavabdehin və Saatlı rayon keçmiş torpaq şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətlərinin aşkar olunması barədə Saatlı rayon Məhkəməsinin 2(055)-03/2019 saylı, xx xxx 2019-cu il tarixli xüsusi qərardadı və əlavə olunan sənədlər xx xxxx 2019-cu il tarixli məktubla baxılması üçün Saatlı rayon prokurorluğuna göndərilmiş və həmin sənədlər əsasında araşdırma aparılmışdır. Araşdırma nəticəsində İddiaçı1 və X11 əməllərində cinayət tərkibinin olduğu müəyyən edilmədiyindən xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubda qeyd edilmişdir ki, qeyd olunan məsələnin araşdırılması Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmək tövsiyə olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********30 nömrəli məktubda qeyd edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-626F (kod 90801004) nömrəli şəhadətnamə barədə elektron kadastr məlumat bazasında hər hansı məlumat mövcud deyildir. Arxivdə aparılmış araşdırma zamanı torpağın mülkiyyətə verilməsinə dair JN-626F (kod 90801004) nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin naturada tanıdılması mümkün deyildir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İş materialında olan Saatlı rayon X13 sədri tərəfindən təsdiq edilmiş Saatlı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən, eyni zamanda cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş JN-626F (kod 90801004) nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, Saatlı rayon X13 xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X4, X6, İddiaçı3, İddiaçı1 və İddiaçı4 mülkiyyətinə 0,12 hektar torpaq sahəsi verilmişdir İddiaçıların hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Saatlı rayon X13 xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-626F (kod 90801004) nömrəli şəhadətnaməyə əsasən X1, İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 birgə mükiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçılara tanıtdırılmasıdır. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Pya X12rşı iş üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçılar mülkiyyətində olan 0,12 ha torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsinin üzərinə Saatlı rayon X13 xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-626F (kod 90801004) nömrəli şəhadətnaməyə əsasən iddiaçılar X1, İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsinin üzərinə Saatlı rayon X13 xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-626F (kod 90801004) nömrəli şəhadətnaməyə əsasən iddiaçılar X1, İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar