Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-790/2022 16.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdeh ünvan 7iyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 7iyyətinə qarşı «cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərcləri ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 16 mart 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh ünvan 7iyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərcləri ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdeh ünvan 7iyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “cavabdeh tərəfindən 01.07.2021-ci il tarixdən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərcləri ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdeh ünvan 7iyyətinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 16.03.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1977-ci il tarixdə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirib, 1996-cı il tarixdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olunmuşdur. 27.07.1996-cı il tarixdən 22.07.2000-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb, oranı bitirmişdir. 22.07.2000-ci il tarixdən 23.12.2016-cı il tarixədək müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə zabit kimi həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 23.12.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin, istifadə etmədiyi məzuniyyətdən istifadə etməklə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə 01.04.2017-ci il tarixdən məzuniyyət qeydiyyatından, hərbi hissənin şəxsi heyətinin siyahısından və eləcə də, bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edir ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan aşağıdakı hərbi hissələrdə həqiqi hərbi xidmətdə olmuşdur: 1) 22.07.2000-ci il tarixdən-23.05.2002-ci il tarixədək N saylı hərbi hissədə motoatıcı tağım komandiri; 2) 23.05.2002-ci il tarixdən-04.12.2002-ci il tarixədək N saylı hərbi hissədə Mühafizə taborunda mühafizə tağım komandiri; 3) 04.12.2002-ci il tarixdən- 08.08.2007-ci il tarixədək N saylı hərbi hissədə Fəxri qarovul tağım komandiri; 4) 08.08.2007-ci il tarixdən-09.01.2009-cu il tarixədək N saylı hərbi hissədə Mühafizə taborunda mühafizə tağım komandiri; 5) 09.01.2009-cu il tarixdən-28.07.2009-cu il tarixədək N saylı hərbi hissədə Müdafiə Nazirliyinin Əsas komanda məntəqə X/taborunda elektrik bölüyünün elektrik mühəndisi; 6) 28.07.2009-cu il tarixdən-16.04.2010-cu il tarixədək N saylı hərbi hissədə MAT motoatıcı bölüyünün komandiri; 7) 16.04.2010-cu il tarixdən-03.12.2011-ci il tarixədək N saylı hərbi hissə. MAT. Qərargah Bölüyünün komandiri; 8) 03.12.2011-ci il tarixdən-28.01.2014-cü il tarixədək N saylı hərbi hissə. MAT. Qərargah Bölüyünün MTT üzrə köməkçisi; 9) 28.01.2014-cü il tarixdən-18.11.2014-cü il tarixədək N saylı hərbi hissə. MAT komandirinin MTT üzrə müavini; 10) 18.11.2014-cü il tarixdən-23.12.2016-cı il tarixədək N saylı hərbi hissə. MAT komandirinin MTT üzrə müavini. O, Azərbaycan Respublikası Müdafiə Nazirinin 23.12.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, tərxis olunarkən xidmət illəri (20 il) imkan verirdi ki, o, xidmət illərinə görə həqiqi hərbi xidmətdən tərxis olunsun. Bu qanunda nəzərdə tutulub və o da, bu hüququndan istifadə edərək, həqiqi hərbi xidmətdən heç bir nöqsanı olmayan bir zabit kimi ehtiyata buraxılmışdır. Onun tərxis olunma barədə əmrində də qeyd edilir ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ vardır. Əmrin məzmunundan da aydındır ki, bu hüquq ona nöqsansız xidmət illərinə əsasən verilib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsində qeyd olunur: Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. O, ehtiyatda olan zabit kimi qismən səfərbərlik üzrə çagırışçı kimi “Vətən Müharibəsi”ndə iştirak etmiş, 31.10.2020-ci il- 10.11.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona Azərbaycan Respublikası Müdafiə Nazirinin 28.12.2020-ci il tarixli, 0219 rt nömrəli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmişdir. 29.12.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlik üzrə çağırışdan tərxis olunmuşdur. Qeyd edir ki, o, Vətənin müdafiəsindən bir zabit kimi, bir vətəndaş olaraq heç vaxt boyun qaçırmamış və hərbi xidməti dövründə də üzərinə düşən vəzifələri layiqincə və vicdanla yerinə yetirmişdir. O, döyüşlər zamanı barotravma almış, beyni silkələnmiş və bu üzdən bu günədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasında əsəblərindən müalicə alır. Bildirir ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən, 01.04.2017-ci il tarixdən ömürlük müddətinə “yaşa görə” pensiya təyin edilmişdir. Qeyd edir ki, o, ünvan 7iyyəti başçısının 19.05.2017-ci il tarixli, 41 nömrəli Sərəncamı ilə mənzil növbəsinə qeydiyyata götürülmüş və ona aylıq kirayə pulu ödənilmişdir. Lakin, 2021-ci ilin iyun ayından həmin aylıq kirayə pulununu verilməsi dayandırılmışdır, o səbəbdən ki, o, həqiqi hərbi xidmətdən yaşa görə deyil, öz arzusu ilə tərxis olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli qərarına əsasən isə öz arzusu ilə həqiqi hərbi xidmətdən tərxis olunanlara kirayə pulununu verilməsi nəzərdə tutulmamışdır. Bu gün də bu səbəbdən o, Şirvan şəhərində ayda 200 (iki yüz) manata kirayədə yaşamağına baxmayaraq, kirayə pulu ala bilmir. Bu barədə ünvan 7iyyətinə şifahi və yazılı müraciətlər etmişdir. 29.11.2021-ci il tarixində ünvan 7iyyətinə ünvanladığı hüquqi cəhətcən əsaslandırılmış ərizəsinə isə, hələ də cavab verilməmişdir. O, ailəlidir, ailə üzvləri həyat yoldaşından və iki övladından ibarətdir. Hesab edir ki, ona əvvəllər verilmiş müvəqqəti mənzil kirayəsi pulunun dayandırılması qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 06.08.2012-ci il tarixli, 174 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir: yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Həmin qərarın 4-cü bəndində qeyd edilir: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Göründüyü kimi, bu qərarda mənzil növbəsinə götürülmüş, yaşayış sahəsi olmayan Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya şəklində ödənilməsi nəzərdə tutulan pul ödəncidir. Bir daha qeyd edir ki, o, nöqsanla, xidmətə uygunsuzluqla və yaxud, hərbi xidmət zamanı cinayət törətdiyi əsasları ilə deyil, nöqsansız xidmət edərək 20 ildən çox həqiqi hərbi xidmət illərinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. Yaşayış sahəsi olmadığı üçün hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra qanunla müəyyən olunmuş müddətdə mənzil növbəsinə götürülmüşdür. Yaşa görə hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçularla xidmət illəri kifayət etməklə hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara niyə fərq qoyulmalıdır ki? Məgər bu insan hüquq və azadlıqlarının pozulması, hüququn ümumi prinsiplərindən olan qanun qarşısında bərabərlik, ədalət prinsiplərinə zidd deyilmi? Ana qanununmuz sayılan Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 26cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 5-ci abzasında deyilir: Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz toıpaq sahəsi almaq hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndində deyilir: Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 2-ci bəndinin 3-cü abzasında deyilir: ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 26-cı maddəsinin 1-ci bəndində deyilir: Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatından görünür ki, Azərbaycan Respublikası yerli icra hakimiyyəti orqanları inzibati orqan statusuna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin 2-ci hissəsinə əsasən, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddənin 7-ci hissəsinə əsasən, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh ünvan 7iyyətinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı həqiqətən 27.07.1996-cı il tarixdən 22.07.2000-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil almış, 22.07.2000-ci il tarixdən 23.12.2016-cı il tarixədək müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə zabit kimi həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 23.12.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 10.04.2017-ci ıl tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şöbəsində hərbi qeydiyyatdadır. İddiaçı müraciətlərinə Şırvan Şəhər İcra Hakimiyyətinin 25.11.2021-ci il tarixli, 2657 nömrəli, 2659 nömrəli, 17.12.2021-ci il tarixli, 2821 nömrəli, 30.12.2021-ci il tarixli, 2980 nömrəli məktubları ilə yazılı cavablar verilmişdir. İddiaçı müraciətinə əsasən ünvan 7iyyəti başçısının 19.05.2017-ci il tarixli, 41 nömrəli Sərəncamı ilə yaşayış yeri üzrə ünvan 7iyyətində 4 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmiş və hazırda o mənzil növbəsindədir. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləği və ödənilməsi qaydası “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı ilə tənzimlənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətinin Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət etmiş hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda və o cümlədən “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarında öz arzusu ilə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (şəxslərə) müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərclərinin (və ya kompensasiyanın) ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 23.12.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə ‘Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kompensasiya ona şamil edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmənin 03.02.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, onun nümayəndəsi və vəkili X6 və cavabdehin nümayəndəsi X5 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 01.04.2017-ci il tarixli, N nömrəli nizami hissə üzrə Əmrindən çıxarışdan görünür ki, 01.01.2017-ci il tarixdən məzuniyyət qeydiyyatında olan mayor İddiaçı, hərbi hissənin 1-ci motoatıcı tabor komandirinin maddi-texnik təminat üzrə müavini (Q4), Müdafiə nazirinin 23 dekabr 2016-cı il tarixli, 0949 nömrəli əmri ilə ‘Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 01 aprel 2017-ci il tarixdən məzuniyyət qeydiyyatından, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Sabirabad rayon şöbəsinə göndərilmişdir. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş ünvan 7iyyətinin İddiaçı ünvanlanmış 12.02.2021-ci il tarixli, 298 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: mənzillə təmin olunmağınıza köməklik göstərilməsi haqqında ünvanladığınız teleqrama ünvan 7iyyətində baxılmışdır. Bildirirlər ki, ünvan 7iyyəti başçısının 19.05.2017-ci il tarixli, 41 nömrəli Sərancamı ilə Siz ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülmüsünüz və aylıq kirayə haqqı ilə təmin olunursunuz. Gələcəkdə Şirvan şəhəri ərazisində ehtiyatda olan zabitlər üçün yaşayış binaları tikilərsə, mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq növbəlik əsasında mənzillə təmin olunacaqsınız. İş materiallarında olan 18.06.2019-cu il tarixli “Kirayə Müqaviləsi”ndən görünür ki, “Kirayə verən” X9 ilə “Kirayəçi” İddiaçı arasında bağlanmış “Kirayə Müqaviləsi”nə əsasən Kirayə verən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 99.7 kv.m olan fərdi yaşayış evini “Kirayəçi” İddiaçı kirayə vermiş, “Kirayəçi” İddiaçı kirayə verilən sahənin istifadəsinə görə “Kirayə verən” X7 aylıq 200 (iki yüz) manat kirayə haqqı ödəyir. İş materiallarında olan İddiaçı ünvan 7iyyəti başçısına ünvanladığı 29.11.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı Azərbaycan Respublikasının “polkovnik-leytenant” rütbəli ehtiyatda olan zabiti olduğunu, 2016-cı ilin dekabr ayında Müdafiə nazirinin müvafiq əmrinə əsasən Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxıldığını, 2020-ci ilin oktyabr ayında könüllü olaraq “Vətən Müharibəsi”nə qatılıb döyüşlərdə iştirak etdiyini, X4 əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunduğunu, hal-hazırda 4 (dörd) nəfər ailə üzvləri ilə birgə ünvan 6 ünvanında kirayədə qaldığını, 2017-ci ilin aprel ayında ünvan 7iyyətində mənzil növbəsinə götürüldüyünü, 2021-ci ilin iyun ayınadək ona müvəqqəti mənzil kirayə haqqları ödənildiyi, lakin həmin tarixdən sonra qanunsuz şəkildə ödənişin dayandırıldığı, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və məbləğdə ona və ailə üzvlərinə kirayə haqqı ödənişinin bərpa edilməsini xahiş etmişdir. İş materialarında olan ünvan 7iyyəti tərəfindən İddiaçı ünvanlanmış 30.12.2021-ci il tarixli, 2980 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: ehtiyatda olan zabit kimi mənzil kirayə xərcinin ödənilməsinə köməklik göstərilməsi haqqında ünvanladığınız ərizəyə ünvan 7iyyətində baxılmışdır. Bildirirlər ki, ünvan 7iyyəti başçısının 19.05.2017-ci il tarixli, 41 nömrəli Sərancamı ilə Siz ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülmüsünüz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yalnız yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, müddətdən artıq həqiqi hərbi xidmət etmiş hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay məbləğlərdə kompensasiya ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 23.12.2016-cı il tarixli ‘Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığınız üçün müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi Sizə şamil edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 22.02.2022-ci il tarixli, **********99 saylı məktubunda bildirilmişdir ki, İddiaçı JN-512 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Sabirabad rayonu, Şıxsalahlı kəndində yerləşən 2.95 ha torpaq sahəsinin 5 (beş) nəfər ailə üzvü ilə birlikdə ümumi birgə mülkiyyətçisidir. X3 barədə məlumat aşkar edilməmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxxx 1977-ci ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olmuş, 27.07.1996-cı il tarixdən 22.07.2000-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil almış, 22.07.2000-ci il tarixdən 23.12.2016-cı il tarixədək müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə zabit kimi həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 23.12.2016-cı il tarixli, 0949 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən vəzifədən azad edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, ünvan 7iyyəti başçısının 19.05.2017-ci il tarixli, 41 Sərəncamı ilə mənzil növbəsinə götürülmüş və ona aylıq kirayə pulu ödənilmiş, lakin 2021-ci ilin iyun ayından həmin aylıq kirayə pulunun verilməsindən imtina edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ehtiyatda olan zabit kimi qismən səfərbərlik üzrə çagırışçı kimi “Vətən Müharibəsi”ndə iştirak etmiş, 31.10.2020-10.11.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona Azərbaycan Respublikası Müdafiə Nazirinin 28.12.2020-ci il tarixli, 0219 rt nömrəli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmiş, 29.12.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlik üzrə çağırışdan tərxis olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 06.08.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Həmin Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayə haqqı ödənilməsi ilə baglı müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən hesab etmişdir ki, qanunvericilik ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğini və ödənilməsi qaydasını müəyyən etmiş, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə kirayə üçün kompensasiya nəzərdə tutulsada, bu kompensasiya öz arzusu ilə həqiqi hərbi xidmətdən buraxılmış şəxslərə şamil edilməmişdir. Məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 4-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən normanı təhlil edərək bildirir ki, qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini fərqləndirmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni, həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Halbuki, elə istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qanunverici konkret iradəsini ifadə etmiş və müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Bu baxımdan, məhkəmə cavabdeh inzibati orqanın imtina və etiraz dəlilləri razılaşmayaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasının məzmunundan da göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. Məhz bu səbəbdən, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinin məzmunu ehtiyata və ya istefaya buraxılmış şəxslərin həmin maddənin 2-ci bəndində nəzərdə tutulmuş hüquqlarına təsir etmir. Məhkəmənin qənaətinə görə, Nazirlər Kabinetinin göstərilmiş Qaydalarına münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan, tətbiq edildiyi subyektlərin dairəsi fərqləndirilmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur və əsassız olaraq ona əvvəllər ödənilmiş müvəqqəti mənzil kirayəsi pulu dayandırılmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı cavabdeh tərəfindən ödənilən müvəqqəti mənzil kirayəsi xərcləri ödənişin dayandırıldığı 01.07.2021-ci il tarixdən bərpa edilməli və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyi cavabdeh ünvan 7iyyətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı cavabdeh tərəfindən ödənilən müvəqqəti mənzil kirayəsi xərcləri ödənişin dayandırıldığı 01.07.2021-ci il tarixdən bərpa edilsin və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyi cavabdeh ünvan 7iyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-790/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-790/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver