Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-792/2025 12.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********1294 nömrəli, xx.xx.2023-cü il tarixli, **********1296 nömrəli və xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********1294 nömrəli, xx.xx.2023-cü il tarixli, **********1296 nömrəli və xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanının xx.xx.2023-cii il tarixli, **********1294 nömrəli qərarı ilə onun barəsində Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən və 33.4-ci maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizə verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Həmçinin cavabdeh vergi orqanının xx.xx.2023-ci il tarixli, **********1296 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, cavabdeh vergi orqanın qeyd olunan Qərarları əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əvvəla onu qeyd edir ki, heç vaxt hər hansı formada sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və hər hansı müraciəti olmadığı halda, cavabdeh vergi orqanı tərəfindən qanunsuz olaraq vergi uçotuna alınmaqla adına VÖEN açılmışdır. Həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixində ailə üzvləri ilə birlikdə Lerik rayonunda yaşayan valideynlərinə baş çəkmək üçün onun telefonuna zəng gəldi və ona bildirildi ki, “qardaşı Elxan müəllimə zəng edir amma ona zəng çatmır”. Bildirmişdir ki, siz kimsiniz və ona niyə zəng etmisiniz?. Həmin şəxs ona bildirmişdir ki, onlar vergi əməkdaşlarıdır və qardaşı Elxanın sahib olduğu, “Çənlibel” istirahət mərkəzinə operativ vergi nəzarət qərarı açılıbdır. Onlara bildirmişdir ki, Lerikə gedir, yol üstü olduğundan ordan keçəndə onunla görüşüb nə sözü olsa Elxana çatdırar. Təqribən saat 4-5 radələrində magistral yolun üstündə yerləşən “Çənlibel” istirahət mərkəzinə dönmüş və ona zəng edən vergi əməkdaşlarını soruşmuşdur. Bildirmişdirlər ki, yemək yemək üçün yaxınlığda yerləşən “Təbəssüm” istirahət mərkəzinə getmişdirlər. Qeyd edir ki, obyektdə təmir işləri getdiyi üçün fəaliyyəti dayandırmışdır. Beş-on dəqiqədən sonra özlərini vergi əməkdaşları olduğunu deyən 3 nəfər gəlmiş və həmin şəxslərdən bir nəfəri Lerikdən olduğu üçün Fədail adlı şəxsi tanımışdır. Qısa söhbətdən sonra onlara bildirmişdir ki, Lerikə gedir, onların bura gəlişini Elxana çatdırar. Həmçinin onlara bildirmişdir ki, axı obyektdə təmir işləri getdiyindən fəaliyyət göstərmir və özü də baxış keçirtməklə şahidi olar. Özlərini vergi əməkdaşı adlandıran şəxslər bildirmişdirlər ki, baxmışıq və həqiqətən heç bir fəaliyyəti yoxdur. Həmin şəxslərlə bu səpkidə söhbəti olmuş və Lerikə yol düşmüşdür. Lakin sentyabr ayının sonlarında Bakıdakı qeydiyyat ünvanına 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisinin imzası ilə daxil olan məktubda xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktla əlaqədar 6 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. Dəvətlə əlaqədar baş idarəsinin rəisi Səməd müəllim ilə telefonla danışmış və onun əməkdaşlarının bəlkə səhvən onun adına müvafiq aktların yazıldığını ona bildirmişdir. Eyni zamanda yuxarıda qeyd etdiklərini Səməd müəllimə danışmışdır. Səməd müəllim ona bildirmişdir ki, həqiqətən obyekt fəaliyyət göstərmirsə və əməkdaşlar həmin obyektdə yemək yeməyibsə şəxsən onun tərəfindən DVX müraciət edərək yazılanları ləğv edər. Lakin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisinin imzası ilə həmin baş idarənin əməkdaşları tərəfindən əsasız, qanunsuz, saxta tərtib etdikləri aktlara əsasən Bakı şəhərində yaşamaqla heç bir sahibkarlıqla məşğul olmadan ona maliyyə sanksiyalar və cərimələr tətbiq edildiyini bilmişdir. Bildirir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən onun adına tərtib edilmiş aktlar, qərarlar və tətbiq edilən maliyyə sanksiyaları aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur. Lerik rayonunda yerləşən “Çənlibel” Turizm obyekti qardaşı X10 məxsusdur; X14 ilə AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bağlanmış çox illik müqavilə ilə obyektdən digər şəxslərin istifadəsinə yol verilmir; X1 fəaliyyətini müəyyən səbəblərə görə 2022-ci ilin sentyabr ayında dayandırmışdır; 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən mənim adına tərtib edilmiş və Bakı şəhərindəki qeydiyyat ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli, DVX 00824 nömrəli Aktında qeyd olunur ki, İddiaçı özünə məxsus obyektdə sahibkarlıq fəaliyyəti göstərir. Sual olunur ki, hansı təsdiqləyici sənədə istinad edilir ki, həqiqətən aktda yazdıqları kimi həmin obyekt İddiaçı məxsusdur? 6 saylı Ərazi Vergilər Baş İdarəsi adından tərtib edilmiş xx.xx.2023-cü tarixli DVX seriyalı 002819 saylı Aktda guya işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş administrator və ofisiantla əmək müqaviləsi bağlamadan fəaliyyət göstərdiyi aşkar edilmişdir. Yuxarıda qeyd etdiyi kimi, vergi əməkdaşları tərəfindən ona qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi barədə heç bir sənəd təqdim etməməklə yanaşı, ümumiyyətlə bu barədə hər hansı müzakirə olmamışdır. Saxta tərtib etdikləri xx.xx.2023-cü il tarixli, DVX 002819 nömrəli “Akt”ın əlavəsində qeyd olunan iki nəfərdən biri olan X11 tapmış, ondan “Çənlibel” də nə vaxtdan işlədiyini, bu barədə müvafiq akt tərtib edildiyini soruşmuşdur. Ona bildirilmişdir ki, “yolda 3 (üç) nəfərlə salamlaşmış və onlardan biri Fədail adlı şəxsin vergi orqanında işlədiyini və əvvəldən tanış olduğu üçün hal-əhval tutandan sonra ayrılmışdır. Ola bilər onlar tərəfindən tərtib olunduğunu bildirdi. Həmçinin ona bildirilmişdir ki, əgər onun adından nəisə yazıbsa onların yuxarı orqanına rəsmi müraciət edəcəkdir. Əgər müraciət etdiyi təqdirdə həmin müraciətin surətini ona göndərilməsini xahiş etmişdir. Eyni zamanda aktın əlavəsində qeyd olunan ikinci şəxsin soyadı, atasının adı və yaşayış ünvanını saxta tərtib etdikləri aktın əlavəsində ağardıcı ilə silinərək sonradan düzəlişlər etmişlər bu da onu göstərir ki, saxta, qanunsuz tərtib etdikləri Akta hüquqi don geyindirməklə yazdıqları aktı möhkəmləndirməklə saxta, özlərinə yaxın adamlardan istifadə etmişlər. Bəlli olduğu kimi mövsimi fəaliyyət göstərən obyektlərdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi orqanları tərəfindən müvafiq reydlər keçirilir. Lerik rayonunun iqliminə uyğun turizm sezonu iyun-iyul avqust ayına qədər davam edir. Qeyd olunan müddətdən sonra əlverişsiz hava şəraitindən sonra turizm sezonu bitir. O zaman sual olunur ki, turizm sezonunun bu üç ayı müddətində əgər qanunsuz sahibkarlıq fəaliyyəti göstərirdisə nədən mütəmadi keçirtdikləri reydlərdə bu faktı aşkar etməyiblər? Həmçinin Lerikdə turizm sezonu olmayan dövrdə turzim fəaliyyəti üçün qurulan obyektdə sahibkarlıq fəaliyyətinin göstərilməsi nə dərəcədə inandrıcıdır? Həmçinin ərazi vergilər baş idarəsinin əməkdaşı X2 rayon İcra Hakimiyyəti başçısının Piran kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə hədə-qorxu gələrək kənddə qohumlarına məxsus obyektlərdə operativ nəzarət tədbiri keçirəcəyini bildirməklə xx.xx.2023-ci il tarixli, 1-6533/2-792/2023 saylı həqiqəti əks etdirməyən saxta arayış almağa müvəffəq olmuşdur. Lakin qardaşı E.Hacıyev tərəfindən Lerik rayon İcra Hakimiyyəti başçısının Piran kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə dövlətin adından verilmiş ilkin sənədləri təqdim edildikdən sonra AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Lerik rayonu Yuxarı Bilnə kənd sakini X14 arasında bağlanılmış müqaviləyə əsasən obyekt Hacıyev Elxana məxsus olmaqla xx.xx.2023-cü il tarixdə keçrilmiş baxış zamanı obyektdə sahibkarlıq fəaliyyəti göstərməməsi qeyd olunmaqla, xx.xx.2023-ci il tarixli, 5-65-33/2-1184 saylı arayış verilmiş və təhdid yolu ilə alınmış xx.xx.2023-cü il tarixli, 5-65-33/2-0702/2023 saylı arayış təkzib edilmişdir. (Arayış əlavə olunur) Həmçinin Lerikdə turizim sezonu mövsümü xarakter daşıdığından yəni iyun, iyul, avqust aylarında fəaliyyət göstərilməsi mümkün olduğu halda və həmin dövrdə işləməklə qanunsuz sahibkarlıq fəaliyyət göstərmişdirsə nədən mütəmadi keçirdikləri reydlər zamanı onun qanunsuz sahibkarlıq fəaliyyətini aşkar etməmişlər? Qeyd edir ki, cavabdeh vergi orqanının qanunsuz əməlləri barədə, eləcədə tərtib etdikləri inzibati aktlardan barədə Dövlət Vergi Xidmətinə şiakyət etmişdir. Həmin şikayəti əsasında Dövlət Vergi Xidmətinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli (ona xx.xx.2023-cü il tarixində poç vasitəsi ilə təqdim edilmişdir) “inzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə şikayətimin təmin edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd olunan Məcəllənin 54.0.2-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası İPM-nin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qərar qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası İPM-nin 45-47-ci maddələrinə əsaslanaraq, sizdən Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «vergi ödəyicisinin vergi qanunvericiliynin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsinə dair» xx.xx.2023-ci il tarixli, **********1294 nömrəli, xx.xx.2023-cü il tarixli. **********1296 nömrəli və xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Əsaslandırma hissəsi: İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********1294 nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən və 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********1296 nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7,1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********899400 nömrəli qərarından görünür ki, İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayətinin təmin edilməməsi, xx.xx.2023cü il tarixli, **********1294 nömrəli, xx.xx.2023-cü il tarixli, **********1296 nömrəli və xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********485700 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (AA3503037) vergi ödəyicisi kimi qeydə alınıb-alınmaması, alınmışdırsa qeydə alındığı tarixdən hazırki günə kimi fəaliyyəti (hansı əsasla qeydiyyata alınması, qeydiyyata alınma tarixi, fəaliyyət istiqaməti və yeri) barədə məktubunuza 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. Bildiririk ki, İddiaçı (AZE: AA3503037; FİN: 2CYHUDM) vergi orqanının təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə “Qısa müddət qalmaq üçün yerlərin təqdim edilməsi” fəaliyyət növü üzrə ********** saylı VÖEN-lə uçota alınmışdır. Hazırda fəaliyyət vəziyyəti aktivdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********977300 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********1294, **********1298 və **********1296 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi əsassızdır. 1. İşin faktiki halları: İddia ərizəsində əks olunan iddia tələbinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik: Məlumat üçün bildiririk ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyətinin "Qısa müddət qalmaq üçün yerlərin təqdim edilməsi" olduğu müəyyən edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1267 nömrəli qərarı əsasında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Lerik rayonu, Piran kəndində yerləşən "Çənlibel" istirahət mərkəzində xx.xx.2023-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizə vermədən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, 2 nəfər fiziki şəxsin (X15 və X8) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi və 1 çaynik çaya görə ödənilmiş 5,0 manat üçün alıcıya nəzarət - kassa aparatı çekinin təqdim edilmədiyi, obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığı, bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktları aşkar edilərək xx.xx.2023-cü il tarixli DVX seriyalı 000824 nömrəli “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə", 002819 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” və 027744 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti barədə" aktların tərtib edildiyi, İddiaçı aktları imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi müəyyən edilmişdir. Bundan əlavə operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxs izahat verərək İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiklərini, İddiaçılə onların arasında əmək müqaviləsinin bağlanmadığını və onlara əmək müqaviləsi bildirişlərinin təqdim edilmədiyini bildirmişlər. Operativ vergi nəzarəti tədbiri zamanı qeyd edilən obyektdə 2022-ci ildə sahibkarlıq fəaliyyəti göstərmiş (İddiaçı qardaşı) X14 ilə telefon vasitəsi ilə əlaqə saxlanarkən sonuncunun həmin obyektdə sahibkarlıq fəaliyyətini 2022-ci ildən etibarən dayandırdığını, obyektin onun qardaşı İddiaçı inşa etdiyini, obyektin İddiaçı məxsus olduğunu, obyektə heç bir bağlılığının olmadığını, borcu olduğundan həmin obyekti qeydiyyatdan çıxara bilmədiyini, hətta Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə onunla bağlanmış icarə müqaviləsinin ləğv edilməsi üçün ərizə ilə müraciət etdiyini, bu mövzuda izahat verməsi xahiş edilərkən o kənddə olduğunu və onlarla növbəti iş günü iş yerində, yəni Lerik rayon Mərkəzi Xəstəxasında onlarla görüşə biləcəyini bildirdiyini, həmçinin qardaşı İddiaçılə münasibətlərinin yaxşı olmadığını əsas gətirərək yazılı izahat verə bilməyəcəyini, obyektdə hazırda İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirərək bu obyektlə bağlı İddiaçı barəsində qanunamüvafıq tədbirlərin görülməsini xahiş etmişdir. Bundan əlavə “Çənlibel" istirahət mərkəzinin kimə məxsus olması və istirahət mərkəzində faktiki olaraq kimin sahibkarlıq fəaliyyəti göstərməsini müəyyənləşdirmək məqsədi ilə telefon vasitəsi ilə Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə əlaqə saxlanıldığı, telefon danışığı zamanı “Çənlibel” istirahət mərkəzinin İddiaçı məxsus olduğu, həmin obyektdə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və bu barədə vergi orqanına yazılı arayış da təqdim edə biləcəyini bildirdiyi müəyyən edilmişdir. Bundan əlavə operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı işçisi olduğunu bildirən fiziki şəxs X8 (Pin: 7LZ6HN1) izahat yazarkən şəxsiyyət məlumatlarının (X16) düzgün qeyd edilmədiyi müəyyən edilərək sərbəst aktla rəsmiləşdirilmişdir. Eyni zamanda İddiaçı həmin gün saat 16:25-də istirahət mərkəzinə gəldiyi, bu zaman “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar ilə tanış olması ona bildirilərkən obyektin zəif işlədiyini bildirməklə və s. bəhanələr qeyd edərək qərarla tanış olmaqdan və bu barədə yazılı izahat verməkdən imtina etdiyi müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı yuxarıda qeyd edilən xüsusatlar sərbəst aktlarla rəsmiləşdirilmiş və operativ vergi nəzarətinin nəticələri üzrə aktlara əlavə edilmişdir. Eyni zamanda Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2023cü il tarixli 6-65-33/2-792/2023 nömrəli arayış təqdim edilərək “Çənlibel” ailəvi istirahət mərkəzinin Lerik rayon Piran kəndi ərazisində yerləşdiyi, obyektin İddiaçı məxsus olduğu və sahibkarlıq fəaliyyəti ilə özü məşğul olduğu bildirilmişdir. Tərtib edilmiş aktlar Baş İdarənin xx.xx.2023-cü il tarixli **********288000 və **********289700 nömrəli məktubları ilə vergi ödəyicisinin qeydiyyatda olduğu ünvana göndərilmiş, məktublarda Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə Baş İdarəyə dəvət edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, tərtib edilmiş aktlar əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1294 nömrəli qərar qəbul edilərək Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40,0 manat, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli **********1298 nömrəli qərara əsasən 1000,0 manat və 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə xx.xx.2023-cü il tarixli **********1296 nömrəli qərara əsasən 4000,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarları və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr xx.xx.2023-cü il tarixli **********586100 nömrəli, xx.xx.2023-cü il tarixli **********597500 nömrəli və xx.xx.2023-cü il tarixli **********592000 nömrəli məktubları ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktublar poçtdan geri qayıtmamışdır. Həmçinin İnzibati şikayətin İddiaçı iştirakı ilə araşdırılması məqsədilə “Araşdırmada iştirak etmək haqqında" xx.xx.2023-cü il tarixli **********884100 nömrəli məktub göndərilərək xx.xx.2023-cü il tarixdə saat 14:30-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:25-də İddiaçı (070) *** ** ** mobil telefon nömrəsindən Dövlət Vergi Xidmətinə məxsus (012) *** ** ** nömrəli telefona zəng edərək araşdırmada iştirak etməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14:30-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edildiyini, lakin göstərilən tarixdə araşdırmada iştirak etmək üçün gələ bilməyəcəyini, araşdırmanın onun iştirakı olmadan qanunamüvafıq qaydada aparılmasını xahiş etmişdir. Telefon danışığı zamanı şikayətini müdafiə etdiyini, bundan əlavə Lənkəran şəhərində vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin tələblərinə riayət edilməməsi barədə fikirlərini bildirmiş, bu barədə konkret faktlar və sübutların təqdim edilməsi ondan xahiş edilərkən onda belə bir sübut olmadığını qeyd etmişdir. Qeyd olunan hal müvafiq aktla rəsmiləşdirilmişdir. Baş İdarənin əməkdaşları X21, X12, X7 və X17 araşdırmaya təqdim etdikləri izahatlarında operativ vergi nəzarəti tədbiri zamanı, xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Lerik rayonu, Piran kəndində yerləşən “Çənlibel” istirahət mərkəzində olduqlarını, bir çaynik çaya görə ödənilmiş 5,0 manat məbləğ üçün alıcıya çek təqdim edilmədiyini, təsərrüfat subyektində (obyektdə) nəzarət - kassa aparatının quraşdırılmadığı, fiziki şəxs İddiaçı vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyinin aşkar edildiyini, özünü administrator kimi təqdim edən X9 “Çənlibel" istirahət mərkəzinin X5 məxsus olduğunu və özü ilə bərabər ofisiant kimi çalışan X4 da İddiaçı işçiləri olduqlarını bildirdiyini, Ə.Əliyevin İddiaçı saat 12:40- da telefonla zəng edərək “Çənlibel” istirahət mərkəzinə vergi işçilərinin gəldiyini bildirdiyini, bu zaman sonuncunun rayonda olmadığını, 1 saata obyektə gələcəyini bildirdiyini, bundan sonra fiziki şəxslər Ə.Əliyevin və H.Təhməzzadənin yoxlamaya izahat verərək İddiaçı işçiləri olduqlarını, İddiaçılə əmək müqaviləsi bağlamdan şifahi razılaşma ilə aylıq 300,0 manat əmək haqqı almağa razılaşdıqlarını bildirdiklərini qeyd etmişlər. İzahatlarında həmçinin həmin obyektdə 2022ci ilin yay mövsümündə sahibkarlıq fəaliyyəti göstərmiş X14 ilə telefon ilə əlaqə saxlanılarkən o sahibkarlıq fəaliyyətini xx.xx.2022-ci il tarixdən dayandırdığını və adı qeyd olunan obyektin qardaşı X5 məxsus olduğunu və hal-hazırda yoxlamanın keçirildiyi “Çənlibel” istirahət mərkəzində İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyini bildirdiyini, E.Hacıyevdən yuxarıda qeyd olunanların yazılı izahat formasında təqdim edilməsi xahiş edilərkən o, hazırda kənddə olduğunu, yalnız xx.xx.2023-ci il tarixdə öz iş yerində, yəni X3rla görüşə biləcəyini bildirdiyini, istirahət mərkəzində faktiki olaraq kimin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu dəqiqləşdirmək məqsəd ilə Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran kənd İnzibati Ərazi üzrə nümayəndəsi ilə telefon vasitəsi ilə əlaqə saxladıqlarını, telefon danışığı zamanı şifahi sorğuya cavab olaraq “Çənlibel" istirahət mərkəzinin X5 məxsus olduğunu və istirahət mərkəzində faktiki olaraq İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və bu barədə növbəti iş günü yazılı arayış verə biləcəyini bildirdiyini, nümayəndəlik tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2023-cü il tarixli 5-65-33/2-792/2023 nömrəli arayış verildiyini, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 16:25-də “Çənlibel" istirahət mərkəzinə gəldiyini, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə tanış olması bildirilərkən İddiaçı obyektin zəif fəaliyyət göstərdiyini və s. bəhanələr göstərməklə qərarla tanış olmaqdan və bu barədə yazılı izahat verməkdən imtina etdiyini, bütün bu faktların sərbəst aktla rəsmiləşdirilərək operativ vergi nəzarətinin nəticələri barədə akta əlavə edildiyini bildirmişlər. İzahatlarında həmçinin “Çənlibel" istirahət mərkəzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli vətəndaş müraciəti daxil olduğunu, müraciətdə Lerik rayonu, “Çənlibel" adlı istirahət mərkəzində ailə üzvləri ilə birgə səhər yeməyinə görə ödənilmiş 101,0 manat xidmət haqqının alınması və bunun müqabilində nəzarət - kassa aparatı çekinin təqdim edilməməsinə görə narazılığını restoran rəhbərliyinə bildirmək istədikdə bir nəfər yaşlı şəxsin özünü administrator kimi təqdim etdiyini, buranın Nürəddin müəllimə aid olduğunu, bizdə müştərilərə çek verilmədiyini söylədiyini və ona çekin təqdim ediləməməsinə görə qanunamüvafiq tədbirlərin görülməsinin xahiş edildiyini bildirmişlər. İzahatlarında həmçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilmiş 2 nəfər fiziki şəxsdən izahatlar alınarkən həmin fiziki şəxslərə heç bir təzyiq göstərilmədiyini, izahatları sərbəst formada və öz xətləri ilə yazdıqlarını və imzaları ilə təsdiq etdiklərini bildirmişlər. Bundan əlavə izahatlarında operativ vergi nəzarəti tədbiri zamanı obyektdə ofisiant kimi işləyən Lerik rayonu, Soru kənd sakini, xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 izahat verərkən familiyasını İbadov, atasının adını Tahir və yaşadığı kəndi isə Bibiyanı qeyd etdiyini, lakin bunu dəqiqləşdirərkən həmin şəxsin adının X8 (AA5349045) olduğunu müəyyən etdiklərini və bu faktı sərbəst aktla rəsmiləşdirərək operativ vergi nəzarəti tədbirinin nəticələri barədə akta əlavə etdiklərini, bu səbəbdən operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002819 nömrəli aktın əlavəsi kimi tərtib edilmiş siyahıda həmin fiziki şəxsin familiyası və ata adı onun bildirdiyi kimi - səhv qeyd edildiyindən həmin hissələrdə düzəliş edilərək düzgün məlumatları göstərdiklərini bildirmişlər. İzahatlarında həmçinin İddiaçı inzibati şikayətinə əlavə etdiyi fiziki şəxs X9 xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilənlərin həqiqətə uyğun olmadığını, həmin ərizənin İddiaçı xahişi və ya təkidi ilə Ə.Əliyev tərəfindən İddiaçı müdafiə etmək məqsədi ilə yazılmış olan və həqiqəti əks etdirməyən müraciət olduğunu, belə ki, Ə.Əliyevin operativ vergi nəzarəti tədbiri zamanı sərbəst formada izahat yazaraq İddiaçı tərəfindən vergi qanunvericiliynin pozuntusu faktını təsdiq etdiyini göstərmişlər. Bundan başqa İddiaçı inzibati şikayətində bildirdiklərinin həqiqətə uyğun olmadığını, özünümüdafiə xarakteri daşıdığını, "Çənlibel” istirahət mərkəzində vergi qanunvericiliyi ilə müəyyən edilən qaydada operativ vergi nəzarəti tədbiri keçirilərək nəticələrinin qanunamüvafiq qaydada rəsmiləşdirildiyini, araşdırmaya təqdim etdikləri video görüntülərdən istirahət mərkəzində heç bir təmir işlərinin aparılmadığını, foto şəkildə isə H.Təhməzzadənin əlində podnos tutaraq müştəriyə xidmət etməsinin müşahidə edildiyini, mövsümi hava şəraiti ilə əlaqədar olaraq 2023-cü ildə sentyabr ayının 15-dək havaların mülayim keçməsi səbəbindən turizm obyektlərinin (istirahət mərkəzləri) fəaliyyətlərini davam etdirdiklərini, İddiaçı inzibati şikayətində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nəzarət əhatəsində yerləşən iri obyektlərdə vergi ödəyicilərinin vergilərdən yayınması və buna vergi orqanı tərəfindən şərait yaradılması barədə fikrinin həqiqəti əks etdirmədiyini, böhtan xarakteri daşıdığını, belə bir halın mövcud olmadığını, onlarda bu barədə heç bir məlumat olmadığını, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinə və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişlər. Aparılmış araşdırma zamanı İddiaçı inzibati şikayətinə əlavə edilmiş fiziki şəxs - X9 adından Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinə ünvanlanan ərizədəki və operativ vergi nəzarəti tədbiri zamanı Ə.Əliyev tərəfindən tərtib edilmiş izahatdakı imzaların və yazıların oxşar olmadığı müşahidə edildiyi üçün inzibati şikayət üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə Ə.Əliyev araşdırmaya cəlb edilməklə izahatı alınmışdır. Ə.Əliyev araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında İddiaçı inzibati şikayətinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədəki imzanın və yazı xəttinin ona məxsus olmadığını, onun tərəfindən ərizə ilə müraciət olunmadığını, İddiaçı məxsus obyektdə aparılan yoxlama zamanı vergi orqanı əməkdaşlarına verdiyi izahatı bir daha təsdiq etdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, araşdırma üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) öyrənilərək, belə nəticəyə gəlinmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Lerik rayonu, Piran kəndində yerləşən “Çənlibel” istirahət mərkəzində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli DVX seriyalı 000824 nömrəli, 002819 nömrəli və 027744 nömrəli aktlar etibarlı hesab edilməli və həmin aktlar əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1294, **********1296 və **********1298 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmış və vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. Belə ki, operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxslər izahat verərək İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsi (xidmətlərin göstərilməsi)nə cəlb edildiklərini bildirmişlər. Bundan əlavə fiziki şəxs Ə.Əliyev araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında İddiaçı inzibati şikayətinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədəki imzanın və yazı xəttinin ona məxsus olmadığını, onun tərəfindən ərizə ilə müraciət olunmadığını, İddiaçı məxsus obyektdə aparılan yoxlama zamanı vergi orqanı əməkdaşlarına verdiyi izahatı bir daha təsdiq etdiyini bildirmişdir. Eyni zamanda Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2023-cü il tarixli 6-65-33/2-792/2023 nömrəli arayış təqdim edilərək “Çənlibel” ailəvi istirahət mərkəzinin İddiaçı məxsus olduğu və sahibkarlıq fəaliyyəti ilə İddiaçı məşğul olduğu bildirilmişdir. Bundan əlavə araşdırmaya təqdim edilmiş video görüntülərdə operativ vergi nəzarəti tədbiri zamanı istirahət mərkəzində təmir işlərinin aparılmadığı, foto şəkildə isə H.Təhməzzadənin müştəriyə xidmət etməsi görünür. Bundan əlavə İddiaçı araşdırmanın onun iştirakı olmadan aparılması ilə bağlı Dövlət Vergi Xidmətinə etdiyi telefon zəngi zamanı Lənkəran şəhərində vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin tələblərinə riayət edilməməsi barədə fikirlərini təsdiq edən konkret fakt və sübutunun olmadığını bildirmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. İş üzrə materiallardan göründüyü kimi İddiaçı tərəfindən qeyd olunan vəzifəsi lazımi qaydada icra edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7- ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edildiyi halda İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmışdır. Eyni zamanda Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verməli olduğu halda İddiaçı vergi orqanında uçota alınmaq üçün ərizə verilmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, iş üzrə materiallardan göründüyü kimi, vergi ödəyicisi tərəfindən araşdırmaya qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.1 -ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. 50.1.7-ci maddəsinə əsasən vergi orqanları Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətini.həyata keçirirlər. 58.2-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 2-3.4-cü maddəsinə görə tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3-cu və 2-3.5-ci bəndlərinə əsasən tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərar ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə yuxarıda qeyd edilən sübutları, işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. İddiaçı hazırda cavabdehin bu qərarlarını mübahisələndirərək onun ləğv olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, yoxlamanın həyata keçirildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. – 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -13-cü bəndinə görə Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi: - 13.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi müəyyənləşdirilir. -13.2. Operativ vergi nəzarəti zamanı ilkin olaraq əvvəlki təqvim ayı ərzində pul vəsaitlərinin uçota alındığı hesablar (kassa, hesablaşma hesabı) üzrə mədaxil və məxaric əməliyyatları araşdırılır. -13.3. ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən hesablaşmalar üzrə ödənişlərin təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olub-olmaması məsələsi araşdırılır (bank hesabından nağdlaşdırılan pullar barədə məlumat, nağd çıxarılmış məbləğlərin kassa hesabına mədaxili, təhtəlhesab şəxslərlə hesablaşmalara 31 dair sənədlər, təhtəlhesab şəxslər üçün açılmış bank hesablarına köçürülmüş pul vəsaitlərinin nağdlaşdırılması və s.). -13.4. Alışı sənədlərlə təsdiq edilməyən mallar üzrə nağdsız ödəniş qeydə alınmadığı halda bu malların nağd qaydada əldə edilməsi qənaətinə gəlinir. -13.5. Vergi ödəyicisi tərəfindən hesablaşmaların yalnız nağdsız qaydada aparılması nəzərdə tutulan əməliyyatlar aparıldığı halda həmin əməliyyatlar üzrə daxil olan pul vəsaitlərinin kassa hesabında uçota alınması yoxlanılır. -13.6. Nağd qaydada hesablaşmasına məhdudiyyət qoyulan həddən artıq məbləğdə nağd ödəmələr aparıldığı halda həmin məlumatlardan qarşılıqlı əlaqəli məlumatlar kimi növbəti nəzarət tədbirləri məqsədləri üçün istifadə edilir. -13.7. Operativ vergi nəzarətinin nəticələri bu Qaydalara uyğun olaraq aktla rəsmiləşdirilir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.3-cü maddəsinə əsasən Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “vergi ödəyiçisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********1294 nömrəli qərarında 58.2-ci maddəsində və xx.xx.2023-cü il tarixli, **********1296 nömrəli, xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarında 58.7.1-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir (bax.: Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-545/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı). Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan etirazda göstərilən dəlillərə uyğun “vergi ödəyiçisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1294 nömrəli və xx.xx.2023-cü il tarixli, **********1296 nömrəli, xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarın qəbul edilməsində və vergi borcunun hesablanmasında haqlı olmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərindədir. Lakin cavabdeh inzibati orqan iddiaçının vergidən yayınma halını təsdiq edən hər hansı sübut yetirə bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********485700 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (AA3503037) vergi ödəyicisi kimi qeydə alınıb- alınmaması, alınmışdırsa qeydə alındığı tarixdən hazırki günə kimi fəaliyyəti (hansı əsasla qeydiyyata alınması, qeydiyyata alınma tarixi, fəaliyyət istiqaməti və yeri) barədə məktubunuza 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. Bildiririk ki, İddiaçı (AZE: AA3503037; FİN: 2CYHUDM) vergi orqanının təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə “Qısa müddət qalmaq üçün yerlərin təqdim edilməsi” fəaliyyət növü üzrə ********** saylı VÖEN-lə uçota alınmışdır. Hazırda fəaliyyət vəziyyəti aktivdir. Məhkəmə hazırkı işlə hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından mötəbər sübut kimi qiymətləndirir. Ən azından bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Bundan əlavə iş materiallarında iddiaçı tərəfindən fəaliyyətinnin nəticəsi, xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda iddiaçının həmin obyektə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini, onun tərəfindən şəxslərin müəyyən işləri həyata keçirirlməsinə cəlb edilməsini həmçinin telefon vasitəsi ilə iddiaçıynan əlaqə saxladığnın qeyd etsədə həmin hallaları sübuta yetirə bilməmişdir. Obyektin iddiaçıya məxsus olaması və ya X10 məxsus olması, bundan başqa həmin ərazidə sahibkarlıq fəaliyyətinin kim tərəfindən həyata keçirilməsi cavabdeh inzibati orqan tərəfindən müəyyən edilməmişdir. Bunun əksi olaraq X14 ilə AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bağlanmış çox illik müqavilə ilə müəyyən olunur ki, həmin ərazi Elxan Hacıyevin istifadəsinə verilmişdir. Həmin müqavilədə obyektdən digər şəxslərin istifadəsinə verilməsinə icazə verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş vergi ödəyiçisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********1294 nömrəli qərarı və xx.xx.2023-cü il tarixli, **********1296 nömrəli, xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərar (inizbati akt) ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********1294 nömrəli, xx.xx.2023-cü il tarixli, **********1296 nömrəli və xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarları ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********1294 nömrəli, xx.xx.2023-cü il tarixli, **********1296 nömrəli və xx.xx.2023-cü il tarixli, **********1298 nömrəli qərarları ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-792/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-792/2025
12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver