Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-79/2025 12.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon X19 Rəyasət heyətinin 15 dekabr 1994-cü il tarixli iclasının 26 nömrəli qərarına əsasən ona şəhərin 23 nömrəli məhəlləsində həyatyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidən 0,04 ha sahə həyətyanı sahə üçün ayrılmışdır. Həmin torpaq sahəsinin sxemi də müəyyən olunmuş və torpaq şöbəsinin müdirinin və işçilərinin imzası ilə təsdiq olunmuşdur. Ona şəhərin 23 nömrəli məhəlləsində həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidən 0,04 ha sahə həyatyanı sahənin ayrılmasını 19 dekabr 1994-cü il tarixli akt və 26 dekabr 1994-cü il tarixli 1546 saylı arayış da təsdiq edir. İmkanı olmadığına görə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsində tikinti işlərini apara bilməmişdir. Beyləqan rayonu Allahyarlı kənd sakini X1 rayon X19 Rəyasət heyətinin 15 dekabr 1994-cü il tarixli iclasının 26 nömrəli qərarına əsasən şəhərin 23 nömrəli məhəlləsində həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidən verilmiş 0,04 ha sahəsi həyətyanı torpaq sahəsini zəbt edərək ələ keçirmiş və həmin torpaq sahəsindən istifadə etməyinə imkan verməmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə ona 1186.84 ha həyətyanı torpaq sahəsi verilmişdir. Beyləqan şəhərində heç bir vətəndaşa 1186.84 ha həyətyanı torpaq sahəsinin verilməsi halı ümumiyyətlə mümkün deyildir. Digər tərəfdən də Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı mülkiyyətlərində olan torpaq sahələrinin sənədləşdirilməsi üçün verilmişdir. Daha doğrusu Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarında heç kəsə torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır. X1 rayonunun Allahyarlı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Onun hansı yolla Beyləqan şəhərində 1186.84 ha həyətyanı torpaq sahəsini almasının özü şübhəlidir. Çünki buna qanun yol vermir. Nəticədə də Beyləqan rayonu Allahyarlı kənd sakini X9 adına X23 kitabında xx.xx.2010-cu il tarixində 2168 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Məhz bu sənəddən istifadə edilməklə ona verilmiş 0.04 ha həyətyanı torpaq sahəsi də onun istifadəsinə keçirilmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, iddaçı 09 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə ərazi idarəsinə müraciət edərək həyatyaı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Vətəndaşın müraciəti əsasında Ərazi idarəsinin mütəxəssisləri sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılması üçün baxış keçirilmişdir. Baxış zamanı sözügedən torpaq sahəsinin başqa şəxsin istifadəsində olması müəyyən edilmiş və ərazidə mübahisə yaranmışdır. Bundan əlavə, aparılmış araşdırmalar zamanı mülkiyyət hüququnun qeydiyyata alınması üçün təqdim edilmiş torpaq sahəsinə ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən başqa şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi aşkar edilmişdir. Həmçinin bildiririk ki, təqdim edilmiş sənədlərin həqiqiliyi ciddi şübhə doğruduğu üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələbləri qaydasında Beyləqan rayon X19 Rəyasət Heyyətinin 15 dekabr 1994-cü il tarixli iclasının 26 saylı qərarı əsasında ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 09 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizin icrası 1 (bir) ay müddətinə dayandırılaraq Beyləqan rayon Dövlət Arxivinə soğru göndərilmişdir. Beyləqan rayon Dövlət Arxivinin 23 aprel 2021-ci il tarixli, 81 saylı cavab məktubuna əsasən Beyləqan rayon X19 Rəyasət Heyyətinin 15 dekabr 1994-cü il tarixli iclasının qərarında adlı siyahı olmadığı üçün iddaçı İddiaçı torpaq sahəsinin ayrılıb ayrılmaması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd edilən səbəblərdən vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətinin icrasından imtina edilmişdir. Odurki iddaçı İddiaçı torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi barədə iddasının ərazi idarəsinə aid hissəsinə etiraz etdiklərini bildirmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X17 iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan Beyləqan rayon X19 Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, iclasının 26 nömrəli qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Beyləqan rayon sakini İddiaçı şəhərin 23 nömrəli məhəlləsində həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidən 0,04 ha sahə həyətyanı sahə üçün ayrılmışdır. İş materialında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan şəhər sakini X2 rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 saylı qərarına əsasən 1186,84 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********64 nömrəli məktubundan görünür ki, müraciəti əsasında Ərazi idarəsinin mütəxəssisləri sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılması üçün baxış keçirilmişdir. Baxış zamanı sözügedən torpaq sahəsinin başqa şəxsin istifadəsində olması müəyyən edilmiş və ərazidə mübahisə yaranmışdır. Bundan əlavə bildiririk ki, aparılmış araşdırmalar zamanı mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etdiyiniz torpaq sahəsinə ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Həmçinin bildiririk ki, təqdim edilmiş sənədlərin həqiqiliyi ciddi şübhə doğruduğu üçün “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələbləri qaydasında Beyləqan rayon X19 Rəyasət Heyyətinin 15 dekabr 1994-cü il tarixli iclasının 26 saylı qərarı əsasında ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 09 aprel 2021ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizin icrası 1 (bir) ay müddətinə dayandırılaraq Beyləqan rayon Dövlət Arxivinə soğru göndərilmişdir. Beyləqan rayon Dövlət Arxivinin 23 aprel 2021-ci il tarixli, 81 saylı cavab məktubuna əsasən Beyləqan rayon X19 Rəyasət Heyyətinin 15 dekabr 1994-cü il tarixli iclasının qərarında adlı siyahı olmadığı üçün həqiqətən sizə torpaq sahəsinin ayrılıb ayrılmaması barədə məlumat aşkar edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Beyləqan rayon X19 Rəyasət Heyyətinin 15 dekabr 1994-cü il tarixli iclasının 26 saylı qərarı əsasında ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 09 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********17 nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində İddiaçı məxsus torpaq sahəsinə dair hər-hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Beyləqan rayon X13 rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1/119 nömrəli məktubundan görünür ki, İddiaçı adına verilmiş torpaq sahəsinin plan və ölçüsü, üzvlük kitabçası, əlavə məlumat və sənəd Beyləqan rayon Dövlət Arxivində aşkar edilmədi. Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 28 nömrəli sərəncamı ümumi sərəncamdır və X8 adı sərəncamda aşkar edilmədi. Plan və ölçü barədə Beyləqan rayon Dövlət Arxivində məlumat və ya sənəd aşkar edilmədi. İddiaçı mülkiyyətinə 1993-2022-ci il tarixə kimi Beyləqan şəhər ərazisində torpağın və ya fərdi yaşayış evinin (mənzilin) ayrılması araşdırıldı. 1993-2000-ci illər üzrə Beyləqaş rayon İcra hakimiyyəti Başçısının Beyləqan şəhər üzrə nümayəndəliyinin torpaq ayırma sərəncamlarına baxış keçirildi və vətəndaş İddiaçı adı aşkar edilmədi. Beyləqan rayon Mənzil İstismar Sahəsi order kitablarını Beyləqan rayon Dövlət Arxivinə təhvil vermədi səbəbindən vətəndaş İddiaçı adına mənzil olub-olmaması barədə məlumat aşkar edilmədi. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1995-ci il tarixli sərəncamı əsas əsas götürülərək Beyləqan rayon İcra hakimiyyəti başçısının 29 dekabr 1995-ci il tarixli 36 nömrəli sərəncamı ilə rayon X10 sərəncamında olan əmlak rayon İcra hakimiyyətinin sərəncamına verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7429 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini naturada müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, mülki işin içərisində olan vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan ərazinin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Beyləqan rayon Torpaq şöbəsinin mütəxəssislərinin tərtib etdiyi və şöbə müdiri tərəfindən təsdiq olunmuş yerquruluşu sxemində İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin hüdudlarını əks etdirilən ərazi qeyd olunmamışdır. İddia etdiyi ərazi isə sxemdə örüş sahəsi kimi göstərilmişdir. Həmin ərazi Beyləqan İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarı ilə 1186.84 kv.m həyətyanı torpaq sahəsi kimi X12 ayrılmış və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən reyestr nömrəsi **********2168 olan A№ 301149 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, X21 kitabında isə xx.xx.2010-cu il tarixli 2168 nömrə ilə qeydə alınmışdır. Beyləqan rayon X19 Rəyasət heyətinin 15 dekabr 1994-cü il tarixli 26 nömrəli qərarı ilə İddiaçı verilmiş Beyləqan şəhəri 23-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinin sərhəddini yuxarıda qeyd olunan səbəblərə görə müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini 1-ci sualın cavabının 2-ci bəndində qeyd olunan səbəblərə müəyyən etmək mümkün olmadığına görə və eyni zamanda 1994-cü ildə torpaqların mülkiyyət növü və kateqoriyası müəyyən edilmədiyi üçün həmin torpaq sahəsinin hüquqi statusu, hüquqi rejimi və torpaq növü barədə rəy vermək mümkün deyildir. Ancaq, iddia olunan, X8 xüsusi mülkiyyətində olan ərazi X6 X7 xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazi kimi qeyd olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994cü il tarixli 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini 1-ci sualın cavabının 2-ci bəndində qeyd olunan səbəblərə müəyyən etmək mümkün olmadığına görə koordinatlarının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilməsini müəyyən etmək mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini 1-ci sualın cavabının 2-ci bəndində qeyd olunan səbəblərə müəyyən etmək mümkün olmadığına görə faktiki vəziyyəti ilə sənəd üzrə olan vəziyyəti arasinda uyğunsuzluğun mövcud olmasını müəyyən etmək mümkün olmadı. Qərardadın beşinci sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini 1-ci sualın cavabının 2-ci bəndində qeyd olunan səbəblərə müəyyən etmək mümkün olmadı. Ancaq, iddia olunan ərazi faktiki olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış reyestr nömrəsi **********2168 olan A№ 301149 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, X8 istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Qərardadın altıncı sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini 1-ci sualın cavabının 2-ci bəndində qeyd olunan səbəblərə müəyyən etmək mümkün olmadığına görə həmin ərazidə tikilinin oolmasını müəyyən etmək mümkün olmadı. Ancaq, iddia olunan, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış reyestr nömrəsi **********2168 olan A№ 301149 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, X17 tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsinin ərazisində X12 məxsus yaşayış evi mövcuddur və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Qərardadın yeddinci sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini 1-ci sualın cavabının 2-ci bəndində qeyd olunan səbəblərə müəyyən etmək mümkün olmadığına görə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyən etmək mümkün olmadı. Ancaq, iddia olunan ərazi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış reyestr nömrəsi **********2168 olan A№ 301149 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, X17 tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Qərardadın səkkizinci sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini 1-ci sualın cavabının 2-ci bəndində qeyd olunan səbəblərə müəyyən etmək mümkün olmadığına görə Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə həyətyanı torpaq sahəsi üçün X12 ayrılmış 1186.84 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. Ancaq, iddia olunan, ərazi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış reyestr nömrəsi **********2168 olan A№ 301149 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, X17 tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Qərardadın doqquzuncu sualı üzrə: Beyləqan rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 26 nömrəli qərarına əsasən, həyətyanı torpaq sahəsi üçün İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini 1-ci sualın cavabının 2-ci bəndində qeyd olunan səbəblərə müəyyən etmək mümkün olmadığına görə döngə nöqtələrinin koordinatlarında Texniki səhvin olmasını təyin etmək mümkün olmadı. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(120)-224/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə əlavə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 3-16-16/2-10/194/2025 nömrəli məktubu ilə iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Məmmədov X16 şəhər sakini X8 adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmənin qənaətinə görə iddiaçı hazırda X8 adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsinə dair heç bir əsaslı hüquqmüəyyənedici sənəd təqdim edə bilmir. İddiaçı məhkəmə iclaslarında torpaq sahəsindən bugünə kimi istifadə etmədiyini qeyd etmişdir. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7429 nömrəli ekspert rəyinə nəzər yetirilən zaman yerquruluşu sxemində İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin hüdudlarını əks etdirilən ərazi qeyd olunmadığından iddiaçının torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Eləcə də, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış reyestr nömrəsi **********2168 olan A№ 301149 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, X12 ayrıldığı, ayrılan ərazi üçün əsas olan hüquqmüəyyənedici sənədlərin hal-hazırda qüvvədə olduğu, torpaq sahəsinin üzərində X12 məxsus fərdi yaşayış evinin olduğu və hal-hazırda da həmin şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-79/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-79/2025
12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver