Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-794/2022 16.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 16 sentyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “onun texnikumda təhsil aldığı müddət, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında güzəştli şərtiərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 26 ildən çox ümumi, 20 ilə yaxın güzəştli pensiya hüququ verən iş stajı olduğu, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin ona məhz həmin yaşda pensiyaya çıxmaq hüququ verdiyi üçün, hüququnun yarandığı tarixdən, 01 oktyabr 2019-cu ildən, 57 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala məktubla müraciət etmişdir. Lakin cavabdeh 26 noyabr 2021-ci il tarixli, **********9 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və ona işlədiyi qazançı vəzifəsinin güzəştli staj barədə "xxxx" ASC-nin mexaniki təmir sexində qazançı vəzifəsinə aid olmadığını bildirmiş, eyni səbəblə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini mümkün hesab etməmişdir. Xahişi cavabdeh tərəfındən təmin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubu 07 dekabr 2021-ci il tarixində X6 daxil olmuş, 11 dekabr 2021-ci il tarixində ona çatdırılmışdır ki, bu da konvertin üstündəki həmin poçt şöbəsinin möhürü və Azərpoçtun rəsmi saytında poçt göndərişlərinin izlənilməsi xidmətinin raportu ilə təsdiq edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasımn Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasınm təyin olunması üçün müraciət edə bilərlər. O, orta məktəbi bitirdikdən sonra 22 avqust 1980-ci il tarixində Sumqayıt Kimya Texnologiya Texnikumunun əyani şöbəsinə daxil olmuşdur. Hərbi xidmətə çağırıldığı üçün xx.xx.1980-ci il tarixində ona akademik məzuniyyət verilmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra 17 dekabr 1982-ci il tarixində həmin texnikuma bərpa edilmişdir. 05 may 1985-ci il tarixində həmin texnikumu bitirmişdir. Hərbi xidmət dövrü 24 noyabr 1980-25 noyabr 1982-ci il tarixləri arasında olmuşdur. 13 iyun 1984-31 avqust 1984-cü il tarixləri arasında Sumqayıt Sintetik Kauçuk Zavodunda təmirçi-çilingər vəzifəsində çalışmışdır. 17 iyun 1985-ci ildə Sumqayıt Superfosfat Zavodunda Mexaniki Təmir Sexində qazançı peşəsinə işə qəbul edilmişdir. 05 iyun 1989-cu il tarixində həmin işdən çıxmışdır. 10 iyul 1989-cu il tarixində Şirvanneft NQÇİ-də neft-qaz hasilatı operatoru vəzifəsinə işə qəbul edilmişdir. 01 fevral 1994-cü il tarixində Şirvanneft NQÇİ-nin 4 nömrəli neft-qaz çıxarma sahəsi bazasında yaradılan X2 köçürülmüşdür və orada neft-qaz hasilatı üzrə operator vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 10 iyul 1995-ci il tarixində X11 Çıxarma Mədənində gecə növbə ustası vəzifəsinə keçirilmişdir. 30 noyabr 2000-ci il tarixində X4 ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. 22 noybr 2000-ci il tarixində istismar sahəsi üzrə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixindən etibarən neft-qaz hasilatı üzrə usta vəzifəsinə keçirilmişdir. 01 iyul 2003-cü il tarixindən 01 iyul 2006-cı il tarixinə kimi əmək fəaliyyətini qazma (buruq) ustası vəzifəsində davam etdirmişdir. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki, 1) Ümumi iş stajının ən azı 25 il olmasını qəbul edir və onu mübahisələndirmir; 2) Pensiya kapitalını mübahisələndirmir və onun miqdarını əmək pensiyası təyin edilməsi üçün yetərli hesab edir; 3) Güzəştli iş stajı dövrlərindən 10 iyul 1989-01 fevral 1994-cü il tarixində Şirvanneft NQÇİ-də, 01 fevral 1994-10 iyul 1995-ci ildə X1 neft-qaz hasilatı operatoru, yenə də orada 01 yanvar 2002-01 iyul 2003-cü ildə qazma üzrə usta, 01 iyul 2003-01 yanvar 2006-cı il tarixlərində buruq ustası vəzifələrində topladığı güzəştli iş stajını mübahisələndirmir. Buna görə də hesab edir ki, yuxarıda qeyd edilən məsələlər hazırki iddiada mübahisələndirilməyən hallar kimi qəbul olunmalıdır. Hazırki iddiada cavabdehin mübahisələndirdiyi yeganə hal, onun 17 iyun 1985-05 iyun 1989-cu illər arasında Sumqayıt Superfosfat Zavodunda mexaniki təmir sexində qazançı vəzifəsində topladığı iş stajının güzəştli iş stajı olub-olmamasıdır. Cavabdehin öz imtina məktubunda münasibət bildirmədiyi digər güzəştli staj dövrü isə 10 iyul 1995-22 noyabr 2000-ci il tarixində Kəmaləddin neft-qaz mədənində hasilat üzrə gecə növbəsi ustası vəzifəsində işləməyidir. Cavabdehin ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməməsi iki səbəbə görə absurddur; 1) Güzəstli is stajı üst-üstə 14 il 7 ay 22 gün təskil edir. Bu dövrlər, 10 iyul 1989-01 fevral 1994-cü il tarixində Şirvanneft NQÇİ-də, 01 fevral 1994-10 iyul 1995-ci ildə X1 neft-qaz hasilatı operatoru, yenə də orada 01 yanvar 2002-01 iyul 2003-cü ildə qazma üzrə usta, 01 iyul 2003-01 yanvar 2006-cı il tarixlərində buruq ustası, 10 iyul 1995-22 noyabr 2000-ci il tarixində Kəmaləddin neft-qaz mədənində hasilat üzrə gecə növbəsi ustası vəzifəsində topladığı iş stajıdır. 2) 17 iyun 1985-05 iyun 1989-cu illər arasında Sumqayıt Superfosfat Zavodunda mexaniki təmir sexində qazançı vəzifəsində topladığı iş stajının güzəştli olması barədə həmin müəssisə arayış təqdim etmişdir. Cavabdeh isə həmin arayışda vurğulanan və onun xeyrinə olan məqamları heç bir araşdırma aparmadan, ortaya bu dəlilinin mötəbər olmamasın sübut edən əks dəlil, sübut qoymadan həmin dövrü güzəştli iş stajı kimi qəbul etməmişdir. Halbuki, «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fıziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati aktın qəbul edilməsi və ya onun qəbul olunmasından imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (qeyd edilən Qanunun 28.1,21.2,24.1,45,1,52.1,61.1-ci maddələri). Lakin cavabdeh bu mənada tam hərəkətsizlik nümayiş etdirmiş, öz subyektiv mülahizəsinə əsasən, sadəcə “göründüyü kimi” ifadəsini işlətməklə, həmin dövrü hesaba almamışdır. Buradan aydın olur ki, cavabdeh 2040200a-13144 şifrəsi altında nəzərdə tutulan metallurgiya avadanlığının təmiri ilə məşğul olan qazançılar vəzifəsinin mexaniki təmir sexində qazançı vəzifəsi ilə uyğunluq tapa bilməmişdir. Cavabdeh bir məqama fıkir verməmişdir ki, onun vəzifəsinin adı qazançı olmuşdur, mexaniki təmir sexi isə idarənin inzibati struktur vahidinin adıdır, yəni həmin idarədə metallurgiya avadanlığının təmirini Mexaniki Təmir Sexinin qazançıları həyata keçirmişdir. Cavabdeh onun güzəştli iş stajı barədə heç bir əks sübut toplamadan qəbul etməmişdir. Cavabdeh “İnzibati İcraat Haqqında” Qanunun 24.2-ci maddəsinə görə “inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz”- müddəasını pozaraq işəgötürənin verdiyi və hüquqi mahiyyətinə görə hazırki mübahisədə onun xeyrinə olan aydınlaşdırıcı sənədin müddəalarını nəzərə almamışdır, eləcə də, «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində göstərilən - İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fıziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır - müddəalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasınm 149-cu maddəsinin Vİİ hissəsinə görə fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, hazırki mübahisəyə onun 57 yaşının tamam olduğu gündən, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə 01 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasınm Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçınm hüquqlarınm pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiyasınm 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 212.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək SSRİ- nin ərazisində müddətli həqiqı hərbi xıdmət dövrü daxil olmaqla) və müvafıq icra hakimiyyəti orqanında qeydiyyatdan özünümüdafıə dəstələrində və birləşmələrində olduğu müddət, müvafıq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prınsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsınə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uygun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafıq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci ilədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: ...b) əmək şəraiti ağır və zərərli olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 saylı siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa.. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə’' Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Konstitusiyasınm 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçıya görə, xx.xx.1985-xx.xx.1989-cu illərdə "xxxx" ASC-də çalışdığı “Mexaniki təmirsexində qazançı” peşəsi NK-nın xx.xx.1993cü il tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda 2040100a-13144 kodu altında nəzərdə tutulmuşdur. İddiaçı bu mövqeyinin əsası kimi "xxxx" ASC-nin verdiyi xx.xx.2021-ci il tarixli arayışa istinad edir. İddiaçının bu dəlili əsassızdır. Belə ki, "xxxx" ASC-nin fəaliyyəti kimya sənayesinə aiddir, yəni metallurgiya istehsalatı ilə əlaqəsi yoxdur. Lakin nədənsə, həmin ASC verdiyi arayışda öz fəaliyyət sahəsi ilə əlaqəsi olmayan bölməyə - NK-nın məlum qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahının İİİ bölməsinə (20400000: “Metallurgiya istehsalatı (qara metallar)”) istinad edir. Bu isə yolverilməzdir. Digər tərəfdən, ASC-nin verdiyi arayışda 2040100a-13144 kodu altında nəzərdə tutulmuş peşənin adı da fərqlidir: "xxxx". Beləliklə, ASC-nin fəaliyyət sahəsi metallurgiya istehsalatı ilə bağlı olmadığından iddiaçının 2 nömrəli Siyahının İİİ bölməsində nəzərdə tutulmuş peşəyə istinad etməsi haqlı sayıla bilməz. İddiaçının digər dəlili ondan ibarətdir ki, o, xx.xx.1995-xx.xx.2000-ci illərdə Kamaləddin neft-qaz mədənində hasilat üzrə gecə növbəsi ustası vəzifəsində çalışmışdır. Cavabdeh isə öz imtinasında bu dövrə heç bir münasibət bildirməmişdir. İddiaçının bu dəlili də əsassızdır. Belə ki, əvvəla, iddiaçı qeyd edilən peşənin güzəştli iş stajı hesab edilən peşəyə aid olmasına dair heç bir güzəştli arayış təqdim etməyib. ARDNŞ-nin 12 iyul 2021-ci il tarixli Arxiv arayışında bu barədə heç bir qeyd yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmlak pensiyasını təyin edən orqan tərəfındən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” bu sənədlərin dairəsini müəyyənləşdirir. Şəxs müvafiq müraciətinə/ərizəsinə Qaydalarda nəzərdə tutulmuş sənədləri əlavə etməlidir: şəxsiyyətini təsdiq edən sənədin surəti: Ümumi iş stajını təsdiq edən sənədlər; ƏPQ-nin 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İkincisi, əmək kitabçasındakı qeydlərdən görünür ki, xx.xx.1995-ci ildə Kamaləddin neft-qaz çıxarma sahəsində mədən müdirinin gecə növbəsi üzrə köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasında işlədiyi peşənin NKnın məlum qərarı ilə təsdiqlənmiş hansı siyahıda və hansı kod altında nəzərdə tutulduğunu əsaslandıra bilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaşa görə tələbinin (57 yaş) iddiaçıya şamil edilə bilməsi üçün onun 1 yanvar 2006-cı ilədək 12.5 illik giizəştli iş stajına malik olması zəruri idi. Bu staja malik olmayan iddiaçının adı çəkilən qanuna istinadən 57 yaşdan pensiya tələb etınək hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, KŞ11 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (Kimya Sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 2040100a-13144 bəndində göstərilmiş istehsalatlara uyğun olaraq) Mexaniki təmir sexində qazançı vəzifəsində işləmişdir. İş materiallarında olan SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1989-cu ildə (əmr № 54/k, xx.xx.1989-cu il) “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 1 №-li Neft və qazçıxarma sexinin (neft mədəni) Kəlaməddin sahəsinə 3-cü dərəcəli neft və qazçıxarma üzrə operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.1993-cü il tarixli 01 a/k №-li əmrə əsasən Kəlaməddin sahəsində 4 №-li NQÇS-nin yaradılması ilə əlaqədar 4 NQÇS-yə 3-cü dərəcəli neftçıxarma operatoru peşəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə (əmr № 20 “A”, xx.xx.1994-cü il) Kəlaməddin yatağının istismarı ilə məşğul olan 4 №-li NQÇS-nin bazasında yaradılan "xxxx" Müştərək Müəssisəsinə (MM) köçürülmə yolu ilə işdən azad olunmuşdur. xx.xx.1994-cü ildə (əmr № 07/p, xx.xx.1994-cü il) "xxxx" Müştərək Müəssisəsinin (MM) Kəlaməddin sahəsinə 3-cü dərəcəli neftçıxarma operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1994-cü ildə (əmr № 49/p, xx.xx.1994-cü il) 4-cü dərəcə verilmişdir. xx.xx.1994-cü ildə (əmr № 57/p, xx.xx.1994-cü il) 5-ci dərəcə verilmişdir. xx.xx.1995-ci ildə (əmr № 33/p, xx.xx.1995-ci il) mədən müdirinin gecə növbəsi üzrə köməkçisi vəzifəsinə keçirilmişdir. Haqq-hesab cədvəllərinə əsasən 1998-ci ilin yanvar ayından 2000-ci ilin dekabr ayınadək vəzifəsi gecə ustası olaraq qeyd edilmiş və əmək haqqı alması göstərilmişdir. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. Məlumat üçün bildiririk ki, ARDNŞ-nin xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrinə əsasən xx.xx.2000-ci ildə "xxxx" MM ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti işə başlamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanınna müraciət etməyinizi məqsədəuyğun hesab edirik. İş materiallarında olan Qarasu Əməliyyat Şirkətinin xx.xx.2021-ci il tarixli, 89 nömrəli arayışından görünür ki, İddiaçı, X9 Əməliyyat Şirkətində Quyuların Əsaslı və Yeraltı təmiri sexində Əsaslı təmir üzrə usta vəzifəsində işləmişdir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə X8 Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir; Karasu Əməliyyat Şirkəti: 1) Şirkətə İstismar sahəsi üzrə mühəndis xx.xx.2000-xx.xx.2002; 2). İstismar sahəsi: Neft-qaz hasilatı üzrə usta - xx.xx.2002-xx.xx.2003; 3) Qazma qurğusu üzrə usta - xx.xx.2003-xx.xx.2006; 4) Buruq ustası - xx.xx.2006-xx.xx.2008; 5) Quyuların Əsaslı və Yeraltı Təmiri şöbəsi: Əsaslı Təmir üzrə Buruq ustası - xx.xx.2008-xx.xx.2009; 6) Quyuların Əsaslı və Yeraltı Təmiri sexi: Quyuların Əsaslı və Yeraltı Təmiri üzrə sahə ustası - xx.xx.2009-xx.xx.2009; 7) Quyuların Əsaslı və Yeraltı Təmiri sexi: Əsaslı Təmir üzrə usta - xx.xx.2009-xx.xx.2012; Cəmi: 10 il. 30 gün. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərilənlərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 10 il. 30 gün. imtiyazlı iş stajına ınalikdir. 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı. 10.1. Qazma 10.2.Neft, qaz və qaz kondensatının hasilatı a) rəhbərlər və mütəxəssislər buruqların ustaları və onların köməkçiləri; neft qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatımn təkrar üsulla hasilatı,laylann neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar. İş materiallarında olan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin xx.xx.2021-ci il tarixli, 59 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-ci il tarixli 97-ct nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinə tam orta (10-illik) təhsil bazasından “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-65) daxil olmuşdur. Həqiqi hərbi xidmətə çağırıldığı üçün xx.xx.1980-ci il tarixli, 140-ct nömrəli əmrlə akademik məzuniyyət verilmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra xx.xx.1982-ci il tarixli 126-ct nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-88) bərpa edilmişdir. xx.xx.1985-ci il tarixli 79-ct nömrəli əmrlə həmin ixtisas üzrə Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. İddiaçı ЖT seriyalı 028377 nömrəli diplom almışdır. (qeyd.NQ 736) İş materiallarında olan «X7 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2021-ci il tarixli, 58 nömrəli Arayışından görünür ki, İddiaçı həqiqətən “Şirvanneft” NQÇİ-nin 1 və 4 saylı Neftqazçıxarma sexlərində 3-cü dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının 12-ci bəndinin (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) 2ci yarımbəndinə (********). 2. Neft-qaz və qaz kondensatının hasilatı) əsasən İddiaçı güzəştli şərtlərlə “Şirvanneft” NQÇİ-də 04 il, 06 ay, 21 gün əmək stajı var. 1) İddiaçı 54/k saylı xx.xx.1989-cu il tarixli əmrlə xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək “Şirvanneft” NQÇİ-nin 1 və 4 saylı Neftqazçıxarma sexlərində 3-cü dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsində işləmişdir. ( 04 il, 06 ay, 21 giin) 213020Oa—15824 neft və qaz hasilatı iizrə operatorlar; İddiaçı xx.xx.1994-cü il tarixli, 20-A saylı əmrlə xx.xx.1994-cü il tarixdən 4 №-li NQÇS-nin bazasında yaradılan "xxxx" Miiştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmişdir. İş materiallarında olan Qarasu Əməliyyat Şirkətinin xx.xx.2022-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, İddiaçı, X9 Əməliyyat Şirkətində Quyuların Əsaslı və Yeraltı təmiri sexində Əsaslı təmir üzrə usta vəzifəsində işləmişdir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə X8 Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir; Karasu Əməliyyat Şirkəti: 1) Şirkətə İstismar sahəsi üzrə mühəndis xx.xx.2000-xx.xx.2002; 2). İstismar sahəsi: Neft-qaz hasilatı üzrə usta - xx.xx.2002-xx.xx.2003; 3) Qazma qurğusu üzrə usta - xx.xx.2003-xx.xx.2006; 4) Buruq ustası - xx.xx.2006-xx.xx.2008; 5) Quyuların Əsaslı və Yeraltı Təmiri şöbəsi: Əsaslı Təmir üzrə Buruq ustası - xx.xx.2008-xx.xx.2009; 6) Quyuların Əsaslı və Yeraltı Təmiri sexi: Quyuların Əsaslı və Yeraltı Təmiri üzrə sahə ustası - xx.xx.2009-xx.xx.2009; 7) Quyuların Əsaslı və Yeraltı Təmiri sexi: Əsaslı Təmir üzrə usta - xx.xx.2009-xx.xx.2012; Cəmi: 10 il. 30 gün. X5 Kəmaləddin NQÇ-yə 3(üçünçü) dərəcəli neft və qazçıxarma operatoru qəbul edilib. xx.xx.1994-xx.xx.1994. Həmin sexdə 4(dördüncü) dərəcəyə keçrilmişdir. xx.xx.1994-xx.xx.1994. Həmin sexdə 5(beşinci) dərəcəyə keçrilmişdir. xx.xx.1994-xx.xx.1995. X11 çıxarma sahəsi mədən müdirinin gecə növbəsi üzrə köməkçisi -xx.xx.1995-xx.xx.2000. Qeyd: Əmək kitabcasında göstərilən 10, 11, 12, 13, 14 nömrəli qeydlərə əsasən Cəmi: 2 il. 5ay. 9gün. Ümunıi:12 il. 6ay. 9gün. Azərbayean Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 12 il. 6 ay. 9 gün. imtiyazlı iş stajına malikdir. 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı. 10.1. Qazma 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) rəhbərlər və mütəxəssislər-2130200b -23187neft qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı,layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar. 2130100b-23196 - buruqların ustaları və onların köməkçiləri; 10.2. Neft, qaz və qaz kondensatının hasilatı. a)fəhlələr: 2130200a-15824- neft və qaz hasilatı üzrə operatorlar. Bundan əlavə, iş materiallarında olan НЗ-4408979 saylı hərbi biletdən görünür ki, İddiaçı 24 noyabr 1980-ci il tarixdən 25 noyabr 1982-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kışilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndində (3.2) fəhlələr (a) yarımbəndində 2040200a - 13144 kodu üzrə metallurgiya avadanlığının təmiri ilə məşğul olan qazançılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin Sizə dair 18 oktyabr 2021-ci il tarixli, KŞ11 nömrəli arayışında Sizin xx.xx.1985-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə mexaniki təmir sexində qazançı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz "xxxx" ASC-nin mexaniki təmir sexi yuxarıda qeyd olunan sahəyə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (10 il (xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.2002xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (Qanun qüvvədən düşmüşdür) 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1). iddiaçının 57 yaşının tamam olması; 2). 25 il ümumi iş stajının mövcud olması; 3). 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4). fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 01 oktyabr 2019-cu il tarixdə 57 yaşı tamam olsa da, eləcə də 57 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq olsa da, həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan versə də, güzəştli iş stajı 12 il 6 aydan az (10 il) təşkil edir. Belə ki, iddiaçı iddia edir ki, xx.xx.1985-xx.xx.1989-cu illərdə "xxxx" ASC-də çalışdığı “Mexaniki təmirsexində qazançı” peşəsi NK-nın xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda 2040100a-13144 kodu altında nəzərdə tutulmuşdur. İddiaçı bu mövqeyinin əsası kimi "xxxx" ASC-nin verdiyi 18.10.202 l-ci il tarixli arayışa istinad edir. Cavabdeh inzibati orqan isə iddiaçının bu dəlilini əsassız hesab edərək bildirir ki, "xxxx" ASC-nin fəaliyyəti kimya sənayesinə aiddir, yəni metallurgiya istehsalatı ilə əlaqəsi yoxdur. Lakin nədənsə, həmin ASC verdiyi arayışda öz fəaliyyət sahəsi ilə əlaqəsi olmayan bölməyə - NK-nın məlum qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahının İİİ bölməsinə (20400000: “Metallurgiya istehsalatı (qara metallar)”) istinad edir. Bu isə yolverilməzdir. Digər tərəfdən, ASC-nin verdiyi arayışda 2040100a-13144 kodu altında nəzərdə tutulmuş peşənin adı da fərqlidir: "xxxx". Beləliklə, ASC-nin fəaliyyət sahəsi metallurgiya istehsalatı ilə bağlı olmadığından iddiaçının 2 nömrəli Siyahının İİİ bölməsində nəzərdə tutulmuş peşəyə istinad etməsi haqlı sayıla bilməz. İddiaçı həmçinin iddia edir ki, o, xx.xx.1995-xx.xx.2000-ci illərdə Kamaləddin neftqaz mədənində hasilat üzrə gecə növbəsi ustası vəzifəsində çalışmışdır. Cavabdeh isə öz imtinasında bu dövrə heç bir münasibət bildirməmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının bu dəlilini də əsassız hesab edərək bildirir ki, iddiaçı xx.xx.1995-ci ildə Kamaləddin neft-qaz çıxarma sahəsində mədən müdirinin gecə növbəsi üzrə köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əvvəla, iddiaçı qeyd edilən peşənin güzəştli iş stajı hesab edilən peşəyə aid olmasına dair heç bir güzəştli arayış təqdim etməyib. ARDNŞ-nin 12 iyul 2021-ci il tarixli Arxiv arayışında bu barədə heç bir qeyd yoxdur. Göründüyü kimi, iddiaçı xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasında işlədiyi peşənin NK-nın məlum qərarı ilə təsdiqlənmiş hansı siyahıda və hansı kod altında nəzərdə tutulduğunu əsaslandıra bilməmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı işlədiyi vəzifələr ("xxxx" ASC-də çalışdığı “Mexaniki təmirsexində qazançı” peşəsi, eləcə də Kamaləddin neft-qaz çıxarma sahəsində mədən müdirinin gecə növbəsi üzrə köməkçisi vəzifəsi) həmin Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-794/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-794/2022
16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver