Məhkəmə qərarları › İş №2-1(120)-792/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-792/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-792/2022 24.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 24 avqust 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, 60 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonunun, Axtaçı kəndində anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. Onun xx.xx.1979-cu il tarixdən hal-hazıra kimi işləməklə ümumi 42 il əmək stajı vardır. xx.xx.1982-xx.xx.1990-cı illər üzrə Kalinin adına Lenin ordenli X1 oxumuşdur. Əmək stajının xx.xx.1990-xx.xx.1991-ci ilə kimi “Əli Bayramlı DRES (Şirvan İES MMC)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi üzrə 5-ci dərəcəli elektrik-mantyoru”, xx.xx.1991-xx.xx.1993-cü il tarixə kimi “Əli Bayramlı DRES (Şirvan İES MMC)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühavizəsi üzrə 6-cı dərəcəli elektrik-mantyoru”, xx.xx.2003-xx.xx.2003-cü il tarixə kimi “Əli Bayramlı DRES (Şirvan İES MMC)”-də “qazanturbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 10-cu dərəcəli usta”, xx.xx.2003-xx.xx.2009-cu il tarixə kimi “Şirvan İES MMC (Əli Bayramlı DRES)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük usta”, xx.xx.2012-xx.xx.2019-cu il tarixə kimi “Şirvan İES MMC (Əli Bayramh DRES)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük usta” və həmin tarixdən hal-hazıra kimi “X2 MMC”-də “istilik avtomatika və ölçmə sexinə və elektrik sexinə 11-ci dərəcəli aparıcı mühəndis” vəzifəsində işləmiş və işləyir. İşlədiyi vəzifələr zərərli və ağır iş olduğundan, hesab edir ki, ona xx.xx.2021-ci il tarixdən, 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulınuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. O, xx.xx.2021-ci il tarixə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2021-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 24.ELEKTRİK STANSİYALARİ. ENERJİ OATARLARİ. BUXAR GÜC TƏSƏRRÜFATİ: “qazanxana, turbin (buxar-qaz turbin avadanlığının təmiri, yanacaqötürmə avadanlıgına və onların isini təmin edən ölcü vasitələri və avtomatikasına xidmət üzrə cilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik cilingərləri”, “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüsdürücü qurğularm sınagı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan və “qazanxana, turbin (qaz turbini) yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, bövük ustaları” vəzifələrinə uyğun olduğu üçün 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2017-ci il tarixdən sonra hüququnun yarandığı tarixə kimi toplamışlarsa, kişilərin 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. O, cavabdeh ƏƏSMN-nin yamnda DSMF-nun XŞTMF-na xx.xx.2021- ci il tarixli ərizə və ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini, diplomun notarial təsdiq edilmiş sürətini və güzəştli arayışı əlavə edərək ona xx.xx.2021-ci il tarixdən, 60 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial isə ona xx.xx.2021-ci il tarixli, **********5 saylı məktubla onun işlədiyi xx.xx.2003xx.xx.2003-cü il tarixə kimi “Əli Bayramlı DRES (Şirvan İES MMC)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 10-cu dərəcəli usta”, xx.xx.2003-xx.xx.2009-cu il tarixə kimi “Şirvan İES MMC (Əli Bayramlı DRES)”-də “qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük usta”, xx.xx.2012-xx.xx.2019-cu il tarixə kimi “Şirvan İES MMC (Əli Bayramlı DRES)”-də“qazan-turbin qurğusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük usta” vəzifələri üzrə elektrik sexinin elektrik laboratoriyası istehsalat sahəsi yuxarıda qeyd olunan qazanxana, turbin (qaz-turbini), yanacaqgötürmə, tozhazırlama sexlərinin istehsalat sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajınız 12 il 06 aydan az (5 il 08 ay 27 gün (xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasında dövrlər)) təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir bildirməklə imtina vermişdir. O, cavabdehin xx.xx.2021-ci il tarixli, **********5 saylı imtina məktubuna açıqlama olaraq işlədiyi vəzifələrin iş funksiyasına dair “Azərenerji ASC”-nin “Şirvan İES MMC”-nin xx.xx.2021-ci il tarixli, 20/206/17/13 saylı açıqlama arayışını yuxarıda qeyd etdiyim sənədlərə əlavə etməklə yenidən xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin açıqlama arayışında onun faktiki olaraq peşə və vəzifə təlimatına əsasən gördüyü işin funksiyasının “qazan-turbin sexinin isini təmin edən stansiya ərazisində yerləsən bütün gərginlik sinifınə aid olan elektrik avadanlıqlarının, o cümlədən 330 kv-luq avtotransformatorların, 330 kv-luq vüksək gərginlik girimlərinin, 330 kv-luq bosaldıcıların, 330 kv-luq əlaqə kondensatorların sınaq və ölcmə islərinin aparılmasından ibarət olmusdur. Lakin bu dəfə də cavabdeh xx.xx.2021-ci il tarixli, **********5 saylı imtina məktubuna uyğun formatda xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubu cavab olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Lakin hesab edir ki, cavabdehin məktubunu imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafıq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Göründüyü kimi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2021-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən onun hüququ xx.xx.2017-ci il tarixdən sonra yarandığından, həmin tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanununda edilmiş dəyişikliklər əsasında birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə əsasən həmin Qanundan sonra edilmiş dəyişikliyə əsasən hüququnun yarandığı tarixə kimi hüququ yaranmış şəxslərə, kişilər - 60 yaşında, qadınlar - 55 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. Beləliklə, hesab edir ki, onun xx.xx.2021-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan xx.xx.2007-ci il tarixli, 12 nömrəli Siyahısı üzrə işlədiyinə və eləcədə həmin tarixdə 60 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tətbiq edilməklə pensiya təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia edir ki, 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 25 il ümumi, 12,5 il güzəştli iş stajını toplamışdır. Buna görə də, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı **********0 saylı, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması haqqında mıiraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçınm güzəştli iş stajı 12,5 ildən az (5 il 8 ay 27 giin) təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli qərarı il təsdiq edilmiş Siyahının 24-cü bölməsi “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlanır. Həmin bölmənin “rəhbərlər və mütəxəssislər" adlanan (b) bəndində aşağıdakı peşələr sadalanır: - qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri; - qazanxana sexlərinin rəisləri və onların müavinləri; turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər; - avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); - qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları. İddiaçı müxtəlif tarixlərdə işlədiyi “usta” və “böyük usta” vəzitələrinin güzəştli iş stajı verən peşələr olduğunu iddia edir. Belə ki, iddiaçıya görə həmin vəzifələr 24-cü bölmənin (b) bəndinin 5-ci abzasına (xanasına) uyğundur (“qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları”). Lakin iddiaçının usta və böyük usta qismində çalışdığı istehsalat sahələrinin “qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinə aid olduğuna dair əmək kitabçasında hər hansı qeyd yoxdur. Əksinə, iddiaçının elektrik laboratoriyası istehsalat sahəsində usta və böyük usta qismində çalışdığı qeyd edilmişdir. Lakin "xxxx" MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli arayışda əmək kitabçasındakı bu qeyd görməzdən gəlinmiş, “elektrik laboratoriyası” ifadəsinin əvvəlinə hər hansı əsas olmadan “Qazan turbin qurğusunun işini təmin edən” sözləri əlavə olunmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12,5 ildən az təşkil edir. Bu səbəbdən də, Filialın imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X3 Stansiyası” MMC-nin xx.xx.2021-ci il tarixli, 20/206/17/06 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1990-cı ildən (əmr № 76-n, xx.xx.1990-cı il) xx.xx.1991-ci ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRESin) Qazan turbin qurgusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi üzrə 5-ci dərəcəli elektrik montyoru; xx.xx.1991-ci ildən (əmr № 106-k, xx.xx.1991-ci il) xx.xx.1993-cü ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə 6-cı dərəcəli elektrik montyoru; xx.xx.2003-cü ildən (əmr № 04-k, xx.xx.2003-cü il) xx.xx.2003-cü ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 10-cu dərəcəli ustası; xx.xx.2003-cü ildən (əmr № 165-k, xx.xx.2003-cü il) xx.xx.2009-cu ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük ustası işləmişdir. xx.xx.2012-ci ildən (əmr № 39-n, xx.xx.2012-ci il) xx.xx.2019-cu ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası, istehsalat sahəsinin 11-ci dərəcəli böyük ustası işləmişdir. «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümündə qeyd edilmiş göstəricilərinə uyğun olması səbəbi ilə avtomatika və rele mühafizəsi aparatları üzrə elektrik montyorlarına, elektrik sahəsinin ustalarına, istehsalat sahəsinin böyük ustalarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2009-cu ildən (əmr № 03/17 kş, xx.xx.2009-cu il) xx.xx.2012-ci ilədək (əmr № 131/17 kş, xx.xx.2012-ci il) "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Qazan Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsində böyük usta işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü fəslinin “a” (fəhlələr) bəndinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Güzətli pensiya üçün staj: 03 il, 02 ay, 29 gün təşkil edir. Məlumat üçün bildirirlər ki, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərancamına əsasən "xxxx" ASC adlandırılıb. İş materiallarında olan “X3 Stansiyası” MMC-nin xx.xx.2021-ci il tarixli, 20/206/17/13 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixindən “X3 Stansiyası” MMC-nin fəaliyyəti dayandırılan günə kimi Elektrik sexinin yüksək gərginlikli laboratoriyasında xx.xx.1993-xx.xx.2003-cü il dövründə aparıcı mühəndis vəzifəsində, sonra həmin laboratoriyada xx.xx.2003-xx.xx.2003-cü il dövründə usta, xx.xx.2003-xx.xx.2009-cu il dövründə böyük usta işləmişdir. Daha sonra isə yenidən həmin sexə işə qəbul olaraq xx.xx.2012-xx.xx.2019-cu il dövründə böyük usta vəzifəsində işləmişdir. İddiaçı işinin funksiyası qazan turbin sexinin işini təmin edən stansiya ərazisində yerləşən bütün gərginlik sinfinə aid olan elektrik avadanlıqlarının, o cümlədən 330 kv-luq avtotransformatorların, 330 kv-luq yüksək gərginlikli girimlərinin, 330 kv-luq boaşldıcıların, 330 kv-luq əlaqə kondensatorlarının, 330 kv-luq Gərginlik və 330 kv-luq Cərəyan transformatorlarının sınaq və ölçmə işlərinin aparılmasından ibarət olmuşdur. Qeyd olunanlardan göründüyü kimi işlədiyi sahələr zərərli iş yerləri olduğundan onun vəzifəsi «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümünün “a” bəndinin 37-ci, 38-ci xanalarına və “b” bəndinin 5-ci xanasına uyğundur. İş materiallarında olan “X3 Stansiyası” MMC-nin xx.xx.2022-ci il tarixli, 20/206/1/22 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Əli Bayramlı DRESDƏ (hazırda Şirvan İES” MMC) Elektrik sexinin elektrik laboratoriyasında elektrik montyoru vəzifəsinə işə qəbul olunmuşdur. Məlumat üçün bildirirlər ki, elektrik sexi üç sahədən (istismar, təmir və elektrik laboratoriyasından) ibarətdir. İddiaçı işlədiyi müddət ərzində qazan və turbin avadanlıqlarına xidmət edən bütün gərginlik sinfinə aid olan elektrik avadanlılarının təmiri, sınağı və ölçmə işlərini aparmışdır. O cümlədən 330 kv-luq elektrik avadanlıqları olan avtotransformatorların, yağ tutumlu yüksək gərginlikli girimlərinin, boşaldıcıların, əlaqə kondensatorların, gərginlik və cərəyan transformatorlarının sınaq və ölçmə işlərini aparmışdır. Stansiyanın imtahan komissiyasının qərarı ilə ona "xxxx" ASC-nin xüsusi işlər siyahısına aid olan “Elektrik avadanlıqlarının yüksək gərginliyə sınaq” işlərini aparmaq səlahiyyəti verilmişdir. İddiaçı elektrik stansiyasında elektrik montyoru, mühəndis, istehsalat sahəsinin ustası, istehsalat sahəsinin böyük ustası vəzifələrində işlədiyi müddət ərzində zərərli iş şəraitinə görə 8 (səkkiz)% və rele mühafizəsi və elektrik avtomatikasında bilvasitə uzun müddət işlədiyinə və yüksək ixtisasına görə 30 (otuz) % əlavə əmək haqqı almışdır. «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümündə qeyd edilmiş göstəricilərinə uyğun olması səbəbi ilə elektik montyorlarına, istehsalat sahəsinin ustalarına, istehsalat sahəsinin böyük ustalarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. İş materiallarında olan xx.xx.1990-cü il tarixli, ПВ № 114886 nömərli Diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1990-cı illər üzrə Kalinin adına Lenin ordenli X1 təhsil almışdır. İş materiallarında olan НЗ-4252246 saylı hərbi biletdən görünür ki, İddiaçı 02 noyabr 1979-cu il tarixdən 27 noyabr 1981-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər bəndində (b): qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri; - qazanxana sexlərinin rəisləri və onların müavinləri; - turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər; - avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); - qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair 18 noyabr 2021-ci tarixli, 20/206/17/13 nömrəli arayışında adıçəkilən müəssisənin elektrik sexinin yüksək gərginlik laboratoriyasında xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində aparıcı mühəndis, xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2003xx.xx.2009-cu il, xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində isə böyük usta vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifələr yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 8 ay 27 gün (xx.xx.1990xx.xx.1993-cü il, xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1961-ci il tarixdə Kürdəmri rayonunda doğulmuş, 02 noyabr 1979-cu il tarixdən 27 noyabr 1981-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.1982-xx.xx.1990-cı illər üzrə Kalinin adına Lenin ordenli X1 təhsil almış, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi üzrə 5-ci dərəcəli elektrik montyoru; xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə 6-cı dərəcəli elektrik montyoru; xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 10-cu dərəcəli ustası; xx.xx.2003-cü ildən xx.xx.2009-cu ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsinin 11-ci dərəcəli böyük ustası işləmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilədək "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Qazan Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsində böyük usta, eləcə də xx.xx.2012-ci ildən xx.xx.2019-cu ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası, istehsalat sahəsinin 11-ci dərəcəli böyük ustası işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsindəgöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1). iddiaçının 60 yaşının tamam olması; 2). 25 il ümumi iş stajının mövcud olması; 3). 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4). fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdeh iddiaçının 60 yaşının tamam olmasını; 25 il ümumi iş stajının mövcud olmasını, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını mübahisələndirmir. İşdə mövcud olan sənəd və sübutlar da bu halları təsdiq edir. Cavabdehin əsas mübahisələndirdiyi məsələ iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Belə olan halda, qiymət verilməli olan yeganə məsələ iddiaçının xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsində (10-cu dərəcəli usta); xx.xx.2003-cü ildən xx.xx.2009-cu ilə kimi “X3 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin qurgusunun işini təmin edən elektrik laboratoriyası istehsalat sahəsində (11-ci dərəcəli böyük usta) işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Məhkəmə cavabdehin sözügedən dəlilini əsassız hesab edir. İddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda qeyd edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, “X3 Stansiyası” MMC-nin xx.xx.2021-ci il tarixli, 20/206/17/13 saylı arayışından görünür ki, İddiaçı elektrik stansiyasında elektrik montyoru, mühəndis, istehsalat sahəsinin ustası, istehsalat sahəsinin böyük ustası vəzifələrində işlədiyi müddət ərzində zərərli iş şəraitinə görə 8 (səkkiz)% və rele mühafizəsi və elektrik avtomatikasında bilavasitə uzun müddət işlədiyinə və yüksək ixtisasına görə 30 (otuz) % əlavə əmək haqqı almışdır. Həmçinin arayışda qeyd edilmişdir ki, elektrik sexi üç sahədən (istismar, təmir və elektrik laboratoriyasından) ibarətdir. İddiaçı işlədiyi müddət ərzində qazan və turbin avadanlıqlarına xidmət edən bütün gərginlik sinfinə aid olan elektrik avadanlılarının təmiri, sınağı və ölçmə işlərini aparmışdır. O cümlədən 330 kv-luq elektrik avadanlıqları olan avtotransformatorların, yağ tutumlu yüksək gərginlikli girimlərinin, boşaldıcıların, əlaqə kondensatorların, gərginlik və cərəyan transformatorlarının sınaq və ölçmə işlərini aparmışdır. Bundan əlavə, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar