Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-790/2023 13.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə (üçüncü şəxslər Astara rayon Mərkəzi Xəstəxanasına və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “80 gün həqiqi hərbi xidmətdə olduğuna görə maddi (itirilmiş qazanc) və mənəvi zərərə görə 5000 manat kompensasiyanın ödənilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmətə çağırıldığına görə və qanunsuz 80 gün həqiqi hərbi xidmətdə olduğuna görə 5000 manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-2248/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə X3 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Astara rayonun Siyakü kəndində yaşayır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi tərəfindən 2017-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Miidafıə Nazirliyinin Gəncə şəhəri ərazisində N nömrəli hərbi hissəsinə göndərilmiş, N yanvar 2018-ci il tarixədək hərbi hissədə xidmət etmiş, N yanvar 2018-ci il tarixdə “ sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı” hesab olunduğuna görə N nömrəli hərbi hissə komandirinin müvafiq əmrinə əsasən ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. O yararsız olduğuna baxmayaraq qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə göndərilmiş, 80 gün hərbi xidmətdə olmuşdur.Bunları iddia ərizəsinə əlavə edilmiş 01 fevral 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı bir daha təsdiq edir. Qanunsuz olaraq onu hərbi xidmətə göndərilməsi ilə bağlı cavabdeh olan təşkilatlardan kompensasiya tələb edir və həmin kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ona 5000(beş min) manat məbləğində pul ödənilməsini istəyir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı kompensasiyanın ödənilməsi tələbi barədə Şirvan İnzibatı Məhkəməsinə müraciət etmişdir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən,inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.Həmin Məcəllənin 34.1ci maddəsinə əsasən,öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda,həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericilikdə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir.İddia ərizəsidən görünür ki, iddiaçı kompensasiya tələb edir.iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə müraciəti (imtina) yoxdur.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki,’’Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri iləyanaşı ayrı-ayrı iddia üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi,iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali -Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki,məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması,ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.İnzibatı mübahisə üzrə iddia onun mümkünlüyü ilə şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.Şırvan İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli,2-1 (120)-1309/2020 saylı qərardadında İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır.Qeyd oluanları nəzərə alaraq,İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan xx.xx.2023-cü il tarixli Azərpoçt MMC-yə məxsus məxaric qəbzinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə məktub ünvanlamışdır. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, HP-5/514/1059 nömrəli məktubunda qeyd edilmişdir ki, hərbi xidmətə yararsız olduğu halda qanunsuz olaraq SHXÇÜDX-nin Astara rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmək, lakin 80 gün xidmət etdikdən sonra hərbi xidmətə" yararsız hesab olunaraq ordu sıralarından tərxis olunduğu üçün vurulmuş ziyana görə kompensasiya verilməməsi barədə 18 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciət 30 iyun 2020-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Müəyyən edilmişdir ki, anası X1 25 noyabr 2019-cu il tarixli eyniməzmunlu müraciəti üzrə Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırması şöbəsinin prokuroru, ədliyyə kapitanı Vasif Məmmədov tərəfindən 56c-19 nömrəli material araşdırılmış və 01 fevral 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın surəti xx.xx.2020-ci il tarixli, HP-5/1481/223 nömrəli məktubla göndərilməklə hüquqlarınız izah olunmuşdur. Bundan başqa, qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə göndərildiyi üçün SHXÇÜDX-i tərəfindən kompensasiya verilməsi prokurorluğun səlahiyyətlərinə aid olmadığından və kompensasiyanın verilməsi mülki mübahisə predmeti olduğundan Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 25, 33, 149 və 150-ci maddələrinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etmək məqsədəmüvafiqdir. - İşdə olan SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 2017-cı ilin oktyabr ayından N yanvar 2018-ci il tarixədək hərbi hissədə xidmət etmişdir. Hərbi biletin 2-ci səhifəsində 6-cı bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80 “ç” maddəsinin İ qrafasına əsasən, “Hərbi xidmətə yararlıdır.A-3” hesab edilərək hərbi xidmətə yararlı hesab edilmişdir. 21-ci səhifədə “Xəstəliklər cədvəlinin 13b, 80 C maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilməsi barədə qeydiyyat aparılmışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1134 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayon sakini xx.xx.1999-cu il təvəllüdlü hərbi vəzifəlilərin ehtiyatında olan əsgər İddiaçı aid sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. - İşdə olan xx.xx.2017-ci il tarixli Xəstəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.1999cu il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə SHXÇDX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müayinə olunmuş, “Sağtərəfli kriptorxizm, qasıq forma” diaqnozu qoyulmuş və “XC”-nin 80 ç maddəsinin İ qrafasına əsasən, hərbi xidmətə yararlı sayılmışdır. xx.xx.2017-ci il tarixdə hərbi xidmətə çağılarkən dərinləşdirilmiş müayinə aparılmadan SHXÇDX Astara rayon şöbəsi tərəfindən eyni diaqnozla hərbi xidmətə yararlı sayılmışdır. Hərbi xidmət dövründə sağ qasıq nahiyəsində olan ağrılarla hərbi hissə həkiminə müraciət etmiş, xx.xx.2017-ci il tarixdə N saylı hərbi hissəyə müayinəyə göndərilmiş, uroloq tərəfindən müayinə olunmuş və “Anadangəlmə tək xaya” diaqnozu qoyulmuşdur. xx.xx.2017-ci il tarixdə müayinə üçün SQ BKH-ya göndərilmişdir. xx.xx.2017-ci il tarixdən hal-hazıradək SQ BKH-da müayinə və müalicədədir. Ştatlı Hərbi Həkim Komissiyasının qərarı ilə “Anadangəlmə birincili hiperqonadotropik hipoqanadizm, funksiyanın mülayim dərəcədə pozulması ilə. Anadangəlmə inkişad qüsuru. Sağtərəfli kriptorxizm, abdominal forma. Onurğa sütunun döş nahiyyəsinin (Th4) təsbit olunmayan İ (birinci) mərhələ 30 (üç) dərəcəli skoliozu. Üumi xəstəlikdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzerə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 13b, 80 c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir. -İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Astara rayon üzrə Maliyyə şöbəsinin məhkəməyə ünvanladığı 14 okyuabr 2022-ci il tarixli 04/166 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hərbi xidmətə çağırıldığına və qanunsuz 80 gün həqiqi hərbi xidmətdə olduğuna görə 5000 manat kompensasiyanın ödənilməsi barədə iddia tələbi ilə bağlı 7 dekabr 2022-ci il tarixdə növbəti dəfə keçiriləcək 2-1(120)-2248/2022 №-li İnzibati mübahisələrə dair iş üzrə məhkəmədə 12 oktyabr 2022- ci il tarixində keçirilmiş məhkəmə prosesində iddia tələbi barədə qeyd etdiklərini qüvvədə saxlamaqla bildiriş üzrə çağrışda iştirak etməməyin nəzərə alınmasını xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1912 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olması barədə adına tərtib olunmuş xx.xx.2017-ci il tarixdən 30,12.2017-ci il tarixədək 602 №-li xəstəlik tarixindən çıxarılmış “çıxarış epikrizinin və 445 №-li “Xəstəlik haqqında şəhadətnamənin” təsdiq olunmuş kserosurətləri ünvana göndərilmişdir. - İşdə olan 26 dekabr 2017-ci il tarixli 445 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 635 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının arxivində vətəndaş İddiaçı barədə xx.xx.2017-ci il tarixli 445 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən başqa hər hansı digər sənədlər saxlanılmır. Odur ki, həmin şəhadətnamənin surəti göndərilir. 1992-ci ildən 2019-cu ilə qədər MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş vətəndaşların bütün sənədləri MN Baş Klinik Hospitalının X8 təhvil verilmişdir. Odur ki, vətəndaş İddiaçı dair xx.xx.2017-ci il tarixli 445 nömrəli nömrəli “Xəstəlik haqqında şəhadətnaməmin verilməsinə əsas olmuş sənədlərin tələb olunması üçün MN Baş Klinik Hospitalının rəisinə müraciət olunmalıdır. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-3-7/2-30-3233/878 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayonu, Siyəkü kənd sakini vət. X1 övladı İddiaçı xəstəliklə ehtiyata buraxılması barədə müraciəti əsasında Respublika Hərbi Prokurorluğunda araşdırma aparılmış və material üzrə 01,02.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın surəti HP-5/1481/223 01,02.2020-ci il tarixli məktubla vətəndaşa göndərilməklə Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun olması izah edilmiş, lakin hazırki tarixədək qərardan şikayət verilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin 01 fevral 2020-ci il tarixli qərarından görünür ki, 56c-19 saylı material üzrə SHXÇDX-nin Mərkəzi hərbi-həkim komissiyasının sabiq həkim-cərrahı, Modern hospitalının təcili yardım şöbəsinin həkimterapevti X3nun səhlənkarlığı mühüm zərərin vurulmasına səbəb olmadığından, barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə tərəfindən müyyən edilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.2017-ci il tarixdə SHXÇDX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müayinə olunmuş, “Sağtərəfli kriptorxizm, qasıq forma” diaqnozu qoyulmuş və “XC”-nin 80 ç maddəsinin İ qrafasına əsasən, hərbi xidmətə yararlı sayılmışdır. xx.xx.2017-ci il tarixdə hərbi xidmətə çağılarkən dərinləşdirilmiş müayinə aparılmadan SHXÇDX Astara rayon şöbəsi tərəfindən eyni diaqnozla hərbi xidmətə yararlı sayılmışdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci ilədək Müdafiə Nazirliyinin Gəncə şəhəri ərazisində N nömrəli hərbi hissəsinə göndərilərək orada hərbi xidmət keçmişdir. O, həmin müddət ərzində sağ qasıq nahiyyəsində olan ağrılara görə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, müayinə üçün N saylı hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissədə müayinə olunduqdan sonra, İddiaçı "anadangəlmə tək xaya” diaqnozu qoyulmuş və 21 noyabr 2017-ci ıl tarixədək stasionar mülicədə olmuşdur. 21 noyabr 2017-ci il tarixdə müayinə olunmaq uçun N nömrəli hərbi hissə tərəfindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və müayinə olunduqdan sonra həmin hospitalda stasionar müalicəyə qəbul olunmuşdur. 27 dekabr 2017-ci il tarixdə stasionar müalicə müddəti bitdikdən sonra, SQ BKH-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin vaxt İddiaçı "Anadangəlmə birincili hiperqonadotropik hıpoqonadizm, funksiyanın mülayim dərəcədə pozulması ilə. Anadangəlmə inkişaf qüsuru. Sağtərəfli kriptorxizm, abdominal forma. Onurğa sütununun döş nahiyəsinin (Th4) təsbit olunmayan İ (birinci) mərhələ 3 (üç) dərəcəli skoliozu” diaqnozu qoyulmuş və İddiaçı həmin diaqnozla "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab olunmuş, ordu sıralarından tərxis olunmaq üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N dekabr 2017-ci il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N yanvar 2018-ci il tarixədək həmin hərbi hissədə xidmət etmiş. N yanvar 2018-ci il tarixdə “sülh dövründə hərb, xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunduğuna görə N nömrəli hərbi hissə komandirinin müvafiq əmrinə əsasən ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. Bu müddət ərzində ciddi ağrılara, fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, İddiaçı hərbi xidmətdə 80 gün keçirtdiyi üçün mənəvi iztirablar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə 5000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir, belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci ilədək N nömrəli Hərbi hissədə hərbi qulluq çəkmiş, xx.xx.2017-ci il tarixdən müayinə üçün tibb N saylı hərbi hissəyə göndərilmiş, xx.xx.2017-ci ilədək stasionar müalicə almış, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicə olunmuş, xx.xx.2017-ci il tarixdə N saylı hərbi hissəyə qayıtmış, xx.xx.2018-ci il tarixdə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci ilədək 777 saylı Hərbi Hissədə və xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək N saylı Hərbi Hİssədə, 40 gün müddətinə iddiaçının xeyrinə ədalətli həddə - 500 manat tutulmalıdır. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradanqaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq hərbi hissədə hərbi xidmətə göndərilərək hərbi xidmət keçməsi nəticəsində ona mənəvi zərər vurulmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İddiaçının hərbi hissədə hərbi xidmətdə olduğu dövr ərzində onun qazancından məhrum olunması dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı qazancdan hansı qaydada və hansı hallarda məhrum olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, hərbi xidmət keçdiyi dövr ərzində vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsindən İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməlidir. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsindən İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-790/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-790/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver