Məhkəmə qərarları › İş №2-1(120)-796/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-796/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-796/2025 24.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddiaçının hazırkı iddia tələbi mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında qeyd edilmişdir ki, İddiaçı özünün də təqdim etdiyi sənədlərə əsasən Şəhər İcra Hakimiyyətində yaşayış yeri üzrə deyil, Əli Bayramlı şəhər X3 iş yeri üzrə ümumi əsaslarla 8 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış (Əli Bayramlı şəhər X4 müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının xx.xx.1992-cı il tarixli 19 nömrəli Protokolunun qərarına əsasən 1990-cı ildən X3 tornaçı işləyən ailə tərkibi 8 (səkkiz) nəfər olan X1 mənzil şəraitinin genişləndirilmədi üçün) və həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinə uyğun olaraq həmin uçot siyahısına daxil edilməsi Əli Bayramlı Şəhər icra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 116 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, O, 02.02 1993-cü il tarixdən iş yeri üzrə ümumi əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və Əli Bayramlı şəhər X3 mənzil növbəsində olan işçilərin siyahısına daxil edilmişdir. Odur ki, İddiaçı Cavabdehnə qarşı “mənzillə təmin olunması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsassız və qanunsuzdur. Eynu zamanda məlumat üçün bildiririk ki, Şəhər ərazisində 1995-cı ildən hal-hazıradək yaşayış yeri üzrə ümumi əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslər üçün yaşayış binaları tikilmədiyindən bu kateqoriyadan növbədə olan hər hansı bir şəxs İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunmamışdır. Hazırda Şirvan şəhər ərazisində dövlət mənzil fondunda boş yaşayış sahələri mövcud deyildir. İddiaçı mənzillə təmin olunmasına köməklik göstərilməsi barədə Cavabdehnə daxil olmuş müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yazılı cavablar verilmiş, Şirvan şəhəri ərazisində ümumi əsaslarla mənzil növbəliyinə götürülmüş şəxslər üçün yayayış binaları tikildikdə onun mənzillə təmin olunması barədə müraciətinə mənzil qanunvericiliyinin tələblərinə uyğun baxılacağı bildirilmişdir. Bundan əlavə qeyd etmək istəyirik ki, İddiaçı iddia ərizəsində Şirvan şəhərində 2001-ci ildə X5 tərəfindən mənzillər paylanılsa da ona mənzil verilmədiyini göstərir. Lakin 2001-ci ildən 20 ildən artıq müddət keçdikdən sonra mənzil tələbi ilə müraciət etmiş, müddətin buraxılması ilə bağlı hər hansı bir üzürlü səbəb təqdim etməmişdir. Halbu ki, özünün təqdim etdiyi Əmək Kitabçasının surətindən görünür ki, 08 10.2004-cü il tarixə kimi Əli Bayramlı X5 ASC-də işləmişdir, yəni 2001-cı il tarixdə mənzillər paylanılmışdırsa ona mənzil verilməməsindən hələ o vaxt məlumatı olmuşdur. Amma hüquqlarının pozulması, ona mənzilin verilməməsi ilə bağlı keçən 20 ildən artıq müddətdə hər hansı bır səlahiyyətli orqana və ya məhkəməyə müraciət etməmişdir. Belə olan halda İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətlərini də ötürmüşdür. Hesab edirik ki, iddia müddətinin buraxılması ilə əlaqədar iddia müddətinin keçməsi də tətbiq edilməlidir. Beləliklə iddiaçı tərəfindən verilmiş iddianı əsassız hesab edərək və yuxarıda göstərilənlərə əsasən İddiaçı Cavabdehnə qarşı “mənzillə təmin olunması” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edəsiniz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə öhdəliyin icrası haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməli və cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli olmasıdır. Lakin, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun və ailə üzvlərinin mənzil növbəsində olmamasınısı, İddiaçı Şəhər İcra Hakimiyyətində yaşayış yeri üzrə deyil, Əli Bayramlı şəhər X3 iş yeri üzrə ümumi əsaslarla 8 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alındığını bildirmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etdiyi Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan qismində ümumi əsaslarla mənzil növbəsində dayanmış vətəndaşların siyahısında iddiaçının və onun ailə üzvlərinin adı mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana qarşı yaşayış yeri üzrə mənzil növbəsində olan şəxslərin siyahısına daxil olmaq tələbini irəli sürməklə yanaşı hazır ki, tələblə məhkəməyə müraciət etməli idi. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Hazır ki, vəziyyətdə iddiaçının cavabdeh inzibiti orqanda yaşayış yeri üzrə mənzilə ehtiyacı olan şəxs kimi növbədə olması halı müəyyən edilmir. İddiaçının inzibati orqana müraciətindən görünür ki, o, mənzillə təmin olunması üçün Cavabdehnə müraciət etmiş, cavabdehin iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Yuxarıda qeyd olunan məsələlərlə bağlı yəni hazırki tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair sübutlarının, yaşayış sahəsinə ehtiyacı olan qismində ümumi əsaslarla mənzil növbəsində dayanmış vətəndaşların siyahısında olmasına dair sübutlarının məhkəməyə təqdim edilməsi üçün iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-796/2025 nömrəli məktubla yazılı şəkildə yardım edilsə də, iddiaçı müvafiq sənədləri (cavabdehin imtina məktubunu) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar